Eminonun macəralari



Yüklə 180,72 Kb.
səhifə3/3
tarix20.10.2017
ölçüsü180,72 Kb.
#6121
növüYazi
1   2   3

-Məni niyə çağırmısan?

Tevis deyir:

-Sən bu vaxt ərzində nəylə məşğul olmusan?Yoxsa məndən gizli bir iş görmüsən?

Emino deyir:

-Yox,sadəcə dostlarımla daha çox vaxt keçirirəm.Həm də xəbərin var?

Tevis cavab verir:

-Nədən danışırsan?

Emino deyir:

-Məktəbin rugby komandasından danışıram.İlk oyunumdan məşhur oldum.Səndən üzr istəyirəm.Xəbər vermədim.Növbəti oyunuma gələrsən.Həftənin sonuncu günü.

Tevis deyir:

-Sehrlə etmisən.Bunu bilirəm.

Emino deyir:

-Sehr həyatıma daxil olubsa,ondan istifadə etməliyəm.Sadəcə düzgün zamanı tapıb sehrini etməlisən.

Bu sözdən sonra Eminonun telefonu çalınır.Ona qız etmişdi.Qız ona “səni axşam gözləyirəm” demişdi.Tevisin evndən öz evinə getdi.Axşam oldu.Qızın evinə getdi və axşamı orada keçirdi.Səhər oldu.Ruh hərəkətə başladı.Qıza etdiyi sehr təsini göstərməyə başladı.Emino məktəbin dəhlizində gəzərkən ruhun qızı öpdüyünü gördü.Bunlara daayana bilməyərək oradan həmən uzaqlaşdı. Ruhda onun arxasınca getdi.Bu da planın bir parçası idi. Dayanmadan Eminonun çağırmağa başladı,lakin heç bir cavab almadı.Ruhun ani dəqiqsizliyi hər şeyi alt-üst etdi. Onu avtomobil vurmuşdu.Ətrafa yayılan səsi o da eşitdi və geriyə döndü. Bir avtomobilin əzik-əzik olduğunu və ruhun da yerdə uzandığını gördükdən sonra geri qayıtdı.Lakin gördüyü mənzərəyə şaşkın-şaşkın baxdı.Yəni,ruha heç bir şey olmamışdı.Burnu belə qanamamışdı.O sehr vasitəsi ilə onun kimliyini öyrəndi.O geri atıldı və həmin zaman da ruh ayıldı.Hər şeyin alt-üst olduğunu görən ruh həmən oranı tərk etdi.Ətrafdaki insanlar da bu hadisəyə şaşırmışdılar.Emino həmən Tevisin yanına getdi.Olan-bitən hər şeyi danışdı.Eşitdiyi cavab isə xeyli qəribə oldu.o “bilirəm” sözünü eşitmişdi və həmən ardından “hər şeyi bilirəm.Biz həmən ruhların planetinə getməliyik.O ruh digər ruhlar kimi deyil” sözlərini də eşitdi.Cavab olaraq “necə yəni digər ruhlar kimi deyil?” dedi və cavab olaraq “O ruh necə olubsa-olub yaranıb.Varlığından heç əsil ruhların da xəbəri yoxdu.Biz indi ruhların rəhbəri ilə görüşüb onları onu məhv eləməyə razılığa gətiməliyik” sözlərini eşitdi.Emino dedi:”mən onu məhv edə bilərəm,ruhlara nə ehtiyac var?”.Tevis dedi:”Onu yalnız ruhlar məhv edə bilər,sən bu gücə malik deyilsən!”.Onlar tez bir zamanda ruhların planetinə yollandılar. Zorla rəhbərin otağına girdilər və orada bir dialoq yaşandı.

Rəhbər:Siz nə cürətlə mənim otağıma icazəsiz daxil ola bilirsiniz?

Tevis(həmən):Dünyada bir ruh var.Bu ruh təhlükəlidir.Həm sizin üçün,həm bizim üçün.

Rəhbər:Necə yəni ruh? Sən nə danışırsan?

Tevis:O ruh insan cildindədir.Onu yalnız siz məğlub edə bilərsiniz.

Rəhbər:Bu haqda eşitmişdim.Sən düz deyirsən.O bizim üçün də çox təhlükəlidir.

Tevis:Bizə kömək edəcəksən?

Rəhbər:Edəcəm.O ruh tez bir zamanda məhv olunmalıdır.Bəs onu necə məhv edəcəyik?

Tevis:Bizimlə dünyaya gələcəksiniz.Əlbəttə ki,görünməz olaraq.

Emino(Tevisə):Yox belə ola bilməz.Mən buna heç vaxt icazə vermərəm.

Tevis(Eminoya):Buna məcburuq.Bu belə olmalıdır.Sən bunu edəcəksən.O dünyada yalnız sənə görə gəzir.

Emino(Tevisə):Yaxşı.

Rəhbər:Elə indi gedə bilərik?

Tevis:Elə indi?

Rəhbər:Bir problem var?

Tevis:Əlbəttə yox.Sadəcə biraz təəccübləndim.

Onlar dünyaya geri dönürlər.Rəhbər də onlarla birlikdə idi.Tevis və Emino riskli bir addım atmışdı.Lakin Emino dünyanı sığortalamışdı,yəni etdiyi sehr onları dünyada bir həftə müddətdən çox qalmağa izin verməyəcəkdi.Digər ruhun axtarışına çıxdılar.Çox keçmədən onu tapdılar.Lakin hər şey planlanan kimi getmədi.Ruhlar onu zərərsizləşdirə bilmədi.Emino da şansını sınadı.Lakin alınmadı.Tevis bilməyərəkdən də olsa dünyanı xilas etdi.O ruhlara və Eminoya güclərini birlikdə istifadə etmələrini demişdi.Onlar da bunu etmişdi.Ruhlar gözlənilənin əksinə olaraq dünyanı tərk etdi.Onların bunu nə üçün etdikləri məlum deyildi.

Səhər olur.Emino məktəbə gedir və rugby komandasının kapitanlığından imtina edir.Daha sonra isə bu komandada oynamaqdan imtina edir.Beləliklə o qısaca davam edən bir məktəb macərasını da başa vurur.Qıza gəldikdə isə onlar oradan artıq başqa bir evə köçmüşdü.

EMİNO VƏ KEÇMİŞİN XATİRƏLƏRİ

Artıq Eminonun özünə aid bir evi vardı.Bu evdə hər şey onun istədiyi kimi gedirdi.Bunun səbəbi onun qonşu şəhərdəki Universitetə qəbul olması idi.Tevislədə çoxdandır görüşmürdü.Bu sırada Tevis evlənmişdi və işləməyə başlamışdı.Axı ailə dolandırmaq lazım idi.Eminoysa “işləmək nəyə lazımdır” deyə soruşana deyirdi.

Bazar günü universitetlərin istirahət günü olduğundan o səhər saat 10 olmasına baxmayaraq hələ də yuxuda idi. Amma bugün onun surpriz bir qonağı vardı.Qapı çalındı,o səsi eşitmədi.Qapı çalındı,çalındı,amma açılmadı.O onun evini sehrlə tapmışdı və qapını da elə sehrlə açdı.Ev kiçik olduğundan yataq otağını tapmaq çətin olmadı.Yataq otağının qapısını açdı.Eminonun yatdığını gördü və mətbəxə yollandı.Suyla dolu bir qabla otağa girdi.Bütün suyu onun üzərinə boşaltdı.Qəfl ayılan Emino onu görəndə,elə bildi ki yuxudadır.Lakin biraz sonra Tevisin gəldiyinə inandı.”Tevis bu sənsən?” dedikdə “hə mənəm” deyə cavab aldı.Səhər yeməyi zamanı belə bir dialoq yaşandı:

Emino:Sən hara?Bura hara?Evi necə necə tapdın?İçəri necə girdin?Sehrlə hə?(hamısını bir nəfəslə)

Tevis:Hə sehrlə.

Emino:Evliliyin necə gedir?

Tevis:Evlilik yaxşı gedir.8 gün sonra da il dönümümüzdür. Yəni burada 6 gün qalacam.Sən heç bura gələndən sonra sehrlə məşqlər etdin?

Emino:Yox.Vaxt olmadı.

Tevis:Yatmaqdan?

Emino:Mən yalnız bazar günləri yuxumun ləzzətini hiss edə bilirəm.Həmdə çox vaxtdır ki dünyada hər şey yolunda gedir.

Tevis:Səninlə eyni fikirdəyəm.Heç qəhrəmanlığı özləmisən?

Emino:Yox,belə yaxşıdır.Yeməyi də bitirdik.Çıxaq şəhərə, səni şəhərlə tanış edim.

Tevis:Mən 4 il bu şəhərdə olmuşam.

Onlar şəhərə gəzməyə çıxır.Tevis gəzə-gəzə “bu şəhər çox dəyişib” dedi.Emino isə “mən şəhər haqqında tək bir cümlə deyə bilərəm.Şəhər çox gözəldir” dedi. Onlar Eminonun universitetinin yanına gəldi.Tevis binaya baxa-baxa “mən buranı oxuya bilmədim” dedi.Emino “niyə?” deyə sual verdikdə,”kitabı səhifələməyə belə halı olmayan adamın universitetə qəbul olduğunu harada görmüsən?” deyə cavab aldı.Emino “dünya neçənci ildə yaranıb?” deyə sual verdikdə Tevis cavab vermədi.Onlar evə getdilər.Evə çatdıqda Tevis “biraz məşq etsək necə olar?” deyə sual verdikdə,Emino “edək” dedi.Həyətdə uzun bir müddət məşq edən ikili,yoqğun bir halda evə daxil oldu.Evdə bir dialoq yaşandı:

Tevis:Zəifləmisən.Universitetə daxil olmusan deyə hər şeyin gözəl olacağını sanırsan?

Emino:Mən zəifəm?Bu dünyada bu güclərə sahib bir mənəm.İndi mənə deyirsən ki mən zəifəm?

Tevis:Elə ona görə deyirəm güclü ol.Bir hadisə baş versə qarşısını yalnız sən ala bilərsən?

Emino:Bəs sən?

Tevis:Mənim ən güclü vəziyyətim,sənin ən zəif vəziyyətinə bərabərdir.

Emino:Yaxşı gündə 1-2 saat məşğul olaram.

Onlar yorğun olmalarına baxmayaraq yaxınlıqda ki futbol maçına getdilər.Hava hələ qaralmamışdı.Günəş hələ təpədə idi.Onların getdiyi stadion üstü örtülü idi.Tutumu 15 min nəfər olduğu halda heç 500 nəfər belə gəlməmişdi.120 dəqiqə sonra stadiondan çıxdılar.Hava qaralmamışdı.Günəş yenə də təpədə idi.Bu saatda hava qaralmalı idi.Evə getdilər və TV-də daha 1 günəşin peyda olduğunu eşitdilər.1 günəşin batarkən,digərinin çıxdığını heyrətlə izlədilər.Dünya artıq ikigünəşli planet olmuşdu.2-ci ayın işini oğurlamışdı. Dünya əhalisi şaşqınlıq içində idi.İnsanlar “dünyanın axırıdır” deyə qışqırırdı.Tevis Eminoya “sən güclü olmalıydın” dedi. Emino enerjidən platforma yaratdı və onunla günəşə doğru yol aldılar.Günəşə belə getməyin mümkün olmadığından platformanı kürəyə aldı.Günəşə böyük sürətlə yaxınlaşırdılar. Bu sürətə baxmayaraq 2 dəqiqə sonra ünvana çatdılar. Günəşin yaxınlıqında olmalarına baxmayaraq isti onlara təsir etmirdi.Onlar yeni günəşə getmişdilər.Bu günəş digər günəşdən heç fərqlənmirdi.Bundan sonra əsas günəşədə getdilər. Burada da bir dəyişiklik yox idi.Geri qayıtdılar.Emino “bu gecə gözləyək,görək sabah nə olur”dedi.Tevis cavab olaraq “daha gecə yoxdur” dedi.Onlar TV qarşısında xeyli gözlədi.TV isə həmin xəbərləri,məlumatları verirdi.Bu günəşdə alimləri,elə Eminonun da bilmədiyi bir şey vardı.Bu hər nə idisə dünyaya ciddi təsir edirdi.Emino Tevisə “mən yenidən günəşə güdəcəm” dedi.Tevis isə”məndə” dedi.Onlar eyni üsulla yenidən günəşə yollandılar.Yenə 2 dəqiqə yol getdilər.Lakin bu dəfə bambaşka oldu.Uzaqda bir gəmi gördülər. Gəmiyə tərəf hərəkətə başladılar və çatar-çatmaz içəri daxil oldular.Gəminin içərisində dərisi qırmızı rəngdə olan əcayib yaratıqları gördülər.Ən təəccüblüsü də odur ki onlar Eminonun danışdığı dili bilirdi.Onlar dost varlıqlar idi. Elə buna görə də hücum etmədilər.Onların biri ilə Emino arasında bir dialoq baş verdi

Emino:Siz nəsiz belə?

Yaratıq:Bizdə sizin kimi canlıyıq.

Emino:Sizin burada nə işiniz var?

Yaratıq:Mən sizi aparım rəhbərin yanına.Onunla danış.

Emino:Siz günəşdə yaşayırsınız?

Yaratıq:Sizin günəş dediyiniz planet bu deyil.Sadəcə ona çox oxşayır.Bu planetə bizim dildə Ksikros deyirlər.Bizim rəhbər Ksikrosdadır.İndi bizdə ora gedirik.

Emino:Bəs siz bu günə qədər niyə ortaya çıxmamışdınız?

Yaratıq:Çatdıq,gəl gedək rəhbərin yanına.

Onlar rəhbərin yanına yollandılar.Rəhbərin yanına çatdılar. Rəhbər gəmidəki yaratıqlardan böyük idi.Orada rəhbərlə bir dialoq yaşandı:

Rəhbər:Sizin burada nə işiniz var?Hələ heç bir insan günəşə bu qədər yaxınlaşa bilməmişdi.Yoxsa sizi istidən qalxan qoruyur?

Emino:Doğrudur,bu qalxan bizi istidən qoruyur.Sənə bir sual vermək istəyirəm.

Rəhbər:Yaxşı.

Emino:Siz kimsiniz?Burada nə işiniz var?

Rəhbər:Biz dost varlıqlarıq.Lakin bizim planetə düşmənlər hücum edib.Döyüşdə onlara məğlub olmuşuq.Elə buna görə də bura çəkilmişiq

Tevis:Sizin planet bizim dünyamızı yeni bir şəklə salıb.Bu planet bura necə gəlibsə,elədə yerinə qayıtsın!

Rəhbər:Qayıda bilmərik.Qayıtsaq düşmən bizim planetimizi tamamilə məhv edəcək.Son döyüşdə əllərində zorla qurtulmuşduq.Mən xalqımı təhlükəyə ata bilmərəm.

Tevis:Sən nə dediyini bilirsən?Planetinizi özünüzlə birlikdə gəldiyiniz yerə geri göndərin!

Rəhbər:Bunun yalnız bir yolu var.Düşməni məğlub etmək.Bu isə mümkünsüzdür.Deməli biz burada qalırıq.

Emino:Biz sizə kömək edərik.

Tevis:Məni çıx.

Rəhbər:Bu sizin köməyinizlə olan iş deyil.Bu bizim məsələmizdir və biz həll etməliyik.

Tevis:Elə işdə orasındadır ki məğlub edə bilmirsiz.

Rəhbər:Biz hər şeyin öhtəsindən gələrik!İndi çıxın gedin!

Emino:Bəlkə biraz da danışsaq?

Rəhbər:Gedin!

Emino və Tevis dünyaya qayıtdı.Biraz daha gözləməyə qərara aldılar.Dünyanın bu halı bütün insanlarda ən çox dünyanın sonu kimi qiymətləndirildi.Küçələrdə yoxsullardan, kimsəsizlərdən başqa insan qalmamışdı.Hərkəs öz sevdikləri ilə olmayacaq dünyanın sonunu gözləyirdi.Emino bunlara dözə bilmirdi və təkbaşına Ksikrosa yollandı.Rəhbərin yanına sürətlə daxil oldu və qətiyyətlə rəhbərə dedi:Sən planetinizi geri çəkəcəksən!Dünya artıq buna dözə bilmir!Ya sən geri çəkəcəkdən, ya da mən zorla çəkəcəm!

Rəhbərsə sakit bir tərzdə “sən düşmənimizi biz olmadan məğlub et,geri çəkilək” dedi. Emino dünyaya geri döndü. Tevisə dedi:

Emino:Biz döyüşə getməliyik.

Tevis:Ksikrosun düşmənlərini yox etməyə?

Emino:Əlbəttə ki ora.Rəhbər mənə dedi ki biz olmadan onları məhv edin,planeti geri çəkək.

Tevis:Sən də razı oldun?

Emino:Əlbəttə.

Tevis:Sən heç bir yerə getmirsən.Sən sehrli güclərini inkişaf etdirməmisən.Buna görə də sən ora gedə bilməzsən.Ora getsən öləcəksən.

Emino:Bizim başqa çarəmiz yoxdur.Biz buna məcburuq.

Tevis:Biz?Mən, o yaratıqlar gəlməsə heç yerə getmirəm. Onların düşmənləriylə savaşırıq,onlarsa dayanıb baxırlar. Belə iş olar?

Emino:Biz ora dünyanını qurtarmaq üçün gedirik.

Tevis:Dünyaya nə olub ki? Sadəcə gecə yoxdur.

Emino:Sən nə danışırsan?Sən niyə fikrini danışdın?

Tevis:Mən fikrimi dəyişmənişəm.Sadəcə düzgün hərəkət etmədiyini düşünürəm.

Emino:Düzgün?Mən dünyanı düşünürəm.

Tevis:Sabah 11-də yenidən son dəfə Ksikrosa gedərik.Son qərarı orada verərik.

Emino:Yaxşı.

Onlar otaqın pəncərələrini bağlayıb,4-5 saat yatdılar.Sonra havanın biraz qaraldığını gördülər.Daha sonra görülür ki günəş yenə ən təpədədir.Vaxt itirmədən Ksikrosa yollandılar. Lakin bu dəfə onları rəhbərin yanına qoymadılar.Gözətçiylə onlar arasında belə bir dialoq yaşandı:

Emino:Bizim qabağımızı niyə kəsirsiniz?

Gözətçi:Rəhbərin təlimatı belədir.Əmr verildi ki siz içəri buraxılmayasanız.

Tevis:Bizim rəhbərlə vacib söhbətimiz var.

Gözətçi:Mən heçnə edə bilmərəm.

Emino əlini qaldırdı və qapı açıldı.Onlar içəri daxil oldular və orada belə bir dialoq yaşandı:

Rəhbər:Sizin burada nə işiniz var?Sön söz deyilmişdi.

Emino:Deyilən keçmişdə qaldı.

Tevis:Biz güclərimizi birləşdirib hücum etsək nəyəsə nail ola bilərik.

Rəhbər:Olmaz.Biz onlardan çox zəifik.Normal bir döyüşdə onlara əsla qalib gələ bilmərik.

Tevis:Burada biz varıq.Biz sizə kömək edə bilərik.

Rəhbər:Özünüz həll edin.Biz bu işdə yoxuq.

Eminoyla Tevis birbaşa oradan ayrılaraq düşmən planetə yollandı.Emino kürəyə yeni öyrəndiyi sehri tətbiq edir.Bu sehr kürədən səs və görüntü xaricində hər şeyi dəf edirdi. Planetə çatdıqda hər şeyin fərqli olduğu görülür.Burada ki yaratıqlar eyni formada idi.Lakin onların rəngləri qara idi.Onlarda eyni dildə danışırdı.Emino rəhbərlə görüşmək istədiyini onlara dedi.Yaratıq onları rəhbərin yanına apardı. Orada belə bir dialoq yaşandı:

Rəhbər:Siz bura nəyə görə gəlmisiniz?

Tevis:Ksikros uğruna gəlmişik.

Emino:Sizlə Ksikros uğrunda ki münaqişə nədir?

Rəhbər:Bizim heç bir münaqişəmiz yoxdur.Nə olub ki?

Emino:Ksikros planeti öz koordinatını dəyişib.Buda bizim planetə mənfi təsir edir.Onlardan soruşduq,səbəbini sizə məğlub olmalarında gördülər.



Rəhbər:Belə bir hadisə olmayıb.

Bir anda içəri qırmızı rəngli yaratıqlar girdi.Eminoyla Tevis nə olduğunu anlamadan yaratıqlar başqa bir yaratıq şəklinə dönüşdülər.Onlar bu dəfə eyni şəkildə idi.Onların bu şəkli Eminoya tanış idi.O onların əvvəl qarşılaşdıqları şeytan olduğunu anladı.Tevisdə bunu anlamışdı.Şeytanlar bu planı qisas naminə cızmışdı.Ksikros deyilən planet də yox imiş.Bunların hamısı onun daha güclü və ya zəif olduğunu öyrənmək üçün imiş. Onlar Eminonun zəif olduğunu öyrəndikləri üçün planlanmış zamandan əvvəl planı həyata keçirməyə başladılar.Şeytanlar qollarını qaldırdılar və aşağı saldılar.Bundan sonra hücum etməyə başladılar. Eminonun yaratdığı qalxan onları müdafiə etdi.Oradan tez ayrıldılar. Qalxanın içində olduqları üçün çox sehrləri edə bilmirdilər.Dünyaya geri döndülər.Emino dünyaya çatar-çatmaz sehr məşqlərinə başladı.Tevis də ona kömək etdi. O hər şeyi əvvəlkindən tez öyrənirdi.Tevis Ona “bizim çox az vaxtımız var” dedi.O isə “bilirəm” deyə cavabladı və “onların hücumundan əvvəl biz hücum etməliyik .Onlar hücuma başlasalar dünyada ki insanlara zərər dəyə bilər” sözlərini də əlavə etdi.Tevis “4 saat sonra hücum etməliyik” dedi və “edərik” deyə cavab eşitdi.Onlar sürətlə çlışırdılar.Dünya uğruna ən böyük hücumlardan birinə hazırlaşırdılar.1 saat içərisində çoxlu sehrlər öyrəndi.Böyük döyüşə 3 saat qalmışdı.Getdikcə onlar daha da sürətlə çalışırdı.Hər saniyənin böyük bir önəmi var idi.Hücum etməyin vaxtı gəlib çatdı.Onlar şeytanların planetinə yollandı.Emino öyrəndiyi yerdəyişmə sehri vasitəsilə Ksikros deyə tanıdıımız planeti çox geri,dünyaya heç bir zərər gətirməyəcək qədər geri göndərdi. Dünyada yenidən gecə-gündüz rejimi bərpa oldu. Onlar şeytanların planetinə çatdı və Emino planeti kürəyə aldı.Şeytanlar hücum edərkən bu kürədən keçə bilmədi. Kürənin içərisi görünürdü,lakin şeytanlar onları görə bilmirdi.Emino fısıltı ilə nəsə dedi və kürənin içərisində şeytanlar oyana-buyana getməyə başladılar. Kürənin içərisində hava soyuyurdu (şeytanlar soyuğda yaşaya bilmirlər).Şeytanlar bir göz qırpımında yox oldu.Onlar geri çəkilmişdilər.Lakin bu belə deyildi.Onların planı var idi.İçərisi nə qədər soyuq olursa-olsun üzərilərində ki bir əşya onları soyuğdan qoruyurdu.Onlar bunu əvvəlcədən düşünmüşdü. Emino “artıq öldülər” dedi və qalxanı ləğv etdi.Onlar planetin içərininə doğru hərəkət etdi.Planetdə 1 dənə belə şeytan qalmamışdı.Bəs onlar hara getmişdilər? Onlar oradan ayrılmaq istəyəndə görünməz qalxan onları qoymadı.Emino nə qədər sehr etsədə bunun bir faydası olmadı.Şeytanlar görünməyə başladı.Emino Tevis tərəfə baxdıqda o yox idi. Tevis deyə o qışqırdı.Tevis şeytanların yanında görünməyə başladı.O Eminoya xəyanət etmişdi? Xeyr,etməmişdi. Şeytanlar onun zehnini ələ keçirmişdi. Onlar Eminonin zehnini ələ keçirə bilmədikləri üçün bu yola əl atmışdı.O hər şeyi tək etməli idi və qalxanın içərisindən də çıxmağın yolunu tapmalı idi.Şeytanlar hücuma başladı.O hücumu yalnız qalxanın daxilində dəf edə bilirdi.Qalxanın xaricində heçnə edə bilmirdi. Emino bir plan cızdı.O görünməz oldu.Bilirdi ki görünməz olduqda qalxandan keçə biləcək.Belə də oldu və şeytanlara hücuma başladı.O şeytanları məğlub etdi.Lakin Tevis o Tevis deyildi.Emino onunla birlikdə dünyaya döndü. Şeytanlar hələ məğlub olmamışdı.Onlar dünyaya çatdı.O şüursuz bir şəkildə yatırdı.Ona nə qədər sehrlər edilsədə bir fayda olmadı.Bir anda Tevis ayağa qalxdı və ona hücuma başladı.O hələ də şeytanların əsarətində idi.Emino onu durdurdu və kitabda bir mövzuya baxdı.Öyrənd ki,onu bu əsarətdən yalnız onun zehnini əlindən alan şeytan çıxara bilər.Emino şeytanların planetinə yollandı.o planetə çatanda ona heçnə etmədilər.Onlar bilirdi ki, Tevisə görə bura gəlib. Şeytanların rəhbəriylə belə bir dialoq yaşandı:

Emino:Tevisə neyləmisinizsə o özündə deyil.Onu əvvəlki vəziyyətinə qaytarın.

Rəhbər:Bir şərtim var.

Emino:Nədir?

Rəhbər:Dünya.

Emino:Hər şeyi açıq-açıq de!

Rəhbər:Dünyanı mənə ver!Dünya mənim olsun!

Emino:Mən səninlə dünya uğrunda savaşmadım?Sən indi istəyirsən ki mən dünyanı sənə verim?

Rəhbər:Onda dostunu yaddan çıxar.

Emino:Səndə dünyanı.

Emino dünyaya döndü.Tevisi görüb keçmiş günlərini yadına saldı və gözü yaşla doldu.Dünyanın dərdini həll etməsinə baxmayaraq,o sevinmirdi.Necə sevinə bilərdi?O bir gün gözlədi. Tevisi izləyərək sabahladı və səhərə kimi fikirləşdi. O əlbəttə ki dünyanı ona verməyəcəkdi və Tevisi də bu vəziyyətdən azad edəcəkdi.Bunun üçün bir plan cızmışdı. Yenidən şeytanların planetinə yollandı. Orada rəhbərlə belə bir dialoq yaşandı:

Rəhbər:Nəyə görə gəlmisən?

Emino:Tevisə görə!

Rəhbər:Sən dünyanı Tevislə dəyişirsən?

Emino:Hə.

Rəhbər:Çox yaxşı.

Emino:Əvvəlcə Tevisi mənə ver!

Rəhbər:Əvvəlcə dünya!

Emino:Gəl belə eləyək.Tevisi elə buradaca mənə ver.Mənsə sənə dünyanı verim.

Rəhbər:Razıyam.



Rəhbər Tevisi ora gətirdi,lakin hələ əsarətdən azad olmamışdı. Emino da dünyanı qalxanıdan azad etdi(o görünməz qalxanı işə salmışdı). O bir anda yerə yıxıldı.Onu şeytanlardan biri yerə sərmişdi. Şeytanlar onları qəfəsə apardı və dünyaya hücuma başladı.Tədbir əvvəlcədən alındığı üçün qorxu yox idi.Dünyaya hücum etdikdə anladılar ki,dünya görünməz qalxan tərəfindən qorunur.Yenə hücum etdilər,amma dünya zərər görmədi.Rəhbər və onun köməkçiləri fikirləşdi.Sonda qərara gəldilər ki,Eminonu azad etsinlər və yenidən Tevisdən istifadə edərək dünyanı ələ keçirsinlər. Onlar bunun olmayacağını bilə-bilə bu yola əl atdılar. Çünki başqa bir yol qalmamışdı.Onlar Emino və Tevisi gətirdi. Eminonu ayıltdılar.O ayılar-ayılmaz rəhbərə “ Tevisi ayılt,sənə dünyanı verim” dedi.Rəhbər buna razı oldu.Bu yolla rəhbər bir şansın olacağına güman etmişdi. Amma bu belə olmayacaqdı. Tevisi ayıltdılar.Şeytanlar heçnə hiss etmədən Eminoyla Tevis yox olmuşdu.Onlar dünyaya gəlmişdi.Rəhbər bu zaman çox məyus olmadı.Çünki o qalxanın bir gün ləğv olacağını bilirdi və qalxanın ləğv olacağı günü yaxınlığda görürdü.
Yüklə 180,72 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə