Dünya xalqlarının nağılları Dağıstan xalqlarının nağılları Bakı «təknur» -2013



Yüklə 382,26 Kb.
Pdf görüntüsü
səhifə1/16
tarix02.01.2018
ölçüsü382,26 Kb.
#19441
  1   2   3   4   5   6   7   8   9   ...   16


Dünya xalqlarının nağılları

Dağıstan 

xalqlarının 

nağılları

Bakı - «təknur» -2013


Topladı və tərcümə etdi: səfiyev natiq yusif oğlu

Redaktor:   



            İlyasova Güntəkin natiq qızı

Dağıstan xalqlarının nağılları – 

Bakı- “təknur” – 2013, 76 səh .

Dilimizə tərcümə edilmiş bu topluda Dağıstan xalq-

larının  nağılları  toplanmışdır.  Burada  oxucu  dağlıq 

ölkədə yaşayan bir çox xalqların - avar, ləzgi, lak, darqi, 

kumık  və  başqalarının  məişət,  qəhrəmanlıq,  sehrli  və 

heyvanlar haqqında nağılları ilə tanış olacaqdır. Bu ki-

tab tərcüməçinin sayca dördüncü tərcümə toplusudur. 

Kitab məktəb yaşlı şagirdlər və geniş oxucu kütləsi 

üçün nəzərdə tutulmuşdur. 

İsBn: 978-9952-445-28-3

© Dağıstan xalqlarının nağılları. 2013.


3

Dəyİrmançının oğulları 

(Avar xalq nağılı)  

Biri vardı, biri yoxdu, bir dəyirmançı vardı. Dəyirman iti 

axan çayın üstündə idi, o, özü isə öz işinin ustası idi. Dəyir-

mançı həyatından heç vaxt şikayətlənməzdi. 

Onun  saqqalı  isə  həmişə  una  bulanmış  olardı.  Lakin, 

bir gün dəyirmançı öldü. Onun üç oğlu qaldı və onlar müba-

hisəyə başladılar: dəyirmanla nə edək? 

İki böyük qardaş onu bölmək istədi, kiçik qardaş isə on-

ları yola gətirməyə çalışdı  ki, burada birgə fəaliyyət göstər-

sinlər. 


Məgər onları yola gətirmək olar? 

Onda qardaşlar dəyirmanı üç yerə böldülər, böyüyə bil-

dirdilər ki, hansı hissəni istəyirsə götürsün. 

- Mən atam kimi dəyirmanda işləmək istəmirəm. İstə-

mirəm onun kimi daim saqqalım unlu olsun, - deyə böyük 

qardaş bildirdi. 

O, dəyirmandan imtina etdi və özünə dəhnəni götürdü. 

- Mənim də unlu saqqalla gəzmək xoşuma gəlmir, - deyə 

ortancıl qardaş bildirdi, mən özümə dəyirmanın damını gö-

türürəm. Beləliklə dəyirman kiçik qardaşa düşdü. 

Böyük qardaş dəhnədə səliqə-səhman yaratdı, ortancıl 

qardaş damı təmir etdi, onların başqa işləri yox idi, kiçik qar-

daş isə səhərdən axşama kimi dəyirmanda işləyir, camaatın 

dənini üyüdürdü. 

Tezliklə dəhnədə işləmək böyük qardaşın zəhləsini tök-

dü və o, beli atıb, çıxıb getdi. 

O, az getdi, çox getdi, bir dağı aşdı, o birini arxada qoydu 

və əşdaha yaşayan dərəyə gəlib çıxdı. 

- Əjdaha, salam ! – deyə o, qorxudan titrəyə-titrəyə təzim 

etdi. 


- Gör necə nəzakətlidir! – deyə əşdaha deyindi, sonra o 


4

soruşdu: 

- Sən nağıl danışmağı və ya mahnı oxumağa bacarırsan-

mı?  


- Yox, - deyə böyük qardaş cavab verdi, - bilmirəm. 

- Belə de! Onda mən səni udacağam.  

-O, bunu deyib böyük qardaşı uddu. Bir az keçmiş dəyir-

man damını təmir etməyin vaxtı çatanda, ortancıl qardaş da 

evdən getdi və o da əşdaha tərəfindən uduldu. 

Kiçik qardaş isə çox yaxşı qardaş idi. Əgər iki qardaş yox 

olubsa, o, sakit oturub, un üyütməklə məşğul ola bilməzdi. 

Kiçik  qardaş  dəyirmanın  işini  dayandırdı,  dəhnəni  açdı  və 

qardaşlarını axtarmağa yollandı.

- Əjdahaya salamlar olsun! – deyə o, qışqırdı, - Bu dərə 

boyda sənə salamlar! 

- Gör necə lütfkardır! – deyə əjdaha deyindi. Sən mahnı 

oxumağı, nağıl danışmağı bacarırsanmı? 

- Bunları necə bilməmək olar? İstəyirsən sənin üçün oxu-

yum , istəyirsən nağıl danışım, əmrinlə nə istəyirsən edim. 

- Əvvəl bir nağıl danış, - deyə əjdaha buyurdu. 

- Yaxşı! Ancaq əjdaha, mən nağılı qurtarana kimi sən nə 

“hə”, nə “yox” deməyəcəksən. Əgər desən, sənin qarnını yır-

tacağam.

- Razıyam! – deyə əşdaga bildirdi. 

Və dəyirmançı nağıla başladı: 

- Mənim əlli atım vardı. Mən onları otaran vaxt bərk is-

tilər düşdü və hər yerdə su qurudu. Balaca dayçalar su içmək 

istədilər. Mən də onları çaya apardım. Çay buzla örtülmüş-

dü. Onda mən kəmərimdən baltanı çıxarıb buzu sındırdım. 

“Yazıq çayı qızdırmaq lazımdır!” - deyə mən düşündüm. Mən 

çör-çöp topladım və burada tonqal qaladım. 

Bu tonqaldan yanğın baş verdi və çay, sahildəki daşlar 

yandılar. 

Mən qorxdum və öz baltamın dalınca qaçdım. Görürəm: 

dəmir balta yanıb, onun sapı isə sağ-salamatdır. 



5

Əjdaha istədi ki, desin “Yox, dəmir yanmır” lakin susdu.

- Mən irəli getdim, - deyə dəyirmançı öz nağılını davam 

etdi. Baltamla mən ağac kəsib, araba düzəltdim. Sonra həmin 

balta ilə güllə atıb, iki maral vurdum. Onların ətini yedim, də-

rilərini isə budaqlardan asdım ki, qurusunlar. 

Bir gün gəldim ki, görüm dərilər nə vəziyyətdədir, həmin 

yerdə iki arıya rast gəldim. Arılar öz aralarında dava edir-

dilər. Onların davaları inciklik üzündən baş vermişdi. Arıla-

rın mübahisəsi bu idi ki,kim daha çox bal gətirər. 

- Sizin mübahisənizi davasız -şavasız həll etmək olar, - 

deyə  mən  onlara  bildirdim.  –  Uçun,  bal  gətirin,  onda  mən 

sizə deyərəm, kim haqlıdır. 

Arılar bir-birini ötə-ötə bal toplamağa uçdular. Bir neçə 

gündən sonra hər iki maral dərisi balla dolu idi. 

- Budur, görürsünüz, - deyə mən arılara dedim, - balı siz 

bərabər topladınız. Belə görünür ki, sizin mübahisəniz yer-

siz imiş! Və mən arıları arabaya qoşdum, dəriləri ora qoyub 

özüm də oturdum. 

Arılar məni elə sakit və aramla gətirdilər ki, mən onla-

rı heç mahmızlamadım. Birdən arılardan biri nəyəsə ilişdi, 

mən  istədim  ki,  qırmancla  onu  vurum,  bədbəxtlikdən  qır-

mancım buluda dolaşdı və mən göyə, çox yüksəklərə qalx-

dım. Bir əlimlə göy üzündən yapışdım, xeyli asılı vəziyyətdə 

qaldım, birdən ot tayası gördüm və göydən düz onun üzərinə 

düşdüm. 


- Yox, - deyə əjdaha dilləndi, - bütün bunlar uydurmadır! 

Belə şey olmur.

- Uzan, qarnını bəri uzat! –deyərək, dəyirmançı xəncərlə 

əjdahanın qarnını yardı. Ordan dərhal böyük qardaşlar çıxdı-

lar. Onlar çox arıqlamış, rəngləri isə saralmışdı. Lakin onlar 

həm məmnun, həm də xoşbəxt idilər. 

Hər  üç  qardaş  dəyirmana  qayıtdı  və  birgə  dostcasına, 

böyük  həvəslə  işləməyə  başladı.  Onlar  daha  saqqallarının 

unlu olmasından qorxmurdular. 



Yüklə 382,26 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə