Transmilli şirkətlər anlayışı və onların dünya iqtisadiyyatında rolu



Yüklə 244,17 Kb.
səhifə21/69
tarix02.09.2023
ölçüsü244,17 Kb.
#121219
1   ...   17   18   19   20   21   22   23   24   ...   69
muhazirə toplusu Beynəlxalq menecment

Hüquqi mühit: Hüquqi mühitə isə biznesin normal fəaliyyətini tənzim­ləyən qanunvericilik, mülkiyyət hüququ, korrupsiyanın vəziy­yəti, vergi tənzimlənməsi, biznesə başlamağın çətinliyi, bizne­sin hökumət tərəfindən nə dərəcədə təşviq edilməsi və s. aiddir. Burada korrupsiyanın üzərində xüsusi dayanmaq zəruridir. Çünki korrupsiyanın mövcudluğu təkcə insan hüquqlarının pozulmasına, ayrıseçkiliyə səbəb olmur, həm də iqtisadi inki­şafın əsas şərti olan xalis rəqabəti sıradan çıxarır. Buna misal olaraq dövlət tenderlərində hansısa iddiaçıya güzəşt edil­məsini göstərmək olar. Korrupsiyanın mövcudluğu istehlak­çıların da hüququnu kobud surətdə pozur. Çünki bu halda istehlakçıların seçim imkanı azalır, inhisarçılar bazara diktə edir.
Əlavə olaraq qlobal biznes mühitində məlumdur ki, müxtəlif ölkələrin qanunları bir-birindən az-çox fərqlənir. Buraya eyni zamanda ticarəti, beynəlxalq biznesi tənzimləyən qanunlar aiddir. Məsələn, ölkələrin özlərinə məxsus proteksionizm (yerli istehsalı stimullaşdırmaq üçün idxalın məhdudlaşdırılması) siyasəti həmin ölkəyə idxalın səviyyəsinə əhəmiyyətli təsir göstərir. Qanunlardan başqa, müxtəlif ölkələrdəki korrupsiyanın səviyyəsinin də bizneslərin fəaliyyətinə təsiri böyükdür.
Ona görə də bir neçə ölkədə fəaliyyət göstərən şirkətlərin menecerləri həmin ölkələrdəki qanunvericilikdən və tənzimləyici mühitdən xəbərdar olmalıdır.
Müəssisə rəhbərləri fəaliyyət göstərdikləri ölkələrdə işləyən hüquq sistemləri, habelə dünya dövlətlərinin hüquqi münasibətləri haqda aydın təsəvvürlərə malik olmalıdırlar. Hüquq sistemləri 3 cür olur: ənənəvi, vətəndaş və teokratik hüquq sistemləri.
ABŞ və Böyük Britaniyanı ənənəvi hüquq sisteminə (common law system) misal çəkmək olar, hərçənd ABŞ-da sahibkarlığı tənzimləyən və vətəndaş hüququnun xüsusiyyətlərinə malik olan vahid kommersiya məcəlləsi var. Ənənəvi hüquq ənənəyə, prezidentə, hüquqa və ədalətə əsaslanır, qanunların izahında əsas rol məhkəmməyə aiddir. Müasir şəkildə ənənəvi hüquqqu yaradanlar ingilislər olduğundan Britaniyanın keçmiş müstəmləkələrində də bu hüquq qüvvədədir.
Vətəndaş hüquq sistemi (Civil law system) həmçinin kodlaşdırılmış hüquq sistemi də adlanır. Bu sistem hərtərəfli işlənmiş və bir məcəlləyə cəmləşmiş qanunlara əsaslanır. Həmin məcəllələr biznes fəaliyyətinin də əsasını təşkil edir. Ümumiyyətlə 70-dən çox ölkədə, o cümlədən, Almaniya, Fransa və Rusiyada vətəndaş hüquqi tətbiq olunur.
Beləliklə, iki sistem arasındakı fərq ənənvi hüquqqun hadisələrin məhkəmədə necə izah olunmasına, vətəndaş hüququnun isə faktlara və onların qanunlara nisbiliyinə əsaslanmasından ibarətdir. İki sistemin yaratdığı fərqlərə müqavilə hüququnun (contract law) misal çəkmək olar Ənənəvi hüququnun işlədiyi ölkələrdə müqavilələr təfərrüatçılığa, bütün mümkün halları sadalamağa meyl göstərir. Əksinə, vətəndaş hüququnun işlədiyi ölkələrdə müqavilələr adətən daha qısa və az konkret olur, çünki ənənəvi hüquq sistemi üzrə müqavilələrdə göstərilən bir çox məsələlər əsalində Vətəndaş Məcəlləsinə daxil edilir.

Yüklə 244,17 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə