1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə13/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   9   10   11   12   13   14   15   16   ...   93

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
35
etməsini, yəni öz suverenlik  səlahiyyətlərini həyata keçirməsini müəyyən etmək 
üçün  tətbiq  edilir.  Müqayisə  edilən  dövlətlərin  hamısı  BMT-nin  üzvüdürlər 
və hamısı formal olaraq (de-yure) suverendirlər. Lakin onların real (de-fakto) 
olaraq özlərini təmin edə bilmək səviyyələri və  inkişaf qabiliyyətləri olduqca 
müxtəlifdir. 
Ən yeni dövlətçilik nəzəriyyələri.  
“Güclü dövlət” paradiqmasından Azərbaycan gerçəkliyinə baxış
“Tarixdə bütün əhəmiyyətli, yadda qalan hadisələri iki sözlə 
izah etmək olar - varislik və dəyişikliklər. Bu iki söz həm də 
uğurlu inkişafın alternativi olmayan şərtləridir. Əgər varislik 
yoxdursa, sizi məğlubiyyət gözləyir. Əgər dəyişikliklər yox-
dursa, onda hiss edilmədən əriyib yox olma baş verir”.
                                                                          Jak Le Qoff       
Dövlətlərin “güclü” və “zəif” kimi meyarlarla təsnifatlaşdırılması təcrübəsi 
mövcuddur.  Yəqin  ki,  vətəndaşlarımızın  əksəriyyəti,  həmçinin  tədqiqatçılar 
üçün  “güclü dövlət” nəzəriyyəsinin ən yeni dövlət quruculuğu konsepsiyası 
kimi təqdim edilməsinin o qədər də mühüm əhəmiyyəti yoxdur. Digər tərəfdən, 
“güclü dövlət” quruculuğunun yaxın perspektivdə dövlətçiliyimizin inkişafının 
keyfiyyət mərhələsini müəyyən edən bir  məqsəd kimi irəli sürülməsi, bu anla-
yışın altında kimin nə başa düşdüyünü dərk etməyi və təhlilini zəruri edir.
“Azərbaycan hansı dövlət  tipinə aiddir?” sualının cavablandırılması lazım 
gəlir. Əlbəttə ki, əksəriyyət əminliklə onun cavabını bilir. Azərbaycan öz-özünü 
təmin edən güclü dövlətdir. Eyni zamanda, güclü dövlət və onun meyarlarına 
dair  ən  müasir  baxışların  mahiyyəti  cəmiyyətimizin  bu  suala  obyektiv  cavab 
verməsinə   mühüm kömək edə bilər. 
Ənənəvi siyasi fikirdə güclü dövlət çox zaman sərt avtoritar dövlət kimi başa 
düşülür. Təəssüf ki, postsovet məkanında “güclü dövlətin” bu anlamda qəbul 
edilməsi bu günə qədər də qalır və onun düzgün dərk edilməsi zərurəti yaranır.  
Qeyd etmək lazımdır ki, güclü dövlət haqqında bəşəri fikirlər və düşüncələr 
dərin tarixə malikdir. Mühafizəkarlardan liberal demokratlaradək bütün siyasi 
qüvvələr güclü dövlət ideyasını dəstəkləyir və hər kəs bu anlayışa özünəməxsus 
məna əlavə edir.
Beləliklə, demək olar ki, güclü dövlət quruculuğu məsələləri dövlətin ya-
ranmasından üzü bəri  həmişə  gündəmdə olmuşdur. Eyni zamanda, XX əsrdə 
və yaşadığımız XXI əsrin əvvəllərində bu məsələyə münasibətdə siyasi baxış-
lar  ağlagəlməz  dərəcədə  dəyişmişdir.  Fukuyama  bunu  “dövlətin  roluna  dair  
mübahisələr” adlandırır. XXI əsrdə “güclü dövlət” quruculuğu getdikcə aktual 
və taleyüklü məsələyə çevrilir və eyni adlı nəzəri baxışların  geniş müzakirəsinə 
səbəb  olur.  Qlobal  maliyyə  böhranı  yenidən  dövlət  institutu  və  dövlətçilik 
fenomeninin  əhəmiyyətini  gündəmə  gətirmişdir.  Bu  gün  dünya  siyasətinin 
gündəmində  dövlətin  demokratiya  mifləri  çərçivəsində  zəiflədilməsi  deyil, 


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
36 
onun gücləndirilməsi ən başlıca mövzunu təşkil edir.
Soyuq müharibənin bitməsi və Sovet imperiyasının çökməsi həm də zəif 
dövlətlərin yaranmasını şərtləndirmişdir. Buraya beynəlxalq sabitliyi pozan və 
münaqişələrin mənbəyi olan dövlətlər aiddir ki, Ermənistan birmənalı şəkildə 
bu  sıraya  daxildir.  Güclü  dövlət  qurmağa  ümid  etmək  istəyirsə,  bu  ölkə  ilk 
növbədə  həmin  qüsurlardan,  cinayətlərdən  xilas  olmalıdır.  Dünyada  sabitli-
yi təmin edə bilən yeganə qüvvə dövlətdir və yenə dövlətdir. Dövlət ölkənin 
daxilində idarəetməni və beynəlxalq nizamı təmin etmək üçündür. 
Frensis Fukuyamanın 2004-cü ildə yazılmış “Güclü dövlət. XXI əsrdə idarəçilik 
və dünya nizamı” (“State Building. Governance and World Order in the Twenty-
First Century”) adlı kitabına olan maraq qloballaşma şəraitində dünya nizamı 
haqqında olan fikirlərlə izah edilir. Fukuyamanın əsəri  XXI əsrdə dünyada al-
ternativi olmayan amerikan (daha doğrusu, anqlosakson) tipli idarəçiliyi haq-
qında təsəvvürlər formalaşdırır.      
“Son  otuz  ildə  dünya  siyasətində  dövlət  institutunun  zəiflədilməsinə 
yönəlmiş meyillər üstün mövqe tutmuşdur və əsasən iki paradoksal səbəblə 
bağlı olmuşdur. Bunun birinci səbəbi dövlətlərin imperiya iddiaları ilə başqala-
rını əsarət altına almaq və əhalisini istismar etmək cəhdləri ilə bağlı olmuşdur. 
Digər səbəb isə demokratik hesab edilən ölkələrdə vaxtaşırı baş verən iqtisadi 
böhranlar, iqtisadiyyatda dövlət sektorunun payının həddən ziyadə azaldılma-
sı və azad bazara olan hədsiz böyük inam olmuşdur. XXI əsrin inkişaf etmiş 
dövlətlərinin    sosial  təhlükəsizlik  probleminin  həlli  və    milli  dövlətin  nüfuzu 
məsələsi, demək olar ki, müstəsna dərəcədə dövlətin idarəçilik qabiliyyəti ilə 
birbaşa bağlı olacaqdır”. 
Amerikalı  alim-futuroloq  F.Fukuyama  hesab  edir  ki,  dünyada  olan  bütün 
problemlərin  günahkarı  zəif  dövlətlərdir.  Dövlətin  zəifləməsi  və  dağılması 
yoxsulluqdan başlamış QİÇS-ə qədər, narkotik və terrorizm kimi bir sıra daha 
ciddi  problemlərin  yaranmasına  səbəb  olur.  Müasir  dövrün  ətraf  mühitin 
çirklənməsi, qlobal epidemiyalar və s. bu və ya digər qlobal problemləri so-
sial  orqanizm  olan  dövlətin  tarixi  arxivə  göndərilməsinin  hələ  tez  olduğunu 
göstərir.  Zəif dövlətlər öz toplanmış problemlərinin əsirinə çevrilirlər, yəni on-
lar  bu  problemləri  müstəqil  olaraq  həll  edə  bilmirlər  və  onları  ətraf  mühitə 
ötürürlər.  Zəif  dövlətlərdə  sistematik  olaraq  insan  hüquqları  pozulur.  Onlar 
kütləvi kasıblığa məhkumdurlar və miqrasiya mənbəyi kimi qonşu dövlətlərə 
təhlükə yaradırlar. “Zəif” anlayışı dövlətin miqyasını deyil, onun gücsüzlüyünü 
xarakterizə edir, cəmiyyət həyatını, iqtisadiyyatı, sosial sahəni və s. normal idarə 
etmək üçün inzibati ehtiyatlarının olmadığını göstərir. Zəif dövlətdə hakimiyyət 
qeyri-qanuni  olur,  cəmiyyət  isə  nə  öz  dövlətinə,  nə  də  hakim  elitaya  inanır. 
Dövlət və elita sübut etməlidirlər ki, onlara həvalə edilmiş ictimai əhəmiyyətli 
funksiyaları idarə etmək hüququna və bacarıqlarına malikdirlər.
F.Fukuyama  “güclü  dövlət”  dedikdə,  birincisi,  tarixi  çağırışlara  cavab  verə 
bilən,  ictimai  münasibətləri  nizamlayan,  mövcud  problemləri  vaxtında  həll 
edən,  daim  islahatlar  aparılan  dövlət  nəzərdə  tutur.  Bu  keyfiyyətlər  hər  kəs 
tərəfindən qeyd-şərtsiz və mütləq müsbət olan kimi qəbul edilir. [4]


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə