Oğuz olan qaraqoyunlulara baharlı tayfaları



Yüklə 24,54 Kb.
səhifə1/3
tarix21.10.2023
ölçüsü24,54 Kb.
#129930
  1   2   3
Qaraqoyunlu dövləti


Qaraqoyunlu (Baharlılar) dövləti

Mənșəcə oğuz olan qaraqoyunlulara baharlı tayfaları başçılq edirdi. Əvvəllər Van gölü ətrafında məskən salmış qaraqoyunlular XIV əsrin 70-ci illərində Ərzincan və Sivas, ümumilikdə Şərqi Anadolunun şimal-şərq torpaqlarında möhkəmləndilər.


Oğuz türkləri olan qaraqoyunlulara başçılıq edən baharlı sülaləsinin banisi Bayram Xoca olmuşdur. XIV əsrin ortalarında Elxani dövləti parçalanarkən qaraqoyunlular Ərzurum-Ərciş-Mosul ətrafında müstəqil bir birlik kimi meydana çıxdı. Bu birliyin başında Bayram Xoca, Murd Xoca və Misir Xoca qardaşları dururdu. Ən böyükləri Bayram Xoca idi.
Bayram Xocanın Qaraqoyunlu tayfa ittifaqlarını birləşdirmək cəhdləri bir nəticə vermədi. Onun ölümündən sonra (1380) xələfləri Azərbaycanda öz siyasi təsirlərini gücləndirməyə çalışdılar. Oğlu Qara Məhəmməd (1380-1389) Cəlairilərlə mövcud ziddiyyəti aradan qaldırmaq məqsədilə öz qızını Cəlairi dövlətinin başçısı Sultan Əhmədə ərə verərək onunla qohum oldu. Bu qohumluq hər iki tərəf arasında münasibətlərin sahmana düşməsinə kömək edir. Vəziyyətdən istifadə edən Qara Məhəmməd mərkəzi Van şəhəri olan, Qaraqoyunlu tayfa ittifaqının əsasını qoyur və Azərbaycanda öz hakimiyyətini möhkəmləndirməyə çalışır. Qaraqoyunlu dövlətinin banisi isə Qara Yusif (1389-1420) olmuşdur.
Qaraqoyunlu dövləti Cəlairilər və Teymurilərə qarşı mübarizə şəraitində yaranmışdır. Qara Məhəmməd 1387-ci ilin baharında Çapaqcur döyüşündə Teymurun hərbi qüvvələrini məğlub etsə də, Qara Yusifin dövründə, 1392-ci ildə Teymur Qaraqoyunlu siyasi birliyinin mərkəzi Van şəhərini tutmuşdu. Qara Yusifin və Cəlairi Sultan Əhmədin birləşmiş qüvvələri 1394-cü ildə Bağdad yaxınlığında Teymur tərəfindən məğlub edildi.
Teymur əleyhinə ittifaq yaratmaq məqsədilə Qara Yusif Cəlairi Sultan Əhmədla birlikdə Misirə getdi. Teymurun əmri ilə Misir sultanı Fərəc onları həbs etdi. 1405-ci ildə Teymurun ölümündən sonra müttəfiqlər Azərbaycana qayıtdılar.
Təbrizdə möhkəmlənən Sultan Əhməd ilk növbədə Əlincə qalasının bərpa edilməsi haqqında fərman verdi. Lakin o, vergiləri azaltmaq haqda verdiyi vədə əməl etmədiyindən Teymuri Əbu Bəkr Təbrizə yaxınlaşanda əhali ona köməklik göstərmədi. Sultan Əhməd Bağdada qaçdı.
Onun müttəfiqi Qaraqoyunlu Qara Yusif isə Teymurilər üzərində 2 mühüm qələbə qazandı:
1. 1406-cı ilin payızında Şənbi-Qazan döyüşündə Teymuri Əbu Bəkri mağlub etdi.
2. 1408-ci ilin yazında Sərdrud döyüşündə Miranșahı məğlubiyyətə uğratdı və Miranșah öldürüldü. Nəticədə Teymurilər Azərbaycandan qovuldular və Azərbaycanın cənub torpaqları qaraqoyunluların hakimiyyəti altına keçdi.
Qaraqoyunlu Qara Yusif 1410-cu ildə II Şənbi-Qazan döyüşündə keçmiş müttəfiqi Sultan Əhmədi məğlubiyyətə uğratdı. Cəlairilərin Azərbaycanda hakimiyyətina son qoyuldu və 1410-cu ildə Qaraqoyunlu dövləti yarandı. Dövlatin paytaxtı Təbriz şəhəri idi. Şimalda yerləşən Şirvanşahlar dövləti istisna olmaqla, bütün Azərbaycan torpaqları, Şərqi Anadolu, Gürcüstanın şərq hissəsi, Qərbi İran və İraq bu dövlətin tərkibinə daxil edildi. Qara Yusif 1411-ci ildə oğlu Pirbudağı taxta oturtdu. (Dövrün ənənəsinə görə, yalnız şah, sultan nəslinə mənsub olanlar qanuni hökmdar hesab edildiyi üçün 1411-ci ildə Qara Yusifin oğlu Pirbudaq Sultan elan edildi. Pirbudaq uşaq ikən Qara Yusif tərəfindən Sultan Əhmədə “oğulluğa” verilmişdi. Yüksək idarəçilik hüququ Qara Yusifdə qalırdı. Pirbudaq 1462-ci ildə öldürülmüşdür). Dövlətdə kəsilən təngə pulun üstündə Pirbudağın adı göstərilirdi. Ancaq yüksək idarəçilik Qara Yusifdə qalırdı.
Qara Yusif güclü süvari ordu yaratmışdı. O, güclü mərkəzi aparat yarada bilməsə də, feodal ara müharibələrini bir qədər zəiflətmişdi. Ölkənin iqtisadiyyatında müəyyən canlanma yaranmışdı.
Qaraqoyunluların Şirvanşahlarla və Teymurilərlə münasibətləri. Şirvanşah I ibrahimin 1406-cı ildə 2 aylıq Təbriz hökmranlığı, oğlu Kəyumərsi qoșunla Qara Yusifin müttəfiqindən rəqibinə çevrilmiş Sultan Əhməd Cəlairiyə yardıma göndərməsi və ən əsası - tabe olmaq istəməməsi onunla Qara Yusif arasında düşmənçiliyə gətirib çıxarmışdı. I İbrahim Şəki hakimi Seyid Əhməd və Kaxetiya çarı II Konstantinlə birlikdə Qara Yusiflə mübarizə yolu tutdu. Çünki o, böyük çətinliklə əldə etdiyi dövlət müstəqilliyini itirmək fikrində deyildi.

Yüklə 24,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə