1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə19/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   15   16   17   18   19   20   21   22   ...   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
50 
Qərb dövlətlərinin özlərini inandırdıqları bu fikirlər gerçəkliyə uyğun olmam-
aqla  yanaşı,  onların  strateji  maraqlarına  da  zərər  vururdu.  Barak  Obamanın 
Mübarəkin  gedişini  “Berlin  divarının  çökməsi”  ilə  müqayisə  etmişdir.  Bu  cür 
münasibət  əslində  Misir  prezidentinə  olan  nifrətin  ifadəsi  idi.  Bu  münasibət 
qısa  müddətdə  formalaşa  bilməzdi  və  konkret  olaraq,  Hüsni  Mübarəkin  re-
gionda oynadığı mənfi rolu aydın şəkildə ifadə edrdi.
Beləliklə,  beynəlxalq  münasibətlər  sisteminin  strukturunda  baş  verən 
dəyişikliklər  Yaxın  Şərqin  beynəlxalq  əhəmiyyətini  artırmaqla  bərabər,  bu  re-
gionda  funksional-struktur  dəyişikliklərin  aparılmasını  siyasi  cəhətdən  faydalı 
və  daha  az  riskli  etdi.  Regionda  status-kvonun  saxlanması  zamanı  Qərb 
dövlətlərinin  itirdikləri  status-kvo  dəyişdikdən  sonra  itirdiklərindən  daha 
böyük  olduğu  üçün  sonuncu  ssenariyə  üstünlük  verildi.  Qısamüddətli  dövrdə 
bu  dəyişikliklər  qeyri-sabitliyə  səbəb  olsa  da,  uzunmüddətli  perspektivdə 
gerçəkləşdirilən  siyasi  dəyişikliklər  Qərbin  regionda  və  beynəlxalq  sistemdə 
mövqelərini gücləndirəcəkdir.
Liviyada  qərb  dövlətlərinin  müdaxiləsi  aşkar  xarakter  daşıdığı  üçün  bu 
faktın  ciddi  sübuta  ehtiyacı  yoxdur.  Hələ  1990-cı  illərdə  Qəddafiyə  yaxın 
olan  zabitlər  tərəfindən  çevrilişə  cəhd  edilmişdir.  Liviyada  xalq  üsyanının  ilk 
əlamətləri  ortaya  çıxdığı  zaman  (hansı  ki, 
istənilən  ölkədə  müxtəlif  səbəblərdən  bu 
cür  narazılıqlar  mövcud  ola  bilər)  BMT  TŞ-
də  tələm-tələsik  1973-cü  saylı  qətnaməni 
qəbul  etdirən  ABŞ,  Fransa  və  diqər  qərb 
dövlətləri  sənədin  mürəkkəbi  qurumamış 
Liviyaya  hərbi  müdaxiləni  həyata  keçirdilər. 
Nə  1973  saylı  qətnamə,  nə  də  üsyançılara 
verilən  birbaşa  hərbi  dəstək  Liviya  ilə  Av-
ropa  dövlətləri  arasında  enerji  sahəsində 
əməkdaşlığa  dair  imzalanmış  milyardlarla 
dollar həcmində razılaşmaların ruhuna uyğun 
deyildi. Qərb dövlətlərinin üsyançılara birbaşa 
dəstək  vermələri,  Liviyanın  daxili  işlərinə 
birbaşa qarışmaları beynəlxalq hüquqa və etikaya zidd davranış idi. 1973 saylı 
qətnamədə Liviya üzərində uçuşdan azad sahənin yaradılması nəzərdə tutu-
lurdu (22). Lakin bu qətnamə quruda qedən əməliyyatlara müdaxiləni nəzərdə 
tutmurdu...
2011-ci  ilin  fevralında  ABŞ  senatında  keçirilən  dinləmələr  zamanı  MKİ-nin 
nümayəndəsi S.Salliven bəyan etmişdir ki, 2010-cu ilin sonunda kəşfiyyat mərkəzi 
administrasiyanı xəbərdar etmişdir ki, Misirdə qeyri-sabitliyin yaranması qorxusu 
var və Mübarəkin hakimiyyəti zəifləyə bilər. Lakin kəşfiyyatçının sözlərinə görə 
“qığılcım rolunu nəyin oynayacağı bilinmirdi” (4, 16). Bu fikirlər Misirdəki pros-
esin ABŞ-ın və Qərbin ciddi nəzarəti altında təkamül etdiyini sübut edir. Misirə 
ABŞ-ın “müdaxiləsi” hələ soyuq müharibə illərində başlamışdır. Misir hərbi elitası 
demək olar ki, tamamilə ABŞ-ın nəzarətində idi. Yüksək və orta rütbəli zabitlərin 
Qərbdə (əsasən ABŞ və İngiltərədə təhsil alması və ABŞ-ın ciddi maliyyə dəstəyi 
hesabına modernləşməsi) Mübarəkin hakimiyyəti illərində ABŞ tərəfindən hər il 
Yüksək və orta rütbəli 
zabitlərin Qərbdə (əsasən 
ABŞ və İngiltərədə təhsil 
alması və ABŞ-ın ciddi 
maliyyə dəstəyi hesabına 
modernləşməsi) Mübarəkin 
hakimiyyəti illərində ABŞ 
tərəfindən hər il 1,3 mlrd. 
dollar yardım edilmişdir.


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
51
1,3 mlrd. dollar yardım edilmişdir. Misir Yaxın Şərqdə ABŞ-ın ən çox yardım et-
diyi dörd ölkədən biridir. Digər üç ölkə İsrail, İordaniya, Mərakeşdir (2, 44) vacib 
amillər idi. Məhz hərbçilər Mübarəkin hakimiyyətdən getməsində həlledici rol 
oynamışdılar.  Misirdə  üsyan  zamanı,  yəni  ixtişaşlar  başlayandan  bir  neçə  gün 
sonra Misir silahlı qüvvələrinin baş qərargah rəisi ABŞ-a dəvət olundu və orada 
böyük ehtimalla, Mübarəkin hakimiyyətdən getmə ssenarisi işlənib hazırlandı. 
Belə  ki,  özünün  son  çıxışında  Mübarək  hakimiyyətdən  getməyəcəyini  ifadə 
etmişdir, lakin bir gün sonra onun qəflətən hakimiyyətdən getməsi ümumi üsy-
an fonunda saray çevrilişinin baş verdiyini göstərir.
İkincisi, mövcud elmi ədəbiyyatda özünə geniş dəstək qazanan izahlardan 
biri xalq üsyanlarında savadlı, lakin işsiz qalan gənclərin rolu ilə bağlıdır. Belə 
ki, məhz bu gənclər üsyanların əsas hərəkətverici qüvvəsi kimi çıxış etmişdir. 
Əhalinin gənclərdən ibarət təbəqəsinin üsyanlardakı rolunu inkar etməyərək, 
eyni zamanda əlavə etmək istəyirik ki, bu rol sosial-iqtisadi aspektdən daha çox 
sosial-psixoloji  xarakter  daşımışdır.  Fransız  sosioloqu  və  politoloqu  B.Qutula 
görə gənclər aqressiyaya və kriminal davranışlara daha çox meyillidir. Fransız 
aliminin  fikrincə,  əhalinin  içərisində  gənclərin  çoxluq  təşkil  etdiyi  halda  milli 
iqtisadiyyat onların ləyaqətli mövcudluğunu təmin edə bilmirsə, müharibə və 
ekspansiya üçün ilkin zəmin  yaranır (10, 79). Alman alimi G.Haynsona görə, 
əgər bu və ya digər ölkədə əhalinin 30 faizdən çoxu 15-29 yaş kateqoriyasına 
aiddirsə, əminliklə həmin ölkədə ən qısa zamanda zorakılığın tüğyan etməsini 
proqnozlaşdırmaq olar (10, 80). Dünyada ən çox gənc əhaliyə malik dövlətlər 
sırasında  ərəb  ölkələri  ilk  yerləri  tuturlar.  Yaxın  Şərqin  ərəb  dövlətlərində 
əhalinin  ümumi  artım  tempi  il  ərzində  1  faizdən–  2  faizədək  təşkil  edir  (21, 
map 55);  əhalinin 40 fa izə yaxınını 15 yaşdan aşağı gənclər təşkil edir(21, map  
58). Eyni zamanda, bu dövlətlərdə 15-29 yaşında olan gənclər əhalinin ümumi 
sayının 41-50 faizini təşkil edir (21, map 69). Daha bir vacib amil bu gənclərin 
böyük hissəsinin ali təhsilli olmasıdır.
Deməli, Yaxın Şərqin ərəb dövlətlərində daxili münaqişə üçün ciddi de-
moqrafik  zəmin  mövcud  olmuşdur.  Sosial-siyasi  və  sosial-iqtisadi  şərtlər 
uyğun olduqda (bax: yuxarıda) “ovqat demokratiyası” adlandırdığımız pros-
es hərəkətə başlayır: ilk öncə əhalinin kiçik qrupları etiraza başlayır, daha 
sonra bu qruplar tərəddüd edən və bitərəf insanları da öz arxasınca aparır və 
kütlə psixologiyası işə düşür; proses qarşısıalınmaz xarakter alır. 
Beləliklə, Yaxın Şərqdəki üsyanlar bir anda, qısa zaman hüdudunda baş 
verməmişdir. Uzun zaman ərzində formalaşan narazılıq elementləri çoxluğun 
əhval-ruhiyyəsinin ifadə olunduğu əlverişli şəraitdə kütləvi xarakter almışdır.  
Əhalinin məhz gənclərdən ibarət savadlı hissəsi demokratik davranışın əsas 
hərəkətverici qüvvəsi olmuşdur. Yaxın Şərqdə hadisələr başlıca olaraq təsvir 
etdiyimiz nəzəri sxem üzrə hərəkət ermişdir.
2007-2008-ci illərdə Misirdə 580 tətil olmuşdur (15, 57). Əlcəzairdə 2010-
cu ilin noyabrında gündəlik tələbat mallarının qiymətlərinin qalxmasına reak-
siya olaraq (Tunisdən öncə) ilk özünüyandırma hadisəsi baş verdi. 2011-ci ilin 
yanvarında  bu  ölkədə  4  insan  özünü  yandırmış  və  müxalifətin  təşkil  etdiyi 
hökumət əleyhinə nümayiş keçirilmişdir. Daha sonra Tunisdə hadisələr cərəyan 
etməyə başlayır və sonrakı proseslər artıq məlumdur... 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə