Say 3 • Noyabr • 2011 |
STRATEJİ TƏHLİL
63
Geopolitik mübarizə dövrləri
Cənubi Qafqazdakı geopolitik mübarizəni iki fərqli dövrə ayıra bilərik. Bi-
rincisi, 1991-2003-cü illər dövrü. Bu, sovetlərin dağılmasından etibarən Rusiya
ətrafındakı ölkələrdə Qərbin dəstəyi ilə baş verən rəngli inqilablar dövrünü
əhatə edir. İkincisi, bu inqilablardan günümüzə qədər davam edən və 2008-ci
ildə Gürcüstan-Rusiya müharibəsi dövrüdür.
Birinci dövrdə geopolitik hakimiyyət mübarizəsi Xəzər hövzəsi enerji ehti-
yatlarının bölüşdürülməsi ilə bağlı görüşlərin başlanmış, Rusiyanın nüfuzunun
zəifləmiş, regionda Gürcüstan qismən, Azərbaycan isə tam suverenlik qazan-
mışdır. Enerji sövdələşmələrində Türkiyə, Rusiya və İran kimi region dövlətləri və
ABŞ, İngiltərə, İtaliya və Fransa kimi qeyri-region dövlətləri də bu mübarizəyə
daxil oldular. Regiondakı geopolitik mübarizənin digər bir ünsürü olan Qara-
bağ probleminin həllində isə ABŞ, Rusiya və Fransa fəal rol oynayaraq digər
dövlətləri kənarda buraxdılar.
Region dövlətləri arasında əmələ gələn geopolitik qütbləşmə bu dövrün
məhsuludur. Bir tərəfdə Rusiya-Ermənistan-İran və Yunanıstana qədər uza-
nan bir dördlük, digər tərəfdə Azərbaycan-Gürcüstan-Türkiyə və bəzən İsrailə
qədər uzanan başqa bir dördlük ilə qarşı-qarşıya gəldi. Rusiya və İranın qar-
şı çıxmalarına baxmayaraq, regional geopolitik mübarizədə önəmli rol oy-
nayan enerji anlaşmaları Azərbaycan və Türkiyənin lehinə imzalandı və boru
xətləri işlək vəziyyətə gətirildi. Bu geopolitik qütbləşmədə Türkiyə-Gürcüstan-
Azərbaycan üçlüyünün uğurunu qeyd etməmək mümkün deyildür. Lakin re-
gional münaqişələr (Qarabağ, Cənubi Osetiya və Abxaziya) ikinci dövrə həll
olunmadan miras qaldı.
2004-cü ildən etibarən postsovet məkanda baş verən “rəngli hakimiyyət
çevrilişlərini” Qərbin onun təsir dairəsini ələ keçirməsi kimi qiymətləndirən Ru-
siya Gürcüstan müharibəsində gücünü nümayiş etdirərək Qərbə acıq verməyə
çalışdı. 2008-ci il Gürcüstan-Rusiya müharibəsi regionda yeni bir geopolitik
reallıq yaratmış oldu. NATO-nun region dövlətləri üçün özünü təhlükəyə at-
mayacağı, NATO-ya üzvolmanın regional problemlərin həllində daimi həll
yolu olmayacağı və region dövlətlərinin problemlərini öz aralarında həll
etməsi zəruriliyini ortaya qoydu. Bu hadisədən sonra regionda müvəqqəti
olaraq Qərb təşkilatlarına etibar azaldı və Rusiyanın gücü artdı. Lakin Rusiya
Gürcüstanı bütöv şəkildə ələ ala bilmədiyi kimi, Cənubi Osetiya və Abxaziya-
nın müstəqilliklərini də “diplomatik çarəsizlikdən” tanıdı. Gürcüstan savaşın-
dan sonra yaxın ətrafında və Qərbdə imici ciddi şəkildə pozulan Rusiya regi-
onun digər önəmli problemi olan Qarabağ məsələsinin həllində diplomatik
cəhdlərini sürətləndirərək itmiş nüfuzunu düzəltməyə çalışdı.
Siyasi mənada Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması bu
vəziyyətin regionun digər problemi Qarabağ məsələsinin həllinə təsiretmə
“təhlükəsi” ortaya çıxdı. Ermənistan Kosovo, Cənubi Osetiya və Abxaziyanın
müstəqilliklərinin tanınmağının Qarabağ üçün əmsal təşkil edəcəyini düşünsə
də Qərb və Rusiyanın Qarabağ məsələsində fərqli düşüncəsi Yerevanda
STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
64
xəyalların qırılmasına səbəb oldu. Digər tərəfdən, Kosovonun müstəqilliyini
Rusiyanın təzyiqi ilə tanımayan Ermənistan, bu təzyiqə baxmayaraq, Gür-
cüstanla münasibətləri korlamamaq üçün Cənubi Osetiya və Abxaziyanın
müstəqilliklərini tanıya bilmədi.
Rusiya-Gürcüstan müharibəsindən sonra regional qütbləşmələrdə bəzi
dəyişmələr baş verdi. Türkiyənin Qafqazda Təhlükəsizlik və Sabitlik Platforması
və Ermənistan-Türkiyə yaxınlaşması bu dəyişmənin işarələridir. Rusiya “Gürcüs-
tansız Qafqaz” siyasəti çərçivəsində Türkiyə-Ermənistan protokollarına dəstək
verdi. Ermənistan Gürcüstan müharibəsindən ziyan gördüyü üçün Gürcüstanla
yaxın əlaqələr qurmağa çalışdı və rəsmi Tiflisdən müsbət cavab aldı.
Mübarizə ünsürləri və tərəfləri
Regionun enerji qaynaqları, etnik çarpışmalar, bölgə xalqları arasında
düşmənçilik, region dövlətlərinin öz problemlərini həll edə bilməməsi, regional
və ölkə səviyyəsində ideoloji boşluqlar geopolitik mübarizənin amilləridir. Bö-
yük güclər regionda davam edən geopolitik mübarizədə hakimiyyət sahələrini
genişləndirmək və rəqiblərinin qarşısını almaq üçün istifadə edirlər.
Cənubi Qafqazdakı geopolitik hakimiyyət
mübarizəsi üç tərəfin arasında dəyərləndirilə
bilər: 1-cisi regionun böyük dövlətlərinin
(Türkiyə, Rusiya, İran) rəqabətinin əks olun-
ması. 2-cisi qlobal rəqabətin əks olunması.
3-cüsü xarici və təhlükəsizlik siyasəti səbəbi ilə
region dövlətləri olan Azərbaycan, Ermənistan
və Gürcüstanın regional rəqabətdə fərqli
qütblərdə yer almaları.
Rusiya, Türkiyə və İran Cənubi Qafqaz uğrunda mübarizə aparan güclər
arasında dəyişməz tərəflərdir. XIX əsrdə Osmanlı İmperatorluğu, Rusiya Çar-
lığı və Qacar Şahlığı arasındakı geopolitik mübarizə Cənubi Qafqazda bolşe-
vik hakimiyyətinin qurulması ilə dayandı və Sovet İttifaqının dağılması ilə İran,
Türkiyə və Rusiya Federasiyası arasında yenidən başladı. Sonra Cənubi Qaf-
qazda baş verən proseslərdə Türkiyə Gürcüstan və Azərbaycanı, Rusiya və İran
Ermənistanı dəstəklədi. Rusiya hakimiyyət sahəsi kimi gördüyü Cənubi Qaf-
qazda İran və Türkiyənin mövqeyini zəiflətmək üçün Sovet İttifaqı vaxtından
qalma iqtisadi, siyasi və təhlükəsizlik əlaqələrindən istifadə etdi. Lakin Qərbin
dəstəyi, Gürcüstan və Azərbaycanın siyasi iradəsi Rusiyanın regionda mövqe-
yini zəiflədi. Dövlətlərarası münasibətlərdə hərbi texnologiya mərkəzli güc
anlayışının dəyişməyi və Rusiyanın müasir güc ehtiyatları cəhətdən kasıb ol-
mağı onun Cənubi Qafqazdakı mövqeyini zəiflətdi. Buna baxmayaraq, Rusiya
Cənubi Qafqazda son sözü deyə biləcək güclü dövlət olaraq qalır.
Türkiyə-Azərbaycan arasında tarixi və etnik yaxınlığın ortaq maraqlarla
möhkəmlənməsi Ankaranın Cənubi Qafqazda özünə qısa müddətdə yer tapma-
sına səbəb oldu. Soyuq müharibənin bitməsi ilə birlikdə Qərb üçün sovetlərə qarşı
Cənubi Qafqazda baş verən
proseslərdə Türkiyə Gür-
cüstan və Azərbaycanı,
Rusiya və İran Ermənistanı
dəstəklədi.