Mövzular Movzu Kursun predmenti (Anti-böhran anlayışı, Böhranın tipləri, Böhranın əlamətləri, Böhran vəziyyətində insan amili)


Müəssisənin (təşkilatın) tsiklik (dövrü) inkişaf meyilləri



Yüklə 47,04 Kb.
səhifə15/16
tarix15.04.2022
ölçüsü47,04 Kb.
#85502
1   ...   8   9   10   11   12   13   14   15   16
Movzular-metn

Müəssisənin (təşkilatın) tsiklik (dövrü) inkişaf meyilləri.

Sosial-iqtisadi sistemin (təşkilatın) inkişafında bir birilə çox sıx bağlı, bir birinin üzərində və ya fərqli olan çoxlu tsikllar mövcuddur. Odur ki, sosial - iqtisadi sistemin

fəaliyyəti və inkişaf tendensiyalarını tədqiq etmək xeyli çətinliklər yaradır. Ədəbiyyatlarda sosial-iqtisadi sistemin inkişafında tsiklların ayrılması üzrə bir çox metodlar vardır. Daha çox rasional metodlardan biri beş mərhələli inkişaf tsiklidir.

Hər bir mərhələyə uyğun olaraq, sosial-iqtisadi sistemin vəziyyətinin müəyyən xüsusiyyətləri vardır. Bu xüsusiyyətlər də firmanın tipini xarakterizə edir.

Birinci mərhələ (eksplerent) bazar iqtisadiyyatı mühitində firmanın yaranması və onun ilk, başlanğıc strukturlarının formalaşmasıdır. Bu gələcək bütövlüyün, tamlığın gizli formalaşması mərhələsidir. Yəni firmanın xarici dəyişmələr və daxili inteqrasiya əlamətləri tam formalasmasada, onun bəzi əlamətləri və potensial xarakteristikası görünməkdədir. Firma tamamilə formalaşmasa da, bazara eksperimental nümunələr, yeni ideya və xidmətlər təklif edir. Ona görə də burada böhran təhlükəsi vardır və bu mərhələdə firmanın (yaranma mərhələsində) məhv olmaq təhlükəsi mövcuddur. Böhran tez keçən və nisbətən yüngül ola bilər. Bu dözüləndir, çünki firma özgə, daha güclü firmanın sturukturundadır. Belə təşkilatlar, ekspelerent adlandırılan bu təşkilatlar, sözün əsl mənasında hələ firma deyildirlər. Eksplerent təşkilatın kollektivi, təşəbbüskar insanlardır. Onların lideri , hörmətə malik, güclü və sərbəst xarakterli , ideyalara uya bilən bir insandır.

İkinci mərhələ (patient) - hadisənin müvəffəqiyyətli inkişafı şəraitində təşkilat böyüməkdə davam edir və böyüyərək yeni mərhələyə qədəm qoyur. Inkişaf tendensiyalarına uyğun olaraq strukturun yenidən qurulması , idarəetmə funksiyalarının diferensasiyası və fəaliyyətin səmərəliliyinin yüksəldilməsi tələb olunur. Bu mərhələdə bazarın müəyyən bir seqmentinin tutulması, bazardakı vəziyyətin möhkəmləndirilməsi, rəqabət srategiyasının işlənməsi, firmanın idarəedilməsində marketingin rolunun artırılması baş verir. Bu mərhələ əsasən kəmiyyət artımı mərhələsi adlanır. Burada firmanın idarəedilməsi ilə bağlı bütün yenidən qurma və dəyişikliklər kəmiyyət artımı ilə bağlıdır. Bu mərhələdə də böhran təhlükəsi vardır, lakin davamlı daxili artım tendensiyaları fonunda o, nəzərə çarpmır. Burada böhran əsasən xarici səbəblərdən, iqtisadiyyatın inkişafında xarici tsikillər və siyasi səbəblərdən irəli gəlir. Bu mərhələdə firmanın işçilərinin sayı bir neçə min nəfərə çata bilər. Bu artım özünü doğruldur, çünki, inkişafın tələblərindən irəli gəlir.

Üçüncü mərhələdə (violent) təşkilat yetkinlik dövrünə çatır, bazarda yerini möhkəmləndirir, yüksək rəqabət qabiliyyətli olmaqla, özünü arxayın və güclü hiss

edir. Violent firmalar adətən böyük biznes sahəsində işləyən, yüksək texnologiyaya malik, kütləvi məhsul istehsalı ilə məşğul olan güclü strategiyalı firmalardır. Violent

firmaların 3 növü mövcuddur; milli, beynəlxalq, sturukturu pozulmuş (destruktiv)

Milli violent firmalar adətən vençur müəssisələr təşkil edirlər, o cümlədən yeni məhsul istehsalı və dizayını ilə istehsalın və satışın yeni təşkilati strukturun işlənməsi ilə məşğul olan ekspelerent firmalar təşkil edirlər.

Mütəxəssislərin hesablamalarına görə sənaye sahəsində milli violentlərin sayı 20%- dən çox olmamalıdır, əks halda “qida mənbəyi”: yeni ideyaların, məhsul və xidmətlərin

inkişafı zəifləyər və mənəvi cəhətdən köhnələr. Beynəlxalq violent firmalar milli violentlərin inkişafının ardı kimi xaricdə filiallarının açılması və satış üçün digər milli bazarlara daxil olmaqla, dünya bazarı qanunları ilə hərəkət etmək vasitəsi ilə yaranır.

İnhisarın sonu (destruktiv violent) “hərəkət edə bilməyən begemot” vəziyyətinin yaranması ilə bağlıdır. Nəhəng dövriyyəyə malik olan firma tədricən münasib gəlirlilik imkanlarını itirməyə başlayaraq , hətta bəzən ziyanla işləməyə başlayır. Buna səbəb fəallığın müxtəlif istiqamətlərində böyük dairədə səpələnməsi təşkilati strukturların

mürəkkəbliyi və kapitalın bir hissəsinin öldürülməsi ola bilər.

Dördüncü mərhələ ( kommutant): geriləmə dövründə əsas fəaliyyət parametr -lərinin bir coxu xarab olur, firma qocalmağa başlayır, inkişaf və gələcək təkmilləşmə isə dalana dirənir. Beləliklə violent firmanın qazandıqlarından istfadə edən, müştərilərə fərdi yanaşan, konkrent regional təlabatları ödəməyə çalışan, orta və kiçik bizneslə məşğul olan kommutant firmalar yaranır.

Beşinci mərhələ (letalent) - firmanın sturukturunun pozulması, destruktizasiya və onun əvvəlki vəziyyətdə fəaliyyətini davam etdirə bilməməsi. Bu mərhələdə latalent firmalar yaranır. Yəni, əvvəlki vəziyyətdə səmərəli fəaliyyətin mümkünsüzlüyündən firmalar ayrılmağa başlayır, yaxud bəzi firmalarda əvvəlki texnologiyaların qismən və ya tamamilə dəyişdirilməsi vasitəsi ilə, həm də heyyəti dəyişmək ilə bu firmalar öz fəaliyyət profilini dəyişir (divirsifikasiya olunur). Belə dərin dəyişikliklər təbii ki, müxtəlif xarakterli mürəkkəbliklər yarada bilər, bunun da nəticəsində bazar mövqeyində geriləmə baş verir.




Yüklə 47,04 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə