1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə11/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   7   8   9   10   11   12   13   14   ...   93

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
31
dan irəli gələnləri də var, dünyanın siyasi xəritəsini öz istəyinə uyğun olaraq  
“biçmək”  istəyənlərin  real  əsaslardan  məhrum  olan  subyektiv  istəklərindən 
qaynaqlananları da. 
Obyektiv olanları sırasında qloballaşma prosesinin çağırışları və onun bü-
tün ağla gələn və gəlməyən nəticələri ilə bağlı olan problemləri ayrıca qeyd 
etmək lazımdır. Ən vacib olan indiyə qədərki “ənənəvi dövlət”dən fərqli olan, 
daimi  dəyişikliklərə uğrayan və inkişaf prosesini yaşayan,  “müasir müstəqil və 
suveren dövlət” fenomeninin mahiyyətinin dərk edilməsidir.  Başlıca sual isə 
belə səslənir: müasir dövləti ənənəvi mövcud olan dövlətdən fərqləndirən əsas 
meyarlar, əlamətlər hansılardır və onun daha dayanıqlı inkişaf etməsi üçün bu 
meyarlara malik olmaq nə dərəcədə  taleyüklü əhəmiyyətə malikdir?  Son 20 
il müddətində müstəqil olan dövlətlər sırasında hansı ölkə həm inkişaf mo-
delini  uğurla  müəyyən  edə  bilmiş,  həm  də  bölgədə  və  dünyada  sabitlik  və 
təhlükəsizliyin təmin edilməsinə töhfə verə bilmişdir?
Müasir dövlətin mənəvi-ideoloji təməlləri hansı təsir və təzyiqlərə məruz 
qalır?
Bu  məsələlərin  müəyyənləşməsi  müvafiq  olaraq  dövlətin  gələcək  inkişaf 
perspektivlərinin də daha dərindən təhlilini mümkün edir.
20  il  əvvələ  qədər  müstəqil  dövlətçiliyə  dair  mövcud  olan  müzakirələrə 
Azərbaycan  alimi  münasibət  bildirə  bilməmişdir.  Çünki  müstəqillik  haqda 
nə  isə  yazmaq  və  ya  demək  yasaq  sayılmışdır.  Bu  gün  isə  biz  real  müstəqil 
dövlətdə yaşayırıq və onun inkişafını görürük, milli quruculuqda  iştirak edi-
rik və müqayisə imkanlarımız ilk dəfə yaranmışdır. Beləliklə də, həm mövcud 
dövlətçilik  nəzəriyyələrinə  münasibət  bildirə,  həm  də  onları  müqayisə  edə 
bilərik.
Müasir müstəqil dövlət siyasi fenomen kimi öz mahiyyət və mənasına dair 
nəzəri  konsepsiyanın  olmadığı  təbii-tarixi    bir  şəraitdə,  sürəkli  dəyişikliklərə 
məruz qalan bir quruluşun dağılması və yerində başqasının meydana gəlməsi 
nəticəsində  yaranır  və  inkişaf  edir.  Təcrübənin  nəzəriyyəni  daim  önlədiyi 
vəziyyət mövcuddur.
Dövlətin yaranması  və dövlətçilik məsələləri qədim dövrlərdən başlayaraq 
dünya  fəlsəfi,  ictimai-siyasi  fikrinin  diqqət  mərkəzində  olmuşdur.  Son  20-30 
ildə  aparılan tədqiqatlara gəldikdə isə burada  (məsələn, İ.Vallerstayn, A.Utkin, 
A.Panarin,  T.Fridman,    U.Bek,  C.Rozenau,  M.Kastels,  M.Uoters,  S.Xantinqton)  
ikiqütblü  dünyanın  çökməsinin  şərtləndirdiyi  demokratik  transformasiya 
proseslərinin   qloballaşmanın dövlətə təsiri geniş təhlillərin mövzusu olmuş-
dur. [6]
Belə  bir  məsələni  qeyd  etmək  vacibdir  ki,  sadalanan  və  adı  çəkilməyən 
çoxsaylı əsərlər içərisində dövlətin mahiyyəti təhlil edilirsə də, məhz “müasir 
dövlət”    fenomeninin    tədqiqat  predmeti  kimi  seçildiyi  fundamental  əsərlər 
yox dərəcəsindədir. Bu gün fəlsəfədə və politologiyada nəinki müasir, dövlət 
fenomeninin,  həmçinin  yaşı  bir  neçə  əsrlərlə  ölçülən  milli  dövlətin  və  suve-


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
32 
renlik    prinsipinin  mənalandırılmasında  yekdil  qənaət,  ümumi  qəbul  edilmiş 
tərif və anlayış yoxdur. Eyni zamanda, belə bir anlayışı formalaşdırmaq üçün 
vahid nəzəri-konseptual yanaşma da formalaşmamışdır. “Ənənəvi və ya müa-
sir dövlətlərə dair mövcud olan “nəzəriyyələr” müasir dövrün dövləti və onun 
mahiyyətinə dair nəzəriyyələrlə üst-üstə düşə bilməz” (E.Giddens). “Müasir so-
sial elmdə dövlətin sistemli tədqiqi nadir hala çevrilib” (N.Elias).
Müasir müstəqil dövlət öz inkişafında təşkilatlanmanın yüksək səviyyəsini, 
demokratik ideal və prinsiplərin əsas hesab edildiyi, dini və dünyəvi hakimiyyətin 
ayrı olduğu siyasi sistem tipidir. Onun əsas əlamətləri:
-  “dəmir” sərhədlərin, sədlərin olmaması;
-  peşəkar ordunun mövcudluğu
-  inkişaf etmiş vətəndaş cəmiyyəti
-  demokratik hakimiyyət institutlarının mövcudluğu;
-  ən müasir texnoloji idarəetmə vasitələrinin tətbiq edilməsi;
-  transmilli, real və virtual məkanlarda eyni vaxtda fəaliyyət göstərməsi;
-  vətəndaşının “identiklik xaosu” yaxud  mühitində yaşamasıdır.
Birmənalı  qəbul  edilməlidir  ki,  müasir  dövlətin  mahiyyətinin  dərin  təhlili 
mövcud nəzəriyyələrin daha da zənginləşməsi və tamamlanmasını mümkün 
edə bilər.
Müasir  dövlətin  xüsusiyyətlərinə  gəldikdə  isə  burada  da  fikir  müxtəlifliyi 
mövcuddur.  Ümumi  səslənən  mövqelərə  görə  müasir  dövlət  aşağıdakı 
xüsusiyyətləri əks etdirməlidir:
1.  Humanist dəyərlərin və idealların hüquqi təcəssümünü tapdığı dövlət ol-
malıdır. Dəyərlər qanunun praktiki gücü qədər məna kəsb etməlidir. 
2.  Dövlətin müasirləşmə potensialını, yüksək elmi-texnoloji inkişaf səviyyəsini 
təmin edə bilməlidir;
3.  Öz vətəndaşlarını qanunsuz əməllərdən müdafiə edə bilməlidir;
4.  Mədəniyyət, təhsil və kommunikasiyanın yüksək səviyyəsini təmin etməlidir; 
5.  Müasir dövlət insanların demokratik cəmiyyətdə yaşadıqlarına əminlik his-
sinin olması ilə fərqlənir.
6.  Müasir  dövlət  mürəkkəb  və    çeşidli  struktura  malik  olduğu  üçün  bura-
da  istismar  edən  və  istismar  olunan  siniflər  arasında  sərt  qarşıdurmanın 
mahiyyəti dəyişmişdir. Əməklə kapital arasındakı ziddiyyət informasiya və 
biliyə  əsaslanan  cəmiyyətdə  “savad  və  savadsızlıq”  arazındakı  ziddiyyətə 
transformasiya olunur. Bilik və qabiliyyətlər cəmiyyətdə insanın özünü real-
laşdırmasına əhəmiyyətli təsirini göstərir. 
7.  Müasir dövlətin dar mənada siniflərin mübarizəsi kimi başa düşülən anlamı 
xüsusilə də Şərq 
məkanında  dövlətin  mahiyyətinin  başa  düşülməsini 
çətinləşdirir, ona mane olur.
8.  Müasir dövlətdə  hakimiyyətin cəmiyyətin əksəriyyətinin geniş  dəstəyini 
qazana  bilmədən öz  idarəetmə funksiyasını həyata keçirməsi, yaxud da 
uzun müddət həyata keçirməsi mümkün deyildir.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə