Oğuz olan qaraqoyunlulara baharlı tayfaları



Yüklə 24,54 Kb.
səhifə2/3
tarix21.10.2023
ölçüsü24,54 Kb.
#129930
1   2   3
Qaraqoyunlu dövləti

1412-ci ildə Şirvanşah və onun müttəfiqlərinin birləşmiş qüvvələri ilə Qara Yusifin qoşunu arasında Kür çayı sahilində döyüş oldu. I İbrahim məğlub olub əsir düșdü. O, Təbriz sənətkarları və tacirlərinin 1200 iraq tüməni məbləğində bac ödəməsi müqabilində 1413-cü ildə əsirlikdən azad oldu və Qara Yusifdən vassal asılılığına düşərək Şirvanı idarə etmək hüququnu aldı. Atasından sonra 1417-ci ildə taxta çıxan Şirvanşah I Xəlilullah Qara Yusifi tanımadı va Teymurun oğlu Şahruxla ittifaqa girərək onu Qaraqoyunlulara qarşı yürüşə təhrik etdi. Bundan istifadə edən Sultan Şahrux qardaşı Miranşahın qanını almaq uçün 1418-ci ilin yazında və 1420-ci ildə Azərbaycana uğursuz yürüş etdi. Qara Yusif bu yürüşləri dəf etməklə Qəzvindən Ərzincana, Bağdaddan Şirvana qədər olan geniş əraziyə yiyələndi. Lakin Qara Yusif döyüşlərin birində (1420-ci il noyabrın 17-də) yaralandı və Təbriz yaxınlığında Uçan adlı yerdə öldü.
Qara Yusifin ölümündən sonra Qaraqoyunlu əmirləri arasında mübarizə başlandı. Bundan istifadə edən Sultan Şahrux 1420-ci ilin dekabrında Arazı keçib Qarabağa daxil oldu. O, 1421-ci ildə Alaşkerd döyüşündə Qara Yusifin oğlanları İsgəndəri və İsfəndiyarı məğlubiyyətə uğratdı. Atası Teymurdan fərqli olaraq Şahruxun Azərbaycanda böyük hərbi qüvvə saxlamaq imkanı olmadığından yalnız Azərbaycan feodallarına özünün ali hakimiyyətini tanıtmaqla kifayətlənir, tutduğu torpaqları öz ərazilərinə daxil etmirdi. 1428-1429-cu illər hərbi yürüşü zamanı Azərbaycanı tutan Şahrux Qara Yusifin oğlu Əbu Səidi (1429-1431) taxta oturtdu.
Qara İsgəndərin (1420-1429; 1431-1436) 1434-cü ildə Şirvana talanedici yürüşünə cavab olaraq Şahrux böyük qoşunla Azərbaycana gəldi, Şirvanşah I Xəlilullahın qoșunu ilə birlikdə 1435-ci ildə Təbriz yaxınlığındakı döyüşdə İsgəndəri məğlub etdi və Qara Yusifin oğlu Cahanşahı (1436-1467) öz vassal kimi taxta oturtdu. 1447-ci ildə Şahruxun ölümündən sonra müstəqil olan Cahanşah oturaq əhaliyə yə iri tacirlərə arxalanaraq mərkəzi hakimiyyətə tabe olmayan yarımköçmə əmirlərə qarșı mübarizə aparırd. O, Teymuri dövləti daxilindəki çəkişmələrdən istifadə edərək
Yüklə 24,54 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə