16. Davamlı və inklüziv inkişafın əldə olunmasında multikulturalizm siyasətinin rolu



Yüklə 18,03 Kb.
tarix15.05.2023
ölçüsü18,03 Kb.
#110358
16. sual(Multikultralizim)


16. Davamlı və inklüziv inkişafın əldə olunmasında multikulturalizm siyasətinin
rolu.

Multikulturalizmin tədqiq olunmasının mühüm nəzəri məsələlərindən


biri də onun davamlı və inkluziv inkişafa təsiri məsələsidir. Müasir dövrdə
etnik-mədəni müxtəlifliyin tənzimlənməsində multikulturalizm siyasət
modeli digər siyasət modellərindən üstün olduğu kimi, inkişafın davamlı
və inkluziv modellərinin də digər inkişaf modellərinə münasibətdə üstün
olduqları bəllidir. Buna görə də davamlı və inklüziv inkişafa nail olmaqda
multikulturalizm siyasətinin əhəmiyyətini müəyyən etmək vacibdir.
Əvvəlcə “davamlı inkişaf” və “inkluziv inkişaf” məfhumlarının
məzmununu müəyyən edək. Davamlı inkişaf elə bir inkişaf modelidir ki,
o, indiki nəsillərin maddi tələbatlarını ödəməklə yanaşı gələcək nəsillərin
də tələbatlarının ödənilməsi üçün lazımi şərait yaradır. Gələcək nəsillərin
tələbatlarının ödənilməsi üçün inkişaf tək iqtisadi artımın təmin
edilməsinə deyil, ətraf mühitin və təbii ehtiyatların qorunmasına,
cəmiyyətdəki sosial problemlərin həll edilməsinə də yönəldilməlidir.
Məlum olduğu kimi, əgər iqtisadi artım ətraf mühitin və təbii ehtiyatların
qorunmasını təmin etmirsə, bu, gələcəkdə iqtisadi artıma, ümumiyyətlə,
inkişafa nail olmağı çətinləşdirir. Bununla yanaşı qeyd etmək lazımdır ki,
dövlətin həyata keçirdiyi iqtisadi artım, inkişaf proqramı cəmiyyətdəki
sosial vəziyyətin gərginləşməsinin qarşısını almalıdır.
Multikulturalizm daxili siyasətin tərkib hissəsi kimi cəmiyyətdəki etnikmədəni müxtəlifliyi tənzimləyərək inteqrasiya proseslərinin
dərinləşməsinə səbəb olur. Dərinləşən inteqrasiya prosesləri isə öz
növbəsində etnik və dini zəmində baş verə biləcək münaqişələrin qarşısını
alır. Bütün bunlar nəticə etibarı ilə inkişafın davamlı olmasına səbəb olur.
Bundan başqa multikulturalizm siyasətinin nəticəsində əldə olunan
inteqrasiya prosesləri inkişafın inkluzivliyini də təmin edir. Məlum
olduğu kimi, inkluziv inkişaf cinsindən, fiziki vəziyyətindən, siyasi
baxışlarından, iqtisadi durumundan, yaşadığı ərazidən, etnik, dini, mədəni
və digər mənsubiyyətindən asılı olmayaraq cəmiyyətin hər bir üzvünün
inkişaf prosesinə qoşulmasına yönəlmişdir. İnkluziv inkişaf özüözlüyündə məqsəd deyil. O, inkluziv cəmiyyətin qurulması üçün mühüm
bir vasitədir. İnkluziv cəmiyyət isə şəxsin cinsi, fiziki, siyasi, iqtisadi,
etnik, dini, mədəni və digər müxtəlifliklərindən asılı olmayaraq onun
hüquq və azadlıqlarının tam şəkildə təmin edildiyi, heç bir ayrıseçkiliyin olmadığı bir cəmiyyətdir. Cəmiyyətin inkluziv olması inkişafın davamlı
olması üçün əlverişli şərait yaradır. Multikulturalizm siyasətinin inkluziv
inkişafa təsirinə gəldikdə, bir sıra ölkələrin təcrübəsi bu təsirin müsbət
xarakter daşıdığını göstərir. Multikulturalizm siyasətinin inkluziv inkişafa
müsbət təsirinin bariz nümunəsi kimi Dünya İqtisadi Forumunun vacib
indeksi sayılan “İnklüziv İnkişaf İndeksi” üzrə 2018-ci ildə Azərbaycan
Respublikasının inkişaf etməkdə olan ölkələr arasında 3-cü, MDB
ölkələri arasında isə 1-ci yerdə olmasını göstərmək olar. İnklüziv inkişaf
hesabatında Azərbaycan Avropa İttifaqına daxil olan Litva və Macarıstan
istisna olmaqla digər bütün inkişaf etməkdə olan ölkələri geridə qoyub.
İnklüziv İnkişaf İndeksi Ümumdaxili məhsul ilə yanaşı ölkələrin iqtisadi
inkişafını ölçmək üçün də istifadə edilir. İnklüziv İnkişaf İndeksinin üç
əsas göstəricisi vardır: 1). “Artım və inkişaf”, 2). “İnklüzivlik”, 3).
“Nəsillərarası bərabərlik və dayanıqlılıq”. Bu göstəricilər əsasında
ölkələrin iqtisadi inkişaf səviyyəsi müəyyən edilir. Qeyd etmək lazımdır
ki, Ümumdaxili məhsul göstəricisi ilə müqayisədə İnklüziv İnkişaf
İndeksi ölkələrin iqtisadi inkişaf səviyyəsini daha dəqiq göstərir. Belə ki,
ölkənin iqtisadi inkişafının göstəricisi kimi Ümumdaxili məhsulun
adambaşına düşən pay əsasında ölçülməsi ölkədaxili sosial
bərabərsizlikdən, əhalinin təhsili, sosial rifahı, sağlamlığı, həyat
səviyyəsindən xəbər vermir. Ümumdaxili məhsulun həcmi dövlətin daxili
siyasətinin sosial yönümlü olub–olmamasını göstərmir. Ümumiyyətlə,
Ümumdaxili məhsul göstəricisi inkişafda həlledici rol oynayan insandan,
onun inkişafına səbəb olan faktorlardan məlumat vermir. İnklüziv İnkişaf
İndeksi yuxarıda qeyd etdiyimiz “Artım və inkişaf”, “İnklüzivlik”,
“Nəsillərarası bərabərlik və dayanıqlılıq” kimi əsas göstəricilərlə yanaşı
sağlam həyat gözləntiləri, məşğulluq, əmək məhsuldarlığı, yoxsulluq
dərəcəsi, və digər göstəriciləri də ehtiva edir. Bu göstəricilər isə ölkənin
iqtisadi inkişafı ilə yanaşı insanın sosial rifahından, həyat səviyyəsindən
ətraflı məlumat verir. ÜDM ilə İİİ arasındakı fərqi bir misal kimi
Ekvatorial Qvineya ilə Rumıniya arasında göstərmək olar. BMT-nin
İnkişaf Proqramının 2015-ci il İnsan İnkişafı Hesabatına əsasən,
Ekvatorial Qvineyada ÜDM-un adambaşına düşən payı 21056 ABŞ
dolları, Rumıniyada isə 18108 ABŞ dolları təşkil etməsinə baxmayaraq, Ekvatorial Qvineyada vətəndaşların orta ömür müddəti 57,6 il,
Rumıniyada isə 74 il təşkil edir. Bu misal ÜDM-un səviyyəsinin bir
indikator kimi ölkə əhalisinin həyat səviyyəsinin yüksək olmasında
kifayət olmadığını göstərir. Buna görə də, heç təsadüfi deyil ki, BMTnin
İnkişaf Proqramının 2015-ci il İnsan İnkişafı Hesabatında Rumıniya 52-
ci, Ekvatorial Qvineya isə 138-ci yerdədir.
Beləliklə, multikulturalizm siyasəti etnik, dini və mədəni zəmində
yarana biləcək münaqişələrin qarşısını alaraq indiki, eləcə də gələcək
nəsillərin maddi tələbatlarının ödənilməsi üçün şərait yaradır. İctimai
inkişafda mədəniyyətin aparıcı rol oynadığı bir dövrdə multikulturalizm
siyasətinin bu funksiyası inkişafın inkluzivliyini təmin edən mühüm
amillərdən biridir.
Yüklə 18,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə