Albaniya tarixi ilə bağlı tədqiqatlar apararkən ən çətin problemlərdən biri də mənbə məsələsidir



Yüklə 43,03 Kb.
səhifə1/4
tarix11.12.2023
ölçüsü43,03 Kb.
#145218
növüYazı
  1   2   3   4
albaniya mənbəşünaslıq


1. 2. 3. Albaniya tarixi ilə bağlı tədqiqatlar apararkən ən çətin problemlərdən biri də mənbə məsələsidir.İlk olaraq onu qeyd etmək lazımdır ki, antik dövr Albaniyasıilə bağlı sırf dövrə aid olan yerli yazılı mənbə hələlik aşkar olunmayıb. Əlimizdə olan ən erkən yerli mənbə Musa Kalankatlının “Alban tarixi” əsəri hesab olunur ki, bu əsərdə Albaniyanın sözügedən dövrü ilə bağlı yalnız fraqmentar məlumatlar verilmişdir,,əsərdə daha çox erkən orta əsrlər dövrü Albaniyasından bəhs olunur. Albaniyanın antik dövrü ilə bağlı məlumatların böyük hissəsini isəvbiz yerli olmayan-yunan və latın dilli mənbələrdən təmin etməyə çalışırıq. Bu mənbələrin də təbii ki, müsbət və mənfi cəhətləri mövcuddur. Müsbət cəhətlərindən onu qeyd etmək olar ki, bu mənbələr müəyyən qədər dövrə yaxın mərhələdə qələmə alınmışdır. Mənfi cəhətlərindən isə mənbələrin müəlliflərinin bəzən əraziyə, əhaliyə yad olan, bölgəni yaxından tanımayan şəxslərin verdiyi məlumatları qaynaq olaraq istifadə etməsi və nəticədə yazılan əsərlərdə qeyri-dəqiqliklər, müəyyən toponim, etnonim təhrifləri və s. anlaşılmaz məqamlara gətirib çıxarmasını qeyd edə bilərik. Bununla belə, antik Yunan-Roma mənşəli mənbələr Albaniya tarixi üzrə əvəzsiz mənbələr hesab olunur. Mənbələrin bir qrupunu da arxeoloji materiallar təşkil edir. Təəssüflə qeyd etmək lazımdır ki, Albaniyanın qərb sərhədlərinə daxil olan ərazilərin, xüsusən Kürdən cənubda qalan hissələrin arxeoloji tədqiqi Sovet dövründə zəif aparılmış, işğaldan sonra isə təbii olaraq qeyri-mümkün olmuşdur. Nəticədə qərb əraziləri ilə bağlı tədqiqatlara arxeoloji materialların cəlb olunması çətinləşir. Bu problem antropoloji materiallara da şamil edilə bilər. Təbii ki, II Qarabağ savaşından sonra əldə olunan zəfər, əvvəllər erməni işğalında olan ərazilərin azad olunması Albaniyanın qərb ərazilərinin arxeoloji tədqiqi sahəsində müsbət irəliləyişlərə səbəb olacaqdır. Antik mənbələrdə alban adına ilk dəfə e.ə. IV əsr hadisələri ilə bağlı rast gəlinir. Əhəmənilərlə makedoniyalılar arasında baş verən münaqişələrlə bağlı mətnlərdə Əhəməni satraplıqlarına daxil olan bir sıra xalqlara dair məlumatlar verilmiş və məhz bu məlumatlardan birində “alban çarı” ifadəsi işlədilmişdir. Albaniya dövləti siyasi ifadəsi isə e.ə. II-I əsrlərdən mənbələrdə işlədilməyə başlanıldı. Bu, Roma dövlətinin Şərq siyasətinin məhz həmin dövrdə fəallaşması vəbölgəyə olan yürüşlərlə əlaqədar ola bilərdi. Lakin buna qədər alban tayfa ittifaqına daxil olan kaspilərin və utilərin adı mənbələrdə çəkilmişdi. Beləliklə, antik Albaniya ilə bağlı ilk məlumat Herodota aiddir. Xatırladaq ki, e.ə. V əsrdə yaşamış yunan müəllifi Herodot Əhəməni imperiyasının tərkibində olan xalqlar arasında kaspilərin adını çəkmiş, onların Yunan-İran savaşlarındakı iştirakından danışmışdır. Bu dövrdə kaspi adı altında nəzərdə tutulan tayfaların tərkibində Albaniyanın qərbinin əhalisinin də olması ehtimalları var. Yəqin ki, tayfa birliyinin tərkibində hələ aparıcı qüvvə kaspilər idi.Albaniya haqqında tarixi mənbələrin sayı çox kimi görünsə də məlumatlılıq baxımından tam dolğun məlumatlar vermir. İstər antik yunan və Roma müəlliflərinin əsərləri, istərsə də bundan sonrakı müəlliflərin əsərlərində ümumi xarakterli məlumatlar daha çoxdur. Tamamlayıcı mənbə ola biləcək arxeoloji faktlar isə əlçatmazdır. Bura eyni zamanda Albaniyanın qərb və qismən cənub-qərb sərhədlərinə daxil olan əraziləri də əlavə edə bilərik. Çünki Sovet dövründə bəlli səbəblərdən bu bölgələr arxeoloji cəhətdən zəif öyrənilmiş, sonrakı dövrdə isə işğala məruz qaldığı üçün uzun müddət ərzində heç bir tədqiqatdan söhbət gedə bilməzdi. Buna görə də Albaniyanın bütün sərhədləri daxilində öyrənilməsi çox çətin elmi problem olaraq qalır. Məhz bu səbəbdən bu sahədə elmi tədqiqatların aparılması, Albaniya tarixinin hərtərəfli öyrənilməsi son dərəcə zəruri və aktualdır.

4. Səhifə (8)
Albaniya barəsində ən geniş məlumatlar antik yunan coğrafiyaşünas və tarixçisi Strabona (e.ə. I – b.e. I əsrlər) aiddir. Onun “Coğrafiya” əsərində Albaniyanın sərhədləri, əhalisi, təsərrüfat həyatı və s. barədə kifayət qədər ətraflı məlumatlar var. Ellinizmin son mərhələsi, Roma imperiyasının formalaşmasının ilkin mərhələsində yaşamış Strabon dövrünün mühüm siyasi hadisələrinə şahid olmuşdur. Onun ilk əsəri Polibinin “Tarix”inin davamı kimi düşündüyü “Tarixi qeydlər” əsəri olmuşdur. 43 kitabdan ibarət əsər bizə gəlib çatmamışdır. “Coğrafiya” əsəri isə bu əsərin davamı kimi yazılmışdır. 17 kitabdan ibarət “Coğrafiya” əsərinin mənbəşünaslıq bazası çox genişdir. O, e.ə. V əsr müəlliflərindən Herodot, Fukidid, e.ə. IV əsr müəlliflərindən Efor, Meqasfen, Kasandriyalı Aristobul, Feopompa, e.ə. III əsr müəlliflərindən Eratosfen, e.ə. II əsr müəllifi Polibi, Skepsisli Metrodor, e.ə. I əsr müəllifi Artemidora müraciət etmişdir. Albaniya ərazisi ilə bağlı məlumatlara gəldikdə isə o, özündən əvvəlki müəlliflərə müraciət etməklə bərabər, Xəzərətrafı ərazilərə Makedoniyalı İsgəndər və I Selevkin göndərdiyi ekspedisiya rəhbərləri Heraklid (e.ə. 323) və Patroklun (e.ə. 283) hesabatlarından, Pompeyin müşayiətçilərindən olan Mitilenli Feofanın qeydlərindən də istifadə etmişdir. Albaniya və albanlar barədə əsasən “Coğrafiya” əsərinin XI kitabında bəhs olunur. Albaniya haqqındakı bölümün 3, 5, 7, və 8-ci paraqrafları üçün Mitilenli Feofanın kitabı, digər paraqrafları üçün isə Eratosfen, Metrodorun məlumatları əsas mənbə olmuşdur. Qeyd etmək lazımdır ki, müxtəlif zaman kəsiklərində yaşamış müəlliflərə istinad etdiyindən əsərdə bəzən ziddiyyətli məqamlar da yaranmışdır (xüsusilə tarixi-coğrafiya məsələlərində). Bununla belə verilən məlumatların müəyyən hissəsi Strabonun müasirləri, yaxud sonrak müəlliflər tərəfindən də təsdiqlənir. M.İ.Rostovtsevin dili ilə desək,“Strabon içərisində Albaniya və İberiyanın dövlət quruluşu, mədəniyyəti və s. ilə bağlı təsvirlər daşıyan M.Feofan və K.Dellinin əsərlərinin qiymətli qalıqlarının xilaskarıdır.
5. Səhifə (9)
Albanlar haqqında istinad etdiyimiz digər bir mənbə Böyük Plininin (b.e. I əsri) ensiklopedik xarakterli “Təbii tarix” əsəridir. Böyük Plini adı ilə tanınmış Qay Plini Sekund Roma imperatoru Tit Flavi Vespasianın müasiri olmuşdur.Böyük Plininin əsərində Albaniyanın əhalisi, təbiəti, mədəniyyəti və s. ilə bağlı məlumatlar var. Xüsusilə, Albaniya ərazisinin təsviri, albanların yayıldıqlarıərazilər, qonşuları olan iberlər barədə verdiyi məlumatlar maraqlıdır. Böyük Plini Kambis (İori) çayının albanların ərazilərindən keçməsini qeyd etməklə albanların İori çayından qərbdəki ərazilərdə yaşamasını qeyd edən ilk müəlliflərdəndir. Müəllifin mənbəşünaslıq bazasıgenişdir: Salyusti, Korneli Nepot, Pomponi Mela, Vipsaniya Aqrippa, Posidonidən faydalansa da, Albaniya barədə əsasən Makedoniyalı İsgəndərin yol yoldaşları, həmçinin, Nikeyalı İsiqon, Klitarx, Eratosfen, Artemidora müraciət etmişdir.Böyük Plini antik ədəbiyyatda ilk dəfə olaraq özünün "Təbii tarix" əsərində onun adını çəkmiş və şəhəri Kabalaka adlandırmışdı. Görünür, Plini bu ada eramızdan əvvəl II-I əsrlərdə yaşayan Roma müəllifi Varronda rast gəlmişdi.Makedoniyalı İsgəndərin sağlığı dövründə Alban hökmdarlığının mövcud olmasını antik Roma müəllifi Böyük Plini təsdiq edir.
6. Səhifə (10)
Albaniya barədə geniş məlumat verən antik müəlliflərdən biri də Plutarxdır. B.e. I-II əsrlərində yaşadığı bilinən bu məşhur yunan müəllifinin 210-dan çox əsəri olduğu bildirilsə də, Albaniya və albanlar barədə məlumatlar onun “Müqayisəli tərcümeyi-hallar” adlı 50-dən çox bioqrafiyanın yer aldığı əsərindədir. Qafqaza yürüş etmiş məşhur Roma sərkərdələrindən Lukull, Pompey, Krass, Mark Antoninin də tərcümeyi-hallarının yer aldığı əsərdə Plutarx siyasi hadisələrə aydınlıq gətirmiş, bu sərkərdələri yürüşlərində müşayiət etmiş şəxslərin məlumatlarından geniş faydalanmışdır. Müəllifin daha çox Mitilenli Feofana müraciət etdiyi güman olunur.4 Əsərdə albanların Roma ordusu ilə qarşılaşması, Pompeyin döyüş istiqaməti və döyüş planı, alban ordusunun təsviri və s. əhəmiyyətli məlumatlar var (Plut. Pomp. XXXIV). Həmçinin, Plutarx bəzi yer adları və hidronimləri də sadalamış, alban ordusuna başçılıq edən sərkərdələrin adlarını vermiş, Pompeyin qələbə triumfunu təsvir etmişdir.
7. 9. Səhifə (11)
İlk dəfə Klavdi Ptolemey Albaniyanın şəhərlərini, iri yaşayış məskənləri və onların yerləşmə koordinatlarını göstərməklə təsvir etmişdir. İmperator Mark Avrelinin müasiri olan II əsrin görkəmli coğrafiyaşünası və astronomu Klavdi Ptolemey Albaniyanın şimal, cənub, şərq, qərb hüdudlarını göstərməklə bərabər ərazisindəki hidronimləri, iri yaşayış məskənlərini, dağ keçidlərini də sadalamışdır. Klavdi Ptolemey ilk dəfə olaraq Albaniya ərazisindəki şəhərlərin, çayların koordinatlarını da verməyə çalışmışdır. Beləliklə o, Albaniyanın Kür çayından şimaldakı ərazilərində 29 yaşayış məskəninin adını sadalayıb koordinatlarını vermişdir. Təəssüf ki, Klavdi Ptolemey yerin çevrə ölçülərində səhvə yol verdiyindən onun qeyd etdiyi koordinatlar da xətalı alınmışdır.Klavdi Ptolemeyin məlumatlarında Sarmat qapılarından əlavə 80°-47° coğrafi koordinatlarında Alban qapıları da qeyd olunmuşdur. Ş.Hacıəli bu qapıları Sarmat qapılarından şimal-şərqə doğru, müasir Kaxetiya ərazisindəki Borbalo dağında lokalizə edir. Müəllifin fikrinə görə Alban qapılarının Kaxetiya ərazisində yerləşməsi bu ərazilərin Albaniyaya aid olmasını bir daha sübut edir.
8. Səhifə (129)
Cənubi Qafqaz qədim zamanlardan başlayaraq Qara dəniz ilə Xəzər dənizini, antik qərb ilə şərqi, Mərkəzi Asiyanı birləşdirən körpü idi. Buradan keçən beynəlxalq ticarət yolları Qərb dünyasıüçün xüsusi əhəmiyyət kəsb edirdi. Beynəlxalq ticarət yollarının mövcudluğu göstərir ki, qərb dünyasının şərqə hərbi maraqlarından əlavə ticari-iqtisadi maraqları da olmuşdur ki, məhz bu səbəblərdən Yunan-Roma mənbələrində Qafqaz ərazisi, əhalisi eyni zamanda Albaniyanın da ərazisi və əhalisi barədə məlumatlar da az da olsa əks olunmağa başlandı. Albaniya ərazisində, eyni zamanda onun qərb ərazilərində antik dövrün əvvəllərində cərəyan edən proseslərlə bağlı çox az məlumatımız var. Həmin dövrdə bütün Cənubi Qafqazı əhatə edən proseslər Albaniya ərazisinə də şamil olunmalıdır. Cənubi Qafqazdakı vəziyyətlə bağlı ən qədim yazılı qaynaq Herodotun “Tarix” əsəridir. Qədim müəllif e.ə. V əsrdə Əhəməni imperiyasına daxil olan xalqlardan danışarkən alban tayfalarından olan kaspilərin adını çəkir. Maraqlıdır ki, bu tayfalardan adı mənbələrdə ilk xatırlananı albanlar deyil, məhz kaspilər idi. Tədqiqatçılar bunu müxtəlif cür izah edirlər. Məsələn, Q.Qoşqarlının fikrinə görə albanlar şimaldan gələn köçəri axınının qarşısını aldıqları üçün Əhəməni xəzinəsinə olan vergilərdən azad edilmişlər. Məhz bu səbəblə də buna qədər olan mənbələrdəalban etnoniminə rast gəlinmir, daha çox kaspilərin adı çəkilir. Herodotun verdiyi məlumata görə kaspilər bir sıra başqa xalqlarla bərabər Əhəməni imperiyasının XI satraplığını təşkil edir, ildə 200 talant gümüş xərac verirdilər.Alban-kaspilər Əhəmənilərin yunanlarla olan müharibələrində də iştirak etmiş, I Dara və Kserksin qoşunlarının tərkibində vuruşmuşlar. Beləliklə, e.ə.VI əsrin ortalarından başlayan Əhəməni işğalları Cənubi Qafqazı da əhatə etmiş və alban tayfa ittifaqına daxil olan kaspilərin ərazilərini, həmçinin digər əraziləri: Araz vadisi, Fərat çayının və Van gölü çevrəsi də daxil olmaqla, matienlər, saspirlər, alarodienlərin ərazilərini, iberlərin yaşadıqları torpaqları da əhatə etmişdir.Bunun arxeoloji dəlilləri də var. 1959-cu ildə Qazax rayonunun Sarıtəpə adlanan yaşayış məskənindən Əhəməni tipli saray qalıqlarının tapılması Herodotun bu məlumatını təsdiqlədi.Bir imperiya tərkibində olmaq təbii olaraq Albaniya ərazisində yaşayan tayfalarının vahid ad altında birliyini sürətləndirdi. Belə ki, Qavqamela döyüşündə (e.ə. 331) Makedoniyalı İsgəndərə qarşı vuruşan Əhəməni qoşununun tərkibində artıq albanların və sakasenlərin adı çəkilir. Bu barədə məlumat Makedoniya ordusunun səfərlərini rəsmi sənədlərə əsasən qələmə alan II əsr müəllifi Arrian vermişdir. Onun məlumatları əsasında bilirik ki, alban və sakasenlər midiyalılarla bərabər Makedoniya qoşununa qarşı vuruşmuşlar. Arrian Aristobul oğlu Aristobula istinadən alban və sakasenlərin döyüşdəki mövqelərini belə göstərmişdir: “Sağ cinahda Keleseriya və İkiçayarasından olan əsgərlər, həmçinin midiyalılar, onlardan sonra parfiyalı və saklar, sonra tapurlar və hirkanlar, sonra alban və saksenlər – onlar falanqanın ortasında idilər.Əhəməni imperiyasının dağılmasından sonra onun əraziləri Makedoniya imperiyasının bir parçasına çevrildi, amma Qafqazın tam asılı olması barədə də tutarlı fakt yoxduridilər.Əhəməni imperiyasının dağılmasından sonra onun əraziləri Makedoniya imperiyasının bir parçasına çevrildi, amma Qafqazın tam asılı olması barədə də tutarlı fakt yoxdur. K.V.Trever isə belə hesab edir ki, Makedoniya yürüşlərinə qədər albanlar ölkəsi az tanınırdı, Albaniya əsas beynəlxalq ticarət yollarından kənarda qalırdı və məhz Makedoniya yürüşləri nəticəsində ellinist dünya albanlarla tanış oldu. Düzdür, Makedoniya saray tarixçilərinin qeydlərində bu dövrdə İsgəndərin Arazdan şimaldakı əraziyə yürüşü barədə heç bir məlumat yoxdur. Lakin 4 əsr sonra Böyük Plini yazır: “Bir vaxtlar makedoniyalılar bütün dünyaya sahib idilər: onun (İsgəndərin) qoşunları Asiya, Armeniya, İberiya, Albaniya, Kappadokiya, Suriya, Misirdən, Tavr və Qafqazdan keçdi”K.V.Treverisə belə hesab edir ki, Makedoniya yürüşlərinə qədər albanlar ölkəsi az tanınırdı, Albaniya əsas beynəlxalq ticarət yollarından kənarda qalırdı və məhz Makedoniya yürüşləri nəticəsində ellinist dünya albanlarla tanış oldu. Düzdür, Makedoniya saray tarixçilərinin qeydlərində bu dövrdə İsgəndərin Arazdan şimaldakı əraziyə yürüşü barədə heç bir məlumat yoxdur. Lakin 4 əsr sonra Böyük Plini yazır: “Bir vaxtlar makedoniyalılar bütün dünyaya sahib idilər: onun (İsgəndərin) qoşunları Asiya, Armeniya, İberiya, Albaniya, Kappadokiya, Suriya, Misirdən, Tavr və Qafqazdan keçdi”.Eyni məlumatı III əsr müəllifi Yuli Solin də yazır: İsgəndər “Asiya, Armeniya, İberiya, Albaniyanı tabe edərək Tavr və Qafqazdan keçdi”.Maraqlıdır ki, hər iki müəllif hadisələrin cərəyan etdiyi vaxtdan xeyli sonra yaşasalar da, hətta alban çarının böyük İsgəndərə qeyri-adi böyüklükdə it bağışladıqlarını da qeyd etmişlər. Bu barədə Böyük Plini yazırdı: “Böyük Aleksandrın Hindistana yürüşü zamanı Alban çarı ona qeyri-adi böyüklükdə bir it bağışladı. Onun görkəmindən xoşlanan çar onun üstünə ayıların, sonra qabanların, nəhayət, xallı maralların buraxılmasını əmr etdi, ancaq o (it) nifrətlə, tərpənməz halda yatıb qaldı. Bu nəhənglikdə heyvanın belə süstlüyündən kefi pozulan cəsur çar onun öldürülməsini əmr etdi. Bu haqda xəbər alban çarına çatdı. Beləlikləo, başqa bir it göndərərək üstəlik bildirmişdir ki, Aleksandr onu xırda heyvanlarla deyil, şir və ya fillə sınaqdan keçirsin.Bu fraqmentə açıqlama verən K.V.Trever bunu İsgəndərin deyil, onun ölümündən sonra Selevkilərin göndərdiyi Patroklun ekspedisiyası ilə əlaqələndirir. Çünki, mənbələrdən məlumdur ki, İsgəndər mardların ərazilərindən şimala qalxmamışdı.

Yüklə 43,03 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə