Albaniya tarixi ilə bağlı tədqiqatlar apararkən ən çətin problemlərdən biri də mənbə məsələsidir



Yüklə 43,03 Kb.
səhifə2/4
tarix11.12.2023
ölçüsü43,03 Kb.
#145218
növüYazı
1   2   3   4
albaniya mənbəşünaslıq

10. 11. Tarixi taleyin üzüdönüklüyündən Qafqaz Albaniyasının yerli mənşəli yazıları dövrümüzə qrabar (qədim erməni) dilində gəlib çatmışdır.X əsr də daxil olmaqla alban mənbələri başlanğıcdan alban dilində tərtib olunurdu..Musa Kalankatlının "Alban ölkəsinin tarixi" əsəri də alban dilində yazmış, XII əsrdə qrabar dilinə tərcümə edilmiş, orijinalı isə məhv edilmişdir. Yerli alban ənənəsinə aid əsərlərdən dövrümüzə qədər gəlib çatmış aşağıdakı tarixi mənbələri göstərmək olar:1)Musa Kalankatlı-Alban ölkəsinin tarixi 2)Mxitar Qoş-Alban salnamələri 3)Mxitar Qoş-Qanunnamə 4)Mxitar Qoş-Gəncəli Xosrovun əzablı həyatı 5)Kirakos Gəncəli-Tarix 6)Aluen kilsə məclisinin kanonları 7)Partav kilsə məclisinin kanonları Əlimizdə olan ən erkən yerli mənbə Musa Kalankatlının “Alban tarixi” əsəri hesab olunur ki, bu əsərdə Albaniyanın sözügedən dövrü ilə bağlı yalnız fraqmentar məlumatlar verilmişdir, əsərdə daha çox erkən orta əsrlər dövrü Albaniyasından bəhs olunur.Musa Kalankatlının yuxarıda adı çəkilən əsəri albanların tarixini, I-X əsrlər Albaniyasının və digər xalqların tarixini öyrənmək baxımından son dərəcə qiymətli əsərdir. "Alban tarixi" bir çox cəhətdən sosial-iqtisadi, siyasi, dini-ideoloji, mədəniyyət, tarixi coğrafiya, Azərbaycanın etnokenezi problemi baxımından böyük maraq doğurur.Əsərin müəllifinin kim olmasının dəqiqləşdirilməsi problemi hələ həll edilməmişdir. Əsərin özündə müəllifin adı, təxəllüsü göstərilməsə də, onun iki Moiseyin (Musanın) - Musa Kalankatlının və Musa Dasxoranlının adı ilə bağlayırlar, özü də bu haqda daha sonrakı dövrlərdə yazılmış alban mənbələrində məlumat verilir.Məlum olduğu kimi, hər bir abidə mənsub olduğu siyasi epoxanın bir növ inikasıdır. Buna görə də hər bir tədqiqatçı üçün başlıca vəzifələrdən biri öyrəndiyi mənbəyin meydana gəlməsi vaxtı ilə yanaşı, onun nə məqsədlə yarandığını aydınlaşdırmaqdır. Musa Kalankatlı Mehranilər sülaləsindən olan böyük alban knyazı Cavanşirin müasiri olmuşdur. Demək olar ki, bütün tədqiqatçıların fikrincə, Cavanşirin hakimiyyət başında olduğu illər Albaniyanın həm siyasi, həm də mədəniyyət sahəsində çiçəklənmə illəri sayılır.İki böyük imperiyanın - Sasanilər İranı və Bizansın, habelə, köçəri hunların (xəzərlərin), daha sonra isə ərəblərin Albaniyanı işğal edib öz əyalətlərindən birinə çevirməyə çalışdıqları bir şəraitdə Cavanşir özünün hərbi istedadı, müdrik və çevik siyasəti sayəsində Albaniyanı qədim sərhədləri hüdudunda-cənubda Araz çayı, şimalda isə Dərbənd - Çol bərpa edib birləşdirmiş, alban kilsəsinin avtokefallığını saxlamaqla, müstəqil daxili və xarici siyasət yeridən dövlət başçısı olmuşdur. Tamamilə aydındır ki, öz hakimiyyətinin inikası olan yazılı abidənin sifarişçisi də Cavanşir özüdür. Musa Kalankatlının "Alban tarixi" əsərinin meydana gəlməsi səbəblərindən biri budur. Üçtərəfli siyasi təzyiqə məruz qalan alban xalqını öz dövlətinin istiqlaliyyəti və müstəqilliyini, mədəni-ideoloji özünəməxsusluğunu qoruyub saxlamağa səfərbərliyə almaq üçün nəinki müəllifin yaşadığı dövrdə, yəni Cavanşirin hakimiyyət başında olduğu illərdə, həm də Bibliya dövründən, sonra isə yeni eranın birinci əsrindən ta yeddinci yüzilliyə qədərki bir dövrdə baş verən hadisələri əhatə edən fundamental bir tarixi əsərin yaradılması zəruri idi.Beləliklə, "Alban tarixi" müəllifinin məqsədi - Albaniya dövlətinin, alban çarlığının meydana gəlməsi və inkişafı tarixini, onun etnosu, ərazisi, siyasi və mənəvi həyatının, onun çarları - alban Arşakiləri və böyük knyazlar Mehranilərin (Cavanşir) hakimiyyətdə olduğu illərin tarixini yaratmaq - çar hakimiyyətinin varisliyini və arasıkəsilməzliyini, apostol-patriarx mənşəli avtokefal alban kilsəsinin yaranma tarixini göstərməkdir.Beləliklə, bu yazılı abidədə Albaniya dövlətinin və alban kilsəsinin müstəqilliyi tərənnüm edilmişdir.Xronoloji baxımdan əsər - Bibliya dövründən başlanıb 999-cu ilə qədərki hadisələri əhatə eləyir. Quruluş baxımından üç hissədən ibarətdir. Birinci hissə Bibliya tarixindən başlanır. Albanların mənşəyi İafət nəsli ilə, özü də həmin nəslin ermənilərin mənsub olduğu budağı ilə yox, başqa budağı ilə bağlanır, göstərilir ki, albanlar öz yazısı olan 15 xalqdan biridir. Ölkənin tarixi coğrafiyası Albaniya ərazisinin coğrafi təsviri, təbii sərvətləri, ölkənin hüdudlarının dəqiq təsviri ilə təqdim olunur. Dördüncü fəsildə Albaniyanın real tarixinin təsviri başlanır. Əsərdə göstərilir ki, ölkənin ilk şahı yerli Aran hökmdarı olmuşdur, sonra isə Arşakilər sülaləsindən olan çarların siyahısı verilir. Çarlardan Urnayrın, Asuakenin, II Vaçenin və Mömin III Vaçaqanın hakimiyyət başında olduqları illərdən real söhbət açılır. Əsərin birinci hissəsi (kitabı) V yüzillikdə hunların Albaniyaya basqınının təsviri ilə başa çatır.
12. 13.
Erməni mənbələrinin ümumi cəhərləri : müəlliflərin əsəsən erməni xristian kilsəsinin xidmətçiləri olması; ermənilərdə dövlətçiliyin olmadığı bir dövrdə yazılmağa başlanması; erməni xalqının azadlıq və mübarizə əzminin qırılmamasına xidmət etməsi; yunan-suriya təziqindən uzaqlaşaraq müstəqil inkişaf etməsi. Koryun (V əsr)"Maştosun həyatı əsəri", Yegise (V-VI əsr) "Vardan və erməni müharibəsi"əsəri, Lazer Parpetsi (V-VI əsrlər) "Ermənistan tarixi", Moisey Xorenli "Ermənistan tarixi" və s. Bunlarla yanaşı, epistolyar sənəd topluları (VIII əsr) mövcuddur.
Orta əsr alban mənbəsi M.Kalankatlının “Alban tarixi” əsərində də ərazi alban ərazisi olaraq göstərilib. Orta əsr erməni mənbələrinə gəldikdə isə, onların ən çox sitat gətirib etibar etdikləri “VII əsr erməni coğrafiyası”nda deyilir: “Uti Arazdan qərbə doğru, Arsaxla Kür arasında yerləşir, albanlar yaşayan 7 əyaləti var. Bunlar Aranrot, Tri, Rot-Patsian, Aque, Tuçkatak, Qardman, Şikaşen və Patrav şəhəri daxil olmaqla Uti özüdür”. Q.Qeybullayev qeyd edir ki, bu əyalətlərdən hər birinin Azərbaycan dilində izahı var. Həmçinin, müasir qərb tarixşünaslığında bu ərazi vahidlərinin udin dili əsasında izahına da rast gəlmək mümkündür. Lakin bu fraqmentdə diqqət çəkən cəhət orta əsr erməni müəllifinin Utidə albanların yaşamasını qeyd etməsidir.Elə həmin mənbə Uti vilayətinin özünü “Böyük Armeniya” dövlətinin tərkibindəki vilayətlər sırasında sadalasa da mətndən göründüyü kimi, ərazidə ermənilərin deyil, albanların yaşadığını göstərmişdir. Yəni ərazi M.Xorenlinin danışdığı dövrdə hansı dövlətin tərkibində olmasından asılı olmayaraq albanlara məxsus olmuş-dur. Onu da qeyd edək ki, M.Xorenlinin bu məlumatı hansı dövrə aid olduğu dəqiq bilinmir, amma toponimlər daha çox orta əsrlər dövrünə uyğun gəlir, antik mənbələrin heç birində belə inzibati bölgülər əks olunmayıb. Deməli, ərazi orta əsrlərdə də alban ərazisi kimi tanınırdı.
Antik dövrdə Albaniyanın qərbdə yerləşən vilayətlərindən biri də Kambisena idi. Bu vilayətin adına antik mənbələrdə Kambisena, orta əsr mənbələrində Kambeçan (erməni mənbələrində) adlanırdı.Albaniyanın qərbində yaşayan tayfalardan biri də şimal-qərbdəki sərhəd bölgədə yaşayan lupen (lpin) tayfalarıdır. Alban vilayətlərindən biri orta əsr erməni mənbələrində Lpink adlanırdı. “VII əsrin erməni coğrafiyası”nda belə bir məlumat var ki, Sünik vilayətinin ərazi vahidlərindən biri Sotk adlanırdı. S.T.Yeremyan yazırdı ki, erməni mənbələrindəki Sodk, Sotk indiki Basar-keçər ərazisidir.Q.Qeybullayevin fikrinə görə Sodk Sadak toponiminin fonetik dəyişikliyə uğramış formasıdır. Sadak isə, XVIII əsrin mənbələrindəAzərbaycanla Gürcüstan arasında qeydə alınmış bir dairə adıdır. Müəllif qeyd edir ki, orta əsr ərəb mənbələrində Şəmkir yaxınlığında qeyd olunmuş Yurd-Şadakban toponimi də Sadak toponiminin dəyişik formasıdı.

Yüklə 43,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə