Albaniya tarixi ilə bağlı tədqiqatlar apararkən ən çətin problemlərdən biri də mənbə məsələsidir


Gürcü mənbələrində başlıca məsələlər: Tarixi-coğrafiya məsələlər



Yüklə 43,03 Kb.
səhifə3/4
tarix11.12.2023
ölçüsü43,03 Kb.
#145218
növüYazı
1   2   3   4
albaniya mənbəşünaslıq

14. 15
Gürcü mənbələrində başlıca məsələlər: Tarixi-coğrafiya məsələləri (Hereti məsələsi) Siyasi məsələlər Etnik məsələlər Dinin(xristianlığın) yayılmasıİlk məlumatlar: V əsr müəllifi Yakov Tsurtaveli “Müqəddəs Şuşanikin həyatı” əsərində; X əsr anonim müəllifi “David Qarecilinin həyatı”; “Moktsevay Kartlisay”; Kartlis Sxovreba Albaniyanın bir hissəsi idi, lakin əsasən müstəqil göstərilmişdir. Vaxuşti Baqrationi-XVIII əsr Gürcü knyazı, tarixçi və coğrafiyaçısı. “Sakartvelos Sxovreba”-Gürcüstan çarlığının tarixi və “Gürcüstan coğrafiyası” əsərləri. Albaniyanın tarixi-coğrafiyası (Hereti, Kambisena, bəzi çaylar, məbədlərin lokalizəsi), iberlərin şərqə yayılması ilə bağlı məlumatlar verilmişdir.ОБРАЩЕНИЕ ГРУЗИИ-”Gürcüstanın hidayəti” (Gürcüstanın xristianlığa döndərilməsi)- isə Tarixi-coğrafiya Müqəddəs Ninonun Missionerlik fəaliyyəti -Albaniya ərazilərində dini maarifçilik fəaliyyəti kimi məlumatlar yer alır. Şenqavit, Berkaber ərazilərindən aşkarlanan antropoloji materiallar azərbaycanlılar ilə daha çox uyğunluq təşkil edir. Xüsusilə bu ərazilərdə antik mənbələrdə skif-sarmat əsilli əhali, orta əsr gürcü mənbələrində buntürklər kimi qeyd olunan əhali yaşamışlar. Bu əhali qrupunun alban soyundan olması ehtimalı vardır. Bu da onu göstərir ki, Gürcüstanın şərq əraziləri Albaniyanın şimal-qərb torpaqlarına daxil idi və bu torpaqlar ən qədim zamanlardan əcdadlarımızın yaşayıb-yayıldığı ərazilərə daxil olmuşdur. Orta əsr mənbələri içərisində gürcü mənbələri xüsusi əhəmiyyət daşıyır. Bu mənbələrdə Albaniyanın qərb sərhədləri, qərb ərazisində yaşayan tayfalarının tarixi, bu ərazilərin toponomiyası ilə bağlı məlumatlar əks olunub. Bu mənada “Kartlis Sxovreba” adlanan salnamələr külliyyatı əvəzsiz mənbə hesab oluna bilər. Külliyyata daxil olan “Kartli çarlarının həyatı”, “Kartli salnaməsi” əsərlərində Albaniyanın qərb ərazilərinin tarixi ilə bağlı maraqlı məlumatlar var. Bunlarla yanaşı gürcü mənbələrində Kartli əhalisinin kax və herlərdən yarandığı, iber və albanların ümumi köklərinin mövcud olması ilə bağlı da qeydləri P.K. Uslar bildirir, lakin təbbi ki sonuncu fikri qəbulolunmaz hesab olunur.
XI əsr gürcü müəllifi Leonti Mrovelinin “Kartli çarlarının həyatı” əsərində belə bir məlumat var: “O vaxt ki, çar Aleksandr lot törəmələrini qarşısından qaçmağa məcbur etdi və onları yarıqaranlıq ölkəyə göndərdi, onda o, ilk dəfə Kür çayı sahilindəki dörd şəhər və onun ətrafında yaşayan qəzəbli buntürk tayfaların gördü. Bu şəhərlər Sarkine, Kaspi, Urbnisi, Odzraxe şəhərləri idi. Qalaları isə, böyük qala Sarkine, idarəçi qalası Kaspi, Urbnisi və Odzraxe qalaları idi... Çar onlarla mübarizə aparmağın mümkün olmadığını görüb oradan uzaqlaşdı. Bu vaxt isə buraya xaldeylərdən aralanan döyüşkən hon tayfaları gəldilər və buntürklərin başçısına vergi ödəmək qarşılığında məskən istədilər və Zanavidə məskən saldılar. Onlar əvəzində vergi ödədikləri yeri idarə etdilər və bura Xerki adlanırdı”.Mənbədə adı çəkilən dörd şəhər Kür çayı sahilində yerləşirdi və əhalisi də buntürklər olaraq göstərilmişdir. Hal-hazırda da həmin ərazidə, dəqiq desək, Kür çayının sol sahilində, Tiflisdən 48 km şimal-qərbə doğru Kaspi adlanan şəhər qalmaqdadır. Bu ola bilsin ki, alban tayfalarından biri olan kaspilərə aid şəhər olmuşdur. Bu tayfaların Qara dəniz sahillərinədək geniş bir əraziyə yayıldıqları barədə antik mənbələrdə məlumatlar var. Bəzi tədqiqatçıların fikrinə görə e.ə. V əsrə aid arxeoloji materiallara əsaslansaq, ərazidə kaspilərin çoxluğunu düşünmək imkanımız var. Ə.Ələkbərovun fikrinə görə bu alban-kaspilər əslində sonrakı türk-xəzərlərdir.Maraqlıdır ki, orta əsr gürcü mənbələrində fərqli bir etnos-buntürklər qeyd
olunur. Burada D.Bakradzenin buntürklərin skiflərlə qohum olması barədə mülahizəsini yadımıza salmalıyıq. Mənbədən də göründüyü kimi skif-sarmatlarla qohumluğuna işarə edilən xalqla buntürklərin yaşadığı ərazi üst-üstə düşür, ona görə antik mənbədə sözügedən xalqın orta əsr mənbələrində buntürklər olaraq qeyd olunması müla- hizəsi qəbul oluna bilər. Təhlükəli vəziyyət yarandıqda onların birbirinə yardım etməsini, hətta albanlara da eyni səbəblə yardım etmələrini Strabonun başqa bir qeydi təsdiqləyir.
17. 1759-cu ildə Pyemont-Sardiniya kralı III Karl Emmanuel tərəfindən şərqə elmi ekspedisiyaya göndərilmiş, Turin Universiteti professoru Vitaliano Donatinin 1761-ci ildə yazılmış gündəliyində Misirin Sinay yarımadasındakı Müqəddəs Yekaterina monastırında tərk edilmiş əlyazmalar barədə qeydlərə rast gəlinir.[1] 30 noyabr 1971-ci ildə monastırının şimal divarında, Müqəddəs Georgi şapelində yanğın olmuş və 1975-ci ilin may ayında bu yanğından əmələ gəlmiş dağıntını aradan qaldırmaq üçün restavrasiya işləri başlanmışdı. Restavrasiya zamanı monastırın arximandriti Sofronius tərəfindən torpağın altındakı bir boşluqda gizlədilmiş həmin 1100 qədim əlyazma tapılmışdır.[2] Əlyazmalarda ərəbcəasorucaefiopcaqədim slavyan dilində nümunələr vardır. Bundan əlavə erməni dilində olduğuna inanılan 142 əlyazmanın 1984-cü ildə II İliya tərəfindən əslində gürcü dilində yazıldığı təsdiq edilmişdi. 1990, 1994, 1996 və 2000-ci illərdə aparılmış tədqiqatlarda gürcü tədqiqatçı Zaza Aleksidze əlyazmalardan birinin X əsrdə yazılmış, Tur şəhərinin yepiskopu Müqəddəs Qriqorinin müəllifi olduğu "Müqəddəs Ataların həyatı" (lat. Vita Patrum) gürcücə tərcüməsinin üzərində araşdırma apararkən mətnin alt qatında fərqli əlifbada başqa bir mətnin daha olduğuna fikir verir. Sin. Geo. N 13 və Sin. Geo. N 55 kod adlı bu əlyazmaların alt təbəqələrini analiz edən Aleksidze tərəfindən ilk deşifr edilən söz birləşməsi "əziyyət çəkmək" mənasına gələn "mar akesunux" olmuşdur. Udin dilinin qədim forması olan bu dil alt qatdakı mətnlər 6 əlyazmadan ibarət olub ən böyük çoxluğa sahib olan 242 səhifəlik olanıdır. Birinci albanca əlyazma 126 səhifə olub Matta İncili, Mark İncili, Luka İncilindən hissələr, "Həvarilərin İşləri", Pavelin məktublarından və Katolik məktublarından ibarət leksionariyadır. Bundan əlavə birinci əlyazmada Tövratdan da hissələr var. İkinci əlyazma 112 səhifədir, Yəhya İncilindən hissələrdən ibarətdir. Alt qatdakı başqa 2 əlyazma ermənicədir və 84 səhifədir. Bir əlyazma asoruca, digəri isə gürcücədir.
1994-1996-cı illərdə Gürcüstan Elmlər Akademiyasının Sinay dağlarındakı Müqəddəs Yekatrina monastırına olan ekspedisiyası zamanı aşkarlanan alban yazısı olduğu ehtimal edilən yazı nümunəsinin müasir udin dili əsasında oxunması cəhdi edilmişdir. Abidənin tədqiqatçılarından olan Zaza Aleksidze də etiraf edir ki, “alban yazısının udin yazısı əsasında oxuna bilinməsindən tam əmin olmaq olmaz, çünki, mənbədə udin dilindən deyil, qarqar dilindən söhbət gedir və şübhə yoxdur ki, indi bir neçə min adamın danışdığı udin dili qədim alban dilindən çox uzaqdır...” Bu faktlar utilərin qafqazdilli olması fikrini təsdiqləmək üçün daha çox dəlillərə ehtiyac olduğunu göstərir. Böyük Plini utilərin “skif xalqına məxsus” olduğunu göstərir, skiflərin qafqazdilli olmadığı isə, elm aləminə məlumdur. İndi Qafqaz dillərində danışan udinlərin isə onların birbaşa varisləri olması tam təsdiqini tapmayıb. Albanşünaslıqda indiki udinlərin albanların varisi olub Albaniyada aparıcı mövqeyə malik olması barədə iddianın müəllifi İ.P.Petruşevski oldu. O, belə bir fikir ortaya qoydu ki, Oğuz-Qəbələ ətrafında yaşayan udinlər qədim albanların qalığıdır.
18.
Alban tarixi ilə bağlı mənbələrin öyrənilib tədqiq edilməsi üçün başlıca addım onların tərcümə məsələsidir. Qonşu xalqların dillərində olan qaynaqlarla yanaşı alban dilində alban əlifbası ilə yazılan mənbələrin öyrənilməsi uzun müddətdir maraq obyekti olan problemdir. Məsələn, Y. Əliyev ayrı-ayrı alban işarələrini qədim türk runik işarələri ilə qarşılaşdıraraq onlardakı uyğunluğu aşkara çıxarmağa çalışır. Hətta bu üsulla müəyyən mətnləri də tərcümə etməyə cəhd göstərmişdir. Eyni metodu K.Əliyev də tətbiq edərək bəzi tərcümələr etmişdir. Müəllif şamdanlardan birini üzərindəki abbrevatura təşkil edən 4 runik işarəni B (bengü/əbədi T(Tenqri/Tanrı) İ (İsa) K (Kristi, əslində Krisdos olmalıdır) kimi açmış, sonrakı sözləri isə “özün”, “bizi”, “sayqı”, “yüz kılasın”, “bunca”,“amen”, “seninq”, “nökərin”, “bulan” və “biz” kimi deşifrə etmiş,nəticədə aşağıdakı cümlənin yazıldığını aşkarlamışdır: Bengü Tenqriİsus Kristi (əslində Krisdos olmalıdır), özün bizi sayqı yüz kılasın!Bunca amin! Seninq nökərin bulan biz (Əbədi Tanrı İsa Məsih, özünbizi şükür edənlərdən qıl! Bunca amin! Sənin nökərin olan biz).Maraqlıdır ki, dünyaca məşhur norveçli səyyah və alim Tur Heyerdal Mingəçevirdən tapılan şamdanların digər türk bölgələrində,o cümlədən Orta Asiyada rastlanan şamdanların analoqu hesab etməklə yanaşı, həmin şamdanların üzərindəki yazıların türk-run yazıları olduğunu söyləmiş və Mingəçevir şamdanlarından başqa birinin üzərindəki yazının seçilməsi mümkün olan kəlmələrini belə oxumuşdur: sayqe (sayqı, hörmət), amınu (amin), bengü (əbədi), klazun(qılasan).Göründüyü kimi, bir neçə fərqli müəllif mətnləri eyni qayda ilə oxumaqla bir-birinə yaxın tərcümələr əldə etmişlər. Lakin, bunlar alban yazılarının sirrinin tamamilə açılması anlamına gəlmir. Abidə üzərində tədqiqatlar hələ də davam edir.
19. Səh 84 və 111 geniş məlumat
Antik müəlliflərin əsərlərində Azərbaycan ərazisi həmişə əhalisi sıx olan, yaxşı məskunlaşmış ərazi olaraq göstərilir. Strabon və Plutarxın alban qoşununun sayı barədə məlumatlara əsaslanmalı olsaq, təxmini hesablamalara görə e.ə. I əsrin sonu – e. I əsrinin əvvəllərində təkcə Albaniyada 500 minə yaxın əhali yaşamışdır. Albaniya ərazisi həqiqətən də, antik müəlliflərin qeyd etdiyi kimi, sıx məskunlaşmış ərazi olub. Lakin, burada əhalinin sayı məsələsi ilə bərabər, əhalinin etnik tərkibi məsələsi dəxüsusi əhəmiyyət daşıyır. Antik müəlliflər bu barədə də əhəmiyyətli məlumatlar vermişlər.Albaniyada yaşayan əhali haqqında ilk məlumatlar Herodota aiddir. İlk dəfə məhz o, alban tayfalarından olan kaspilərin adını çəkir.Onun verdiyi məlumata görə kaspilər bir sıra başqa xalqlarla bərabər Əhəməni imperiyasının XI satraplığının tərkibinə daxil idilər və ildə 200 talant (1 talant=26,2 kq – E.B.) gümüş xərac verirdilər (Herod.III.92).2Digər bir yerdə isə, antik müəllif yazır: “Saklar və kaspilər 250 talant xərac ödəyir. Bu XV satraplıqdır” (Herod. III.93).3Bəzi müəlliflərin fikrinə görə məbləğin çox olması tabe edilən xalqın çoxsaylı və güclü olmasından xəbər verir.Kaspilərin sayı çox olmuşdur ki, onlar həm satraplığın ərazisində yaşamış, həm də öhdələrinə dövrün böyük dövlətləri ilə müqayisədə kifayət qədər çox vergi düşmüşdür. Albaniya ərazisindəki toponimləri araşdırdıqda məlum olur ki, kaspilər nəinki Albaniyanın şərqində yaşamışlar, onlar Albaniyanın bütün ərazisinə, o cümlədən, qərb ərazilərinə də yayılmışlar. Bu mənada müasir Gürcüstan Respublikası ərazisində,Tbilisidən 48 km şimal-qərbə doğru, Lexur çayının Kür çayına töküldüyü ərazidə Kaspi şəhərinin mövcudluğu da təsadüfi ola bilməz. Sözsüz ki, bu “Kaspi” Qara dənizə qədər ərazidə yayılmış kaspi tayfaları ilə birbaşa əlaqəlidir.1 Ə.Ələkbərovun fikrinə görə Qafqaz dağlarının zirvələrindən olan Kazbek də kaspilərin adı ilə bağlıdır. Yuxarıda sadalanan fikirlərdən belə nəticə çıxarmaq olar ki,alban tayfasının bilavasitə özünün bölgədə hegemon qüvvəyə çevrilməsinə qədər, bu ərazilərdə kaspilər hegemon olmuşlar. Sonralar isə,kaspilər midiyalılar, albanlar və Albaniya ərazisində yaşayan digər tayfalar arasında əriyib getdilər. Ehtimal etmək olar ki, orta əsrlər dövründə Qafqazda hegemon qüvvəyə çevrilən xəzərlər isə, elə həmin kaspilərin qalıqlarından törəmişdilər. Antik müəlliflərdən Strabonun yazdığına görə onlar “26 dildə (ləhcədə) danışır və bir-biri ilə çətin dil tapırlar”(Strabo.XI.4.6).Buradakı 26 rəqəmi 26 müxtəlif etnosu təmsi edə biləcəyi kimi, 26 müxtəlif ləhcəni də ifadə etmiş ola bilər. Buna görə də, 26 rəqəminə şərti yanaşmalıyıq. Lakin, bu da bir həqiqətdirki, Albaniya ərazisində, o cümlədən onun qərbində etnik cəhətdən rəngarənglik olmuşdur. Arxeoloji mədəniyyətə, xüsusilə qəbir abidələrinə nəzər yetirdikdə bu fərqliliyi daha yaxşı hiss etmək mümkün olur. Düzdür qəbir abidələri heç də hər zaman birbaşa etnik mənsubiyyətə dəlalət etmir.Antik dövrdə Albaniyanın qərbində yaşayan əhalinin təsərrüfat həyatı ilə bağlı da antik müəlliflərin əsərlərində müəyyən məlumatlar var. Antik müəlliflərə görə Albaniyada təsərrüfatın müxtəlif sahələri inkişaf etmiş, albanlar əkinçilik, maldarlıq, balıqçılıqla məşğul olmuş, sənətkarlığın müxtəlif sahələrində çalışmışlar. Albanların münbit torpaqları olub və təsərrüfatı yaxşı inkişaf etdirə biliblər. Bu barədə Strabon yazır: albanlar və iberlər “münbit torpağa malikdirlə və təsərrüfatı yaxşı inkişaf etdirə bilirlər” (Strabo XI.2.19).Strabon Albaniyada təsərrüfatın yaxşı olmasının səbəbi olaraq isə təbii amilləri göstərir. Müəllif buranın yaxşı suvarılan torpaqlarından, bolsulu çaylarından, yaxşı otlaqlarından danışaraq təsərrüfatın inkişafının əsas səbəbi kimi iqlimi göstərməyə çalışır. Çünki, əsərin başqa bir yerində müəllif yazır ki, albanlar “həm cürbəcür (yabanı) meyvələr,həm də insanın yetişdirdiyi (meyvələr) verən torpaqdan lazımi dərəcədə istifadə etmirlər. Bu torpaq nəinki cürbəcür bostan məhsulları,həmçinin hər cür bitkilər yetişdirir; burada həmçinin həmişəyaşıl bitkilər yetişir. Həm də torpaq heç bir xırda qulluq belə tələb etmir.Bir dəfə toxum səpilən torpaq çox yerdə 2 və ya 3 dəfə məhsul verir və birinci məhsul səpiləndən hətta 50 dəfə artıq alınır”………..
22.
Alban tarixçisi M.Kalankatlı qeyd edir ki, “Böyük Kür çayı sakit-sakit bu ölkənin düz ortasından axır və iri və xırda balıq gətirib, sularını Xəzər dənizinə tökür”(M.Kal., I, 4).Göründüyü kimi, müəllif Kür Albaniyanın cənubundan keçir demir, “düz ortasından axır” söyləyir. Başqa bir yerdə oxuyuruq: “...Aran Araz çayından başlayaraq Hunan qalasınadək uzanan Alban ölkəsinin düzənliklərini və dağlarını miras olaraq almışdır”. M.Kalankatlının “Alban tarixi” əsərində Lpiniyanın adı Albaniyadan sonra ayrıca olaraq çəkilir (M.Kal. I.15).Həmçinin dövrün alban katolikosları da “Albaniya, Çola, Lpin katolikosu” rütbəsini daşıyırdı(M.Kal. II.15,III.23).Bunlar göstərir ki, bu sərhəd ərazi orta əsr Albaniyasında daha da əhəmiyyət qazanmışdır. Sakasena da ayrıca inzibati vahidi təşkil etmiş, yaxud yarımmüstəqil ərazi olmuşdur. Albaniya dövləti Aranın başçılığı ilə yenidən birləşdirildikdə isə, Albaniyaya qatılıb. Çünki,orta əsr mənbələrində isə bu ərazi də Arana miras qalan Araz çayından başlayıb Hunan qalasınadək uzanan ərazilər içərisində, Albaniyaya məxsus torpaqlar kimi göstərilib. M.Kalankatlı öz əsərində qeyd etmişdi ki, Gəncə şəhəri məhz bu vilayətin ərazisində yaranıb. Qərbdəki digər böyük vilayət Otena vilayəti idi. Şimaldan Sakasena, cənubdan Araksena ilə sərhəd olan bu ərazinin utilərin adı ilə Otena (orta əsrlərdən başlayaraq Uti,Utik şəklində) adlanması barədə mülahizələr mövcuddur. Bu tarixi alban vilayəti də erməni müəlliflərinin əsərlərində erməni vilayəti olaraq göstərilir. Bu müəlliflərdən bəziləri vilayətin əvvəllər Albaniyaya məxsus olmasını, sonralar ermənilər tərəfindən ələ keçirildiyini, bəziləri isə əzəldən erməni torpağı olmasını iddia edirlər. Əlbəttə ki, hər iki iddia cəfəngiyatdan ibarətdir. Antik dövrə aid olan mənbələrin heç birində ərazinin işğal olunması ilə bağlı fakta rast gəlinməmişdir. Orta əsr alban mənbəsi M.Kalankatlının “Alban tarixi” əsərində də ərazi alban ərazisi olaraq göstərilib. M.Kalankatlının yazdığına görə Albaniyanın V əsrdə salınmış paytaxtı Bərdə şəhəri Uti vilayətində yerləşirdi.
23.
Antik müəlliflərin məlumatlarına görə albanlar Zevs, Helios və Selenaya sitayiş edirdilər. Tanrıların yerli dildə necə adlandığı məlum deyil, çünki Strabon bunları yunan tanrılarına müvafiq olaraq qeyd edib. Qədim müəllif yazır: “Onlar tanrılardan Helios, Zevs və Selenaya, xüsusilə, məbədi İberiya yaxınlığında yerləşən Selenaya xidmət edirlər” (Strabo. XI.4.7).Bu məlumatlardan aydın olur ki, bu üç tanrı arasından albanlar Ay tanrısı hesab olunan Selenaya sitayiş ediblər. Qədim albanların davamçıları olan müasir Azərbaycan əhalisində hələ də bu inamla bağlı ifadələr işlənməkdədir, məsələn, and içərkən “Ay haqqı”, “Gün haqqı” kimi ifadələrdən istifadə olunması kimi.Strabonun məlumatlarından bilirik ki, Albaniyada “kahin vəzifəsini hökmdardan sonra ən hörmətli adam yerinə yetirirdi” (Strabo.XI.4.7).“O, böyük və əhalisi sıx olan müqəddəs vilayətə başçılıq edir, həm də məbədin qullarını işlədir”. Buradan məlum olur ki, kahin Albaniyada geniş ərazilərə sahib olmaqla yanaşı, məbəd qullarına – hierodullara (ἱεροδούλ) da nəzarət edirdi. Albaniyada tanrılara qurbanvermə adəti də mövcud idi ki, buna da kahinlər başçılıq edirdi. Qurbanlar çox vaxt heyvanlardan olsa da, bəzən insanlar da qurban edilirmiş. Strabon məlumat verir ki, “məbədə xidmət edərək ilahiyə qovuşduğunu hiss edən, sonra isə meşələrə qaçaraq sərsəri həyat keçirən insanlar kahinin əmri ilə tutulur, sonra bolluqiçərisində bəslənərək ilahi qurbanvermə üçün hazırlanırdı” Strabona görə sonra cəsəd təmizlənmə mərasimi üçün lazımi yerə gətirilir və hamı saflaşmaq üçün onun üzərindən adlayırdı. Saflaşma mərasim xarakteri daşıyırdı. Mövhumata görə adamın üstündən adlamaq olmaz, çünki, bütün xəstəlik və rahatsızlıqlar yerdəki adama keçə bilər.Bu mövhumat azərbaycanlıların adət-ənənələrində hələ də qalmaqdadır, yerdə uzanan şəxsin üzərindən adlamaq yaxşı əlamət sayılmır. Yəqin ki, qurbanvermə mərasimindən sonra cəsədin üzərindən məhz azar-bezardan, rahatsızlıqlardan qurtulmaq üçün tullanıblar. Strabonun verdiyi məlumatlara görə Ay tanrısı Selenanın məbədi İberiya yaxınlığında yerləşirdi. Bu məbədin lokalizəsi ilə bağlı müxtəlif fikirlər var. İ.Şopenə görə məbəd İberiya ilə qonşuluqda, İori və Alazanın Kürə qovuşduğu ərazidə yerləşmişdir. Albaniyanın qərb torpaqlarında yerləşən digər bir məbədi Dion Kassi Pompeyin yürüşünü təsvir edərkən qeydə almışdır. Antik müəllifin məlumatlarına görə Armeniya çarlığından qayıdan Pompeyalbanlarla döyüşə girmədən öncə, Kür sahilində, Anait məbədi yaxınlığında düşərgə saldı (Dio. Roman Hist. XXXVII.3).Bu məbədin lokalizəsi ilə bağlı da müxtəlif fikirlər var. T.Mommzenə görə məbəd Fərat çayının yuxarı axarlarında, Kürün mənbəyində yaxın ərazidə, “hansı ki, italiyalılar ilk dəfə öz atlarına su verdilər”, yerləşirdi.Müəllifi bu cür düşünməyə vadar edən məsələ, antik müəlliflərin bu ərazidə ilahə Anaitidanın məbədi olmasını qeyd etməsidir. Lakin Strabon Anaitidanın şərəfinə olan məbədlərin digər ərazilərdə də olduğunu qeyd etmişdir: “Onlar Anaitidanın məbədlərini xüsusi qiymətləndirirdilər, onun şərəfinə Akilisenada və başqa ərazilərdə məbədlər tikmişdilər” (Strabo. XI.14.16).Akilisenada olan Anahit məbədi ilə Kür sahilində qeyd olunan məbəd eyni ola bilməz, çünki ayrı-ayrı ərazilərdə yerləşirdi. Albaniyaya xristianlıq nüfuz etdikdə Albaniyanın əhalisinin bir hissəsi köhnə dinlərində qalsalar da, bir hissəsi xristianlığı qəbul etdi. Təsadüfi deyil ki, Qafqazda ilk xristian kilsəsinin əsası da məhz Albaniyada, üstəlik onun qərb ərazilərində qoyulmuşdur. Xristianlığı təbliğ etmək vəzifəsi ilə gələn müqəddəs Faddeyin tələbəsi müqəddəs Yelisey öz təbliğini Çolada başlasa da, oradan 3 şagirdi ilə Utivilayətinin Srxarn adlanan şəhərinə, oradan isə Gisə gəlir, burada kilsə inşa edir (M.Kal.I.6).Alban tarixçisi M.Kalankatlı bu barədə öz əsərində yazırdı: “Bundan sonra Yeqişe Qüdsün birinci patriarxı Ağamızın qardaşı müqəddəs Yakovun tövsiyəsi ilə müqəddəs Ruh naminə Şərqə təyin edilir. Yeqişe öz sərəncamına Şərqi (Albaniyanı) alır. Qüdsdən ayrılıb İrana gedir və ermənilərin gözündən qaçaraq maskut elinə keçir. Öz təbliğini o, Çolada başlayır və müxtəlif yerlərdə şagird toplayaraq, onlara xilaskarı (Hz. İsanı) anlatmağa çalışırdı. Oradan o, üç nəfər şagirdi ilə Uti vilayətində olan Srxarna gedir” (M.Kal.I.6; 1.17).Buradan isə müqəddəs Yelisey Gisə gəlir və burada kilsə inşa etdirir. M.Kalankatlı qeyd edir ki, “bu yer Şərqin bütün kilsələri və şəhərlərin başlanğıcıdır və biz şərqlilərə xristianlığın qəbul edilməsi mənbəyidir” (M.Kal. I.6; 1. 17).Haqqında söz edilən kilsə indi Şəkinin Kiş kəndi ərazisində öz mövcudluğunu qoruyub saxlayır. Günümüzdə bu kilsəyə Müqəddəs Yelisey kilsəsi də deyilir. Sonralar bu kilsə dağılsa da, alban knyazı Varaz-Peroj onu (VII əsr) yenidən bərpa etməyə cəhd etdi. M.Kalankatlının yazdığına görə kilsənin vəziyyəti o qədər də ürəkaçan olmayıb. Müəllif yazır ki, “kərpicdən tikilmiş günbəzin üstünü tikmək mümkün olmadı,çünki xaçın zərrəciyi və qaxımış cəsədlər buna mane olurdu”. Bu da onu göstərir ki, ölkədə, həmçinin, Albaniyanın qərbində xristianlıq tam kök sala bilməmişdi, çünki, əhali köhnə dinlərinə daha sadiq idi.
24.
E.ə. VIII–VII əsrlərə aid Urartu yazılarında indiki Göyçə gölünün hövzələrində Etiuni adlı ölkənin adı çəkilir. Güman olunur ki, -uni şəkilçisi yer adlarında əlavə olunduğuna və bu ad – «Eti» erməni mənbələrində «Uti» kimi qeyd edildiyinə görə, deməli adın urartuca yazılış forması hesab oluna bilər. Lakin Urartu mənbələrində qeyd edilən Etiuni – Uti haqqında nədənsə bir söz deyilmir.I Argişti(e.ə 781-760)atasının xarici siyasətini davam etdirdi. Argişti Etiuni ölkəsinə daxil oldu,bir sıravilayətləri(Uluani,Darani,Luşa,Eriahi,Katarza,İşkiqulu,Kihuni,Aliştu) zəbt etdi.O, burada Erebuni(indiki Qanlı-Təpə) və Argiştihinili(indiki Armavir) qalalarını tikdirdi,bu ölkənin bir hissəsini isə Udiri-Etiuni adlandırdı. Menuanın oğlu Argiştinin İrəvan şəhərindən 15 km şimalda tapılan kitabəsində, Etiuni ölkəsinə səfərdən bəhs olunması da bu ölkənin Naxçıvan ətrafında yerləşdiyini sübut edir. Digər Urartu kralı II Argiştinin (e.ə. 714-680) Sisianda aşkarlanmış kitabəsində belə deyilir:«Haldinin əzəməti ilə [....] Etiuni ölkəsinin kralı gəldi və ölkəsinin vergisini mənə verdi. Bəzi (?) şəhərlər eşitdim [....] yer, bəzi qonşular aribri; burada qarət etdim, kişiləri, qadınları apardım, şəhərləri yandırdım, qalaları dağıtdım»İlk dəfə Herodot (er. əv. V əsr) Midiyada iki əyalətdə utilərin yaşadığını qeyd etmişdir. Sonra I əsr müəllifi Strabon Atropatenada, Xəzərin cənub – qərbində Midiya dağlarında albanların bir hissəsi, kaduslar, kellər və amardlarla yanaşı Uti adlı əyalətdə utilərin yaşadığını yazmışdır.Ona görə bir sıra tədqiqatçıların (M. Markvart, N. Q. Adons) ardınca İqrar Əliyev yazmışdır ki, həmin utilər eramızın əvvəllərində şimala keçmiş və Albaniyada yerləşmişlər. Alban tarixçisi Moisey Kalankatlı da utilərin Albaniyaya gəlmə olduğunu yazmışdır. Beləliklə, tarixşünaslıqda belə güman olunur ki, Albaniyada utilər eranın əvvəllərində gəlmə hesab olunur, başqa sözlə, ondan əvvəl Albaniyada utilər yaşamırdı. Buradan da utilərin konkret mənada, albanlar olması fikrinin puçluğu üzə çıxır: alban adını daşıyanlar Albaniyada er. əv. IV əsrdən məlumdursa, utilər Albaniyaya – alban tayfasının adı ilə adlanan ölkəyə çox sonra gəlmədirsə, onda alban və uti ayrı-ayrı etnoslardır. 93. Paktikadan, Ərməndən və Evksin Pontuna qədər olan qonşu sahələrdən 400 talant gəlirdi. Bura on üçüncü dairədir Saqartilər, saranqlar, famaneylər, utilər, miklər, Qırmızı dəniz adalarının sakinləri və şahın orada yerləşdirdiyi köçkünlər adlanan xalqların hamısı birlikdə 600 talant verirdilər. Bura on dördüncü dairədir. Sakalar və kaspilər 250 talant ödəyirdilər. Bura on beşinci dairədir. Parfiyalılar, xarəzmilər, soğdilər və arilər 300 talant verirdilər. Bura on altıncı dairədir. (Herodot, III, 93) I əsr müəllifi Böyük Plini yazır ki, albanlardan şimalda skiflərdən olan Udin adlı tayfa yaşayır. udinlərdən şimalda isə Utidors adlı tayfa məskundur.Utidors etnonimi bir sıra tədqiqatçıları çaşdırmışdır. Yazmışlar ki, bu ad uti etnonimindən və İrandilli aors adlı tayfanın adından ibarətdir. Bu fikri inkişaf etdirən K. V. Trever oldu. Ehtimal edilir ki, Albaniyadan utilərin (yəni, indiki Dağıstandilli udinlərin) bir hissəsi Şimali Qafqaza da getmiş və orada İrandilli aors adlanmış tayfa ilə qovuşmuşdur. Qiyasəddin Qeybullayev isə qeyd edir ki, əslində Plininin utidors kimi yazdığı etnonim "utidur"- dan başqa bir şey deyil: Pliniy ―u səsini ―o kimi vermiş, sonra da adın sonuna ―s adlıq hal şəkilçisini əlavə etmişdir. II əsr müəllifi Ptolemey Şimali Qafqazda udi adlı tayfanın yaşadığını yazmışdır.
Müəllif Albaniyada Kürün sol sahilində bir məntəqəni Niqa (sondakı ―a yunan dilində əlavə olunma hal şəkilçisidir) adlandırır və bu güman olunur ki, elə Nicdir.Bir çox tarixçilərin fikrincə, elə indiki udinlərin Etiunidən Albaniyaya gəlməsi II əsrdən əvvəl baş vermişdir
Yüklə 43,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə