1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə14/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   10   11   12   13   14   15   16   17   ...   93

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
37
İkincisi,  “güclü  dövlət”  dedikdə  elə  dövlətlər  nəzərdə  tutulur  ki,  burada 
siyasi  institutlar  zəif  və  hüquqi  sistemdə  boşluqlar  olduğundan,  həmçinin 
vətəndaş cəmiyyəti tam inkişaf etmədiyinə görə dövlət və cəmiyyət arasındakı 
münasibətlərdə dövlətin xeyrinə olan tarazlıq yaranır.    
Üçüncüsü, “güclü dövlət” dedikdə həm də inkişaf etmiş iqtisadiyyatı, sosial 
sahəsi və mədəniyyəti olan dövlət nəzərdə tutulur. Bununla yanaşı, dövlət qarşı-
sında insanın aliliyi ideyası, insanın ilkinliyi və insan-dövlətlə münasibətdə ikin-
ciliyi ideyası “güclü dövlət” anlayışı ilə bağlı böyük fəlsəfi mübahisələr doğurur.  
Güclü  dövlət  hər  hansı  bir  sosial  institut  tərəfindən  verilən  əmrlərə 
dözməyən azad şəxsiyyət üçün həmişə problemdir. Güclü dövlətlə bağlı qüssə 
onunla əlaqədardır ki, postsovet məkanında hələ də heç bir siyasi qüvvə inki-
şafla bağlı tam aydın, inandırıcı və hər kəs tərəfindən anlaşılan siyasət, məqsəd 
və vəzifələr formalaşdıra bilməyib. Buna görə də cəmiyyətin daha yaxşı həyatla 
bağlı ümidləri insanların xüsusi təşkilatlanma forması olan dövlətə tərəf yönəlir. 
“Kimə isə qəribə gələ bilər ki, biz son illər, çoxsaylı tədqiqatlarda deyildi-
yi  kimi  dövlətin  funksiyalarının  məhdudlaşdırılmasından  deyil,  əksinə  güclü 
dövlət qurulmasından yazırıq. Son dövrün dünya siyasətində dövlətin tənqidi, 
dövlət sektorunun səlahiyyətlərinin bazara və vətəndaş cəmiyyətinin qurumla-
rına ötürülməsi mövzusu  üstünlük təşkil edən mövzulardan olmuşdur. 
Lakin  artıq  məlumdur:  zəif  və  səriştəsiz  dövlətlər  dünyada  ciddi 
problemlərin mənbəyidir. Əvvəlcə ABŞ özü də elə  bilirdi ki, bu lokal miqyaslı 
məsələdir. Lakin 11 sentyabr hadisələri göstərdi ki, bunlar çox böyük miqyaslı 
strateji problemlərə gətirib çıxarır. Beləliklə də, zəif dövlət həm milli, həm də 
beynəlxalq problemlərin mənbəyidir”. 
Müəllif belə qənaətə gəlir ki, müasir dövrdə güclü dövlətin qurulmasına dair 
tədqiqatlara lazım olan dərəcədə diqqət ayrılmamışdır. XXI əsrdə güclü dövlət 
quruculuğunun bazası sayılacaq fundamental konsepsiyası hələlik yoxdur.
Dövlətçiliyin mahiyyətinə dair indiyə qədərki  təriflərdən fərqli olaraq Fu-
kuyama onu belə səciyyələndirir: “Dövlətin tərifi onun haqqında indiyə kimi 
deyilən  “məcburetmə  və  ya  zor  aparatı  olması  deyil,  dövlətçiliyin  mahiyyəti 
onun düşünülmüş uğurlu siyasi kursunu müəyyən etməsi, strateji məqsədləri və 
planları irəli sürərək həyata keçirməsi, ölkədə qanun-qaydaya riayət edilməsini 
təmin etməsindən ibarətdir. Beləliklə də, yanlış anlamlardan biri bizim dövlətin 
malik olduğu “güc anlayışını hərfi, “fiziki güc” kimi dərk edərək, onu  dövlətin 
“nüfuz dairəsi” mənasında  dərk etməməyimizdir.(4, s.9)
ABŞ-da  yarandığı  vaxtdan  dövlət  institutunun  zəiflədilməsi  və 
məhdudlaşdırılması  yönündə vətəndaş cəmiyyətinin  güclü  mübarizə apardı-
ğını, həmkarı məşhur  siyasətşünas  Seymur Lipsetin bunu öz  əsərində sübut 
etdiyini Fukuyama qeyd edir. O hesab edir ki, ən mürəkkəb məsələlərdən biri 
də  güclü    dövlətin  dəyərləndirilməsi  zamanı    “güc”  anlayışının  mahiyyətinin 
təhrif olunmuş şəkildə başa düşülməsidir.
Fukuyama  özünün  yeni  hesab  etdiyi  “güclü  dövlət”  konsepsiyasını 
əsaslandırmaq üçün dövlətin funksiyaları məsələsinə də yeni mövqedən ya-
naşır, onların iyerarxiyasını verir. Burada bir funksiyanı təmin edib, başqasını 


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
38 
nəzərə almayan dövlət güclü hesab edilmir. Məsələn, müəllifin təqdim etdiyi 
cədvəldə ABŞ (burada dövlət sektorunun payı nisbətən az olduğu üçün) Fransa 
və Yaponiyadan aşağıda yer alır. Dövlətin funksiyaları zaman keçdikcə dinami-
kaya  uğrayır  və  onların  zamanın  tələbinə  müvafiq  olaraq  təmin  edilməməsi 
öz  növbəsində  “güclü  dövlət”  statusunun  da    dəyişməsinə  səbəb  olur.  Bir 
məsələyə münasibətdə şübhə yoxdur ki, “dövlətin gücü ilə iqtisadi inkişafı ara-
sında bilavasitə, birmənalı əlaqə mövcuddur” (4, s.14).
Güclü dövlət quruculuğunun əsas həlqələri qismində müəllif dörd məsələnin 
vacibliyini qeyd edir: 
1.  Siyasi sistemin formalaşması və onun idarə edilməsi
2.  Təşkilatlanmanı  təkmilləşdirən  (milli)  layihə  və  idarəetmənin  həyata 
keçirilməsi; 
3.  Legitimliyin təmin edilməsi
4.  Mədəni-mənəvi və struktur faktorlar.
Fukuyamanın haqqında söhbət açdığımız kitabının 3-cü fəsli zəif dövlətlərin 
beynəlxalq  sistemin  inkişafına  mühüm 
əngəl  yaratdığına  həsr  edilmişdir.  Müəllif 
belə  qənaətə  gəlir  ki,  1989-cu  ildə  Berlin 
divarının sökülməsindən başlamış 11 sent-
yabr  hadisəsinə  qədər  beynəlxalq  aləmdə 
baş  verən  bütün  böhranlar,  münaqişələr 
zəif  ölkələrin  problemləri  ilə  əlaqədar  ol-
muşdur.  Beynəlxalq  birlik  bu  və  ya  digər 
dərəcədə  həmin  münaqişələrə  ya  çox 
tez,  ya  da  çox  gec  cəlb  edilir.  Məsələn, 
Əfqanıstanda  dövlət  o  dərəcədə  zəif  ol-
muşdur  ki,  onu  kim  istəsə,  hətta  terrorçu 
təşkilat belə ələ keçirmiş, ölkəni qlobal ter-
ror şəbəkəsinin bazasına çevirmişdir.
Dövlət idarəçiliyinin zəifliyi Vestfal dünya 
düzənindən sonrakı suverenlik  statusunun pozulmasına gətirib çıxarır. “Zəiflik” 
dövlətin  miqyasını  ifadə  etməyib,  siyasi  idarəçiliyin  səmərəsizliyini  göstərir. 
Məsələn, İraq dövlətinin siyasətində daima başqa ölkələrin suverenliyinə qəsd 
etmək kimi doktrina dururdu” (s.54). Yəqin,   bu sətirləri oxuyarkən   tarix boyu 
başqa  dövlətlərə  qarşı  ərazi  iddiaları  ilə  çıxış  edən,  Azərbaycanın  ərazi  bü-
tövlüyünü  pozan    işğalçı  Ermənistan  dövlətinin  də  zəifliyi,  siyasi  idarəçiliyin 
səmərəsizliyinə, iflasına dair paralellərin yada düşməsi təbiidir.
ABŞ da qeyd edilən yöndə səylərin “milli quruculuq”  (state building) sözü ilə 
ifadə edildiyini bildirən müəllifə görə, bu sözlə millətin mədəni-tarixi identik-
liyinin siyasi institutlarda - konstitusionalizm və demokratiyada təcəssümünü 
tapmış  təcrübəsi  nəzərdə  tutulur.  Amerikalılardan  fərqli  olaraq,  avropalılar 
hesab edirlər ki, milli dövlət quruculuğunu heç bir kənar müdaxilə ilə həyata 
keçirmək mümkün deyil” (4, s.59).
Dövlətçiliyin  inkişaf  mərhələlərinə  gəldikdə  isə  Fukuyama  qeyd  edir:  “Mil-
Azərbaycanda “güclü dövlət” 
quruculuğuna Fukuyamanın 
qeyd edilən əsərindən xeyli 
əvvəl başlanılıb. Dövlət baş-
çısının irəli sürdüyü “Güclü 
dövlət, yüksək rifah!” formu-
lu isə mondialist, “planetar 
dövlət” qurmaq iddialarından 
nəinki fərqlidir, hətta onun 
tamamilə əksidir.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə