Transmilli şirkətlər anlayışı və onların dünya iqtisadiyyatında rolu



Yüklə 244,17 Kb.
səhifə25/69
tarix02.09.2023
ölçüsü244,17 Kb.
#121219
1   ...   21   22   23   24   25   26   27   28   ...   69
muhazirə toplusu Beynəlxalq menecment

Isveçrə.
İsveçrə biznesmenləri punktual, səliqəli, mədəni və güvənli olurlar. Geyimlərində üstünlüyü klassik üsluba verirlər. Danışıqlara dəqiq vaxtında çatmaq lazımdır, geçikmə 3-4, ən geci 15 dəq. qədər ola bilər(mütləq səbəbini açıqlamalısınız). İsveçrə biznesmenləri bir çox məsələləri qeyri formal mühitdə, məsələn restoranda şam yeməyi, qonaqlıqda, tərəfdaşları ilə uik-end zamanı həll etməyə üstünlük verirlər. İsveçrədə evə yalnız ən yaxın və yaxud vacib tərəfdaşları dəvət edirlər, buna görə də dəvətdən imtina etmək olmaz.. Hədiyyələrin verilməsi və qəbulu bir çox skandinav ölkələrdəki kimi müsbət qarşılanır. Bir qayda olaraq belə hədiyyələr suvenirlər, ölkədə istehsal olunan məhsullar olur.
Yaponiya.
Avropalılarla müqayisədə yaponlarda işgüzar ünsiyyətin etika tələbləri daha sərtdir. İşgüzar görüşlərə, tədbirlərə kostyum geyinirlər. Geyim səliqəli, ciddi olmalıdır. Görüş zamanı pencəklərin heç vaxt əyinlərindən çıxarmırlar(ingilislərdən fərqli olaraq). Ilk görüşlər vizit kartların verilməsindən başlayır. Vizit kartları 2 dildə (ingilis və yapon) yazılsa daha yaxşı olar. Görüş adətən kənar mövzulardan başlayır. Ümumiyyətlə uzun çəkir, arada pauzalar verilir ki, fikir fərqlilikləri aradan qaldırıla bilsin. Səbirsizlik və təmkinsizlik etiketin pozulması kimi qəbul oluna bilər. Görüş zamanı yapon nümayəndəsi bir neçə dəfə başını tərpədə bilər..Amma bu sizinlə razılıq əlaməti deyil..Sadəcə dediklənizi anladığını ifadə etməkdir. Hədiyyə (suvenirlər) proseduru müsbət qarşılanır. Lakin yapon etiketinə görə ilk görüşdə hədiyyəni yalnız ev yiyəsi qonağa təqdim edə bilər.
Çin
Punktualıq və yüksək təşkilatçılıq çinlilər üçün çox vacibdir. Digər millətlərlə müqayisədə çinlilər üçün etiketa uyğun davranış daha əhəmiyyətlidir. Çinlilər çox qapalı olduqlarına görə onlara tonmağı heç sevmirlər. Qısa əlsıxma və təzim –salamlaşmanın və sağollaşmanın əsas formasıdır. Başqa ölkələrin təmsilçilərilə işgüzar münasibətlərin qurulmasında ehtiyatlıdırlar. Onlara kollektivizm xüsusiyyəti xasdır. Hətta tək şəkildə danışaraq özlərinə “biz” deyirlər. “mən” ifadəsi çinlərin nifrət etdiyi eqoizm xüsusiyyətinin göstəricisidir.
Hər ölkənin özünəməxsus dəyərlər sistemi mövcuddur. Məsələn, Şimali Amerika və Qərbdə firmada çalışan işçilərin əməkhaqqı onların əmək stajlarında yox daha çox individual bacarıqlarından və uğurluluqlarından asılıdır. Buna görədə karyera cəhdləri, rəqabət daha güclüdür.
ABŞ da isə işçiləri işə götürərkən onların təhsil səviyyələrindən çox təcrübi bacarıqlarına daha çox diqqət yetirirlər.

Yüklə 244,17 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə