1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə12/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   8   9   10   11   12   13   14   15   ...   93

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
33
9.  Müasir  dövlətdə  sırf  idarəçilik  və  bürokratiya  qruplarının  maraqlarından 
hakimiyyət iflasa düçar olur. İqtidarın siyasi uzunömürlülüyünü təmin edən 
ən başlıca keyfiyyət meyarı cəmiyyətin rifahı və dövlətçilik maraqlarının üs-
tün tutulmasına yönəlmiş strategiyadır. Bu da dövlətin ümumsosial funksi-
yaya malik olduğunun daha bir göstəricisidir.
10. Müasir  dövlətçiliyin  fəlsəfəsi  mahiyyətcə  “təkcə,  ümumi  və  xüsusi”nin 
vəhdətindən çıxış etməyi diktə edir. Fərdi və kollektiv, ümummilli və bəşəri 
maraqların ahəngini təşkil etmək müasir dövlətin missiyalarından biridir.    
11. Müasir dövlət mahiyyəti tarixin əvvəlki dövrləri ilə müqayisədə daha sürətlə 
dəyişən və yeniləşən bir fenomendir.
12. Müasir dövlətin inkişafı ilk növbədə modernləşmə və sosiallaşma prosesləri, 
ümumi insani dəyərlərə (xalqın hakimiyyəti, ədalət, insan hüquqları və s.) 
əsaslanan hüquqi və dünyəvi dövlətin yaranması ilə xarakterizə olunur. Bu 
əsasda formalaşan demokratik dövlət xalqın dövləti, xalqın vasitəsilə xalq 
üçün dövlət olduğunu göstərir. Bu, əhalinin böyük bir qismini təmsil edən 
və onun maraqlarını azlığın maraqları ilə bərabərləşdirən dövlətdir. Belə bir 
dövlətdə  hakimiyyət  demokratik  vasitələrlə  həyata keçirilir  (hakimiyyətdə 
partiyaların yerdəyişməsi seçkilər vasitəsilə reallaşır, prinsipial qərarlar re-
ferendumda  seçicilərin  səsverməsi  ilə  qəbul  edilir,  dövlət  orqanlarının 
fəaliyyətində ictimai rəy böyük əhəmiyyət kəsb edir). 
13. Müasir  dövlət  sosial    dövlətdir.  Sosial  dövlət  haqqında  danışarkən  qeyd 
edildiyi kimi, dövlətin əhaliyə sosial xidmətlər təqdim edilməsində, pulsuz 
ümumi təhsil, zəruri minimum əmək haqqının və minimum yaşayışın təsbit 
olunmasında,  əmək  münasibətlərinin  və  kapitalın  ədalətli  qanunvericilik 
əsasında tənzimlənməsində onun fəal iştirakı nəzərdə tutulur. 
Sosial  dövlət  konsepsiyası  da  son  dövrlərdə  müəyyən  dəyişikliklərə 
məruz  qalır.  Əsas  qənaət  belədir  ki,  əvvəla,  dövlət  insanın  əsas  ehtiyaclarını 
təmin etməlidir, lakin insan da özü və ailəsi haqqında düşünməlidir. Hüquqi 
dövlət  dövlətin  hüquqi  normalarla  yalnız  simvolik  deyil,  həm  də  ümumi  in-
sani  dəyərlərə  əsaslanan  ümumi  hüquqi  prinsiplərlə  bağlı  olması  deməkdir. 
Bu,  qarşılıqlı  hüquq  və  vəzifələr,  şəxsiyyətin,  kollektivin  və  dövlətin  qarşılıqlı 
məsuliyyətidir. Dünyəvi dövlət əqidə azadlığının təmin edilməsi deməkdir.    
İkincisi,  müasir  şəraitdə  demokratikləşmə  və  sosiallaşma  ilə  eyni  vaxt-
da  xüsusilə  də  “qabaqcıl”  postindustrial  informasiya  cəmiyyətində  texnoloji 
və  texnokratik  dövlətlər  qurulur.  Müasir  yüksək  strukturlaşmış  cəmiyyətlərin 
idarə olunmasında qərarlar qəbul edilərkən ekspert və mütəxəssislərdən geniş 
istifadə edilir (xalq tərəfindən seçilmiş orqanlar mütəxəssislərin rəyinə güvənir, 
yalnız ümumi xüsusiyyətli qərarları xalq özü verir, bir sıra ölkələrin qanunla-
rına görə, referendum da yalnız bir neçə, əsasən xüsusi məsələlərə görə ça-
ğırılır), müxtəlif variantları nəzərə almağa imkan yaradan yeni texnologiyalar 
tətbiq edilir. Bununla yanaşı dövlət orqanlarının (vəzifəli şəxslərin) əhali, texniki 
mütəxəssislərin qərar qəbulu orqanları (o cümlədən parlament hakimiyyəti) ilə 


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
34 
bilavasitə və davamlı əlaqəsi üçün böyük əhali kütlələrinin davranışını mani-
pulyasiya edən, qərar qəbul edən orqanlara təzyiq göstərən müxtəlif texnolo-
giyalar istifadə edilir. Buna görə də müasir dövlətin əsas problemlərindən biri 
demokratiya  və  texnokratiyanı  ümumi  məqsədlər  naminə  ahəngdar  şəkildə 
birləşdirmək bacarığı ilə bağlıdır. 
Üçüncüsü,  dövlət  təsirinin  mahiyyəti  yeniləşir,  onun  formaları  dəyişir, 
təşkilatçı-dövlət,  sosial  ədaləti  təmin  edən  dövlət  yaranır.  Dövlət,  onun  or-
qanları inzibati deyil, iqtisadi, psixoloji və digər təzyiq vasitələri tətbiq edərək 
konsensus və kompromis yolu ilə münaqişələri sakitləşdirməyə çalışırlar. Lakin 
dövlət  (real  və  potensial  olaraq)  həmişə  yalnız  “ümumi  işlərin”  icrası  orqanı 
deyil, həm də qanuniləşdirilmiş və legitim təsir institutu kimi qalır.  
Dördüncüsü, təcrübə dövlət idarəçiliyinin yüksələn və enən xətt üzrə (dal-
ğavari) inkişaf etdiyini sübut edir. İqtisadiyyatın tənzimlənməsində (həmçinin 
sosial münasibətlərdə, müəyyən dərəcədə siyasətdə və şəxsi münasibətlərdə) 
dövlətin rolunun artması ən son nöqtəyə çatır, tənzimlənmə cəmiyyətin təbii 
inkişafına  mane  olur,  bu  isə  iqtisadi  fəaliyyətin  zəifləməsinə,  əhalinin  həyat 
səviyyəsinin aşağı düşməsinə və bəzən də on illərlə davam edən tədrici dur-
ğunluğa   səbəb olur. Digər tərəfdən dövlət tərəfindən verilən hədsiz sosial 
zəmanətlər İsveçdə, İspaniyada, Norveçdə cəmiyyətin kifayət qədər ehtiyatları 
olmadığı  üçün  kapitalın  ölkədən  “axmasına”,  inkişafın  sürətinin  zəifləməsinə 
səbəb olurdu. Sosial imtiyazların azalması sosiumda fəallığı bərpa edir, lakin 
əhalinin narazılığına səbəb olur və hakim partiyanın seçkilərdə məğlubiyyəti 
ilə nəticələnirdi. Belə dövrləşmə vaxtaşırı olaraq təkrarlanır.   
Beşincisi,  hibrid,  qarışıq,  keçid  formalarının  yaranması  meyli  daha  çox 
təzahür edir. Əvvəlki klassik prezidentli, parlamentli, federal, avtonom dövlət 
quruluşları mütləq formada qalmır. Dövlət hakimiyyətinin icrası ilə bağlı yeni 
metodlar, avtoritarizmin və demokratiyanın elementlərini özündə birləşdirən    
dövlət idarəçiliyi formaları yaranır. Həm beynəlxalq birlik, həm də dövlətçilik 
xüsusiyyətlərini  özündə  daşıyan  fövqəlmilli  təşkilatlar  yaranır  (Avropa  Birliyi, 
Serbiya və Çernoqoriya İttifaqı və s.).   
Nəhayət, altıncı, hazırda dövlətçiliyin inkişafında “yüksəlişlər” və “enişlər”, 
ziddiyyətlər  daha  kəskin  forma  alır.  Qədim  dünyanın  və  orta  əsrlərin  öz 
müstəbidləri,  mütləq  monarxları  və  uyğun  demokratiyaları  (azad  insanlar 
üçün),  “polis  dövlətləri”  və  şəhər  respublikaları  var  idi.  Eyni  zamanda,    XX 
əsrə  qədər  dünyada  demokratiyanın  və  diktaturanın  bu  qədər  “qütbləşmiş” 
ziddiyyətli münasibətləri, özlərinin əksi olan mənalar kəsb etməsi, hər ikisində 
ifratçılıq  təzahürlərinin  baş  verməsi  bu  dərəcədə  aşkar  müşahidə  edilməyib. 
Tədqiqatçıların “sosial  totalitarizm” adlandırdıqları bu xüsusiyyət ötən yüzil-
liyin  kəşfidir.
Müasir  dövlətin  potensialını  və  inkişaf  səviyyəsini  müəyyən  etmək  üçün 
“dövlətçilik indeksi” adlı göstərici tətbiq edilir. Dövlətçilik indeksi  dövlətin öz 
müstəqil inkişafını və mövcudluğunu, daxili və xarici vəzifələrinin həllini təmin 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə