Dünya xalqlarının nağılları Dağıstan xalqlarının nağılları Bakı «təknur» -2013



Yüklə 382,26 Kb.
Pdf görüntüsü
səhifə2/16
tarix02.01.2018
ölçüsü382,26 Kb.
#19441
1   2   3   4   5   6   7   8   9   ...   16

6

HazırcavaB Dəyİrmançı

(Avar xalq nağılı) 

Bir  mollanın  evində  un  qurtarır.  Qış  vaxtı  olduğundan 

havalar soyuq idi. Şaxta da bir tərəfdən. Dəyirmanın dəhnə-

sində su azalmışdı. Ona görə də, üyüdülmək üçün bura buğda 

gətirənlərin sayı artmışdı. Hər kəs öz növbəsini gözləyirdi. 

- Özün dəyirmana get, - deyə arvadı mollaya məsləhət 

gördü. –Sən burda hörmətli adamsan, orada səni çox gözlət-

məzlər. Molla elə də etdi. Bir kisə buğdanı uzunqulağın üs-

tünə qoyub, molla dəyirmana yollandı. 

- Mənim buğdamı üyüt, özü də tez! - deyə o, dəyirmançı-

ya müraciət etdi.  

- Mən, əlbəttə, üyüdərdim, - deyə dəyirmançı cavab ver-

di, - mənə nə var ki, hörmətli molla, özün görürsən ki, nə qə-

dər adam öz növbəsini gözləyir. Sən də bir az burada otur-

malı olacaqsan. 

Mollaya bu, çox toxundu və o, dəyirmançını allahın qəzə-

bi ilə hədələməyə başladı. 

- Əgər sən tezliklə mənim buğdamı üyütməsən, - deyə 

molla qışqırmağa başladı, - mən elə dua oxuyaram ki, allah 

dəhnədə suyu dondurar və dəyirmanın işi dayanar! 

- Eh, molla, molla ! – deyə dəyirmançı gülümsündü. –Ol-

mazmı ki, allaha dua edəsən sənin buğdanı una çevirsin! 

Və molla üyüdülməmiş buğda ilə evə qayıtdı. 



7

əsa 

(Avar xalq nağılı) 

Biri vardi, biri yoxdu, kənddə bir gənc yaşayırdı. Onun 

nə atası, nə də anası vardı. Lakin atasından ona yaxşı bir ev 

qalmışdı. Günlərin birində gənc atıcılığı ilə əylənəndə, ağac-

da üç göyərçin gördü. 

Gənc oxu atdı və bir göyərçin yerə düşdü, onların ikisi 

isə uçub getdilər. Onda gənc bıçağı götürb, istədi ki, göyərçi-

nin başını kəssin, quş dilə gəlib, dedi: 

- Əgər sən məni kəssən, yaxşı bir iş əldə edə bilməyəcək-

sən, əgər məni sağ saxlasan qazancın çox olacaq. 

Gəncin quşa yazığı gəldi və onu yedizdirməyə, sağaltma-

ğa başladı. 

Günlərin birində gənc yıxılıb yatdı. Göyərçin isə silkələn-



8

di  və  gözəl  qıza  çevrildi.  O,  dərhal  evi  yığışdırdı,  otaqları 

ağartdı  və  hər  şeyi  səliqəyə  saldı.  Kasıb  yuxudan  ayılanda 

gördü ki, onun yanında gözəl bir qız oturub, evi isə tanımaq 

olmur: həm təmizdir, həm də yaxşı yır-yığış edilib. 

Gənc  təəccübləndi!  O  göyərçini  tamam  yaddan  çıxart-

mışdı. Gözəl qız isə ona dedi: 

- Mən həmin göyərçinəm ki, sən məni sağaltmısan. Indi 

isə mən istəyirəm ki, sənə minnətdarlığımı bildirim, öz ver-

diyim sözə əməl edim. Bundan belə mən sənin arvadın ola-

cağam. 

Kasıb sevindi və onların xoşbəxt həyatları başladı. 



Qadın deməmiş xalça toxumaqda usta imiş. O, elə birinci 

gecə böyük xalça toxudu, səhər onu gəncə verib, bazara gön-

dərdi. O xalçanı böyük qiymətə xanın vəzirinə satdı. 

Axşam qadın yenə də bir xalça toxudu. Ertəsi gün xoş-

bəxt kasıb yenə də bazara getdi. Bu vaxt xan pəncərənin ya-

nında oturmuşdu. O, gördü ki, gənc xalça satır. Xan oğlanı ya-

nına çağırıb, vəzirdən çox pul verib xalçanı aldı. 

Vəzir xana dedi:

- Dünən mən həmin adamdan xalça almışam. 

Xan gəncdən soruşdu: 

- Bu xalçaları sən hardan götürürsən? 

- Onları arvadım toxuyur, - deyə gənc cavab verdi. 

Kasıb evə gəldi. Xanla vəzir qərara aldılar ki, hər şeyi öy-

rənsinlər. Həyətdə onlar gəncin gözəl arvadını gördülər. Xan 

gənci yanına çağırıb, onu sorğu-suala tutmağa başladı. 

- Sən bədbəxt kasıbsan, bu cür gözəl arvadı hardan al-

mısan. 

Hər şeyə inanan gənc hər şeyi olduğu kimi danışdı. Bunu 



görən onun arvadı məyus oldu. Lakin nə etmək olar? Xan qə-

rara aldı ki, kasıbı burdan uzaqlaşdırsın, onun xalça ustası 

olan  gözəl  arvadını  özünə  övrət  etsin.  Xan  gəncə  müxtəlif 

tapşırıqlar verir, o da bunları sözsüz və vaxtında yerinə ye-

tirirdi. 



9

Nəhayət vəzir gənci yanına çağırdı və buyurdu:

- Gət əldə elə, götür və gətir!

Qüssəli kasıb evə qayıtdı və hər şeyi arvadına danışdı. 

Gözəl qadın balaca xalça toxudu, ərinə bir dəsməl verdi və 

dedi: 


- Qəm etmə, hər şey yaxşı olacaq. Bu balaca xalçaya otur 

və o səni hara lazımdır, ora aparacaq. O dayananda isə dəs-

malı yelləyərsən və soruşarsan: “Get götür” nə deməkdir?

Kasıb arvadı ilə xüdafizləşib, balaca xalçaya oturdu və 

göylə  hərəkət  etməyə  başladı.  O,  dağlar,  dənizlər,  dərələr 

keçdi və hansısa mağaranın yanında yerə endi. Nəhayət ba-

laca xalça dayandı. Kasıb ətrafına baxdı və qarşısında saray 

gördü.  Onun  hündür  hasarları,  göy  gübbəsi,  gözəl  binaları 

vardı. Birdən kasıb dəsmalı yadına saldı və onu çıxartdı, yel-

ləmək istəyirdi ki, yaşlı qadın olun üstünə atıldı və qışqırdı. 

- Sən bu dəsmalı hardan götürmüsən?

- Onu mənə arvadım verib, - deyə gənc cavab verdi.

- O, sağdır məgər? – deyə qarı soruşdu və gənci qucaqla-

dı. – Bil sənin arvadın mənim qızımdır. 

Kasıb sevindi və başına gələn əhvalatların hamısını ona 

danışdı.  Söhbətində  o,  üç  göyərçindən  də  söz  açdı.  Elə  bu 

anda onun yanına iki qız da qaçıb gəldi. Onlar arvadının ba-

cıları, həmin uçub gedən göyərçinlər idilər. Gənc öz qohum-

larının  yanında  qonaq  oldu  və  onlara  xanın  vəzirinin  ona 

verdiyi anlaşılmaz əmrindən söhbət açdı. Qohumlar xeyli fi-

kirləşdilər, axtardılar, hamı ona kömək etmək istəyirdi. 

Nəhayət bir qurbağa gələrək dedi: 

- Gəl mənimlə gedək, hər şeyi öyrənərsən. 

Qurbağa gənci belinə oturtdu və onlar hoppana-hoppana 

getdilər. Üç gündən sonra onlar qırmızı şəhərin yaxınlığında 

oldular, gəlib bir evin yanında dayandılar. Bu evin həyətində 

qurbağa bir çala qazdı və gənclə birgə onlar burada gizlən-

dilər. 


Tezliklə həyətə yeddi pəhləvan daxil oldu. Onların ən ki-


Yüklə 382,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə