1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə21/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   17   18   19   20   21   22   23   24   ...   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
54 
qısa  və  ortamüddətli  perspektivdə  demokratik  cəmiyyətin  iqtisadi  əsasları 
formalaşdırılmalıdır. Əgər hakimiyyətə gələcək iqtidar bu vəzifənin öhdəsindən 
uğurla gələrsə, uzunmüddətli perspektivdə real demokratik cəmiyyət qurmaq 
mümkün ola bilər. Əksinə, cəmiyyətdə radikal meyillər güclənə bilər, Qərbin və 
Rusiyanın çox qorxduğu siyasiləşmiş islam hakimiyyətə gələ bilər. 
Misirin  xarici  siyasəti  kardinal  dəyişikliyə  məruz  qalmayacaqdır.  Ölkənin 
dünya siyasətində müstəqilliyi artacaq, özünə inam güclənəcək və bu, əhalinin 
siyasi  oyanışı  ilə  şərtlənən  davranış  olacaqdır.  Daxili  sabitliyi  qorumaq  üçün 
milli və dini köklərə meyilli siyasətin aparılması zəruri olacaqdır. Bununla yanaşı, 
Misirin ABŞ və İsraillə münasibətlərində ciddi dəyişikliklər baş verməyəcəkdir. 
Qısa və ortamüddətli perspektivdə Misirdəki dəyişikliklər İsrail üçün köklü 
problemlər doğurmayacaqdır. Uzunmüddətli perspektivdə Fələstin problem-
inin  həll  edilməmiş  vəziyyətdə  qalması  İsrailin  regiondakı  mövqeyinə  mənfi 
təsir göstərə bilər. İsrail Yaxın Şərqdə yeni aktorla -  ərəb xalqı ilə qarşılaşmışdır 
(7,  21).  İsrail  əvvəllər  diqqət  yetirmədiyi  bu  aktoru  artıq  nəzərə  almalıdır. 
Qeyd  edək  ki,  Yaxın  Şərqdə  bu  tip  struktur  dəyişikliyinin  əsası  2006-cı  ildə 
qoyulmuşdur. Həmasin demokratik yolla hakimiyyətə gəlməsi, habelə İsrailin 
“Hizbullah” ilə müharibəsi qeyri-dövlət aktorlarının regional proseslərdə rolu-
nun artmasının təzahürü idi. 
Siyasi çevriliş olmuş dövlətlər içərisində Liviya nisbətən qaranlıq perspektivə 
malikdir.  Bu  ölkədəki  daxili  vəziyyətin  mürəkkəbliyi  və  böyük  dövlətlərin 
maraqlarının  toqquşması  yaxşı  gələcək  vəd  etmir.  Liviyada  formalaşacaq 
yeni  hökumət  daxili  və  beynəlxalq  güclər  arasında  tarazlıq  yarada  bilsə, 
uzunmüddətli  perspektivdə  normal  dövlətçiliyin  əsaslarını  formalaşdırmaq 
mümkün  olacaqdır.  Əks  halda  proseslərin  Əfqanıstan  ssenarisi  üzrə  inkişaf 
etdəcəyi istisna deyildir. 
Yaxın  Şərq  hadisələri  beynəlxalq  miqyasda  ən  çox  Orta  Asiya  regionuna 
təsir  göstərəcəkdir.  Orta  Asiyada  Yaxın  Şərqdəki  proseslərə  oxşar  ssenarinin 
təkrar olunması üçün bir çox şərtlər mövcuddur. Lakin regionun mühasirə du-
rumu (Rusiya, Çin, İran tərəfindən) prosesi ləngidir.
 
Ərəb çevrilişlərinin İrana mümkün təsirləri
Ərəb  dünyasında  baş  verən  hadisələr  fonunda  İranda  müəyyən  eti-
raz  aksiyaları  baş  verdi.  Bir  sıra  təhlilçilər  bu  prosesin  İrana  da  yayılacağını 
proqnozlaşdırmağa başladılar. İran dövlətinin rəhbəri isə ərəb dünyasında baş 
verənləri İran inqilabının yayılması kimi şərh etməyə başladı. Lakin bu fikirlərdən 
heç biri həqiqəti əks etdirmirdi. İrandaxili situasiya ərəb dövlətlərindən, hər iki 
tərəfin islam ölkəsi olmasına rəğmən əsaslı şəkildə fərqlənir. 
1979-cu ildə İranda inqilab baş verəndə insanlar ilahi ədalətə əsaslanan bir 
hakimiyyətin formalaşacağına və mövcud sosial, siyasi və iqtisadi problemlərin 
aradan qaldırılacağına inanırdılar. Bu inam İraq-İran müharibəsinin sınağından 
da uğurla keçdi. Lakin bu müharibədən nüvə silahını hazırlamaq siyasəti miras 
qaldı.
1990-cı illərdə  İran İslam Respublikası dinc inkişaf yoluna qədəm qoydu. 


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
55
1991-ci ildən 2011-ci ilə qədər 20 illik dövr ərzində İran gözlənilən yüksək, 
ilahi ədalətin mərkəzinə çevrilə bilməmişdir. İranın ümumi daxili məhsulu 
şah rejimi zamanı indikindən 30% (!) çox olmuşdur (bu vəziyyət İran üzərinə 
qoyulan  beynəlxalq  sanksiyaların  nəticəsi  kimi  də  şərh  olunur.  Bax:  11). 
Şah  rejiminin  sonuna  yaxın,  yəni  1970-ci  illərin  sonunda  İran  cəmiyyətin 
sosial-iqtisadi  strukturuna  görə  Yunanıstan  və  bir  sıra  digər  Avropa 
dövlətlərindən  üstün  idi.  Kapitalizm  sistemi  mahiyyətcə  yaradıcı  xarakter 
daşıyır. İranda mövcud vəziyyət inkişaf etdirilsəydi, daha üstün nailiyyətləri 
əldə etmək olardı. Lakin bu gün İranda nə normal kapitalizm, nə də sosia-
lizm mövcuddur. Ölkə iqtisadiyyatının yalnız 1/5-i özəl sektorun əlindədir. 
Bir neçə fond ölkə iqtisadiyyatının 60 faizinə  nəzarət edir (12, 4). Bu gün 
işsizliyin həcmi 16 faizə yüksəlmiş, əsas qida məhsullarının istehlakı 1991-
ci ildən bəri 20 faiz azalmışdır. Demoqrafik strukturda üstünlük təşkil edən 
gənclərin emiqrasiyası ildə 200 min insan təşkil edir (12, 4-5). Gənc əhalinin 
üstünlüyünə  rəğmən  İran  hakimiyyəti  ölkədə  gənclər  hərəkatına  kifayət 
qədər uğurlu şəkildə nəzarət etməyə nail olur (13, 375). İİR-də korrupsiyanın 
səviyyəsi şah zamanındakına bərabərdir (məhz bu kimi amilləri əsas götürən 
əksər qərb hökumətləri İranda inqilabın niyə 
baş verdiyini anlamadıqlarını söyləyirlər: 18, 
83). İranın keçmiş prezidenti M.Xatəmi İran-
İraq  müharibəsi  veteranları  qarşısında  çıxış 
edərkən  qeyd  edirdi:  “İranda  neftin  kəşf 
olunub  satışa  çıxarılmasından  100  il  keçir. 
Bu 100 ildə neftin satışından 1 trilyon dollar 
gəlir əldə edilib ki, bu rəqəmin 450 milyard 
dolları son 5-6 ilin neft gəlirləri ilə bağlıdır. 
Bu  isə  son  100  ildə  neftin  satışından  əldə 
edilən gəlirin təxminən yarısı deməkdir. Amma məmləkətin də vəziyyəti bu 
gəlirə uyğun yaxşılaşıbmı?”(1). Bütün bunların üzərinə bir də siyasi böhranı 
gəldikdə  mənzərə  tamamlanır  və  ortaya  təbii  sual  çıxır:  İrandakı  mövcud 
vəziyyətin səbəbləri hansılardır? 
İmam Xomeyni özündən sonra çox ciddi və mürəkkəb bir idarəetmə sistemi 
qoymuşdur. Ölkə iki səviyyədə - siyasi və dini strukturlar vasitəsilə idarə olunur. 
Dini strukturlar siyasi idarəetmə üzərində üstünlüyə malikdir. Dövlətin rəhbəri 
Ali dini rəhbərdir. Rəhbər ekspertlər şurası tərəfindən seçilir. Ekspertlər Şurası 
Məclis və rəhbər tərəfindən birgə formalaşdırılır. Eyni zamanda, Konstitusiyaya 
nəzarət Şurası da mövcuddur ki, bu da seçki zamanı namizədlərin “təmiz”liyini 
yoxlayır.  Dini  və  siyasi  sistem  bir-biri  ilə  maraqlı  formada  daxili  əlaqəyə  və 
qarşılıqlı tarazlamaya malikdir. Bu sistem hələlik çox rəvan fəaliyyət göstərir.
Lakin  bütün  inqilablarda  olduğu  kimi,  İran  inqilabında  da  onu  həyata 
keçirənlər  arasında  müəyyən  zamandan  sonra  hakimiyyət  üstündə 
ziddiyyətlərin  dərinləşməsi  qanunauyğun  bir  prosesdir.  Səbəb  və  bəhanəsi 
nə  olmağından  asılı  olmayaraq,  bu  qanunauyğunluq  əksər  inqilablardan 
sonra  müşahidə  olunur;  Fransa  inqilabından  və  rus  inqilabından  sonra  da 
belə  olmuşdur.  İranda  2009-cu  il  seçkilərindən  sonra  müşahidə  olunan 
proseslər dini elita arasındakı ziddiyyətlərin təzahürü idi. Dini proseslərdən 
İranda 100 ildə neftin satı-
şından 1 trilyon dollar gəlir 
əldə edilib ki, bu rəqəmin 
450 milyard dolları son 5-6 
ilin neft gəlirləri ilə bağlıdır.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə