1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə10/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   6   7   8   9   10   11   12   13   ...   93

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
29
adından göründüyü kimi, dövlətə, hüquqa, siyasətə dair ümumi baxışlar sis-
temi təşkil edir.  Siyasi-hüquqi təlimlər tarixi dövlətin mövcud olduğu konkret 
tarixi reallıqla bağlıdır. İndiyə qədər gəlib çatan doktrinalar dövlətə dair zəngin 
irsi təşkil etsə də, yeni yaranan müstəqil dövlətçiliyin mahiyyəti və dəyərinin 
dərk edilməsini təmin etmək iqtidarında deyil.  
Milli  dövlət  quruculuğunun  dünya  elmi  ilə  müqayisəli  şəkildə  tədqiqi 
-  müqayisəli  (komparativ)  dövlətşünaslıq  həm  nəzəri,  həm  də  praktiki  ba-
xımdan  onun  qarşılıqlı  zənginləşməsinə  imkan  verir.  Ən  vacibi  odur  ki,  milli 
dövlət quruculuğunun özünəməxsusluğu və fərqli aspektləri məhz müqayisəli 
dövlətşünaslıq  kontekstində  daha  açıq  şəkildə  nəzərə  çarpır.  Zamanın  sına-
ğından  çıxmağa  hansı  dövlətçilik  modelinin  imkan  verdiyi  aydın  olur.  Xarici 
təcrübənin mexaniki tətbiqinin yolverilməz olduğunu aşkara çıxarır. Müqayisəli 
dövlətşünaslıq  praktiki  və  nəzəri  baxımdan  öz  dövlət  identikliyini  daha    ay-
dın  və    əminliklə  müəyyən  etməyə,  dövlət  liderlərinin  siyasi  dühasının  miq-
yas  və  mahiyyətini  dərk  etməyə  imkan  yaradır.  O,  yalnız  bu  sahədə  işləyən 
alim  və  tədqiqatçılar  üçün  deyil,  həm  də  cəmiyyətdə  bütün  maraqlı  olanlar, 
o  cümlədən  gənclər  üçün  dövlətçiliyin  mahiyyətinin  başa  düşülməsinə  yar-
dımçı olur. Belə tədqiqatların aparılması və dünya dillərinə tərcümə edilməsi 
Azərbaycanın dünyaya tanıdılmasına da mühüm töhfə ola bilər.
Müqayisəli  dövlətşünalıq,  “hər  şey  müqayisədə  bilinir”  deyiminin  özünü 
doğrultduğu  bir  istiqamətdir. 
Dövlətşünaslıq  elmlərarası  fənn  kimi  müxtəlif    elmi  tədqiqatların  qovşa-
ğında formalaşa və inkişaf edə bilər. Bu yanaşmanın alternativi yoxdur. Yalnız  
fəlsəfi,  tarixi-siyasi,  hüquqi,  ideoloji-mənəvi  aspektlərin  sintezi  dövlət  insti-
tutunun  həm  yaranması,  həm  onun  inkişaf  xüsusiyyətləri,  həm  də  universal 
və unikal təcrübənin çoxçalarlı cəhətlərini yaratmaqla ümumi dövlətşünaslıq 
nəzəriyyəsinin - bu  mürəkkəb fenomenin bütöv mənzərəsinin formalaşmasına 
imkan verir, elmi təsəvvürlərin fraqmentarlıqdan uzaq olan kompleks sintezini 
verməklə aydın təsəvvürlər yaradır. 
 Dövlət və millət nəzəriyyəsi çox mürəkkəb mövzu kimi dövləti təsvir edən
yaxud bu və ya digər siyasi konsepsiyanın əsasında duran nəzəriyyələrə qar-
şı müəyyən  və aşkar münasibət tələb edir. Kurt Hyubner bu məsələni belə 
müəyyən edir: “Tarixi inkişafa Platondan başlayaraq müasir dövrə qədər nəzər 
salsaq,  dövlət,  millət,  fərd  və  cəmiyyət  ideyası  ilə  bağlı  mənəvi  çəkişmələri 
şərh etməyə çalışsaq, maarifçilikdə müasir dövlət probleminin kəskinləşdiyini, 
romantizmdə onların həll edilməsi cəhdlərini, bunun ardınca hər şeyin tənəzzül 
etdiyini və təhrif edildiyini, nələrin əldə edildiyini, nə arzu edildiyini və nəyə 
ümid  edildiyini  izləsək,  məhz  o  zaman  müasir  siyasi  fəlsəfənin  qüsurlarını 
bütünlüklə dərk edə bilərik”. [5]
Son illərdə dövlətə dair Qərb cərəyanlarına  geniş istinad edilməsi, oradakı 
müddəaların  lazım  oldu-olmadı  analitik  araşdırmalara,  oradan  da    normativ 
sənədlərə yol açması meylləri vüsət almışdır. 


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
30 
Fransız  alimi  P.Burdyeyə  görə:  “Əgər  biz  dövləti  hələ  də  onu  dərk 
etmək  istəyənlərin  (məsələn,  Hegel,  yaxud  Dürkheym)  fikirləri  əsasında 
müəyyənləşdirmək,  anlamaq  istəyiriksə,  onda  təhlil  edənin  təfəkkürünü  və 
təhlil etmək istədiyimiz həqiqətlə bağlı bütün gümanları və ilkin tədqiqatları 
sual altında qoymağa çalışmalıyıq”. [3]
Bütövlükdə dövlətçilik nəzəriyyəsi qarşısında aktual  mahiyyət daşıyan bir 
sıra problemlər dayanır. Onları ən ümumi şəkildə sual kimi ifadə etmək istəsək 
belə səslənir: Müasir dövlət və konkret olaraq Azərbaycan dövləti nə dərəcədə 
klassik  suverenlik  formasını  qoruyub  saxlamaq  və  qlobal  imperiyanı  xatırla-
dan  iyerarxiya  sisteminin  bir  hissəsinə  çevrilməyərək  müstəqil  inkişaf  etmək 
perspektivlərinə  malikdir?  Planet  qlobal  iqtisadi  əlaqələr  və  kommunikasiya 
şəbəkələri ilə heç bir ənənəvi mədəniyyətə uyğun olmayan, standart mədəni 
kodlar və həyat tərzində mövcud olan eyni stereotiplərə “bürünəcəyi” təqdirdə 
dövlətlər arasında fərq nə dərəcədə saxlanacaq?        
Qərb 
dünyasının 
dəyərlərinin 
genişlənməsi  nəticəsində  ilk  növbədə 
dövlətçiliyin 
ali 
dəyər 
mahiyyəti, 
özünəməxsusluğu  aradan  qalxır,  “kosmo-
polit”  kütlə  mədəniyyəti  “iri  addımlarla” 
irəliləyir. Ənənələrin tənəzzülünün təbii da-
vamı  kimi müasir dövrün bu “təzə” meyli  
liberal ehkamların və transiqtisadi maraqla-
rın təsiri altında genişlənən “dövlətsizləşmə” 
çağırışları  ilə  səsləşir.  Müasir  qloballaşma 
nəzəriyyəsi tarixin sonu, “qızıl milyardlar” və 
sivilizasiyaların  toqquşması  haqqında  olan 
müasir Qərb ideyalarının başqa cür şərhidir. 
Bu konsepsiyaya görə, dövlət öz mahiyyətini itirmiş varlıq hesab edilir. Belə ki, 
liberallar xalqlar arasında sərhədlərin pozulmasını təbii hesab edirlər. Ümum-
milli  lider  Heydər  Əliyevin  dövlətçilik  qarşısında  xidmətləri,  xalqımızın  milli 
ruhu,  tarixi-təbii  potensialımız  sayəsində  Azərbaycan  qısa  zamanda  özündə 
qüvvə  taparaq  milli  maraqları  və  suverenliyi  davamlı  yaşadan  cəmiyyət  for-
malaşdıra bilib. Bir çox dövlətləri milli quruculuğa sövq edən əvvəlki – liberal, 
kommunist və s. utopiyalar tam, yaxud müəyyən mənada öz potensialını itirib. 
Buna  görə  də  hazırda  dövlətçiliyin  etatist  konsepsiyası  zənginləşdirilməlidir.    
İlk növbədə isə “müasir dövlət” fenomeni hərtərəfli dərk edilməlidir.
“Müasir  dövlət” yeni  fenomen kimi.  
Müasir  dövlətin  əsas xüsusiyyətləri və meyarları
XXI  əsrin  hər  yeni  gələn  ili  dövlət  haqqında  ənənəvi  mövcud  olan 
təsəvvürlərə düzəliş edir. Bu düzəlişlər sırasında obyektiv siyasi-tarixi reallıq-
Ümummilli lider Heydər 
Əliyevin dövlətçilik qarşısın-
da xidmətləri, xalqımızın milli 
ruhu, tarixi-təbii potensialımız 
sayəsində Azərbaycan qısa 
zamanda özündə qüvvə tapa-
raq milli maraqları və suveren-
liyi davamlı yaşadan cəmiyyət 
formalaşdıra bilib.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə