Mövzular Movzu Kursun predmenti (Anti-böhran anlayışı, Böhranın tipləri, Böhranın əlamətləri, Böhran vəziyyətində insan amili)



Yüklə 47,04 Kb.
səhifə2/16
tarix15.04.2022
ölçüsü47,04 Kb.
#85502
1   2   3   4   5   6   7   8   9   ...   16
Movzular-metn

Böhranın tipləri.

Təcrübə göstərir ki, böhranlar yalnız səbəb və nəticələrinə görə fərqli olmayıb, həm də daxili aləminə görə fərqlənir. Böhranları idarə etmək üçün vasitə və üsulları diferensasiya etməklə çoxşaxəli təsnifat vermək olar. Əgər böhranın xarakterini anlamaq və başa düşmək mümkündürsə, onun kəskinliyini azaltmaq, vaxtını qısaltmaq və ağrısız ötüşməsini təmin etmək mümkündür: Ümumi və lokal xarakterli böhranlar mövcuddur: Ümumi xarakterli böhranlar sosial - iqtisadi sistemi tam əhatə etdiyi halda, lokal xarakterli böhranlar yalnız onun bir hissəsinə toxunur. Böhranı bu ölçülərlə bölmək əlbəttə nisbi xarakter daşıyır. Böhran vəziyyətinin konkret təhlili zamanı, social - iqtisadi sistemdə onun sərhədlərini, sturukturunu və fəaliyyət mühitini də nəzərə almaq lazımdır. Yaratdığı problemlərdən aslı olaraq böhranları makro və mikro kimi iki hissəyə bölmək olar. Makro böhran probleminin həcmi və ölçüləri kifayət qədər böyük miqyaslı olduğu halda, mikro böhran bir problemi və ya müəyyən problemlər qrupunu əhatə edir. Böhranın xüsusiyyətlərindən biri də odur ki, kiçik və

ya lokal olduğu halda belə zəncirvari reaksiya kimi bütün sistemi və ya inkişafın bütün problemlərini əhatə edə bilər.

Çünki sistemdə bütün elementlərin qarşılıqlı əlaqəsi mövcuddur və problemlər təklikdə həll edilə bilmir. Bu isə böhranlı vəziyyətlərin idarə edilmədiyi, onun lokallaşdırılmadığı və kəskinliyinin azaldılmadığı hallarda daha çox baş verir. Sosial-iqtisadi sistemdə problemlərin differensasiyası və strukturlarından aslı olaraq, böhralarının inkişafında iqtisadi, sosial, təşkilati, psixoloji və texnoloji böhranları fərqləndirmək olar. Bilavasitə yaranma səbəblərindən aslı olaraq böhranlar ictimai, ekoloji və təbiətlə əlaqəli olaraq 3 hissəyə bölünür. Böhranlar həm də gözlənilməz və gözlənilən ola bilər.

Bundan başqa aydın və latent (gizli diqqəti cəlb etmədən meydana çıxan və ona görədə çox təhlükəli) böhranlar da mövcuddur. Böhranlar kəskin və yumşaq da ola bilər. Bütün mümkün böhranlar uzunmüddətli (davamlı) və qısa müddətli (ötəri) olmaqlada fərqləndirilir.


Yüklə 47,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə