Transmilli şirkətlər anlayışı və onların dünya iqtisadiyyatında rolu



Yüklə 244,17 Kb.
səhifə22/69
tarix02.09.2023
ölçüsü244,17 Kb.
#121219
1   ...   18   19   20   21   22   23   24   25   ...   69
muhazirə toplusu Beynəlxalq menecment

Firmanın siyasi mühiti – Müəssisənin biznes fəaliyyətinə onları əhatə edən siyasi mühit güclü təsir edir. Siyasi mühit dedikdə, müəssisənin və ayrı-ayrı şəxslərin fəaliyyətlərinə təsir edə bilən və məhdudiyyət qoyan qanunların, dövlət müəssisələri və strukturlarının məcmusu başa düşülür. Hətta bazar iqtisadiyyatının ən liberal nümayəndələri belə müəyyən qanunlar çərçivəsində sistemin çox gözəl işlədiyi ilə razılaşır. Yaxşı şəkildə tətbiq olunan qayda qanunlar mal və ya xidmətlər bazarında ədalətli bazar. Rəqabət şərtlərinin formasını stimullaşdırır. Dövlət hər zaman cəmiyyətin rifahını düşünərək öz dövlət siyasətini inkişaf etdirir və haqsız rəqabətin, kontrabandanın, qaçaqmalçılığın saxta biznesin və ictimayyətə zərər vura biləcək hər hansı qeyri-ideal biznes aktının qarşısını alır. Beynəlxalq biznes mühitində ən vacib siyasi faktorlar bunlar hesab olunur:
a) kommisiya fəaliyyətinin tənzimlənməsi üzrə qanunculuq;
b) Maraqları olan ictimai təşkilatların sayının çoxalması
v) Sosial cavabdehliyin gücləndirilməsi.
3. İlkin marketinq təhlili.
İlkin marketinq təhlili zamanı meneceri maraqlandıran əsas məsələlər bunlardır:

  1. Firmanın strateji məqsədləri nöqteyi nəzərindən firmanın daxil olmaq istədiyi bazarın seqmenti, tutumluluğu kifayət qədər iri diq mi?

  2. Öz malımızın yaxud xidmətimizin bazarda olan analoqlardan olan üstünlüyü nədədir?

  3. məhsullar (xidmətlər) hansı əsas alıcı qrup üçün nəzərdə tutulub?

  4. Bizim məhsullarımızın distribyutor imkanları necədir? Yəni distribyutarlarla işləyərkən hansı təşkilati, maliyyə, kadr, servis və hüquqi problemləri həll etmək lazım olacaq?

  5. Məhsulun bazarda irəliləməsi üçün (ilkin mərhələdən yaxın perspektivdə) hansı imkanlar var və hansı problemlərlə üzləşə bilərik?

  6. Ölkə bazarına daxil olmaq və orada öz mövqeyini möhkəmləndirmək üçün səmərəli marketinqin büdcəsi necə olmalıdır?

  7. Satış istiqamətlərinin seçilməsi.

Bu suallara cavablar alaraq beynəlxalq menecer seçdiyi ölkənin bazarına daxil olmağın səmərəli olub olmamasını müəyyənləşdirə bilir. Cavab müsbət olan halda menecer xarici mühitin təhlilinin ən çətin mərhələsinə keçir- mədəni mühitin təhlilinə.

Yüklə 244,17 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə