Mövzular Movzu Kursun predmenti (Anti-böhran anlayışı, Böhranın tipləri, Böhranın əlamətləri, Böhran vəziyyətində insan amili)


Antiböhranlı idarəetmənin aləmətləri və xüsusiyyətləri



Yüklə 47,04 Kb.
səhifə7/16
tarix15.04.2022
ölçüsü47,04 Kb.
#85502
1   2   3   4   5   6   7   8   9   10   ...   16
Movzular-metn

Antiböhranlı idarəetmənin aləmətləri və xüsusiyyətləri.

İdarəetmə, idarəetmə obyekti olan sosial-iqtisadi sistemdə həyata keçirilir.İdarəetmədə vacib şərtlərdən biri onun predmetidir.Ümumi halda idarəetmənin predmeti olaraq insan fəaliyyəti hesab edilir.Bu fəaliyyət özü bir çox problemlərdən ibarətdir ki,onlar istənilən halda bu fəaliyyət prossesi və ya bilavasitə fəaliyyət nəticəsində həll edilir.

İstənilən idarəetmə müəssisənin böhranlı inkişaf şəraitinə daxil olması zamanı və ya bütün hallarda müəyyən mənada antiböhranlı olmalıdır. Bu qaydanın qəbul edilməməsi

mənfi nəticələrə səbəb olursa, onun nəzərə alınması isə böhran şəraitinin ağrısız keçməsinə kömək edir. Antiböhranlı idarəetmənin bəzi xüsusiyyətləriylə daha yaxından tanış olaq.

1. Antiböhranlı idarəetmə funksiyaları. Bu fəaliyyət növü idarəetmə predmetini əks etdirirərək,onun nəticələrini müəyyən edir. Onlar adi bir suala cavab verirlər: müəssisəni müvəffəqiyətlə idarə edə bilmək üçün böhranqabağı şəraitdə,böhran prosesində və böhranın nəticələrini aradan qaldırması zamanı nə etmək lazımdır?Bu mənada idarəetmənin altı funksiyasını ayırmaq olar: böhranqabağı idarəetmə,böhran şəraitində idarəetmə, böhrandan çıxma prosseslərinin idarə edilməsi,qeyri dayanıqlı

vəziyyətin sabitləşdirilməsi,itkilərin və əldən çıxmış imkanların minimuma endirilməsi,qərarların qəbulu və icra vaxtının tənzimlənməsi.

2. İstənilən idarəetmənin inkişafında,dialektik əlaqədə olan, biri-birinin əksinə yönələn iki hal: infeqrasiya və ayrılma, təbəqələşmə (differensasiya) dayanır. İnteqrasiyanın

güclənməsi,differensasiyanın zəifləməsinə səbəb olur və ya əksinə.

3. İdarəetmə məhduddur.Bu məhdudluq daxili və xarici olub,dəyişən mütənasiblik və nisbət halındadır.Bu nisbətdən asılı olaraq,böhranın baş verməsi ehtimalı da dəyişir.

4. Antiböhranlı idarəetmənin əsas xüsusiyyətlərindən biri də formal və qeyri formal idarəetmənin uyğunlaşdırılmasıdır.

5. Antiböhranlı idarəetmədə rasional strategiyanın qurulması, seçilməsi imkanları və prespektirləri xüsusi əhəmiyyət kəsb edir.Bu və ya digər strategiyanın seçilməsi böhranın xarakteri və dərinliyi ilə, həmçinin idarəetmə imkanları ilə müəyyən edilir.


Yüklə 47,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə