1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə9/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   5   6   7   8   9   10   11   12   ...   93

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
27
Ağqoyunlulardan Azərbaycan Demokratik Respublikasına, sovet dövründən su-
veren müstəqil dövlətçiliyə qədərki tarix fəlsəfəsini, onun portretini yarada bilər. 
Azərbaycan adlı bir məmləkətin nə qədər məşəqqətlər bahasına müstəqillik əldə 
etməsi yalnız bu dəyərin dərk edilməsi ilə mümkündür.              
Müstəqilliyimizin  20  illik  zəfərini  yaşayırıq.  Onun  həqiqi  dəyərini  dərk 
etmək  üçün  eyni  zamanda  20  ildən  əvvəlki  200  ilə  də,  2000  ilə  və  ondan 
daha  qədim  tarixi  zamanda  yaşananlara  da  bələd  olmalıyıq.  Hələlik,  dövlət 
nəzəriyyəsi ilə  bağlı  elmi araşdırmalar geniş vüsət almamışdır, miqyaslı elmi 
publisistik tədqiqatlar kifayət qədər deyil. Görülən işlər 20 illik tarixi nailiyyət 
kimi  təmələ  əsaslanaraq  yeni  keyfiyyət  mərhələsinə  uyğun  aparılmalıdır.  Bu 
fikir  yalnız  Azərbaycanın  dövlətçilik  tarixinin  təhlilinə  deyil,  təbliğinə  də  aid 
edilə bilər. Sovet dövründə Azərbaycan tarixi ilə bağlı üçcildlik kitab nəşr olun-
muşdu. Müstəqillik illərində isə yeddicildlik kitab işıq üzü görmüşdür. Amma 
onların hamısı Azərbaycan dilində olmaqla yanaşı, tarix fəlsəfəmiz aspektində 
işlənilməmiş, xarici dillərə tərcümə olunmamışdır.
Dövlətşünaslıq mövcud nəzəri baxışlara inteqrativ yanaşmaya 
və onların uğurlu sintezinə imkan verir
Müasir anlamda başa düşülən dövlətçilik elmi bəzi sahələrlə müqayisədə  
nisbətən daha gec yaranan, formalaşan elm sahəsidir.
Bu, ilk baxışda qəribə görünən bir tarixi reallıq olmaqla yanaşı, eyni zaman-
da obyektiv səbəblərə malikdir. Tarixən dövlət idarəçiliyi uzun müddət bir elm 
kimi mövcud olmadığı üçün onun elmi-nəzəri sistemi də mövcud olmamış-
dır.  Əsrlər boyu Avropada mütləqiyyət üsul-idarəsi üstünlük etmiş və fəaliyyət 
göstərmişdir. Yəni monarxların mütləq hakimiyyəti şəraitində dövlət və hüquq 
nəzəriyyəsi mövcud olmamışdır. XIV Lüdovikə aid olduğu qeyd edilən (1643-
1715) “Dövlət-mənəm” (fransızca: “L’Etat c’est moi”)  deyimi bunun ifadəsidir.
Dövlətçilik  elmi  və  nəzəriyyəsinə  nə  vaxtdan  başlayaraq  ehtiyac  yaran-
mışdır? Təbii olaraq belə bir cavab yaranır ki, dövlətçiliyin əsaslarının sistemli 
şəkildə öyrənilməsinə müasir dövrdən, sənayeləşmə və bazar münasibətlərinin 
bərqərar olduğu vaxtdan zərurət duyulmağa başlanmışdır. Daha dəqiq desək, 
bu dövr XVIII əsrin sonu, XIX əsrin əvvəllərindən, burjua inqilablarından sonra 
başlamışdır. Belə qənaətə gəlmək olar ki, müasir dövlətçilik, dövlət və hüquq 
nəzəriyyəsinin tarixi son 200 ili əhatə edir.
Tarixi  miqyas  baxımından  bu,  mikroskopik  bir  rəqəmdir.  Eyni  zamanda, 
bəhs edilən 180-200 ildə dövlətçilik elminin mühüm əsasları qoyulmuş, xey-
li işlər görülmüş, tədqiqatlar aparılmışdır. Dövlət institutu bir-biri ilə qarşılıqlı 
əlaqədə  olan  bütöv  elementlər  –  siyasi,  iqtisadi,  hüquqi,  mənəvi-ideoloji  və 
s.  amillər  çoxluğunun  vahid  sistemini  təşkil  edir.  Dövlətin  tarixini  və  taleyini 
bu  amillərin  qarşılıqlı  təsirinin  mürəkkəb  nəticələri  müəyyən  edir.  Müəyyən 
təkamül mərhələsində bu amillərin hər biri həlledici rola malik olur, az və ya 


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
28 
çox dərəcədə dövlətçiliyə təsir göstərir.
Dövlət mahiyyətcə siyasi institut olmaqla yanaşı, həm də mənəvi-mədəni 
birlikdir. İnkişafın müəyyən mərhələsində yaranan dövlətin tədqiqində siyasi-
iqtisadi  amillərlə  yanaşı,  coğrafi,  geosiyasi,  mənəvi-ideoloji    aspektlərin  də 
nəzərə alınması zəruridir. 
Dövlətşünaslıq elminin konsepsiyası çərçivəsində mövcud olan bütün  ya-
naşma və metodların  sintezindən inteqrativ model formalaşa, onların müsbət 
imkanlarından bəhrələnə, qüsurlu cəhətlərinin tamamlanması və zənginləşməsi 
mümkün ola bilər. Bu fikri əsaslandırmaq üçün mövcud yanaşmalara qısa nəzər 
salmaq vacibdir.
Dövlət və hüquq nəzəriyyəsi — fundamental hüquqi elmlərdən biridir. Dövlət 
və hüquq nəzəriyyəsinin predmetinin xüsusiyyəti odur ki, onlar qarşılıqlı bağ-
lılıqda, bir-birini tamamlayan sosial institutlar kimi öyrənilir. Dövlət və hüquq 
nəzəriyyəsinin predmetini dövlətin və hüququn yaranmasının ümumi və spesi-
fik qanunauyğunluqları təşkil edir. Təbii ki, dövlətçiliyin hüquqi əsaslardan ayrı 
təsəvvür edilməsi qeyri-mümkündür. Onların əlaqəli öyrənilməsi bu günədək 
olduğu kimi, bundan sonra da zəruri olacaqdır. 
Lakin dövlətin çoxçalarlı fenomen kimi mahiyyətinin yalnız sırf hüquqi əsas 
və mexanizmlərə müncər edilməsi onun mənasının natamamlığı və hətta ka-
sadlığı  demək  olardı.  Bu  istiqamətin  görkəmli  nümayəndələri  –  H.Yellinek, 
P.Laband (Almaniya), A.Esmen (Fransa), V.Orlando (İtaliya) və A.Daysi (İngiltərə) 
uzun müddət öz mövqe üstünlüklərini qoruyub saxlamışlar.
Xalqın tarixi taleyində heç bir başqa təşkilat öz rolu və əhəmiyyətinə görə 
dövlətlə  müqayisə  edilə  bilməz  və  deməli,  burada  bir  yanaşma  ilə  dövlətin  
mənasını tam çatdırmaq mümkün deyil.
Dövlətə kosmopolit (“dünyanın vətəndaşı” deməkdir) yanaşma tərəfdarları 
hesab  edirlər  ki,  dünyada  ahəngin  təmin  edilməsi,  münaqişələrin  həlli,  qlo-
bal və regional ziddiyyətlərin aradan qaldırılması üçün ümumdünya dövlətinin 
və ümumdünya hüququnun yaradılması zəruridir. Belə dövlətin sərhədləri və 
paytaxtı deyil,  ümumi bir mərkəzi ola bilər. Bu fikir ABŞ alimləri tərəfindən irəli 
sürülmüş və  intensiv şəkildə ifadə edilmişdir. Onlar ABŞ-ın deyil, Ümumdün-
ya Birləşmiş Ştatlarının olmasının daha səmərəli olacağını qeyd edirlər. Lakin 
ümumdünya dövlətinin mərkəzinin də ABŞ olmasını istəyirlər. 
Dövlətçiliyin  tədqiqinə  “üzvi  təlim”  çərçivəsində  yanaşma  “orijinal” 
müddəalar  təqdim  edir.  Bu  mövqeyin  tərəfdarlarına  görə,  dövlət  bioloji 
orqanizmə    oxşar    olan    hər  hansı  sosial  orqanizmdir.  İlk  baxışda  “məsum” 
görünən  bu  yanaşma  da    çox  acınacaqlı  və  təhlükəli  nəticələr  doğurmuş-
dur.  Dövlətçilik nəzəriyyəsində insana nifrət üzərində köklənən irqçi, bioloji 
müddəalar və həmçinin  müasir Ermənistan dövlətinin öz fəaliyyətində rəhbər 
tutduğu siyasi xətt bu yanaşma ilə izah edilə bilər.
Dövlətçilik  psixoloji.  siyasi-hüquqi  təlimlər  tarixi  adlanan  elmi  istiqamət 
çərçivəsində  də    tədqiq  edilir.    Siyasi-hüquqi  təlimlər  tarixinin  predmetini,  


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə