1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə8/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   4   5   6   7   8   9   10   11   ...   93

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
25
tezliklə baş verməyə bilər. Yaxın və uzaq ölkələrin təcrübəsi bunu göstərir.
Bu və digər məsələlər dövlətçilik elminin ümumnəzəri əsaslarının  formalaş-
masını, müasir reallığı nəzərə almaqla ona yeni yanaşmaları gündəmə gətirir. 
“Müasir dövlət nəzəriyyəsi Avropa tarixində dövlətin reallığı hissi itirildiyi bir 
zamanda yaradılmışdı. XVIII əsrin nəzəri müddəaların məşhurluğu XX əsrin bi-
rinci yarısındakı kataklizmlərlə və Avropa Birliyinin avtoritar və totalitar rejimlər 
qarşısındakı qorxu hissi ilə bağlı idi. Maarifçilik dövrünün utopik konstruksiyası 
faşizmə qarşı mübarizədə və “sovet təhlükəsi” ilə qarşıdurmada Avropa üçün 
hərəkətverici amil oldu. Həqiqi və rasional olan bir “siyasəti” seçən Qərb siyasi 
fəlsəfəsinin bugünkü birliyi məhz bununla bağlıdır”. [2]
Dövlət bəşər sivilizasiyasının öz dayanıqlı inkişafını təmin etmək üçün  ya-
ratdığı  ən  dəyərli  siyasi-mənəvi  institutdur.  İnsan  varlığı  da,  istənilən  hadisə 
və ya dəyərlər sistemi də yalnız dövlətçilik kontekstində həqiqi mənasını kəsb 
edir. Məsələn, din insan üçün dünyagörüş və şüurun mühüm tərkib hissəsidir, 
böyük maraq mənbəyidir. Lakin o, yalnız dövlət daxilində özünə həqiqi təminat 
əldə edir. Dövlət dini dəyərləri qoruyaraq, arzu edilənlə labüd olanın ahəngini 
təmin  edir,  bir-birindən  fərqləndirir.  Yaxud  da  iqtisadi  maraq  mübahisəsiz 
zərurət kəsb  edir, lakin dövlət işində  yalnız onları rəhbər tutmaq olmaz. İq-
tisadi  maraqlar sistemi  ilə  yanaşı,  mənəvi,  hüquqi  nizam  var.  Dövlətin  nəzər 
nöqtəsinə görə, hər bir nizamın öz yeri var, hər birinə hörmət edilir və düzgün 
gediş edildikdə hər biri o biriləri ilə razılığa gələrək qalib çıxır. Başqa misal, in-
sanlara yardım etmək nə qədər  gözəl duyğu olsa da, dövlət borcundan yayın-
mağa haqq qazandırmağa əsas vermir.   Tarix sübut edir ki, ən yaxşı məramdan 
irəli  gələn  əməllər  belə  bizim    dövlətçilik  kimi  təəssübkeşlik  duyğumuzun 
süzgəcindən keçməlidir. Əks-təqdirdə o, özünə olan  zidd əmələ çevrilir və bizi 
arzuedilməz, mənfur nəticələrə sürükləyir.  
Təəssüf ki, son dövrlərdə neoliberal siyasi fəlsəfədə dövlətin dəyərsizləşdirilməsi 
(desakralizasiyası) meyilləri üstünlük təşkil etmişdir və bununla  bilərəkdən və 
ya    bilməyərəkdən  antidövlətçi,  antimillətçi  təsəvvürlər,  mövqelər  formalaşır. 
Dövlət haqqında müasir elm Qərbdə özünü doğrultmayan siyasi  elmin qüsur-
larını  təkrarlayır. Tarixən bütün dövrlərdə  siyasi yanılmaların ağır nəticələrini 
öz  üzərində  sınaqdan  keçirən  dövlətçilik  nəzəriyyəsi  yalnız  dövlətlərin  taleyi 
üçün deyil, bütövlükdə qlobal nizamın təminatı üçün son dərəcə zəruridir. Bu 
gün  dünyanın  aparıcı  ölkələrində  müşahidə  edilən  dövlətçilik  böhranı  dövlət 
nəzəriyyəsi ilə bağlı araşdırmalardakı böhranla bağlıdır. Təbii ki, burada da istisna 
hesab edilən, özünütənqid ruhlu xeyli tədqiqatlar mövcuddur.
Azərbaycan dövlətçiliyinin keçdiyi yolu, müasir reallığını tədqiq etmək üçün 
mövcud  olan  gerçək    təcrübi  bazanın    nəzəri    ifadəsi  öz  hərtərəfli    təhlilini 
gözləyir.
Azərbaycanda  dövlətşünaslıq  elminin  əsasları,  heç  şübhəsiz,  qoyulmuş-
dur. Ümummilli lider Heydər Əliyevin dövlətşünaslıq elminin və milli qurucu-
luq fəaliyyətinin nəzəri və təcrübi əsaslarının təhlilinə həsr edilən əsərlər bir 


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
26 
tərəfdən  Azərbaycan  reallığını  təhlil  edən  azsaylı  tədqiqatlar,  digər  tərəfdən 
isə  komparativ dövlətşünaslığın tərkib hissəsi kimi çıxış edir. Dövlətşünaslıq 
elmimizin formalaşması öz növbəsində onun siyasi irsinin mənbəşünaslıq kimi 
öyrənilməsini, “ümummilli siyasi lider, dövlətşünas alim və dövlət xadimi” kimi 
bütövlük təşkil edən və bir-birini tamamlayan keyfiyyətlərin vəhdətini, dövlətə 
dair XX əsrin sonları və XXI əsrin əvvəllərinin yeni orijinal konsepsiyası qismində 
təqdimini gündəmə gətirmişdir. Eyni zamanda, dünya dövlətçilik elminə milli 
məkandan  baxış  Azərbaycan  aliminin  baxışı  kimi  irəli  sürülən  əsərlər  də  bu 
sahədə əhəmiyyətli mənbə qismində mövcuddur. [1]
Azərbaycanda  dövlətçilik  elminin  formalaşmasını  şərti  olaraq:  sovet 
dövrünə  qədərki,  sovet,  postsovet  və  ən 
yeni  dövrlərə  bölmək  olar.  Bütövlükdə, 
dünyada olduğu kimi Azərbaycanda da XIX 
əsrin  sonlarından  dövlətçilik  məsələlərinin 
nəzəri  öyrənilməsi  iki  əsas  istiqamətdə 
-  əvvəla,  fəlsəfi,  siyasi,  etik  və  s.  ümumi 
hüquqi  aspektdə  təhlil  edilmişdir.  XIX-XX 
əsrlərin  tarixi  zaman  kəsiyində  XIX  əsrin 
A.A.Bakıxanov, 
M.F.Axundzadə, 
Mirzə 
Kazımbəy  kimi  mütəfəkkirləri  bu  yöndə 
çalışırdılar.  XX  əsrin  əvvəlində,  1918-ci 
ilin  mayında  Azərbaycan  dövlətinin  yara-
dılmasında,  milli  özünüdərk  prosesində 
C.Məmmədquluzadə,  M.Ə.Sabir,  Y.V.Çəmənzəminli,  Ə.Topçubaşov,  Ə.Ağayev, 
Ə.Hüseynzadə,  H.Zərdabi,  F.Xoyski,  M.Ə.Rəsulzadə  və  digər      klassiklər  və 
görkəmli maarifçilər başlıca rol oynamışlar. Onlardan bəziləri həm də müstəqil 
Azərbaycan  dövlətinin  yaradılmasının  təməlini  qoymuşlar.  Göstərilən  dövr 
azərbaycanlıların tarixində həmişə bu insanların adları ilə bağlı olacaqdır.   
Daha  sonra,  sovet  dövründə  mövcud  quruluşun  inkişafı  ilə  paralel  olaraq 
konkret elm sahələrinin, qanun-qaydaların və hüquqi dövlət praktikasının  inki-
şafı ilə bağlı yönə istiqamətlənmişdir. Əsas nəzəri-tarixi yanaşma kimi dövlətin 
mahiyyətində yalnız maddi amillərin həlledici olmasını vurğulayan tarixi mate-
rializm müddəası rəhbər tutulurdu. Son mərhələdə - postsovet dövründə pa-
radoksal şəkildə dövlət quruculuğunun praktiki məsələləri   nəzəri  müstəvini 
qabaqlamışdır. Müstəqil dövlətçiliyin qurulması kimi proseslərin bütün miqyas 
və əhatədə nəzəri  təhlil edilməsi mümkün olmamışdır. Bununla belə, qeyd edil-
diyi kimi, Azərbaycanda milli dövlətin əsaslarının konseptual məsələlərini təqdim 
edən tədqiqatlar olmuşdur. 
Bütün bunlarla yanaşı, müstəqil dövlətçilik ənənələrinin dönməzliyinin təmin 
edildiyi hazırkı dövrdə Azərbaycanda qeyd edilən sahənin vahid nəzəri əsaslarının 
müəyyən edilməsi və dövlətşünaslıq konsepsiyasının formalaşdırılması zəruridir. 
Dövlətşünaslıq konsepsiyası tariximizin Midiyadan Səfəvilərə, Qaraqoyunlular və 
Dövlətşünaslıq konsepsiyası 
tariximizin Midiyadan 
Səfəvilərə, Qaraqoyunlular və 
Ağqoyunlulardan Azərbaycan 
Demokratik Respublikasına, 
sovet dövründən suveren 
müstəqil dövlətçiliyə qədərki 
tarix fəlsəfəsini, onun 
portretini yarada bilər.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə