1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə15/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   11   12   13   14   15   16   17   18   ...   93

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
39
li dövlət quruculuğunun üç mərhələsi və ya fazası mövcuddur. Birinci mərhələ 
postkonflikt  quruculuq  mərhələsidir.  Bu  mərhələdə  əvvəlki  dövlət  strukturu 
tamamilə dağılır və onun köklü şəkildə  yenidən qurulması tələb edilir” (4, s.57).
Əgər dövlət güc-bəla ilə azacıq sabitliyi təmin edə bilirsə, o zaman ikinci 
faza başlanğıcını götürür. Bu zaman ən başlıca məsələ müstəqil dövlət struk-
turlarının yaradılması olur. Bu fazanı həyata keçirmək birincidən daha çətindir. 
Xüsusilə də xarici amil burada iştirak edirsə. Üçüncü faza ikinci ilə üzvi surətdə 
bağlıdır. Bu, hələ zəif olan dövlətin möhkəmləndirilməsi, müəyyən qədər ya-
radılan sabitliyin  artıq dövlət strukturlarının işini təmin edə biləcək səviyyəyə 
çatdırılması, dövlətin funksiyaları adlanan səlahiyyətlərini icra edə bilməsinin 
gerçəkləşdirilməsidir.  Güclü  dövlətin  qurulması  əvvəlki  rejimə  qayıtmaq 
istəyənlərlə axıra qədər mübarizənin aparılmasıdır.
Təbii ki, vurğulamaq yerinə düşərdi ki, F.Fukuyama  güclü dövlət qurucu-
luğu elmini formalaşdırmaqdan danışarkən,  yalnız hərənin öz ölkəsində de-
yil,  həm də başqa ölkələrdə ABŞ-ın belə dövlətlər qurmaq istəyini, missiyasını 
nəzərdə tutur. Belə cəhdləri “müvəqqəti tədbir” adlandırır. Müəllifin verdiyi sual 
isə heç də ritorik deyildir: “Dövlət institutunun zəifləməsi lehinə olanlar – istər 
azad bazar tərəfdarları olsun, istərsə də vətəndaş cəmiyyətinin təmsilçiləri - ilk 
növbədə özlərinə və dünyaya hesabat verməlidirlər: müasir dünyada suveren 
milli dövlətin gücünü başqa nə ilə əvəz etmək olar?”. 
Bu gün saysız-hesabsız beynəlxalq təşkilatlar, qruplar, qurumlar hakimiyyət 
və legitimliyə dövlət kimi iddia edirlər. Lakin heç nə edə bilməyərək sivilizasi-
yanın yeganə sərvəti və ən böyük kəşfi olan dövlətçiliyin dəyərini bilməyə, onu 
necə daha da güclü və uğurlu etməyi öyrənməyə məcburdurlar. 
Sonda müəllifin gəldiyi qənaət belədir: “Dövlət qurmaq məharəti, dövlət 
quruculuğu elmi XXI yüzillikdə dünya nizamını təmin etmək üçün ənənəvi ola-
raq tətbiq edilən hərbi amil qədər milli gücün tərkib hissəsinə çevriləcəkdir”. 
Fukuyamanın  əsərinə  reaksiyalar  çox  müxtəlifdir.  Əksəriyyət  isə  onun 
ABŞ-ın  yeni  imperializm  siyasətinin  reallaşmasını  “güclü  dövlət”  quruculuğu 
kimi təqdim etməsini kəskin münasibətlə qarşılayır.  Eyni zamanda,  nə qədər 
tənqid edilsə də, əsərdə reallığı əks etdirən müddəalar da çoxdur. Xüsusilə də 
dövlətin gücünün hərbi və ərazi amili ilə deyil, əsasən “xalqın dövlətdən razı-
lığı ilə” müəyyən edilməsi,  başqa ölkələrə işğalçı niyyətlərlə baxan dövlətlərin 
zəiflik xüsusiyyətini daşıması, həmçinin öz dövlətinin güclü olmasına nail ola 
bilməyən ABŞ-ın dünyada güclü dövlətlər qurmaq cəhdlərinin yanlış olduğunu 
təsdiq etməsi və s. fikirlər bu qəbildəndir. “Müharibədən sonra zəif dövlətlərin 
yenidən  qurulması  və  sabitləşdirilməsi  ilə  məşğul  olan  Birləşmiş  Ştatlar  və 
beynəlxalq birlik çox az şeyə nail olublar. Birləşmiş Ştatlar və digər beynəlxalq 
təşkilatlar Panamada, Somalidə, Haiti və Bosniyada çoxlu səhvlər ediblər” (4, 
s.172). Təəssüf ki, bu zaman nə həmin səhvlərin qurbanlarının sayı, nə iqtisadi, 
nə də humanitar qiyməti qeyd edilir. 
Futuroloqun  XXI  əsrdə  suverenlik  prinsipi  və  suveren  dövlətçiliklə  bağlı 
gəldiyi qənaət xüsusilə vurğulanmalıdır. 
“Bu  gün  beynəlxalq  birliyin  üzvləri  arasındakı  əsas  mübahisə  suverenlik 


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
40 
prinsipinin  mahiyyəti  barədə  deyil,  suverenliyin  pozulması  zamanı  kimin  və 
hansı əsaslarda qərar qəbul etməsi ilə bağlıdır” (4, s.176).
Gücün,  daha  doğrusu,  fiziki  gücün  hakimiyyəti  min  illər  ərzində  icti-
mai dövlətin inkişafının əsas meyarı olub. Lakin müasir dünya Makedoniyalı 
İskəndərin, yaxud Napoleon Bonapartın zəmanəsinin eyni deyildir. Xalqın eti-
mad etdiyi siyasi liderlərin başçılıq etdiyi müstəqil suveren dövlətlərin dövrü-
dür.  Hegemonluq və fiziki başa düşülən güc ideyası amerikalıların dövlətçilik 
və  suverenliyi  fərqli  dərk  etməsinin,  ilkin  demokratiyanın  siyasi  institutlarını 
müstəsnalıq hissi ilə izah etməyə çalışmasının təzahürüdür. 
Azərbaycanda  “güclü  dövlət”  quruculuğuna  Fukuyamanın  qeyd  edilən 
əsərindən xeyli əvvəl başlanılıb. Dövlət başçısının irəli sürdüyü “Güclü dövlət, 
yüksək rifah!” formulu isə mondialist, “planetar dövlət” qurmaq iddialarından 
nəinki fərqlidir, hətta onun tamamilə əksidir. Azərbaycanda güclü dövlət quru-
culuğunun qarşıdakı illər üçün irəli sürülməsi heç də asan məsələ olmamışdır. 
Ən azı onu xatırlatmaq istərdik ki, bu real məqsədi irəli sürmək üçün ümum-
milli lider Heydər Əliyevin siyasi kursuna müvafiq olaraq ötən dövrlərdə:
1.  Müstəqilliyin  təmin  edilməsi,  qorunması,  bütün  sahələrin  sıfırdan  baş-
layaraq təməlinin qurulması - bir sözlə, keçid adlanan dövrün bütün imkan-
larından  maksimum  istifadə  edilməsini;  2.  İctimai-siyasi  sabitliyin  və    inkişaf 
üçün ən zəruri şərtlərin yaradılmasını; 3. Davamlı və dinamik inkişafın dünya 
tərəfindən etiraf edilməsini; 4. İnkişafda liderliyin ardıcıl olaraq təmin edilməsi 
və qorunub saxlanılmasını; 5. İqtisadiyyatda keçid dövrünün zəfərlə başa çat-
dırılmasını təmin etmək  lazım gəlmişdir. 
Siyasi  dəyişikliklərin  yeni  dövrü  qarşımızda  fərqli,  daha  yüksək  hədəflər 
qoymuşdur.  2003-cü  ildən  bəri  Azərbaycan  fasiləsiz  inkişaf  şəraitində  yaşa-
yır. İqtisadiyyatımız keçid dövrünü başa vurub. Dövlət başçısı həyatımızın bü-
tün sahələrinin (sosial, mədəni, siyasi, hüquqi və s.) məhz iqtisadiyyatda əldə 
edilən uğurlarla bu səviyyəyə çatdırılmasını, insanlarımızın artıq inkişaf etmiş 
ölkələr kimi yaşamaq hədəfini qarşıya məqsəd kimi qoymuşdur. 
“Güclü dövlət, yüksək rifah!” formulunun irəli sürülməsi o deməkdir ki, qar-
şıdakı  dövrdə  siyasətimizin,  iqtisadiyyatımızın,  sosial  həyatımızın  ana  xəttini 
dövlətin gücü və qüdrəti – vətəndaşın yüksək rifahı həm siyasi, həm iqtisadi, 
həm sosial, həm mədəni, həm də hüquqi məqsəd kimi müəyyən edəcəkdir. 
Azərbaycanda  güclü  dövlət  dedikdə  cəmiyyətdə  ictimai-siyasi  sabit-
liyi,  təhlükəsizliyi  təmin  edən,  xarici  çağırış  və  təhlükələrə  cavab  verə  bilən, 
vətəndaşları yüksək sosial standartlarla,  şərait və imkanlarla və s. təmin edən 
demokratik dövlət nəzərdə tutulur.  
Bütövlükdə  isə  istər  Fukuyamanın,  istərsə  də  başqa  müəlliflərin  ən 
yeni  dövlət  nəzəriyyələrində  qeyd  edilən  meyarlara  əsasən  demək  olar  ki, 
Azərbaycan real olaraq güclü dövlət meyarlarına cavab verən ölkədir. Bunun-
la  yanaşı,  daha  güclü  olmaq  strategiyasının  reallaşdırılmasına  başlanılmışdır.  
Həyata keçirilən  “Güclü dövlət, yüksək rifah!” konsepsiyası milli xüsusiyyətləri 
nəzərə alan güclü dövlətin demokratik modelidir.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə