Dünya xalqlarının nağılları Dağıstan xalqlarının nağılları Bakı «təknur» -2013



Yüklə 382,26 Kb.
Pdf görüntüsü
səhifə6/16
tarix02.01.2018
ölçüsü382,26 Kb.
#19441
1   2   3   4   5   6   7   8   9   ...   16

22

xəsİs qazı

(Ləzgi xalq nağılı)

Bir kənddə kasıb bir adam yaşayırdı. Bir dəfə o, bir bar-

daq  qızıl  pul  tapır  və  onu  gizlətmək  qərarına  gəlir.Lakin 

müvafiq yeri  hec cürə tapa bilmir. Onda o, qazını yada salır 

və fikirləşir: “Hamı həm məsləhət üçün, həm də mübahisə-

li  məsələlərin həlli üçün qazının yanına gedir. Mən də qızılı 

aparıb verim ona, qoy  o, saxlasın”. O, bir bardaq qızılla qazı-

nın yanına gəlir və onu masanın üstünə qoyur. 

Qazı deyir: 

-Rəfə qoy! 

Kasıb bardağı rəfə qoyub, evinə yollanır. 

İki-üç aydan sonra kasıb qızıllarını geri götürmək üçün 

qazının yanına gedir. 

-Bardaq qoyduğun yerdədir, - deyə qazı bildirir. 

Kasıb bardağı götürüb evə gəlir. 

Bardağın qapağını qaldıranda orada qızıl əvəzinə bal gö-

rür. O, qərara gəlir ki, bu barədə hec kəsə hec nə deməsin. 

Kasıbın  qonşuluğunda  bir  müəllim  yaşayırdı.  O,  kasıbı 

pərişan görüb ondan nə baş verdiyini soruşur:

-Mənim bir bardaq qızılım vardı, saxlamaq üçün qazıya  

vermişdim. İndi onu geri alanda, gördüm ki, qızıl bala çevri-

lib, - deyə kasıb cavab verir. 

Qazının iki oğluna dərs deyən müəllim deyir: 

-Gedib meşədən iki ayı balası gətir, qalanı ilə işin yoxdur. 

Kasıb meşəyə gedib, oradan iki ayı balası tutub gətirir, 

onları  müəllimə  verir.  Müəllim  qazının  əynindəki  çuxadan  

geyinir və gündə üç dəfə ayı balalarına ətəyində yem verir. 

Bir müddət sonra ayı balaları çuxanın ətəyində yeməyə 

öyrəşir.Bir dəfə müəllim qazının oğlanlarını bir neçə günlüyə 

öz evində saxlayır. 

Uşaqlarını xəbər almaq üçün qazı müəllimin yanına gə-



23

lib soruşur: 

-Hanı mənim uşaqlarım? 

-Onlar  ayı  balalarına  çevriliblər,  -  deyə  müəllim  cavab 

verir. 

-Sən nə danışırsan? Məgər uşaqlar ayı balalarına çevrilə 



bilər? deyə - qazı təəccüblə soruşur. 

Müəllim deyir: 

-İnanmırsansa sən burda otur, mən ayı balalarını buraxı-

ram. Əgər onlar sənə tərəf gəlib çuxanın ətəyindən tutsalar, 

deməli sənin uşaqlarındır, yox, əgər bunu etməsələr, deməli 

səninki deyillər. 

Qazı  və  onun  yaxın  adamları  müəllimin  otağında  otu-

rurlar. Bu vaxt müəllim ayı balalarını buraxır. Onlar dərhal 

qazının  yanına  qaçıb  onun  çuxasının  ətəyindən  dartmağa 

başlayırlar. Adamlar qazıya deyirlər:

-Qazı,  müəllim  haqlıdır,  sənin  uşaqların  ayı  balalarına 

çevriliblər.

Qazı hirslənib onları otaqdan qovur və müəllimə deyir. 

-Müəllim dediklərin həqiqətdir. - Lakin mənə de görüm, 

uşaqlar ayı balalarına neçə çevrilə bilərlər? 

Onda müəllim cavab verir: 

-Ay qazı, bəs bardaqdakı qızıl bala necə çevrilə bilər? 

-Allah xətrinə, gəl məndən iki bardaq qızılı götür ,ancaq 

balalarımı özümə qaytar, - deyə qazı ona yalvarır. 

Müəllim qazıdan iki bardaq qızılı alır. Birini kasıba ve-

rir,o biri bardağı isə özünə götürür və qazının uşaqlarını evə 

buraxır. 




24

Dostluğun sınağı

(Ləzgi xalq nağılı)

Deyirlər ki, çoxdan lap çoxdan bir şahlıqda bir qarı yaşa-

yırdı. Onun Ələsgər adında yeganə oğlu vardı. 

Ələsgər böyüdü, boylu-buxunlu, güclü bir gənc oldu. Bir 

gün anası ona dedi:

-Sən indi yekə kişisən. Öz çörəyini özün qazanan vaxtın-

dır. Qazanc dalınca get! 

Səhər qarı evdə olan axırıncı undan oğlu üçün iki lavaş 

bişirib, ona verdi. 

-Bax ha, oğul, - deyə qarı yolqabağı oğluna öyüd verdi, 

- yolda özündən böyüyə rast gəlsən, onu “ağa” adlandır. Öz 

yaşına uyğun adamla rastlaşsan, onu özünə qardaş bil. Yol 

getdiyin adama deyərsən: 

“Mən çox istəyirəm ki, səninlə birgə yol gedim. Ancaq 

mən bir saatlıq yaxınlıqdakı kəndə dəyməliyəm. Məni göz-



25

ləyə  bilərsənmi?  Birgə  yol  gedəndə  adamın  ürəyi  açılır”. 

Əgər o, səni gözləsə deməli, yaxşı yoldaşdır. Sonra, bir xeyli 

yol getdikdən sonra belə deyərsən:

“Mən çox yorulmuşam. Artıq yemək vaxtıdır.Gəl istirahət 

edək!” Və sən öz yol yoldaşına lavaşı uzat. Əgər o, lavaşı iki 

yerə bölsə, deməli, sənin sadiq dostun olacaq.Əgər sizin qar-

şınıza çay  çıxsa, sən dərhal ayağını soyun. O, sənsiz suya gir-

məyib, desə ki: “Niyə biz ikimiz də, ayaqlarımızı suya salaq? 

Gəl mən səni belimdə o tərəfə keçirim”, bil, bu yoldaş həyatın 

boyu sənin dostun və qardaşın olacaq. 

Qarı oğluna öz öyüdlərini verdi və gənc yola düzəldi. 

Ələsgər az getdi, çox getdi, nəhayət, yaşlı bir adama rast 

gəldi. Həmin adamla bir az  yol getdikdən sonra, o, anası öy-

rətdiyi kimi dedi: 

-Ağa, məni bir az gözləyə bilərsənmi? Mən qonşu kəndə 

dəyib, qayıdıram. 

O, bir az aralanıb yoldakı kolun dalında gizləndi.Gördü 

ki, qoca bir az gözləyib, çıxıb getdi. 

Ələsgər yoluna davam etdi. Ertəsi gün səhər o, bir gəncə 

rast gəldi, həmin adam ondan bir az böyük idi. O, bildirdi ki, 

adı Əlağadır. Onlar tanış olub, birlikdə yol getdilər. Bir az ge-

dəndən sonra Ələsgər dedi: 

-Qardaş, məni bir az gözləyə  bilərsənmi?  Burada  otur, 

mən yaxınlıqdakı kəndə dəyib gəlirəm. 

O, yolun kənarındakı daşın dalında gizləndi.Ələsgər gör-

dü ki, yol yoldaşı sakitcə oturub, onu gözləyir.Ələsgər sevindi 

və öz-özünə dedi: “Bax, məhz bu, mənim yoldaşım olacaq!” 

Yoldaşlar yollarına davam elədilər və nahar vaxtı çatan-

da, Ələsgər Əlağaya lavaş uzatdı. 

O, lavaşı iki yerə böldü, hər kəsə eyni bərabərdə pay düş-

dü. “Əlağa mənim əsl dostum olacaq!” – deyə Ələsgər fikir-

ləşdi.

Onlar az getdilər, çox getdilər, qarşılarına iti axan gur çay 



çıxdı. Ələsgər başladı ayağını soyunmağa. Əlağa dedi: “Niyə 


Yüklə 382,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə