Transmilli şirkətlər anlayışı və onların dünya iqtisadiyyatında rolu


Biznes strukturlarının daxili mühiti



Yüklə 244,17 Kb.
səhifə17/69
tarix02.09.2023
ölçüsü244,17 Kb.
#121219
1   ...   13   14   15   16   17   18   19   20   ...   69
muhazirə toplusu Beynəlxalq menecment

Biznes strukturlarının daxili mühiti.

Məlumdur ki, heç bir şirkət ətraf mühitdən təcrid olunmuş şəkildə fəaliyyət göstərə bilməz. Şirkət fəaliyyət göstərdiyi biz­nes mühitinin bütün elementlərini əvvəlcədən nəzərə almasa, bir çox problemlərlə üzləşər.
Məsələn, təsəvvür edək ki, şirkət yeni məhsulun bazardakı qiymətini öyrənməmiş idxal edir. Satmaq istəyəndə görür ki, malın maya dəyəri bazardakı satış qiymətindən bahadır. Bu halda yaranacaq problemi təsəvvür etmək çətin deyil.
Başqa bir misal göstərək. Şirkət əmək qanunvericiliyinə nəzər salmamış Hindistandan Azərbaycana ucuz işçi qüvvəsi gə­tir­­mək barədə qərar qəbul edir. 5 aydan sonra Əmək Müfət­tiş­liyinə yoxlama gələndə başa düşürlər ki, icazəsiz işləyən hər bir əc­nəbi üçün 30000 AZN məbləğində maliyyə sanksiyası ödənilməlidir.
Göründüyü kimi, bütün bu mühit amilləri nəzərə alınıb- alınmamasından asılı olmayaraq, şirkətin fəaliyyətinə əsaslı şəkildə təsir göstərir.
Şirkəti əhatə edən mühit daxili və xarici olmaqla iki yerə bölünür.
Bildiyimiz kimi,təşkilatın daxili mühiti dedikdə-təşkilat tərəfindən tənzimlən-məsi mümkün olan amillər başa düşülür. Buna başqa cür də qayda vermək olar. Təşkilatın daxili mühiti və ya orda baş verən daxili dəyişələr dedikdə, Təşkilatın daxilində olan situasion amillər aydın olur. Təşkilat insanların yaratdığı sistemi özündə əks etdirir və burada daxili dəyişənlər əsasən idarəçilik qərarlarının nəticəsi hesab edilir.Təşkilatda rəhbərlikdən diqqət tələb edən və təşkilatın özü tərəfindən tənzimlənən amillər vardır və onlar aşağıdakılardır:
1)məqsəd;
2)vəzifələr;
3)quruluş (struktura);
4)texnologiya;
5)insanlar və ya təşkilatın heyəti.
Ümumiyyətlə, məqsəd dedikdə-insan qruplarının birgə işləyərək müvəffəqiyyət qazanmağa cəhd etdiyi konkret son vəziyyət və arzu edilən nəticə başa düşülür. Burada vaxt amilindən də səmərəli istifadə etmək lazımdır.Həmin bu optimal məqsədlərə nail olmaq üçün hər bir təşkilat və dövlət rəhbərləri də buna şərait yaratmalıdır. Çünki hər hansı bir təşkilatın inkişafı,onun dövlətinin cəmiyyətinə və iqtisadiyyatına təsir edir.
Vəzifə dedikdə-əvvəlcədən müəyyən edilmiş üsullarla və qabaqcadan müəyyən edilmiş müddətdə yerinə yetirilməli olan işlər,işlər seriyası və ya işin bir hissəsi başa düşülür.Bildiyimiz kimi,insan hər bir təşkilatda hüquq və vəzifələrə malikdir.
Hər bir işçi öz vəzifəsinə məsuliyyətlə,ciddi,can yandiraraq yanaşsa,həmin işçilərin də hüquqları tozunulmaz olur.Təşkilatda əmək bölgüsünün əsas istiqamətlərindən biri vəzifələrin formalaşması və inkişaf etməsidir.Bunların formalaşması və inkişafı üçün də işçilərə qarşı (fəaliyyət göstərdiyi sektordan asılı olmayaraq) tədbirlər
edilməlidir.Misal olaraq deyə bilərik:əmək nəticələrinə görə ödəniş,işçilərlə dost-luq münasibətləri yaratmaq,mativasiya,ixtisasların artırılması üzrə tədbirlər və s.kimi bir çox tədbirlər həyata keçirmək olar.Bundan başqa real həyatdan belə bir misal da gətirmək olar.Məs:məşhur iqtisadçı Li Yokaka ona verilən vəzifəni ciddi,
məsuliyyətli və ağlının gücü ilə batmaqda olan “Kreysler”şirkətini iflasdan xilas etmişdir.Yəni ki, hər bir insan hər bir təşkilatda öhdəsinə düşən vəzifələrini layiqincə yerinə yetirməlidir.

Yüklə 244,17 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə