Mövzular Movzu Kursun predmenti (Anti-böhran anlayışı, Böhranın tipləri, Böhranın əlamətləri, Böhran vəziyyətində insan amili)


Mövzu 2. Antiböhranlı idarəetmədə klassik menecment (



Yüklə 47,04 Kb.
səhifə5/16
tarix15.04.2022
ölçüsü47,04 Kb.
#85502
1   2   3   4   5   6   7   8   9   ...   16
Movzular-metn

Mövzu 2. Antiböhranlı idarəetmədə klassik menecment (Antiböhranlı inkişafda idarəedilən və idarə olunmayan proseslər. İmkanlar, zərurətlər və problemlər. Əlamətləri, xüsusiyyətləri və səmərəliliyi)

Antiböhranlı inkiĢafda idarəedilən və idarəedilə bilməyən proseslər.

Müəssisədə baş verən bütün prosesləri idarəedilən və idarəedilə bilməyən hissələrə bölmək olar.Düşünülmüş şəkildə müəyyən istiqamətdə onlara təsir etdikdə dəyişdirilməsi mümkün olan proseslərə idarə edilə bilən proseslər deyilir.İdarə edilə bilməyən proseslərin istiqamət və xarakterini dəyişmək mümkün deyil.Müəyyən səbəblərdən bu proseslər özlərinə məxsus qanunla baş verir və bu proseslərin nəticəsində nə baş verməlidirsə o da baş verir.

İdarəedilən və idarə edilə biməyən proseslər müəyyən nisbətdə olub,idarəetmənin təkmillik səviyyəsini əks etdirir.İdarə edilə bilən proseslər müəyyən şəraitdə idarə edilə bilməyənə də çevrilə bilər və ya əksinə. İdarə edilə biməyən proseslərin üstünlük təşkil etməsi nəzarətsizlik (anarxiya) və böhranlara gətirib çıxarırsa, həmçinin idarə edilən proseslərin lazım olandan artıq səviyyədə oması idarəetmənin səmərəliliyindən asılı olub, müəyyən şəraitdə böhranlı vəziyyətə də səbəb ola bilər. Çünki həddən artıq bürokratiklik şəraiti də sosial gərginlik yaradır və münaqişələrə səbəb olur.

Atiböhranlı inkişaf - müəssisə məqsədlərinə cavab verən və onun inkişafında obyektiv dəyişmə meyllərinə uyğun olan, böhranın qarşısını almağa və ya onu aradan qaldırmağa kömək edən, idarə edilən prosesdir. Bu proses əsasən dörd mərhələdən ibarətdir: İnkişafın birinci mərhələsi - adi idarəetmə olub, səmərəliliyi təmin etmək üçün əlavə böyük xərclər tələb etmir, funksional məzmununa görə çoxşaxəli olmayıb

elementar təşkilati formaları nəzərdə tutur.

İnkişafın ikinci mərhələsi - istehsalda baş verən mürəkkəbliklər şəraitində idarəetmə olub,öz inkişafı dövründə istehsaldakı inkişafı qabaqlamalıdır.Yalnız bu halda o səmərəli ola bilər.

Üçünçü mərhələ - istehsaldakı mürəkkəbliklərə uyğunlaşma idarəetməsidir.Bu idarəetmə istehsalda inkişafı sürətləndirə və mürəkkəbliklərin artmasına səbəb ola bilər.

Dördüncü mərhələ - istehsalın kifayət qədər yüksək inkişaf tempi zamanı idarəetmənin inkişafının yavaşıldılmasıdır. Bu zaman istehsalın mürəkkəbliyi və idarəetmə arasında yeni uyğunsuzluqlar yarana bilər ki,bu da idarə edən və idarə edilən sistem arasındakı nisbəti və mütənasibliyi poza bilər.




Yüklə 47,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə