Transmilli şirkətlər anlayışı və onların dünya iqtisadiyyatında rolu



Yüklə 244,17 Kb.
səhifə20/69
tarix02.09.2023
ölçüsü244,17 Kb.
#121219
1   ...   16   17   18   19   20   21   22   23   ...   69
muhazirə toplusu Beynəlxalq menecment

İqtisadi mühit İqtisadi mühit dedikdə, biznesin mövcud olduğu iqtisadi şərait nəzərdə tutulur. İqtisadi mühitdə bazarlar satınalma gücünü tələb edir bu baxımdan o ilk növbədə satınalma gücü və xərcləmə istəyi kimi iqtisadi faktorlardan ibarətdir. Tələbə təsir edən ən əsas amillərdən biri istehlakçıların gəlirləridir. Bu gəlirlər iqtisadi faktorlarda baş verən dəyişmələrdən təsirlənə bilər. Bu səbəbdən hən daxili mühitdə, həm də qlobal mühitdə biznes strukturları tərəfindən iqtisadi faktorların analizi çox vacibdir. Bu faktorlara işsizliyin səviyyəsi, inflyasiya, valyuta siyasəti, makroiqtisadi sabitlik, banklarda faiz dərəcələri, Ümumi Daxili məhsul, fərd başına düşən milli gəlir və s. aiddir. İşsizlik əhalinin iş tapa bilməməsidir. İnflyasiya qiymətlərin ümumi səviyyəsinin qalxmasıdır. qısaldılmış ÜDM – bir ölkənin sərhədləri çərçivəsində müəyyən bir müddət ərzində ixrac, dövlət daxili istifadə və ehtiyat üçün istehsal olunan son məhsulların və xidmətlərin toplam dəyəridir. Adambaşına düşən ÜMM, ölkədə yaşayan insanların həyat səviyyəsinin əsas göstəricilərindən biri kimi qəbul edilir. Bundan başqa beynəlxalq iqtisadi münasibətlərdə iqtisadi təsirlərə əhalinin gəlir səviyyəsi, alıcılıq qabiliyyəti, inflyasiya, valyuta məzənnəsi, işsizlik səviyyəsi və s. aiddir. Valyuta məzənnəsi bir ölkənin valyutasının digər valyutalarla ifadə olunan dəyəridir.
Valyuta məzənnəsinin beynəlxalq ticarətə təsiri çox böyükdür. Təsəvvür edək ki, Azərbaycan manatına nəzərən AVRO-nun məzənnəsi aşağı düşür, ABŞ dollarınınkı isə artır. Bu hal Avrozonadan idxalın artmasına gətirib çıxaracaq.
Həmçinin diqqət etmək lazımdır ki, bəzi ölkələr sənaye iqtisadiyyatı üzərində qurulub və müxtəlif məhsullar üçün zəngin bir bazara malikdirlər. Digər tərəfdən, elə iqtisadiyytalar var ki, sadəcə öz yaşayışlarını təmin etmək üçün (natural təsərrüfat) şəxsi əkinçilik və maldarlıqla məşğul olur və bu kimi iqtisadiyytalar çox az investisiya imkanları təklif edir. İnkişaf etməkdə olan olan düzgün şəkildə seçilmiş və tələb olunan məhsullar üçün böyük imkanlarla zəngindir.
Ümumilikdə beynəlxalq biznesdə iqtisadi təsərrüfat subyektləri aşağıdakı iqtisadi ənənələrə ciddi fikir verməlidir:
a) gəlirin bölüşdürülməsi və alıcılıq qabiliyyətinin dəyişməsinə;
b) istehlakçıların aldıqları məhsulların tərkibcə xarakterinin dəyişməsinə.
Beynəlxalq menecer biznesin aparılması üçün seçilən ölkənin iqtisadi mühitini təhlil edərək aşağıdakıları da nəzərə almalıdırlar:

  1. Firmanı maraqlandıran resursların ölkə və region üzrə həcmini, onların qiymətlərini, defisit səviyyəsini. Resurs potensialı- özünü inkişaf etdirmək üçün ökənin sərəncamında olan maddi və qeyri maddi imkanların ehtiyatlarıdır. Resurslar ucuzluğu, keyfiyyəti və unikallığı ilə fərqlənir (təbii, enerji, əmək resursları, yerli resurslar (cooğrafi, elmi, sənaye və s.))

  2. Ölkənin və xüsüsən də regionun əhalisi: əhalinin yaşcins strukturu;

  3. əlaqə imkanlarının əsas göstəricilərini (1000 nəfərə düşən telefonların sayı, mövcud poçtların növləri və səmərəliliyi; kompüter-şəbəkə xidmətlərinin əsas xüsusiyyətləri)

  4. firmanı maraqlandıran nəqliyyat kommunikasiyalarının əsas göstəriciləri.

Nəqliyyat-kommunikasiya göstəricisi 2 elementə bölünür: nəqliyyat(su, dəmiryolu, avtomobil, dəniz, çay) və kommunikasiyalar (telefonlarla, internet, əlaqə, faks. Elektron və adi poçt əlaqələri ilə təmin edilir). Nəqliyyat isə malların çatdırılmasının imkanlarını, yəni xərclərini(qiymətini), rahatlığını müəyyən edir.

  1. Firmanı maraqlandıran sahələrdə əmək haqqının səviyyəsi.. Ümumiyyətlə ölkədə qəbul olunan əməyin ödənilməsi formaları.

  2. Ölkədə ticari və ixrac-idxal məhdudiyyətlərin əsas elementləri

  3. Ölkədə elmi-texniki və konsultativ fəaliyyətin inkişafı

  4. Ölkədə əsas iqtisadi problemlərin səviyyəsi (mütləq deyil ki bu problemlər beynəlxalq menecerlər üçün maneə olsun, amma yenə də onları öyrənmək və nəzərə almaq vacibdir )


Yüklə 244,17 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə