1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə24/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   20   21   22   23   24   25   26   27   ...   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
60 
16. Страны мира. авт.-сост. Ч.М.Адамчик.-Минск: Харвест,2010, 512 стр. 
17. Фукуяма  Френсис.  Конец  истории  и  последний  человек.  М.:Издательство 
АСТ,2004.-588с.
18. Dan Smith. The State of the Middle East. An atlas of conflict and resolution. Univer-
sity of California Press,2008,148p.
19. Egypt Country Brief. Washington, DC: World Bank, 2010// www.siteresources.world-
bank.org/ INTEGYPT/ Resources/ EGYPT
20. Graham  Evans,  Jeffrey  Newnham.  Dictionary  of  International  Relations.  London. 
Penguin Books, 1998,624 p.
21. John L. Allen, Christopher J. Sutton. Atlas of World Politics. New York, The McGraw-
Hill, 2011, 222p.
22. Resolution  1973(2011).Adopted  by  the  Security  at  its  6498  th  meeting  on  17 
March 
2011.S/RES/1973(2011)//  http://www.un.org/Docs/sc/unsc_resolu-
tions11.htm
23. Rosen B.R., Ross A.L.Competing Vision for U.S. Grand Strategy // International Secu-
rity. 1996/1997, Vol.21.No 3 p.5-53.
24.  World Bank. World Development Indicators Online. Washington, DC// www.data.
worldbank.org/ indicator/
Samir Hemidov
Coups d’etat in Near East and Iran
Taking the actuality af the problem into consideration,  in this research we 
have aimed at investigating the essence of political coups taking plase in the 
Middle East,its reasons and driving forces, initial consequences and perspec-
tives of devolepment of the situations in the region and generalize the initial 
theoretical issues. İn the article we have also put forth considerations associ-
ated with the futher development scenario on the background of these coups, 
especially in Iran which plays a serious and important role in the Middle East
Самир Гамидов
Политические перевороты на  Ближнем Востоке и Иран 
Учитывая актуальность проблемы, автор в своем исследовании поста-
вил целью выявить сущность, причину и движущие  силы политических  
переворотов произошедших на Ближнем Востоке, а также перспективы 
развития ситуации в регионе. На фоне происходящих переворотов про-
гнозируются сценарии дальнейшего развития событий в Иране, как госу-
дарства, играющего важную роль на Ближнем Востоке.
 


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
61
Açar sözlər: Cənubi   Qafqaz,   geopolitik   hakimiyyət   mübarizəsi, regional 
qütbləşmələr,  regional   balans
Key words: South Caucasus, the struggle for geopolitical influence, regional 
polarization, regional balance.
Ключевые слова: Южный Кавказ, борьба за геополитическое влияние, 
региональная поляризация, региональный баланс. 
Cənubi Qafqazda 
geopolitik 
hakimiyyət 
uğrunda 
mübarizə
Cavid 
Vəliyev
SAM, aparıcı elmi işçi,
Ankara Universitetinin doktorantı 
Cavid.Veliyev@sam.gov.az


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
62 
Giriş
Siyasi qərarvermə prosesində coğrafiyanın təsiri kimi qiymətləndirilən geo-
politik nəzəriyyələr dövlətlərarası münasibətləri realist paradiqmalar əsasında 
təhlil  edir.  XX  əsrin  70-ci  illərindən  etibarən  beynəlxalq  əlaqələr  sistemində 
geopolitik təhillərin təsirinin yox olması iddia edilsə də soyuq müharibədən 
sonra Cənubi Qafqazda baş verən hadisələr bunu doğrultmadı. 
Bu  məqalə  Sovet  İttifaqının  dağılmasından  sonra  Cənubi  Qafqazda  bir 
tərəfdə  Rusiya,  ABŞ,  Avropa  İttifaqı,  Türkiyə  və  İran  arasında,  digər  tərəfdə 
isə  region  dövlətləri  olan  Azərbaycan,  Gürcüstan  və  Ermənistan  arasında 
davam  edən  geopolitik  mübarizəni  təhlil  edir.    Cənubi  Qafqazın  geopoli-
tik əhəmiyyətindən söhbət aşarkən region uğrunda davam edən hakimiyyət 
mübarizəsinin  səbəbləri  aşkarlanır.  Məqalə  Cənubi  Qafqaz  uğrunda  davam 
edən mübarizənin ünsürlərini və tərəflərini iki fərqli dövrdə təhlil edir. Buradakı 
təhlillər müəllifin şəxsi fikirləri olduğu üçün istinadlara yer verilməmişdir.  
Regionun geopolitik əhəmiyyəti
Xəzər hövzəsi regionu olan Cənubi Qafqaz bir tərəfdən Qara dəniz və Ara-
lıq dənizi, digər tərəfdən isə Orta Asyada cərəyan edən hadisələrə təsiretmə 
imkanına malikdir. Bu mənada Cənubi Qafqaz qarşılıqlı təsirdə olduğu region-
larda qlobal hadisələrlə qarşılaşmaqdadır. 
      Cənubi  Qafqazın  qlobal  güclərin  keçid  nöqtəsində  yer  alması,  Rusiya, 
Türkiyə və İran kimi dövlətlərə, enerji ehtiyatları olan bölgələrə, qlobal mübarizə 
meydanları  olan  Orta  Asiya,  Yaxın  Şərq,  Qara  dəniz  hövzəsinə  yaxın  olması 
regionun geopolitik əhəmiyyətidir. Qərbin genişləndirilmiş və ya böyük Yaxın 
Şərq,  Orta  Asiya  layihəsi,  ABŞ-İran  böhranı,  NATO-nun  Əfqanıstanda  terror 
əməliyyatları, Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum (BTƏ), TRASEKA, 
Nabukko, Transxəzər, Bakı-Tbilisi-Axalkalaki-Qars (BTAQ) dəmir yolu layihəsi, 
İpək Yolu və İNOGATE kimi nəqliyyat və enerji layihələri Cənubi Qafqazın geo-
politik dəyərinin göstəriciləridir.  
Enerji  ehtiyatları  ilə  zəngin  olan  Xəzər  hövzəsinin  təbii  ehtiyatları  Qara 
dəniz və Aralıq dənizi üzərindən dünya bazarlarına nəql edilir və buradakı 
enerji,  siyasi  və  təhlükəsizlik  hadisələri  regiona  təsir  göstərir.  Yaxın  Şərqdə 
cərəyan  edən  hadisələrin  neftin  qiymətinə  təsiri,  Rusiyanın  Şərqi  Avropa-
ya  qarşı  təbii  qazdan  siyasi  məqsədlə  istifadə  etməsi,  Rusiya-Gürcüstan 
müharibəsinin  BTC  və  BTƏ-yə  təsiri  Cənubi  Qafqazın  Qara  dəniz  və  Aralıq 
dənizi ilə də qarşılıqlı təsirdə olduğunu göstərir. Cənubi Qafqazın Mərkəzi Asi-
yanın enerji ehtiyatlarının Qərbə daşınmasında oynadığı rol və Əfqanıstanda 
davam edən terrorizmə qarşı qlobal mübarizəyə verdiyi dəstək bu region-
la bağlıdır. Digər tərəfdən, ABŞ-la İran arasında davam edən nüvə böhranı-
nın geopolitik mübarizəyə çevrilməsi Cənubi Qafqazı bu mübarizənin təsir 
sahəsinə  daxil  etmişdir.  Hər  iki  tərəf  ayrı-ayrılıqda  bu  mübarizədə  Cənubi 
Qafqazı tərəfdaş görmək istəyir. 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə