1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə17/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   13   14   15   16   17   18   19   20   ...   93

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
43
XARİCİ SİYASƏT 
VƏ  BEYNƏLXALQ 
MÜNASIBƏTLƏRDƏ YENİ 
MEYLLƏR VƏ PROSESLƏR 


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
44 


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
45
Açar  sözlər:  Siyasi  çevriliş,  yoxsa    inqilab,  “ovqat  demokratiyası”,  siyasi 
sistemlərin  böhranı,  geosiyasi  dəyişikliklər,  İranın  və  Yaxın  Şərqin  inkişaf 
perspektivləri.
Key words: Political coups detat or revolution, “democracy mood”, crisis of 
political systems, geopolitical  changes,  development perspectives of  Iran 
and the Middle East.
Ключевые  слова:  Политический  переворот  или  революция, 
«демократия настроений», кризис политических систем, геополиические 
перемены, перспективы развития  Ирана и Ближнего Востока.
Yaxın 
Şərqdə
1
 siyasi 
çevrilişlər 
və İran
Samir 
Həmidov
ADU-nun Beynəlxalq Münasibətlər
kafedrasının müdiri, 
dosent, siyasi elmlər üzrə fəlsəfə doktoru 
samir_politic@mail.ru

Yaxın Şərq anlayışı müxtərlif elmi mənbələrdə fərqli şəkildə izah edilir. Əsas fərq bu anlayışın əhatə etdiyi coğrafi 
məkanla bağlıdır. Biz Mərakeşdən (Şimali Afrikada yerləşən dövlətlər) İrana qədər yerləşən dövlətləri bu anlayışın miqyasına daxil 
etmişik. Bu zaman həmin dövlətlərin tarixi və müasir inkişafının sıx bağlılığı və sosial-mədəni amillər nəzərə alınmışdır.


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
46 
Giriş
 
Müasir  beynəlxalq  münasibətlərdə  yeni  mərhələ  yaradan  bir  sıra 
irimiqyaslı, tarixi əhəmiyyət kəsb edən hadisələr baş vermişdir. Sovetlər birliy-
inin  süqut  etməsi  və  soyuq  müharibənin  başa  çatması,  sentyabrın  11-də 
ABŞ-a  terrorçuların  hücumu  və  bununla  bağlı  baş  verən  müharibələr,  Yaxın 
Şərqdə xalq üsyanları, onların beynəlxalq nəticələri müasir dünya siyasətində 
çox  vacib,  sistemli  dəyişikliklərin  meydana 
çıxmasını  şərtləndirmişdir.  Sonuncu  hadisə, 
yəni  Yaxın  Şərqdə  siyasi  çevrilişlər  hazırda 
tam  başa  çatmadığı  üçün  onun  beynəlxalq 
sistemdə  yaradacağı  keyfiyyət  dəyişiklikləri 
hələlik öyrənilmə mərhələsindədir. Problemin 
aktuallığını nəzərə alaraq, biz bu araşdırmada 
Yaxın  Şərqdə  baş  verən  siyasi  çevrilişlərin 
mahiyyətini,  səbəblərini  və  hərəkətverici 
qüvvəsini,  ilkin  nəticələrini  və  regionda 
situasiyanın  inkişaf  perspektivlərini  tədqiq 
etmək və ilkin nəzəri ümumiləşmələr aparmaq, habelə Yaxın Şərqdə mühüm 
rol oynayan İranda baş vermiş çevrilişlər fonunda  hadisələrin gələcək inkişaf 
ssenariləri ilə bağlı mühakimələr irəli sürmək məqsədi qarşıya qoymuşuq. 
Çevriliş, yoxsa inqilab?
Yaxın  Şərqdə  baş  verən  hadisələrin  səbəblərinin  və  mahiyyətinin 
araşdırılmasına  keçməmişdən  öncə,  ilk  növbədə,  hadisələrin  xarakterini 
araşdıraq.  Belə  ki,  bir  çox  elmi  və  ictimai-siyasi  mənbələrdə  Yaxın  Şərqdəki 
hadisələr  inqilab  kimi  müəyyən  edilir.  Lakin  ərəb  dövlətlərində  baş  verən 
xalq  etirazlarını  klassik  inqilablardan  (Fransa,  Rusiya,  Kuba,  Çin  və  s.) 
fərqləndirən ən əsas amillərdən biri inqilablar üçün xarakterik olan subyektin 
və irimiqyaslı məqsədlərin  olmamasıdır. Digər bir vacib amil inqilabların icti-
mai münasibətlərin sistemində və yaxud siyasi sistemin xarakterində kardinal 
dəyişikliklərə yol açmasıdır. Lakin nə Misirdə, nə də xalq üsyanları olan digər 
ərəb dövlətlərində prosesin başa çatmaması, yəni nəticələrin məlum olmaması 
indiyə qədər baş verən hadisələri inqilab adlandırmağa əsas vermir. Başqa sözlə 
ifadə etsək, inqilab keyfiyyət dəyişikliyinə yol açır, bu tip dəyişiklikləri isə hələlik 
nə Misirdə, nə Tunisdə, nə də Liviyada müşahidə etmək olur. Bu dövlətlərdə 
yalnız  prezidentlər  devrilmiş,  onların  qurduqları  siyasi  sistem  isə  hələlik  qo-
runub saxlanmışdır. Köklü siyasi dəyişiklikləri yalnız Liviyada müşahidə etmək 
olar.  Lakin  bu  ölkədəki  proseslər  xarici  müdaxilə  nəticəsində  reallaşdırıldığı 
üçün tamamilə fərqli yanaşma tələb edir. Bundan əlavə, inqilab yalnız ixtişaşlar 
yolu ilə baş verən hadisə deyil, yəni dinc formada da fundamental keyfiyyət 
dəyişiklikləri baş verə bilər. Lakin mövcud elmi ədəbiyyatlarda yalnız sərt güc 
vasitəsilə  baş  verən  çevrilişin  nəticəsində  reallaşdırılan  kardinal  sosial–siyasi 
dəyişikliklər inqilab kimi müəyyən edilir (20,481; 3,276-77). 
Zənnimizcə,  metodoloji  baxımdan  bu  cür  yanaşma  artıq  köhnəlmişdir. 
Nə Misirdə, nə də xalq üs-
yanları olan digər ərəb 
dövlətlərində prosesin başa 
çatmaması, yəni nəticələrin 
məlum olmaması indiyə qədər 
baş verən hadisələri inqilab 
adlandırmağa əsas vermir.


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
47
Türkiyədə  son  on  ildə  gerçəkləşdirilən  islahatlar  nəticəsində  yaranan  yeni 
hökumət-ordu, hökumət-məhkəmə hakimiyyəti münasibətləri siyasi sistemin 
xarakterində  dinc  formada  həyata  keçirilən  irimiqyaslı  və  köklü  dəyişikliyin 
çağdaş nümunəsidir.
Beləliklə,  inqilab  onu  həyata  keçirən  subyektin  olmasını,  cəmiyyətin  siyasi 
və ya sosial sistemində genişmiqyaslı dəyişikliklərin gerçəkləşdirilməsini və yeni 
keyfiyyətlərin  yaranmasını  ehtiva  edən,  sosial-siyasi  sistemdəki  durğunluğu 
aradan qaldıran  siyasi hadisə, yaxud proseslərin məcmusudur. Bu kontekstdə 
biz Yaxın Şərqdə baş verən hadisələri çevriliş kimi müəyyən edə bilərik.
Ərəb dövlətlərində siyasi böhranların səbəbləri və mahiyyəti
Siyasi  böhranların  və  çevrilişlərin  səbəblərini  araşdırarkən,  ilk  növbədə 
mövcud elmi araşdırmalarda qarşılaşdığımız bir sıra amilləri nəzərdən keçirək. 
Ərəb  üsyanlarının  səbəbləri  kimi  göstərilən  iqtisadi  durğunluq,  korrupsiya, 
işsizlik,  sosial  qeyri-bərabərlik,  yoxsulluq  kimi  amillərin  araşdırılması  onların 
baş  verən  hadisələri  izah  etmək  üçün  yetərli  olmadığı  məlum  olur.  Belə  ki, 
Misirdə Mübarəkin hakimiyyəti illərində ölkə iqtisadiyyatı artan xətt üzrə inkişaf 
etmişdir. Mübarəkin hakimiyyətinin son illərində, 2004-cü ildə formalaşdırılan 
islahata meyilli hökumətin həyata keçirdiyi tədbirlər nəticəsində hətta dünya 
iqtisadi böhranı zamanı da bu inkişaf tempi davam etmişdir. Böhran zamanı 
Misirdə ümumi daxili məhsulun illik artımı 4,6 faiz təşkil etmişdir (24, 18)  ki, bu 
rəqəm dünya üzrə ən yaxşı göstəricilərdən biridir. ÜDM-in adambaşına düşən 
həcmi isə 2010-cu ildə 5500 dollar olmuşdur. Oxşar inkişaf göstəriciləri Tunisdə 
və Liviyada da müşahidə olunur. Belə ki, Liviyada ÜDM-in adambaşına düşən 
həcmi 12 min dollara yaxın olmuşdur (4, 13). Tunisdəki müvafiq göstəricilər isə 
daha yüksəkdir (16, 327).
İqtisadi  inkişaf  göstəricilərinin  yüksək  olmasına  rəğmən  bu  ölkələrdə  bir 
sıra  ciddi  problemlər  də  mövcud  olmuşdur.  İlk  növbədə,  bu,  korrupsiyanın 
səviyyəsinin  yüksək  olması  ilə  bağlıdır.  İşsizliyin  həcmi  də  bu  ölkələrdə 
kifayət qədər yüksək olmuşdur. Misirdə işsizlik rəsmi göstəriciyə görə üsyan-
lar ərəfəsində 10 faiz (qeyri-rəsmi məlumatda bu rəqəmin daha yüksək – 25 
faiz  olduğu  qeyd  edilir),  Tunisdə  17  faiz  (14,  20-21;  20,  82).  Müqayisə  üçün 
qeyd  edək  ki,  Mərakeşdə  işsizlik  20  faiz  həddindədir,  Yəməndə  25  yaşadək 
gənclərin təxminən yarısını (bu kateqoriyadan olanlar ümumi əhalinin 65-70 
faizidir) təşkil etmişdir (15, 55; 21, 82). Daxili vəziyyətə təsir edən və üsyana 
təhrikləyən  daha  bir  amil  qeyd  olunan  ölkələrdəki  yoxsulluğun  səviyyəsidir. 
Misirdə  gündəlik  gəliri  2  dollardan  az  olan  insanlar  əhalinin  beşdəbirini  (20 
faiz)  təşkil  etmişdir  (8,  14).  Tədqiqatçılar  təsvir  olunan  sosial-iqtisadi  du-
rumun  təhlilini  ümumiləşdirərək  belə  nəticəyə  gəlirlər  ki,  dünya  iqtisadi 
böhranının  təsiri  nəticəsində  iqtisadi  vəziyyəti  həssas  olan  əhalinin  daha  da 
yoxsul vəziyyətə düşməsi xalq üsyanına və bu üsyanların nəticəsi kimi siyasi 
çevrilişlərin reallaşmasına gətirib çıxarmışdır.
Lakin yuxarıda sadalanan amillər Yaxın Şərqdə baş verən üsyan və çevrilişlərin 
səbəblərini  izah  etmək  üçün  yetərli  hesab  oluna  bilməz.  Dünyanın  bir  sıra 
dövlətlərində yuxarıda qeyd olunan sosial-iqtisadi göstəriciləri və hətta daha 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə