Eminonun macəralari



Yüklə 180,72 Kb.
səhifə1/3
tarix20.10.2017
ölçüsü180,72 Kb.
növüYazi
  1   2   3

EMİNONUN MACƏRALARI

(MUSTAFAYEV EMİN)


13+


2012

YAZIÇI:MUSTAFAYEV EMİN.



MÜƏLLİF HÜQUQLARI QORUNUR.MÜƏLLİF HÜQUQLARININ POZULMASI CİNAYƏTDİR.

ƏSƏRİN TƏKRAR ÇAPI VƏ YA HƏR HANSISA BİR HİSSƏSİNİN ÇAPI QADAĞANDIR!

EMINO


CƏDUGARIN TİLSİMİ

Uzaq - uzaq diyarlarda bir Emino adlı oğlan var idi. Bu oğlan yəni Emino bir kənddə yaşayırdı. Bu kənd oralarda cədugarlar kəndi adlanırdı. Bu kənddə hər beş ailədən biri cədugar idi. O bir gün bir cədugarın oğlu ilə dava edir. Cədugar öz oğluna yenilməzlik içkisini içirək onu yenilməz etmişdi.Əlbəttəki bu oğlan bu içkinin sahəsilə ondan güclü olur.O buna çox əsəbləşir və ona dürüst bir döyüş təklif edir.O isə bunu qəbul edir.Yenidən döyüş başladıqdan sonra heç çətinlik çəkməyərək qələbə qazanır.Oğlan evə gedib cədugar anasına deyir:

Oğlan:Ay ana Emino davada mənə qalib gəldi.

Cədugar:Bu mümkün deyil.

Oğlan:Axı o mənə qalib gəldi.

Cədugar:Mənim sənə içirdiyim sehirli içki sənin məğlub olmağına imkan verməz.

Oğlan:Ana mən o sehirli içkinin təsirini döyüş zamanı deaktiv etdim.

Cədugar:Nə ? Sən bilmirsənki sehirli içkirin təsirini kəsdikdə birdə bu içki təsir etməz.

Cədugar qarı Eminoya elə bir tilsim hazırlayır ki,bu tilsim yalnız amazon mağarasında sına bilər. Bu tilsimin sınması isə demək olar ki mümkün deyildi.



Emino axşam öz otağına yatmağa gedir. Cədugar qarı bu tilsimin xəbərini onun yuxusuna salır.Oda axşam yuxu görür ki cədugar ona tilsim hazırlayıb. Səhər olur.Qonşuları Tevis bu işlərin hamısını və bu tilsimin necə sındırılmasını bilirdi. Axşam xəbər onada çatmışdı.Səhər oyanar-oyanmaz Eminonun evinə gəlir.O evin qapısını döyür. O qapını açır. Tevis Eminoya bir-iki saatlıq çölə çıxmağı təklif edir. O buna razı olub,çölə çıxır.Tevis Eminoya deyir ki,sən dünən gördüyün yuxunun mənasını bilirsən? Emino təəccüblə deyir:Sənin nədən danışdığını mən başa düşmədim. Tevis ona cədugarı, onun yaratdığı tilsimi və bu tilsimi necə sındırmaq lazım olduğunu bir-bir danışır.Emino eşitdiklərinə inammır. Emino özünə qarşı yaradılmış tilsimə inana bilmir.O buna axırda inanır. Cədugarın özünə nə üçün bu tilsimi yaratdığına dair fikirləşəndə onun oğlu ilə dalaşdığı yadına düşür.Elə bu vaxt Tevis ondan bu tilsimin nə səbəblə yarandığını soruşur. Emino ona onun oğlu ilə dalaşdığını deyir. Tevis ona vaxtın az olduğunu deyir.O Tevisə təqribən nə qədər vaxtın qaldığını dedikdə,Tevis ona 10 gün deyir.Emino deyir:”Daha biz nə durmuşuq.Gəl tez gedək və gələk”.Tevis bu işin asand olmadığını və bu işin çox təhlükəli olduğunu Eminoya deyir.Emino deyir ki,”biz tez gedək” . Tevis ilə Emino bir saatdan sonra görüşürlər.Onlar düz 4 saat yol getdikdən sonra bir təpəyə gedib çıxırlar.Bura yaşayış məntəqəsindən 365 kilometr aralı idi.Birdən-birə yerin altından bir qarışqa sürüsü çıxır.Bu qarışqalar çox böyük idilər.Biz necə xilas olduğumuzu başa düşmədim və birdən-birdən mən özümü bir mağarada tapdım.Tevisdə mənimlə bərabər idi. Oda buna inanmamışdı.Biz buradan necə çıxacağımızı bilmirdik.Biz qırağa-bucağa baxanda sağ tərəfdə bir işarə gördük. O işarənin mənası qabağda çox böyük təhlükə var və yalnız geri getmək lazımdır idi.Tevis Eminoya geri gedək deyir, lakin geridədə yol yox idi.Emino qırağda bir rəngli daş görür və ona ayağını toxundurur.Daş geriyə çəkilir və bir qapı açılır.Emino ilə Tevis həmən o qapıya doğru gedir.Onlar qapıdan keçdikdən sonra qapı bağlanır.Onlar irəlidə su və onların üstündəki daşları görür.Burada da bir işarə var idi.Bu işarənin mənası suya nə olursa olsun toxunmayın idi.Onlar belədə edir.Onlar daşların üstündən tullanaraq keçir.Tevis irəlidə bir işıq görür və Eminoya ora getmək lazım olduğunu deyir.Onlar ora gedir və yolun sonuna çatdıqda gözlərinə inammırlar.Bu işıq buradaki çoxlu sayda brilyantdan gəlirdi. Onlar burada bir işarə görür.Bu işarənin mənası brilyantlara nə olursa olsun toxunmayın idi.Tevis ilə Emino artıq nə edəcəklərini bilmirdi.Onlar nə olursa olsun deyib brilyantlara toxunurlar.Burada bir qapı açılır.Onlar qapıya tərəf baxanda bir meşə görürlər.Onlar xilas olduqlarını zənn etsədə bu hələ hər şeyin başlanğıcı idi.Buradan çıxıb meşə ilə gedən Tevis və Emino artıq havanın qaraldığını görür. Onlar gecəni keçirtmək üçün uyğun bir axtarırlar.Onlar nəhayət çox iri gövdəli bir ağac görürlər.Bu ağacın bu meşədəki ən qorxunc ağac olduğunu bilmirdilər.Bu ağaca nəyə görə qorxunc dediyimizi soruşsaz sizə bu ağacda dünyada növünün yalnız tək nümayəndəsi olan və canavar boyda olan sincabın evi olduğunu sizə deyə bilərəm.Bu sincab öz evinə axşamlar gələrdi.Bu sincabların nəslini bu meşənin ağası olan,adını bilmədiyim çox sayda olan bir heyvan növü kəsmişdir.Bu heyvan növü tez-tez sincabın yuvasına hücum edərdi.Tevis ilə Emino ağacın təpəsinə çıxıb yerlərini rahatladıb yatırlar. Axşam bura sincabda gəlir.O gördük-lərinə inammır.Bu vaxt Tevis oyanır.O tez Emino oyadır və sincabdan qorunmaq üçün ağacdan bir taxta parçası kəsir.Sincab Tevisin üstünə doğru gəldikdə Emino uzaxdan bir heyvan sürüsün gəldiyini görür.Sincab tez aşağı düşür və Tevis ilə Emino onu izləyir.Sincab ağacın kötüyünə çatır və kötüyün içinə girir.Tevis ilə Eminoda bunu edir.Sincabın əsl evi bura imiş. Sincab onlardan burada nə işlərinin olduğunu soruşanda Tevis ona deyir:Bizə cədugar tilsim hazırlayıb.Biz bu tilsimi sındırmaq üçün bura gəlmişik.Sincab deyir: Mənədə bir cədugar tilsim eləyib.Həmən tilsim mənim bütün ailəmi yox eləyib.Emino ona bəs sən bu tilsimi niyə sındırmamısan deyəndə, sincab ona bu tilsimin yalnız amazon mağarasında sına biləcəyini söylədi.Emino sincaba öz tilsiminində amazon mağarasında sınacağını söylədi. Tevis sincaba bir yerdə işləmələri barədə razılığa gətirir.Sincab deyir:Əgər mən bu tilsimi sındıra bilsəm ailəm geri qayıdacaq.Mən bunu hər şeydən çox istəyirəm.Siz bura belə haradan gəlmisiz?Biz buradan biraz aralı olan mağaradan gəlmişik.Sincab onlara bu mağaradan hələ heçkimin sağ çıxmadığını deyir.Tevis ilə emino oradan sağ çıxdıqlarına görə sevinirlər.Birdən Tevisin ağlını tilsimin sındırılması ilə ağlı bir fikir düşür.Bu fikir belə idi:Tevis bir cədugara gedib sincab ilə Eminonu amazon mağarasına göndərmək üçün bir sehr etdirir.Emino isə ayrı cədugara gedib Tevisi amazon mağarasına göndərmək üçün bir sehr etdirir və onuda deyək ki,Emino ilə Tevis cədugarlara gedib amazon mağarasının başlanğıcına getmək üçün sehr etdirmişdilər. Bu sehrlər 1 saat sonra həyata keçir.Onlar amazon mağarasına gedib düşürlər.Ora çox isti idi.Tevis ilə Emino orada bir yerə düşmüş-dülər. Onların yanında sincabda var idi.Tevis bilirdi ki, oxumuşdu ki amazon mağarasının mərkəzində tilsimlər sına bilər. Qabaqda isə 5 yol var idi.Onlar bu yolların ikinci-sini seçdilər. Emino orada eləbil nədənsə qorxurdu.Tevisdə ondan bunu soruşdu.Emino cavabının özümü rahat hiss etmədiyim oldu.Birdən onların qabağına bir insan skeleti çıxır.O Tevisə özünü bu səbəblə pis hiss etdiyini deyir.Tevis ona bunu haradan bilirsən deyə sual verəndə o,qətiyyətlə cavab verir:Mən eləbil bunu hiss etdim,eləbil bunu mənə ruhum deyirdi.Tevis bu haqda bir kənarda durub fikirləşdi.Birdən yadına bir məlumat düşdü.Bu məlumat bu hadisələrə məruz qalan insanın seçilmiş və çox yaxın zamanda sehirli güclərə malik olacağı haqqında idi.Tevis bunu ona dedikdə o təəccüblənmir,amma bərk qorxur.O irəlidə bir işıq görür.Bu amazon mağarasının sonunu bildirən işıq ola bilərdi.Amma bu belə olmur.Bu işıq yolun çox təhlükəli olduğunu bildirən işıq olur.Onlar geri qayıtmaq istəyəndə görürlər ki,lava gəlir. Onlar oradan tez işıq gələn tərəfə qaçırlar. Biraz qaçıb arxalarına baxdıqdan sonra artıq lavanın gəlmədiyini görürlər. Rahat nəfəs aldıqlarını düşundüklərində işığın söndüyünü görürlər.Dümdüz gedirlər.Gəlib böyük,işıqlı və göydən alma boyda daşın yağış kimi düşdüyü bir yerə çıxırlar.Birdən Tevis süxurların sürüşdüyünü görür.Emino tez uzaqlaşmaq lazım olduğunu deyikdə Emino artıq oradan çoxdan uzaqlaşmışdı.Tevis onun ardınca gedir.Emino burada canını qurtarmağa yanlış yol seçmişdi.Çünki bu yolun sonu yox idi.Bu yolun sonu böyük bir uçurum idi.Onlar oradan uzaqlaşdıqdan sonra bu uçurumu görürlər.Lakin aşan süxurların altında qalmamaq üçün bəlkə sağ qalarıq deyə uçuruma tullanırlar.Bu uçurumun sonu isə su ilə dolu göl çıxır.Onlar sevinirlər. Sevinməmək əldə deyil. Buradada bir problem çıxır. Emino üzmə bilmirdi.O bilməsədə Tevis bunu bilirdi.O Emino və özünü sudan quruya çıxartmağı bacardı. Quru dedikdə soyumuş lavanı nəzərdə tuturdum. Deməli burada vulkan püskürüb.Vulkan bu arada çox güclü bir şəkildə yenidən püskürməyə başlayır.Onlar çox qorxurlar. Bu arada Eminonun bacarıq-larından biri üzə çıxır.Bu bacarıq vasitəsilə lavanı soyutmaq,suyu dondurmaq,soyuq havanı isti hava kimi əvəz eləmək olardı.Emino bunlardan birini,yəni lavanı soyutmaq bacarıqından istifadə etdi.Lava soyudu.Lakin yeni bir problem yarandı.Yolu lava örtmüşdü. Lavanı təmizləmək isə mümkünsüz idi.Artıq Eminonun bir bacarıqıda ortaya çıxır.Suyu hərəkət etdirmək,sünami yaratmaq,burulğan yaratmaq və s. kimi bacarıqları meydana çıxır.O göldəki suyu hərəkət etdirib,ondan burulğan yaradıb lava ilə örtülü divarı dağıtdı.Onlar yola davam etdilər. Təxminən on beş dəqiqə getdikdən sonra süxurlar burada da çökməyə başlayır . Emino və Tevisə artıq bura gələnin niyə sağ çıxmadığı məlum olur.Birdən bir qrub əcayib yaratıqlar onlara tərəf gəlməyə başlayır.Emino burada özünü və hər hansısa bir varlığı müdafiə etmək üçün qalxan sehrini aşkar edir.Qalxan onları əcayib yaratıqlardan qoruyur və onların hamısını məhv edir.Onlar yola davam edirlər. Çox getdikdən sonra bir kənarda durub,bir saat dinclərini alırlar. Onları bir şey heyrətə gətirirdi.Bu da iki saatdır ki,eyni yolu getmələridir. Yəni onların dincəldiyi yer bir saat əvvəl dincəldikləri yer idi.Deməli onlar bu qədər zamandır eyni yolu gəzirlərmiş.Tevis ona işlərin yaxşı getmədiyini dedikdə,irəlidə bir qapı açılır.Oradan sincab çıxır.Onun azdığını sanan Tevis və Emino məəttəl qalırdılar. Onlar gözlərinə inana bilmirdilər.Həm bu qapını necə açdığını,həm də necə sağ qaldığına məəttəl qalırlar. Onlar sincabdan nə olub bitdiyini soruşarkən sincab cavab verir:

Sincab:Süxurlar aşanda mən o tərəfə,bu tərəfə baxdım. Kənarda bir deşik gördüm.Mən o deşiyi tez böyüdüb içəri girdim.Oradanda amazon mağarasının mərkəzinə getdim. Mən çeşmədən su içəndə bura gəldim.

Emino:Bəs sən bizi ora apara bilərsən?

Sincab:Biz bu qapı bağlanmadan içəri girsək bəlkə mən gəldiyim yerə geri dönə bilərik.

Emino:Bəs sən buna əminsən?

Sincab:Yox.

Onlar içəri girirlər.Bu qapı onları düz amazon mağarasının mərkəzinə aparır.Onlar mərkəzə getdikdən sonra tilsimin sınması üçün Emino çeşmədən su içir.Bu zaman çeşmənin suyu kəsilir,Amazon mağarası dağılmağa başlayırdı.Biraz sonra Tevis ilə Emino öz yaşadıqları yerə geri dönürlər.Onlar düz öz otaqlarına gedirlər.Tevis ilə Emino bir-biriylə görüşmək üçün evdən çıxanda, bir-biri ilə Emino gilinin qapısının ağzında qarşılaşırlar.Tevis ona bu məsələnin ömür boyu bir sirr olaraq qalmasını deyir(əlbəttə bu böyük bir sirr idi).Emino buna razı olur.Sincabın isə hara getməsi məlum olmur.Cədugar bunu öyrənir.O Eminodan qisas almaq fikrinə düşür.Eminoda öz evində oturdu.Heç düşünmürdü ki, cədugar qisas almaq üçün ona hücum edər.Amma o bunu düşünməli idi. O bunları düşünsəydi gələcəkdə başına gələnlər çox ağır olmaya bilərdi.Cədugar gəlib Eminonun evini basır.Emino oradan qaçıb Tevisin yanına özünü çatdırır.Tevis olan bitəni danışır. Tevis Eminonu gizlə-dir.Cədugar Tevisin evinədə gəlir.O Tevisdən Eminonun orada olub-olmamağını soruşur.Tevis yox deyir.Cədugar o saat başa düşür ki o yalan deyir.O evi axtarır və Eminonu tapır.Eminonu götürərək ayrı bir yerə gedir.Tevis orada qalır.Eminonun cədugarın onu hara aparmasından xəbəri yox idi.Cədugar Eminonu sehrli qəfəsə salır.Bu qəfəsdən yalnız cədugarın sehrli sözü vasitəsi ilə Emino çıxa bilərdi. Cədugarın isə onu buraxmaq fikri yox idi.Emino nə qədər sehrlər etsə də heç bir xeyri olmur.O ümidini itirərək bir küncdə oturur,bir möcüzə olmasını diləyirdi.Bu sırada Tevis bu məsələni həll etmək istəyirdi.Birdən onun ağlına bir fikir gəlir.Bu fikir reallaşsaydı Emino oradan qurtulacaqdı.Tevis bunu reallaşdırmaq üçün işə qoyulur.Ona kömək üçün sehrlər kitabı lazım idi.O onu tapır.Tevis cədugarın evinə gedir və oğlunu əsir götürür.Cədugar oğlunu tamamilə yaddan çıxart-mışdı.Birdən yadına oğlu gəlir və o tez evinə qayı-dır.Gördüyü mənzərəyə donub qalır.Oğlu evdə yox idi və stolun üstündə bir kağız var idi.Kağızın üstündə Tevisdən sözü yazılmışdı.Cədugar o məktubu oxuyur.O məktubda belə yazılmışdı:

Oğlun bizdədir.Ona qovuşmaq istəyirsənsə Eminonu azad buraxacaqsan.Ona bir şey olsa oğlunla vidalaşmağa belə vaxt tapmayacaqsan.Cədugar buna çox əsəbləşir.O Tevisi axtarmağa başlayır.O Emino gilin evinə gedir.Tevis orada idi.Tevisdə cədugarın ora gələcəyini bilirdi.Amma orada cədugarın oğlu yox idi.Cədugar oğlunun harada olmasını soruşdu.Tevis Emino-nu azad elə və oğluna qovuş sözlərini ona dedi.Cədugar Tevisi alıb Eminonun yanına gedir.Emino Tevisi görür və buna çox sevinir. Lakin cədugarın başqa bir planı var idi. Sehrli qəfəsi açır və sehr vasitəsi ilə Tevisi içəri itələyib,qapını bağlayır.İşlər daha da çətinləşirdi.Tevis bunun belə olacağını unmamışda və cədugara oğlun məndədi tez ol bizi burağ dedi.Cədugar güldü.Tevis nəyə görə güldüyünü cədugardan soruşdu. Cədugar yenə güldü və oğlunu çağırdı. Tevis buna inammadı.Bu necə oldu deyə öz-özünə suallar verdi. Cədugar ona hər şeyi izah etdi.Tevis indi başa düşürdü ki səhvi harada etmişdi.Emino Tevisin qulağına yavaşca bunları qoy bir qırağa burdan necə çıxacağımız haqqında fikirləş.Cədugar onların sözünü kəsdi və oradan uzaqlaşdı. Tevis sehr kitabını çıxartdı.Emino çox sevindi.Çünki onlar bu vasitə ilə oradan çıxa bilərdilər.Tevis özlərinə lazım olan sehri tez axtarmağa başladı.O xeyli səhifə çevirmişdi.Amma lazım olan sehri tapa bilməmişdi. Sonda o istədiyi sehri tapır və onu edir.Qapı açılır.Öz-özünə bəs bu qapı açılmazdı ki deyir.Onlar oradan uzaqlaşırlar. Burada da bir problem var idi.Onlar harada olduqlarını bilmirdilər. Emino bunu öyrənir.Onlar cədugarın evində idilər. Sadəcə olaraq onun sehrli otağında idilər.Artıq harada olduqlarını öyrəndikdən sonra onlar oradan çıxırlar.Öz evlərinə gedirlər.Bir qəfəs hazırlayırlar.Cədugar onların qaçdığını xəbər tutur. Eminonun evinə gedir.Görür ki orada heç kim yoxdur.Tevis və Emino isə orada idi.Cədugar evin içində biraz gəzdikdən sonra qəfəsə düşür.Tevis və Emino meydana çıxır.Cədugar onları hədələyir. Tevis isə gülürdü və ona “son gülən yaxşı gülər” dedi. Qəfəsi sehrlə yox edirlər,cədugar tarixə qarışır.



EMİNO VƏ İLK SEVGİ

Adi günlərdən biri idi.Emino Tevis ilə küçədə gəzib,söhbət edirdi.Onlar həyatın dəyərini anlamışdılar və həyatı həyat kimi yaşayırdılar.Bir həftə sonra məktəblər açılacaq və Emino məktəbə gedəcəkdi.Bir həftə su kimi gəlib keçir. Məktəblər açılır (lakin buna Emino sevinmirdi). O məktəbə , gedir. Məktəbə də yeni bir şagird gəlmişdi.Bu şagird qız idi. O,şeytanlar tərəfindən göndərilmiş, başka bir şəkildəyişdirən şeytan idi.Ona onu öldürmək tapşırığı verilmişdi.O onu özünə aşiq edəcək,sonrada onu sakitcə öldürəcəkdi. O gələn ilk gündən Emino ilə daha çox zaman keçirdirdi.Şeytan özünün rəqibi kimi Tevisi görürdü. O sonda onu Eminodan uzaqlaşdırmağı bacarır və onu özünə aşiq etməyə nail olur.Amma o onun şeytan olduğunu bilmirdi(yəqin ki bilsəydi onu məhv edərdi). Onlar bir yerdə çox zaman keçirirdilər. O artıq Tevis ilə əvvəlki kimi zaman keçirtmirdi.Tevis işlərin düz getmədiyini hiss etdi.Amma bu belə olmaya da bilərdi.Emino könlünü şeytana elə bağlamışdı ki,ondan ayrıla bilmirdi.O günlərdən biri çatdı.Şeytan onu öldürmək istəyərkən bu alınmadı. Çünki,bu zaman Tevis onları tapıb ora gəlmişdi.Ora biraz da gec gəlsəydi,Emino artıq olmayacaqdı. Tevis çox şüpələnirdi.O Emino ilə oradan ayrılanda Tevis Eminoya çox şüpələndiyini dedi.O buna pis baxdı.1 gün daha keçdi.Şeytan ilə Emino məktəbə birgə gedirdilər.Onlar dar bir küçəyə girdikdə şeytan onu yenidən öldürmək istədi.Bu plan yenə baş tutmadı.Onlar məktəbə getdilər.Hələ də onun olan bitənlərdən xəbəri yox idi.Məktəbdən gəldikdən sonra şeytan yenidən onu öldürmək istəyirdi.Bu zaman hər şeyi Emino gördü.O orada qızın şeytan olduğunu bilir.O,oradan tez uzaqlaşıb Tevisin yanına getmək istəsə də, şeytan onu tutub öz planetlərinə aparır.Emino hər şeyin bitdiyini düşünürdü.O necə özünü xilas etsin deyə planlar cızırdı.Bu planların heç biri onu dünyaya sağ gətirməyəcəkdi.Ona görə də sağlam bir plan cızmaq lazım idi.Birdən Eminonun ağlına bir fikir gəlir. O şeytanlardan ona nə edəcəklərini soruşdu.Onlar Eminoya özünün güclərini alıb,onun kopyasını yaradıb sonra isə məhv edəcəklərini dedi.Eminonunda istədiyi elə bu idi.Şeytanlar onun güclərini almaq üçün bir masaya oturtur.O görür ki öz əlləri açıqdır və tam qaça bilər.Özüdə orada yalnız 6 şeytan var idi.2-si mühavizəçi və qalan 4-dü onun güclərini alanlar idi.Onlar drok adlanırdılar.Droklar bəzi ləvazimatlar almaq üçün yan otağa gedirlər.Yalnız 2 mühavizəçi qalmışdı.Emino onları bir sehirlə dondurur və oradan tez uzaqlaşır.Droklar onun qaçdığını görüb, tez hamıya xəbər verirlər.Bütün şeytanlar onu axtarırdı.O sonda istəyinə nail olur.Yəni o bir gəmi tapır(şeytanların bəziləri uça bilmirdilər və onlar qonşu planetlərlə əlaqələri bu yollarla saxlayırdılar).Gəmiyə minib planetdən biraz uzaqlaşır. Sensorlardan istifadə edib dünyanı tapır və ora gedir.O hər şeyi Tevisə danışır. Şeytanlar qoşun yığıb Eminonun üzərinə deyil, bütün dünyanın üzərinə hücum edirlər. Dünyada böyük müharibə başlayır.Əhali şeytanlara qarşı heç bir müqavimət göstərə bilmirdi.Bu zaman Emino ilə Tevis bunu neytral Tanrıya xəbər verirlər.Neytral Tanrı şeytanların hamısını cəzalandırır. Bu cəza ondan ibarət idi ki,onlar 1 il ərzində öz planetlərindən çıxmamalı idilər.Bu onlar üçün çox ağır bir cəza idi.Çünki onlar ticarət əlaqələri saxlamağa məcbur idilər.Onlar bütün vasitələri qonşu planetlərdən alırdılar. Onların panetlərindən yalnız çox qiymətli metal çıxırdı.Onlar hər şeyi bu metalı satıb alırdılar.Qonşu planet şeytanların planetinə hücum etməyə hazırlaşırdı(6 gün sonra). Onların əsas hədəfi oradan çıxan qiymətli metalı ələ keçirmək idi.Onlar həmdə buranı işğal etməyə gəlirdilər.İşğal başlanır.Qonşu planet şeytanların planetinə hücum edir.İnanılmaz mübarizə başlayır.Qonşu planetin qoşunu şeytanları məğlub edirdi.Şeytanlar çox çətin vəziyyətdə qalmışdılar.Onlara təcili kömək lazım idi.Kömək olmasaydı şeytanlar darmadağın olacaqdı. Onlar qonşu planetlərə kömək çağırışı etsədə heç bir planet onlara köməyə gəlmədi.Sonda şeytanlar məcbur olub Eminonu köməyə çağırırlar. Ona kömək çağırışı 2 günə çatır.Bu zamana qədər şeytanlar zorla müdafiə olunurdu.Emino bunu qəbul etdi və Tevis ilə gəmiyə minib yola düşdü.Onlarda planetə 2 günə çatacaqlardı. Amma şeytanların planeti bu qədər zamana dözə bilməyəcəkdi. Planetə tez çatmaq lazım idi.Emino tez çatmaq üçün bir sehr edir.O sehr gəminin sürətini 2 dəfə artırır.Bunun sahəsində onlar planetə 2 günə deyil,1 günə çatırlar.Planetdə hər şey darmadağın olmuşdu Emino hər şeyə tez müdaxilə etdi.O tərəflərin liderləri ilə tək-tək danışıb məsələni həll etdi.Qonşu planetin istəyini Emino yerinə yetirməyə söz verdi.O gəlib şeytanların lideri ilə görüşdü.Lider razı oldu.Hər şey bitdi.Qonşu planet istədiklərini alıb getdi.Lakin şeytanların planeti darmadağın olmuşdu.Həyat eləbil durmuşdu. Hər şeyi əvvəl ki kimi qaydasına salmaq çox zaman alacaqdı.Bu arada da şeytanlarla Emino sülhə razılaşmışdılar.O yenidən gəmi ilə dünyaya gəlməyə hazırlaşırdı.O Tevis ilə yola düşdü. Qonşu planetin əskərləri pusquda dayanıb onları tutacaqdı. Sonra isə yenidən şeytanların planetinə hücum edəcəkdi-lər.Emino bunu bildi. Çünki o onlarla çox sadə razılaş-mışdı.Emino əks istiqamətə yollanıb yenidən şeytanların planetinə doğru yola düşdü. Şeytanların planetinə gəlib liderinin yanına getdi.Qonşu planetlə mübarizənin hələ qurtarmadığını və onların yenidən bura hücum edəcəklərini ona dedi.Lider yenidən qoşun yığdı.Eminoda ona kömək etdi. Şeytanlar qonşu planetə hücum etdilər.Burada artıq üstünlüq şeytanlarda idi.Çünki onlara Emino və Tevis kömək edirdi.Sonda şeytanlar qonşu planeti darmadağın edir.Emino gəmiyə minib dünyaya gəlir.Şeytanlar yenə də qoşun yığıb dünyaya hücum edir.Emino məsələni kökdən həll etmək qərarına gəlir və şeytanların hamısını məhv edir.Şeytanlar buna layiq idi!

Üç aydan sonra yeni il şənliyini Emino öz evində keçirirdi. Bütün məktəb uşaqları onun evində yığışmışdılar.Əyləncənin həddi-hüdudu yox idi.Onlar həyatlarında bəlkədə heç vaxt belə əylənməmişdilər.O son vaxtlar rahat həyat yaşayırdı. Həyatını dəyərli bir şəkildə keçirirdi.Lakin birdən işıqlar söndü.Emino bu günün bərbad olmasını istəmirdi. İşıqlar yandıqda salonda heçkim qalmamışdı.O nə olduğunu bilmirdi.Həyatının ən qorxduğu an idi.Onlara nə olmuşdu? İşıqlar yanır. Şeytanlar görünür.O an onun nə hisslər keçirdiyini təsəvvür etmək çətindir.Şeytanlar onu dövrəyə alıb eləcə dayanmışdılar.Heçnə etmirdilər.O nə olduğunu anlaya bilmirdi.Zaman bir saat belə keçdi.Burada belə nə olurdu? İşıqlar sönüb yandı və mələklər göründü.Bəs bu nədir? Orada bir məclis quruldu.Mələklər və şeytanlar onun barəsində bir qərara qəbul etməli idilər.Onlar Eminonu ya qaranlıq bir mağaraya göndərəcəkdi,ya da onu sərbəst buraxacaqdı. Bunların hamısının səbəbi,onun onların işinə qarışması idi.Onların dedikdə şeytanların. Buna da şeytanlar razı deyildi.Yaxşılığı mələklər,pisliyi isə şeytanlar etməli idi.Qərar qəbul edilir və o Şeytanların nəzarət etdiyi qaranlıq bir mağaraya göndərilir. Emino qışqırır:Yox! Bu nə səbəblədir?!Bunu da deyək ki dünyada zaman donmuşdu. Onlar zamanı elə dəyişdilər ki,eləbil o heç var olmamışdı. Birdə oyanır ki,artıq mağaradadır. Mağara həqiqətəndə qaranlıq idi.Yalnız o,mağarada tək deyildi.Orada bir oğlanda vardı.Eminoyla onun arasında bir dialoq yaşandı:

Emino:Sən kimsən?Sənin burada nə işin var?

Oğlan:Məni bura şeytanlar həbs eləyib.Sadəcə yuxumda şeytanların məhv olduğunu görmüşdüm.Bəs səni bura nəyə görə həbs eləyiblər?

Emino:Mən onlara qarşı çıxdım.

Oğlan:Mən şeytanların yalnız xəyallarda olduğunu bilirdim. Məni bura çoxdandır qapadıblar.Bura düşdüyüm ilk günləri heç kim təsəvvür eləyə bilməz.Amma sonra öyrəşdim.

Emino:Mənim sehrli güclərim var.Elə buna görə burdayam.

Oğlan:İnanıram.Mən artıq hər şeyə inanıram.

Emino:Mən burdan çıxmağın yolunu əlbət tapacam.

Oğlan:Sən bir şey göstərdə sehrlərinlə bağlı.

Emino oturduğu küncdən ayağa qalxıb,mağaranın xeyli hissəsini aydınlatdı.Oğlan heyrətlənmədi.Emino “soruşmaq yadımdan çıxdı.Sənin adın nədir?” deyə söylədikdə oğlan “Fanle” deyə cavabladı.Fanle onun yaxınına yaxınlaşaraq əlini uzatdı.O da əlini uzatdı və onlar salamlaşdılar.Fanle “hələ çox burada olacayıq” dedikdə Emino “yox az qalıb” dedi.O Fanleyə “sən heç bu mağaranın sonuna getmisən?” dedikdə “biraz sonra görünməz bir şey irəli getməyə imkan vermir” deyə cavab aldı.Emino “qalx gedək” dedi və onlar irəliləməyə başladılar. Biraz getdikdən sonra Emino gördü ki, həqiqətəndə görünməz bir şey onların hərəkətini dayandırır. O əlini qaldırıb,barmaqlarını tərpətdi.Göyümtül işıq göründü. Fanle ”sən nə etdin belə?” deyə soruşduqda Emino “görəcəksən” deyə cavabladı. Onlar yenidən hərəkətə başladılar. Bu dəfə heç bir çətinlik çəkməyərək irəlilədilər.5-10 dəqiqə müddətində dayanmayaraq hərəkət etdilər.Sonra gördülər ki,bir işıq gəlir.Emino tez oraya tərəf irəlilədi.Lakin orada xain hücum olacaqdı. Şeytanlar onların qaçmaq istədiklərini bilmişdilər. Şeytanlar onları tutdu və bir hücrəyə apardı.Artıq bu hücrədən qaçmaq xeyli çətinləşmişdi.Həmdə hücrə çox kiçik və işıqlı idi. Yanlarında şeytanlar olduğu üçün heç bir hərəkət edə bilmirdillər.Fanlə sakit səslə “biz indi neyləyəcəyik?” dedikdə Emino “çarəsini tapacam”dedi.O sehrlə işıqları söndürdü.Hücrənin qapısını açdı.Fanleylə birlikdə oradan çıxdı.Şeytanlar işıqları yandırdıqda onlar artıq orada yox idilər.Axtarış əmri verilmişdi. Onlarsa oradan sürətlə uzaqlaşırdılar.Emino bu arada görünməzlik sehrinidə etməyi bacardı.Rahat bir şəkildə oradan uzaqlaşırdılar. Amma böyük bir sual ortaya çıxmışdı.Onlar dünyaya necə dönəcəklər?Onlar biraz da uzaqlaşdıqdan sonra yenidən görünür hala gəldilər.Burada nə baş verirdi?Onları şeytanlar tutmuşdu. Şeytanların yaratdığı qəfəsin içinə düşmüşdülər. Görünməz qəfəsin içinə düşmüşdülər.Şeytanlar onları yenidən bir qəfəsə saldılar. Amma bu qəfəs digərlərindən fərqlənirdi.Onlar artıq Eminonun nəyə qadir olduğunu dərk etmişdi.Elə buna görə onlar elə bir qəfəs yaratmışdılar ki, burada tərpənmək yalnız onların icazəsilə ola bilərdi.Buda Eminonun qarşısını kəsməyə yetmirdi.O Fanleyə “biraz gözləməyin lazımdır”dedi.Xeyli zaman keçdi.O içində bəzi kəlimələr dedi.Heçnə baş vermədi.Digər kəlimələridə dedi, ancaq heçnə baş vermədi.Oda getdikcə ümidini itirirdi.Fanle ondan “nə oldu?” deyə soruşduqda “əlimdən heçnə gəlmir” deyə cavab aldı.Fanle “bəs indi nə olacaq?” deyə soruşanda Emino “artıq heçnə” deyə cavabladı. Bu arada dünyada işlər heçdə yaxşı getmirdi. Dünya yaratıqların hücumu ilə üzləşmişdi. Buna mələklər və şeytanlar qarşı qoya bilməzdilər. Əhali isə onlarla savaşa bilmirdi.Mələklər və Şeytanlar yenidən bir araya gəldilər.Dünyanda bütün işləri qaydasına yalnız Eminonun salacağını bilirdilər.Elə buna görə də onu azad etməyi qərara aldılar.Emino şeytanlarda olduğu üçün onunla şeytan danışdı.Orada bir dialoq yaşandı:




Dostları ilə paylaş:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə