Transmilli şirkətlər anlayışı və onların dünya iqtisadiyyatında rolu



Yüklə 244,17 Kb.
səhifə5/69
tarix02.09.2023
ölçüsü244,17 Kb.
#121219
1   2   3   4   5   6   7   8   9   ...   69
muhazirə toplusu Beynəlxalq menecment

Finansiarizasiya. Bu termin ilk dəfə J.P. Servan-Ştrayber tərəfindən istifadə edilmişdir və “qloballaşmış” beynəlxalq biznesin əsas vacib cəhətini çox dəqiq əks etdirir: beynəlxalq işgüzar əməliyyatların maliyyə tərkibi, hələ onların ilkin bir ideya kimi olması və son real nəticəyə gəlməsinə kimi, beynəlxalq biznesin özəyi olur. Yəni bütün verilən qərarlar, maraqların, strategiyaların həmin bu öxünəməxsus mərkəzin ətrafında dövr edir.

Əlbəttə qloballaşma dövrünə qədər də gəlir əsas məqsəd idi (gəlir də maliyyə kateqoriyasıdır). Lakin qloballaşma dövründə beynəlxalq rəqabətqabiliyyətliliyin üstünlüyünü maliyyə menecmenti əsasında çoxsaylı dünya maliyyə bazarının yeni nəhəng imkanlarından (maliyyə instrumentləri) istifadə edərək əldə etmək olur. Beləliklə də kompyuterləşmənin və telekommunikasiyanın unikal imkanlarına əsaslanan finansiarizasiya hər bir beynəlxlq biznesin mükəmməllik ölçüsünə çevrilib.
Biznesin ölkə səviyyəsindən beynəlxalqa keçməsi bir sıra üstünlüklərin əldə edilməsinə imkan yaradır: iqtisadi, təşkilati, texnoloji və mədəni.


Beynəlxalq biznesin inkişafı mərhələləri

Amerika tədqiqatçısı P.D. Robinson 1964 ildə beynəl. Biznesin inkişaf tarixini müxtəlif dəvrlərə ayırmışdır





  1. Kommersiya dövrü (1500-1850) böyük coğrafi kəşvlər dövrü

əsas motiv-şəxsi gəlir. Gəmi tərsanələri, nəqliyyat təsərrüfatı

  1. ekspansiya dövrü (1850-1914) sənaye imperiyaların (holland, İngiltərə, Almaniya) ilk sənaye inqilabl

  2. konsessiya dövrü (1914-1945гг.)

  3. milli dövlətlər dövrü (1945-1970) ilk TMŞ ların yaranması

  4. qloballaşma dövrü (1970) cəhətləri:

- dünya təsərrüfatının yaranması və formalaşması
- kommunikasiyanın inkişafı
- dünya maliyyə sisteminin yaranması
- əmək bazarın qloballaşması
2.Beynəlxalq menecmentin mahiyyəti, inkişafı və xüsusiyyətləri

XXI əsrdə, texnologiyanın, sosial-siyasi situasiyanın, bazarın inkişafı prosesinin sürətlənməsi, iqtisadiyyatının qloballaşma şəraitində, dünya informasiya cəmiyyətinin formalaşması dövründə idarəetmə metodları dinamik inkişaf edirlər.


Müasr dövrün menecmentinin çox vacib xüsusiyyəti onun beynəlxalq xarakterinin güclənməsidir.
Öz mahiyyətinə görə beynəlxalq menecment menecmentin elə növüdür ki, onun əsas məqsədi ölkələr arası iqtisadi məkanda bizesin aparılması imkanları sayəsində beynəlxalq şirkətlərin rəqabət üstünlüklərinin formalaşması, istifadəsi və onların qorunub saxlanmasıdır.
Müasir beynəlxalq menecmentin nəzəri-metodoloji əsasları İ.Ansoff, P.Dikson, D.Deniels, P.Druker, M.Meskon, M.Porter, A.Tompson, F.Fedouri, K.Boumen, T.Levitta və s. elmi əsərlərində öz əksini tapıb.
Elmi idarəetmə həmçinin yerli müəlliflərin əsərlərində də geniş işıqlanıb. Onlardan D.M. Qvişian, İN.Qerçikova, S.G. Pivovarov, P.A.Fatxudinov, A.İ.Mayzel, L.S. Taraseviç, L.Q. Zaysev, M.İ.Sokolova və s. adını çəkə bilərik.
Beynəlxalq menecmentin baza prinsipləri kimi mütləq üstünlük konsepsiyası, müqayisəli üstünlük konsepsiyası, məhsulun beynəlxalq həyat silsiləsi və birbaşa xarici investisiyalardır.

Yüklə 244,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə