Transmilli şirkətlər anlayışı və onların dünya iqtisadiyyatında rolu



Yüklə 244,17 Kb.
səhifə9/69
tarix02.09.2023
ölçüsü244,17 Kb.
#121219
1   ...   5   6   7   8   9   10   11   12   ...   69
muhazirə toplusu Beynəlxalq menecment

Beynəlxalq menecmentin mahiyyəti
Beynəlxalq menecment klassik menecmentin fundamental prinsiplərinə əsaslanaraq onun funksiyaları, vasitələri, metodlarından istifadə edir. Lakin eyni zamanda özünün də spesifik xüsusiyyətləri var ki, bu da beynəlxalq biznesin masştablığı və daxili və xarici mühitinin xüsusiyyətləri, həmçinin yeni bazar məsələlərin və məqsədlərin qarşıya qoyulması ilə izah olunur.
Burada, şirkətin beynəlxalq əməkdaşlıq əlaqəsində olan hər bir konkret ölkənin sosial-iqtisadi və milli-mədəni şərtlərinin dərinliyinin başa düşülməsi tələb olunur. Sahibkarlıq fəaliyyətinin hüquqi, qanunvericilik tənzimlənməsində, kadralın motivasiyası metodlarında gözəçarpan fərqlər mövcuddur. Hər bir ölkədə menecmentin və korporativ mədəniyyətin formalaşmasının öz milli xüsusiyyətləri var.
Başqa cür desək, beynəlxalq menecmentin əsas xüsusiyyətləri xarici bazarın mədəni mühitinin hərtərəfli öyrənilməsi, şirkətin fəaliyyətinin demək olar ki hər sahəsində mədəniyyət fenomenini daşıyan bazar imkanlarının və məhdudluğunun təhlili və qiymətləndirilməsi ilə bağlıdır.
Qeyd etdiyimiz xüsusiyyətlər benyəlxalq bazarda sahibkarlıq fəaliyyətinin ümumi kommersiya riskini artırır.
Beləliklə benyəlxalq menecment özünə xeyir qazanmaq üçün klassik menecmentin prinsipləri, metod və prosedurlarından başqa ölkələrarası işgüzar əməliyyatların aparılması üstünlüklərə də əsaslanır.
Başqa sözlə, beynəlxalq menecmentin xüsusiyyəti şirkətin fəaliyyətinin ölkə bazarından, beynəlxalq biznesin xeyrinə, çıxarılması ilə bağlıdır. Buna görə də beynəlxalq menecmentə əsas şirkət tərəfindən xarici bölmələrin idarəetmə forması kimi baxmaq olar. Yəni benyəlxalq menecment- maddi, maliyyə və əmək resurslarından rasional istifadə edərək beynəlxalq şirkətin bazar məqsədlərinə çatmasına yönələn idarəetmə prosesidir.
Beynəlxalq menecmentbaşqa ölkələrdə onların iqtisadiyyatının xüsusiyyətlərinə əsaslanaraq biznesin aparılması sayəsində firmanın rəqib üstünlüklərindən istifadə edərək, idarəetmədir.
Milli və benyəlxalq menecmentin oxşar və fərqli cəhətləri bir sıra alimlər tərəfindən tədqiq olunmuş və onların əsərlərində əksini tapmışdır. Bu fərqlər aşağıdakı cədvəldə verilib.

Cədvəl 1.





Yüklə 244,17 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə