Mövzular Movzu Kursun predmenti (Anti-böhran anlayışı, Böhranın tipləri, Böhranın əlamətləri, Böhran vəziyyətində insan amili)


Antiböhranlı idarəetmənin səmərəliliyi



Yüklə 47,04 Kb.
səhifə8/16
tarix15.04.2022
ölçüsü47,04 Kb.
#85502
1   ...   4   5   6   7   8   9   10   11   ...   16
Movzular-metn

Antiböhranlı idarəetmənin səmərəliliyi.

İdarəetmənin inkişafı hər zaman onun səmərəliliyinin yüksəlməsi ilə müşayət olunmalıdır.Öz növbəsində idarəetmədə səmərələliyin yüksəlməsi zəruri resurslarının olması, onlardan istifadə edərək müsbət dəyişikliklərin əldə edilməsi imkanlarının olması və nəticədə onun potensialının artması ilə müəyyən edilir.İstənilən idarəetmədə az və ya çox səmərəli ola bilər.Antiböhranlı idarəetmə səmərəlilik məqsədə çatma dərəcəsi ilə xarakterizə olunur: yumşalma, lokallaşma və ya böhranda müsbət nəticələr əldə edilməsinə sərf edilən resurslarla müqayisə.Belə səmərəliliyi dəqiq göstəricilərlə qiymətləndirmək xeyli çətin olsa da təhlil və idarəetmənin ümumi qiymətləndirilməsi zamanı (buraxılan səhvlər və ya müvəffəqiyyət) nəzərdə tutmaq lazımdır.

Antiböhranlı idarəetmənin səmərəliliyini təyin edən əsas amillərdən aşağıdakıları göstərmək olar.

1. Xüsusi hazırlıq və antiböhranlı idarəetmə zamanı peşəkarlıq. Bu zaman yalnız ümumi idarəetmə ustalığı deyil, həm də antiböhranlı idarəetməyə məxsus bilik və bacarığın olması nəzərdə tutulur.

2.Anadangəlmə və xüsusi hazırlıq prosesində əldə edilmiş idarəetmə bacarığını anti böhranlı idarəetmədə səmərəliliyə təsir edən amillər içərisində xüsusi qeyd etmək lazımdır.

3. Riskli qərarların işlənməsi metodologiyası. Bu cür metodologiya yaradılmalı və mənimsənilməlidir.Çünki konkretliliyi, problemin əks olunma dolğunluğunu, təşkilatı

zəruriliyi və vaxta uyğunluq kimi idarəetmə qərarlarının keyfiyyət göstərircilərini müəyyən edir.

4. Dəyişikliklərin proqnozlaşdırılması və vəziyyətin elmi təhlili. Bu amillər antiböhranlı idarəetmənin səmərəliliyə təsir etməyə bilməzlər.

5. İstənilən müəssisə və ya firmada müxtəlif dərəcədə meydana gələn korparativlik də antiböhranlı idarəetmə zamanı səmərəliliyə təsir edən vacib amillərdəndir. Korporativlik- müəssisənin bütün işçiləri tərəfindən onun məqsədlərinin başa düşülməsi və qəbul edilməsi deməkdir.

6.Liderlik də antiböhranlı idarəetmədə səmərəlilik amiləri toplusuna daxildir ki, firma və ya təşkilatda özünü müxtəlif dərəcədə göstərə bilər.

7. Antiböhranlı idarəetmədə səmərəliliyə təsirdə xüsusi rolu olan amillərdən biri də operativlik və çeviklikdir. Böhranlı vəziyyətlərdə çox çevik və sürətli hərəkət etməklə,

operativ tədbirlər hazırlamaqla idarəetməni yaranmış vəziyyətdə dəyişdirməklə böhranlı vəziyyətə uyğunlaşdırmaq zərurəti yaranır ki, bu zaman operativlik və çeviklik xüsusi ilə əhəmiyyətli rol oynayır.

8. Antiböhranlı proqramların satrategiyası və keyfiyyəti. Bir çox hallarda idarəetmə strategiyasının dəyişdirilməsi və antiböhranlı inkişafda xüsusi proqramların işlənməsi

zərurəti yaranır.

9. İnsan amili. Bu amil müəyyən mənada korporativlik, liderlik və idarəetmə bacarığını əks etdirir.Yadda saxlamaq lazımdır ki,antiböhranlı idarəetmədə antiböhranlı menecerin yaxın köməkçiləri olan antiböhran komandası anlayışı mövcuddur.

10. Antiböhranlı idarəetmədə vacib səmərəlilik amillərindən biri də böhranlı vəziyyətlərin monitorinqi sistemidir. Bu sistem böhranın baş verməsi ehtimalını və onun başlanması reallığını müəyyən etmək və həmçinin vaxtında görə bilmək üçün xüsusi təşkilatı hərəkətlərdən ibarətdir. Burada komputerlər və ixtisaslı operatorlardan istifadə kifayət qədər yüksək səmərə verə bilir.



Yüklə 47,04 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə