Strateji Ekoloji Qiymətləndirmə nədir?



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
tarix08.11.2018
ölçüsü1,33 Mb.
#79436


 

 

 

 

Strateji Ekoloji Qiymətləndirmə  nədir? 

• Strateji Ekoloji Qiymətləndirmə (SEQ) təklif olunan plan, proqram və ya digər strateji sənədlərin ətraf mühitə və 

insan  sağlamlığına  potensial  təsirlərinin  planlaşdırma  mərhələsində  təhlil  edilməsi  və  əldə  edilən  nəticələrin  ilkin 

qərar qəbulu prosesinə inteqrasiyasını, habelə davamlı inkişaf prinsiplərinin nəzərə  alınmasını təmin edən sistemli, 

ardıcıl qiymətləndirmə üsuludur.   



 

Strateji Ekoloji Qiymətləndirmə üzrə beynəlxalq hüquqi sənədlər 

• SEQ  üzrə  Avropa  Direktivi  2001/42/EC  və  BMT-nin  Avropa  İqtisadi  Komissiyasının  (UNECE)  SEQ  üzrə 



Protokolu  əsas  beynəlxalq  hüquqi  bazadır.  SEQ  Protokolu  BMT  AİK-in  Transsərhəd  Konteksdə  Ətraf  Mühitə 

Təsirin Qiymətləndirilməsi üzrə Konvensiyasının (Espoo Konvensiyası) Tərəflərinin 21 may 2003-cü il tarixdə Kiyev 

şəhərində  keçirilmiş  növbədənkənar  “Avropa  üçün  Ətraf  Mühit”  Konfransında  imzalanmış,  10  iyul  2010-cu  il 

tarixdən qüvvəyə minmişdir.  

 

SEQ-in tətbiqi sahələri: 

• SEQ  “kənd  təsərrüfatı,  meşəçilik,  balıqçılıq,  enerji,  minadan  təmizləmə  də  daxil  olmaqla  sənaye,  nəqliyyat, 



regional inkişaf, tullantıların və suların idarə edilməsi, telekommunikasiya, turizm, şəhərsalma və ya torpaqların 

idarə edilməsi kimi sahələrə tətbiq edilir. Bu strateji sənədlər müvafiq icra orqanı tərəfindən qeyd olunan sektorlar 

üzrə  hazırlanan,  eləcə  də  gələcəkdə  ətraf  mühitə  təsirin  qiymətləndirilməsini  tələb  edən  fəaliyyətlərin 

layihələndirməsini nəzərdə tutan plan və proqramları (habelə digər strateji sənədləri) əhatə edir. 

 

Ministry of Ecology and Natural Resources of the Republic of Azerbaijan 

 



SEQ prosesi 

 

SEQ-in 


tətbiqinin 

zəruriliyi 

əsaslandırıldıqdan 

(«screening»  prosesi)  sonra  SEQ  prosesi  aşağıdakı 

mərhələlərdə həyata keçirilir: 

• Baza təhlilləri və qiymətləndirmənin əhatə dairəsinin 

müəyyən edilməsi («scoping»)  

• Ətraf  mühitə  və  insan  sağlamlığna  təsirlərin 

qiymətləndirilməsi  və  təkliflərin  hazırlanması  -  SEQ 

üzrə Hesabatının hazırlanması 

• SEQ  prosesində    («scoping»  və  SEQ-nin  nəticələri 

üzrə) ictimaiyyətin iştirakının təmini 

• Əlaqədar orqanlarla,  eləcə də  ətraf mühit və səhiyyə 

orqanları ilə məsləhətləşmələrin aparılması 

• Planlaşdırıcı  orqan  tərəfindən  qərar  qəbulu  və 

bəyənnamənin verilməsi  

• Monitorinq (və ya fəaliyyətin izlənilməsi) 

 

Qeyd  olunan  mərhələlərin  icra  mexanizmləri  SEQ  üzrə 



Protokola  uyğun  təlimat  sənədlərində  öz  əksini  tapmış 

və azərbaycan dilinə tərcümə edilmişdir: 

- Strateji  Ekoloji  Qiymətləndirmə  Protokolunun  icrası 

üzrə  təlimat  vəsaiti  –  UNECE  və  Mərkəzi  və  Şərqi 

Avropa üzrə Regional Ekoloji Mərkəz, 2012. İlk nəşr 

2006, ikinci nəşr 2012.  

Bax: 

http://www.unece.org/env/eia/sea_manual/welcome.html



  

http://www.unece.org/fileadmin/DAM/env/eia/document

s/SEA%20Manual/translations/SEA_Resource_Manual_

Aze.pdf


 

SEQ üzrə pilot layihə haqqında .Bax

http://www.unece.org/environmental-

policy/treaties/environmental-impact-assessment/about-

us/protocol-on-sea/envseaeapgreen/sea-pilot-

projects.html

  

 

SEQ üzrə fəaliyyət:  

 

Azərbaycanda  Respublikası  BMT  AİK-in  Transsərhəd  Konteksdə  Ətraf 

Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasını (Espoo Konvensiyası) 

ratifikasiya  etmiş  (1999,25  mart),  SEQ  üzrə  Protokoluna  qoşulmamışdır. 

Hazırda Azərbaycanda SEQ Protokoluna keçidi sürətləndirmək məqsədilə 

SEQ  üzrə  milli  hüquqi  və  praktiki  hazırlığın  təmin  edilməsi  məqsədilə 

Espoo  Konvensiyasının  “2014-2017-ci  illər  Fəaliyyət  Planı”  (2-5  iyun 

2014-cü  il  tarixdə  Cenevrə  şəhərində  keçirilmiş  Tərəflərin  VI    Iclasda 

(UNECE Espoo MOP6) Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Cənubi 

Şərqi  Avropa  ölkələri  üçün  qəbul  olunmuşdur)  çərçivəsində  tədbirlər 

həyata keçirilir. Tədbirlər Azərbaycan Respublikası Ekologiya və Təbii 

Sərvətlər Nazirliyi tərəfindən BMT AİK ilə əməkdaşlıq əsasında, eləcə 

də Aİ Şərq Tərəfdaşlığı ölkələri üçün Yaşıl İqtisadiyyat - “EaP Green” 

Proqramının maliyyə dəstəyi ilə həyata keçirilir: 

 

•SEQ  üzrə  dövlət  qulluqçularının,  ictimaiyyətin  məlumatlandırma 

tədbirləri keçirilmiş, beynəlxalq təcrübə mübadiləsi aparılmışdır. Müvafiq 

fəaliyyətin,  xüsusilə  SEQ  üzrə  imkanların  genişləndirilməsi  və  kadr 

potensialının  inkişafı  istiqamətində  tədbilərin  davam  etdirilməsi 

planlaşdırılmışdır. 

 

• Ətraf  Mühitə  Təsirin  Qiymətləndirilməsi  üzrə  yeni  Qanun  Layihəsi 



beynəlxalq və milli ekspertlərin dəstəyi ilə təkmilləşdirilmiş və tətbiqinin 

prakitiki  yoxlanılması,  eləcə  də  SEQ  üzrə  təcrübənin  mənimsənilməsi 

məqsədilə SEQ üzrə pilot layihə həyata keçirilmişdir.  

 

•Pilot  layihə  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  ilə  Alternativ  və 



Bərpa  Olunan  Enerji  Mənbələri  üzrə  Dövlət  Agentliyi  arasında 

koordinasiya  və  əməkdaşlıq  əsasında  “Alternativ  və  Bərpa  Olunan 



Enerji  Mənbələrindən  İstifadə  üzrə  Dövlət  Strategiyası  -  2015-2020” 

layihə  sənədinə  tətbiq  edilmişdir.  Layihə  Ekologiya  və  Təbii  Sərvətlər 

Nazirliyi  tərəfindən  Azərbaycanda  SEQ  üzrə  həyata  keçirilən  ilk  pilot 

layihədir.  



 

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə