Transmilli şirkətlər anlayışı və onların dünya iqtisadiyyatında rolu



Yüklə 244,17 Kb.
səhifə8/69
tarix02.09.2023
ölçüsü244,17 Kb.
#121219
1   ...   4   5   6   7   8   9   10   11   ...   69
muhazirə toplusu Beynəlxalq menecment

Birbaşa xarici investisiyalar (BXİ). BXİ-yə investor ölkələrin nümayəndəliyinin sərəncamında olan hər hansı xarici müəssisələrin əmlakının alınması və yaxud hər hansı kreditin verilməsi kimi baxılır. Məsələn, ABŞ da xarici müəssisələrin əmlakının 10%-ni təşkil edən hər cür kapital qoyuluşu formal olaraq birbaşa xarici investisiya sayılır. İnvestorun xaricdə ilk olaraq əmlakın alınması da və investorla müəssə arasındakı kapital qoyuluşunu tələb edən daha sonrakı əməliyyatlar da (razılaşmalar) BXİ-yə aid edilir.
BXİ-rın masştabları da təsirlidir. ЮНКТАД komissiya tərəfindən dünya investisiya haqqında hər il nəşr olunan məruzəyə görə xarici investisiyaların axınının həcmi 2007 ci ildə 1 833 324 mln. dollar təşkil etmişdir. Yəni 1970-ci ildəki səviyyədən 137 dəfə artıqdır. Investisiyanın ixracının həcmi isə 2007-ci ildə 1996 514 mln. dollar idi. Bu da ki 1970-ci ilə nisbətən 141 dəfə artmaq deməkdir. Əgər orta hesabla dünya üzrə BXİ axını 1970-ci ildə adambaşına 5 dollar təşkil edirdisə 2007 -ci ildə 275 dollara çatmışdır.
Maliyyə-iqtisadi böhranın kəskinləşməsi şəraitində BXİ-nın axınının 2007-ci ildəki rekord göstəriciləri öz yüksək səviyyəsindən 2008-ci ildə 1697 mln. dollara düşmüşdür, yəni 14% və bu azalma ardıcıl olaraq davam edirdi. Məsələn, 2009 - cu ildə 2008–ci illə müqayisədə 39-1,2 trln. dollara dək azalmışdır. Bu tendensiya xüsusən inkişaf etmiş ölkələrlə biruzə verilir: ABŞ-da, İngiltərədə, İspaniyada, isveçrədə, Fransada investisiyaların daxil olunması 2008-ci illə müqayisədə 2009-cu ildə 41% azalmışdır.
Böhran BXİ-rın mənzərəsinə də xeyli təsir etmişdir: iqtisadiyyatı keçid dövrü yaşayan və inkişaf edən ölkələrə investisiyalar axını artıb və onların həcmi 2008-ci ildə 43%- ə çatmışdır.
Afrika ölkələrinə, xüsusən onun qərb hissəsinə Cənubi, Şərq və Cənubi-Şərq Asiyaya investisiya axını daha çox qeydə alınıb.. 8 il ardıcıl olaraq davam edir. ЮНКТАД ın ekspertlərinin apardıqları makroiqtisadi təhlinə görə 2010 cu ildə investisiya göstəriciləribütün regionlarda bərpa olub (2010 da- 1,4 trln. dollara qədər) tədricən artacaqdır. (2011-ci ildə təqribən 1,8 trln. dollara qədər).
Bir çox müasir beynəlxalq şirkətlər yeni bazarların imkanlarından istifadə etmək məqsədilə bir sıra vasitə ilə xaricə investisiya edirlər (infrastruktur layihələrinin həyata keçirilməsinə dəvət vasitəsilə, qəbuledən ölkələrin rejiminin liberallaşması, hansı ki yerli şirkətlərin xarici sahiblər tərəfindən alınmasına icazə verir (özəl şirkətlərin özəlləşdirilməsi ). (иностранные владельцы) . İnvestisiya qoyuluşunun digər motivi infrastruktur biznesində müştərilərin müşahidəsi, (сопровождение), masştab effektinin alınmasına cəhdlər və şirkətin böyüməsi üçün regional imkanlardan istifadədir .
Donor ölkələr tərəfindən əldə olunan rəqabət üstünlükləri yaxud əmlaka sahib olmaq üstünlükləri əsasən yüksək ixtisaslı mütəxəssislərin və ekspert təcrübəsinin əldə edilməsi ilə bağlıdır, xüsusən də layihələndirmə və şəbəkələrin istismarı, mühəndislik, layihələrin idarə edilməsinin təşkili və nəzəri təcrübənin yığılması kimi sahələrdə.
O ki qaldı qəbul edən ölkələrin iqtisadiyyatına burada BXİ lar bu ölkələrə kapital, yeni texnologiyalar(maddi-əmtəə formasında), müəssisəllərin proqressiv idarəetmə metodlarını (məsələn “yumşaq” texnologiya - təşkiletmə və idarəetmə təcrübəsini), həmçinin səmərəli məhsul və xidmət satışı sistemini gətirir.
Bir qayda olaraq investor ölkələr qəbul edən ölkələrdəki müəssələrin idarəetməsinə müasir beynəlxalq menecmentin prinsiplərini tətbiq edirlər. Xüsusilə funksional proseslərinin yenidənqurulmasını və müştərilər haqqında informasiyanın toplanması və registrasiya vasitəsindən istifadənin genişləndirməsidir.
Bütövlükdə istehsal faktorların daha səmərəli paylaşdırılması sayəsində kapitalın beynəlxalq hərəkəti dünya istehsalının artmasına gətirir.



Yüklə 244,17 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə