Transmilli şirkətlər anlayışı və onların dünya iqtisadiyyatında rolu


Beləliklə beynəlxalq menecmenin milli menecmentən əsas fərqi idarəetmədə milli iqtisadiyyatın və mədəniyyətin xüsusiyyətlərindən istifadə və nəzərə almaqdadır



Yüklə 244,17 Kb.
səhifə14/69
tarix02.09.2023
ölçüsü244,17 Kb.
#121219
1   ...   10   11   12   13   14   15   16   17   ...   69
muhazirə toplusu Beynəlxalq menecment

Beləliklə beynəlxalq menecmenin milli menecmentən əsas fərqi idarəetmədə milli iqtisadiyyatın və mədəniyyətin xüsusiyyətlərindən istifadə və nəzərə almaqdadır.


Beynəlxalq menecmentin əsas funksiyaları.

Müasir beynəlxalq şirkətlərin menecmenti müxtəlif istiqamətlərdə reallaşdırılır. Onlardan əsasları bunlar sayılır:



  1. Təşkilati idarəetmə. Təşkilati idarəetmənin obyekləri beynəlxalq şirkətlərin yaranma prosesi, onu idarə edən strukturun və sistemin formalaşaması, idarəetmə funksiyalarının reallaşması mexanizmi və s. Xarici əməliyyatların genişlənməsilə beynəlxalq şirkətlərin qarşısında korporasiyanın məqsədlərinə xarici filialların fəaliyyətinin səmərəli uyğunlaşması üçün təşkilati idarəetməsinin dəyişən mühitə adaptasiyası məsələsi durur. Yaranan təşkilati struktur isə bir sıra (həmçini xarici müəssisələrin növləri və yerləşdirilməsi, baza ölkənin xaricində biznesin aparılması üçün istifadə olunan aktivlərinin xüsusiyyələri, həmçinin beynəlxalq fəaliyyətin məqsədlərinə çatma perspektivləri və korporasiyanın ümumi bazar məqsələri, korporasiyanın işinin ümumi səmərəliliyinə təsiri) faktorların qarşılıqlı əlaqəsinin nəticəsidir.

  2. texnoloji proseslərin əsas parametrlərinin seçilməsinə yönələn istehsalın idarəedilməsi. Beynəlxalq təcrübədə istehsalın idarəedilməsi üçün sistem yanaşmadan istifadə edilir. Sistemli yanaşma müvafiq obyektin strukturunun və beləliklə də təşkilatın spesifik xüsusiyyətlərinin hərtərəfli nəzərə alınmasını nəzərdə tutur.

  3. elmi-texniki fəaliyyətin idarəedilməsi, hansı ki elmin və istehsalın inteqrasiya proseslərinin xüsusiyyətlərini, elmi araşdırmaları və konstruktor-təcrübə tədqiqatlarını bazarın tələbatına yönəldilməsini, korporasiyanın strateji mövqelərinin müəyyənləşməsinə bazar faktorlarının təsir etməsinin güclənməsini əks edir.

  4. Marketinqin idarəedilməsi korporativ idarəetmə sisteminin vacib tərkib hissəsindən biridir.

Marketinqin idarəedilməsi- daxili və xarici mühitin təsiredici faktorların nəzərə alaraq xarici bazarda sərf edən rəqabət mövqeyinin təmin edilməsi üçün beynəlxalq şirkətin fəaliyyətidir. Marketinq müəssisənin işgüzar aktivliyini müəyyən edən xarici mikromühitlə sıx əlaqədədir.
Marketinq idarəetməsi istehlakçıya yönəlib və onlarla uzunmüddətli və qarşılıqlı sərfedici tərəfdaş münasibətlərini, rəqiblərin tədqiqini, başqa bölmələrlə fəaliyyətin koordinasiyasını, şirkətin gələcək gəlirlərinə oriyentasiyanı nəzərdə tutur.


  1. Yüklə 244,17 Kb.

    Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə