Transmilli şirkətlər anlayışı və onların dünya iqtisadiyyatında rolu



Yüklə 244,17 Kb.
səhifə1/69
tarix02.09.2023
ölçüsü244,17 Kb.
#121219
  1   2   3   4   5   6   7   8   9   ...   69
muhazirə toplusu Beynəlxalq menecment


Beynəlxalq menecmentin nəzəri aspektləri



  1. Transmilli şirkətlər anlayışı və onların dünya iqtisadiyyatında rolu.

  2. Beynəlxalq biznesin mahiyyəti, inkişafı və xüsusiyyətləri

  3. Beynəlxalq menecmentin mahiyyəti, funksiyaları və istiqamətləri




  1. Beynəlxalq biznesin mahiyyəti, inkişafı və xüsusiyyətləri



Fənnin əsas məqsədi- baza olan ölkələrin tarixi və mədəni şəraitindən asılı olaraq menecmentin üslubu və şəraitin istifadə xüsusiyyətləri və transmilli şirkətlərin idarə olunması haqqında təsəvvürün formalaşdırmasından ibarətdir.

Bu günkü mövzunun əsas məqsədi beynəlxalq biznes və beynəlxalq menecmentin mahiyyətinin açıqlmasıdır. Təbii ki ilk öncə idarə edən sistemə tələbləri formalaşdıran idarə olunan sistemin mahiyyətinə baxılmalıdır. Çünki beynəlxalq menecment- beynəlxalq biznesin idarəetmə sistmidir. Yəni əvvəla beynəlxalq və milli bizes anlayışları, aralarındakıda fərqləri tədqiq etmək və daha sonra milli və beynəlxalq menecmentin oxşar və fərqli cəhətlərini aşkar etmək olar.


GİRİŞ

Qlobal masştabda təsərrüfat həyatın beynəlmilləşməsi bu gün real və obyektiv bir prosesdir. Inteqrasiya proseslərinin, beynəlxalq əmək bölgüsünün dərinləşməsi, xarici investisiyaların sürətlə artması dünyanı “qlobal kənd” çevrilməsinə səbəb olur. Bu proseslərin getməsində (sürətlənməsində) böyük rolu dünya iqtisadiyyatının (təsərrüfatının) əsas cizgilərini formalaşdıran çoxmilli şirkətlər oynayır . Məhz transmilli korporasiyalar bir çox ölkələrin iqtisadi inkişafının səmərəliliyinin yüksəldilməsinin əsas qüvvəsidirlər. Beləliklə də, istehsalın və kapitalın beynəlmiləlləşməsinin qlobal tendensiyaları xarici ticarətin beynəlmiləlləşməsi, strateji alyansların transmilli korporasiyaları dünya iqtisadiyyatının inkişafının əsas mərkəzinə çevirdi.
Bütün düyada şirkətlərarası rəqabətin kəskinləşməsinə gətirən maddi istehsalın kəmiyyət və keyfiyyət göstəricilərinin dəyişməsi, malların distribusiyası (paylaşdırma), və innovasiya prosesləri idarəetmə metodlarının əsaslı təkmilləşməsinə gətirir.
Beynəlxalq diversifikasiyanın faydalığnı nəzərə alaraq şirkətlər istehsal qüvvələrini daxili bazardan əlavə xaricdə də yerləşdirilməsinə qərar verirlər.
Beynəlxalq rəqabət və istehsalın beynəlxalq xüsusiyyətləri şirkətlərə idarəetmənin və təşkilin elə strategiyalarını diktə edirlər ki, onlar şirkətlərin müqayisəli rəqabət üstünlüklərini gücləndirsinlər. Beynəlxalq şirkətlərin menecmenti milli menecmentlə müqayisədə mürəkkəbləşir. Bu isə iqtisadi, siyasi, hüquqi, mədəni qaydalarında fərqlərin olmasından irəli gəlir. Mədəni fərqlər bir tərəfdən beynəlxalq biznesin aparılmasına maneələr törədə bilər, digər tərəfdən isə üstünlüyün də mənbəyi ola bilər. Çoxmilli şirkətlər təşkilati formadan, fəaliyyət sahəsindən, müəssisənin ölçüsündən asılı olmayaraq bu üstünlükləri gücləndirə bilərlər. Beynəlxalq menecment də elə bütün bunların necə baş verməsinin tədqiqatı ilə məşğuldur. Və bizim təqdim etdiyimiz kurs növbəti problematikanı həll etməyə çalışır: TMŞ dünya iqtisadiyyatında rolu, onlarin idarəetmə strukturlarının quruluşu, təşkilati formaları. Beynəlxalq biznesin xüsusiyyətləri, beynəlxalq menecmentin xarici mühitinin təhlili. Strateji planlaşdırma və nəzarət və s.




  1. Yüklə 244,17 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə