Dünya xalqlarının nağılları Dağıstan xalqlarının nağılları Bakı «təknur» -2013



Yüklə 382,26 Kb.
Pdf görüntüsü
səhifə16/16
tarix02.01.2018
ölçüsü382,26 Kb.
#19441
1   ...   8   9   10   11   12   13   14   15   16

62

Kamır-Batır

(Noqay xalq nağılı) 

Biri vardı, biri yoxdu bir qoca çoban vardı. Onun nə ar-

vadı, nə də oğlu vardı. Çox illər idi ki, o, xana muzdurluq edir, 

onun minlərlə qoyununu otarırdı. Özünün isə heç nəyi yox 

idi. Çoban auldan bir az kənarda yaşayırdı.

Günlərin bir günü o, səhər erkən adəti üzrə balaca çəl-

ləkdə xəmir yoğurdu, sonra isə xanın qoyunlarını çölə apar-

dı. Çobanla çox gec qayıtdı və burada uşaq səsi eşitdi. Otağa 

daxil olanda gördü ki, xəmir yoğurduğu balaca çəlləkdə bir 

uşaq uzanmışdır. Qoça buna çox sevindi. O, uşağı qucağına 

götürüb, xanın yanına qaçdı. 

-Nə etmək olar,- deyə xan icazə verdi ki, çoban uşağı qo-

yunların südü ilə bəsləsin. 

-Qoy  böyüsün.  Uşaq  sənin  balan  olar,  mənim  üçün  isə 

işçi böyüyər. 

Beləliklə qoca oğula sahib oldu. Uşaq çox tez böyüdü, az 

vaxt ərzində oğlan pəhləvana çevrildi. 

Onun adını Kamır-Batır qoydular, bu da xəmirdən olmuş 

pəhləvan mənasını verirdi. 

Günlərin birində Kamır-Batır xanın oğulları ilə aşıq-aşıq 

oynayırdı. Xan balaları ona bütün aşıqları  və qızıl toxmaqı 

uduzdular. Əsilzadələr toxmaqdan heç ayrılmaq istəmirdilər. 

Onlar güclə onu Kamır-Batırdan almaq istədilər. Lakin pəh-

ləvanla bacarmaq mümkündürmü? 

Onda Kamır-Batır dedi: 

-Aşıqları və toxmağı sizə qaytararam. Ancaq bir şərtlə. - 

Sizin alnınıza bir cırtma vurmalıyam. 

Xanın oğulları razılaşdılar və Kamır-Batır onların hər bi-

rinin alnına bir çırtma vurdu. O, çırtmanı elə vurdu ki, xan 

varislərinin alnında dəlik əmələ gəldi. 

Oğullar atalarının yanına şikayətə gəldilər. Xan qəzəb-



63

ləndi, həm də çox qorxdu. 

-Bu, neçə olan işdir! Çoban oğlu quldur böyüyəcək və ya-

şayışımız çətinləşəcək. Ondan yaxamızı qurtalmalıyıq. 

Budur,  xan  məsləhətçilərini  ətrafına  topladı  ki,  Ka-

mır-Batırın təhlükələrindən xilas olsunlar.

Əyanlar çox düşündülər, nəhayət əlac tapdılar. 

-Onu hündür qamışları olan susuz çölə göndərək. Orada 

üçbaşlı əşdaha yaşayır. Bu günə kimi heç kəs onun əlindən 

qurtara bilməyib. 

Belə məsləhət xanın xoşuna gəldi. O, qoca çobanı yanına 

çağırdı.  

-Qoy oğlun çölə gedib qamış kəssin. - Qoy o, özü ilə üç 

araba aparsın. 

Üç araba qoşuldu və Kamır-Batır qamış dalınca yollan-

dı. O, üç arabanı qamışla doldurdu. Elə təzəcə geri qayıtmaq 

istəyirdi ki, qamışlıqdan onun qarşısına üçbaşlı əjdaha çıx-

dı. Kamır-Batır ondan heç də qorxmadı. O, nəhəngi arabaya 

qoşdu, bütün qamışları onun üstünə yüklədi, bütün qamış-

ları arabadan boşaltdı və onlarla birgə aula daxil oldu. Xan 

qorxuya düşdü. 

Əjdaha çox bədheybət idi. Lakin xan ən çox Kamır-Batır-

dan qorxdu. Bunu görən xan əmr etdi ki, əşdahanı meşəyə 

qovsun, özü isə atası çobanın yanına qayıdıb, qoyunları otar-

sın. Kamır-Batır çölə, atasının yanına gəldi. O, sakit yaşayır, 

xanın sürüsünü otarırdı. Xan isə yenə də, məsləhətçiləri ət-

rafına topladı.Onlar çox götür qoy etdilər, xeyli fikirləşdilər 

ki, muzdur oğlunu neçə məhv etsinlər. Xan qərara gəldi ki, 

Kamır-Batırı  çoxlu  ilanları  olan  meşəyə  göndərsin.  Həmin 

meşədən heç kəs sağ qayıtmamışdı. Xan yenə də, qoca çoba-

nı saraya gətirtdi. 

-Oğlunu sıx meşəyə odun dalınca göndər, Qoca Kamır-Ba-

tırı yola hazırladı, meşəyə aparmaq üçün üç araba qoşuldu. 

Kamır-Batırı yola düzəldi. O meşədə xeyli odun doğradı, 

onları arabalara yüklədi. Gənc meşədən təzəcə çıxmaq istə-



64

yirdi ki, gördü ki, hər tərəfdən ona tərəf ilanlar sürünür. 

Kamır-Batır heç də ilanlardan qorxmadı. Əksinə, hətta 

onları görüb, sevindi də. Axı o, özü ilə kəndir götürməmişdi. 

Kamır-Batır odunları ilanlarla sarıdı və evə yollandı. Araba-

ların içində olan ilanları görüb, xan qorxudan əsməyə başla-

dı.  Lakin Kamır-Batır onun üçün daha dəhşətli düşmən idi. 

O, qoca çobana əmr etdi. 

- Qoy oğlun ilanları burdan qovsun, onları gözüm gör-

məsin. 


Kamır-Batır  ilanları  odunlardan  və  arabalardan  açdı, 

onları buraxdı. İlanlar güclə meşəyə üz tutdular, Kamır-Batır 

isə atası ilə çölə, xanın qoyunlarını otarmağa yollandı. 

Üçüncü dəfə xan yenə də, şura çağırdı. Hamı çox fikir-

ləşəndən sonra belə qərarlaşdılar ki, bir quyu qazılsın və ço-

ban oğlunu ora atsınlar.

Gizlicə çöldə bir dərin quyu qazdılar və xan öz əyanları 

ilə bura gəldi, güya onlar gəzməyə çıxıblar. Onlar quyunun 

yanında düşərgə saldılar. Xan əvvəlcədən buyurdu ki, quyu-

nun üstünə və ətrafına bahalı xalılar döşənilsin. Xan burada 

oturub, əmr etdi ki, hamıya müxtəlif yeməklər paylansın. 

Nökərlər gələnlərə qulluq göstərir, qızardılmış quzuya 

onları  qonaq  edirdilər.  Xan  özü  ilə  Kamır-Batırı  da  götür-

müşdü. Onu kənarda dayanan görüb, xan dedi:

- Niyə sən işsiz dayanmısan? Yeməklərdən götür və qo-

naqlara təqdim elə. 

Kamır-Batır  bir  sini  götürüb  əyan  və  məsləhətçilərə 

xörək paylamaqa başladı. Xörək paylayanları xalçaların üzəri 

ilə hərəkət etməyə icazə vermirdilər. 

Kamır-Batır da xalçaların üzəri ilə yox, kənarı ilə hərəkət 

edirdi.

Onda xan dedi: 



- Niyə sən kənardan keçirsən? Xalçanın üstü ilə addımla! 

 Kamır-Batır elə ayağını xalçanın üstünə qoymuşdu ki, 

dərin quyuya düşdü. Xan isə o saat qalxdı və öz əyanları ilə 



65

çıxıb getdi. 

Kamır-Batır isə quyuda qaldı. 

Xan sevindi ki, Kamır-Batırdan yaxaları qurtardı.

Nökərlər qoca çobana dedilər ki, xan onun oğlunu quyu-

ya atdı və əmr etdi ki, kim ora yaxınlaşsa, başı bədənindən 

ayrılacaq. 

Onda  qoca  qərara  aldı  ki,oğlunu  xilas  etsin.  O,  sürünü 

quyunun yanına aparır, və quyudakı oğluna yemək atırdı. Ax-

şamlar isə sürünü geri qaytaranda, quyuya budaq və şüvül 

yerləşdirirdi. Kamır-Batır isə onlardan nərdivan hazırlayırdı. 

Çox vaxt, yoxsa az vaxt kecdi, Kamır-Batır quyudan çıxa-

raq, azad oldu. 

O, xanın yanına gəldi və ona dedi: 

-Xan, sənin hiyləgər hərəkətlərinin heç biri mənə təsir 

etmədi. 


Elədiklərinin cavabını al! 

O  xanın  alnına  bir  cırtma  vurdu.  Xanın  canı  cıxdı.  Ka-

mır-Batır  xanın  oğullarını,  bütün  qohum-əqrabasını,  məs-

ləhətcilərini saraydan və ölkədən qovdu. O, kasıb xalqı azad-

lığa cıxartdı. 



66

ovçu və Dovşan

(Noqay xalq nağılı)

Mən  sizə  bir  ovçu  haqqında  danışmaq  istəyirəm.  Bir 

kənddə kasıb, çox kasıb ovçu yaşayırdı. Köhnə tüfəngindən 

başqa onun heç nəyi yox idi. 

Buna  baxmayaraq  onun  balaca  oğlu  böyüyürdü.  Ovçu 

övladını sevirdi. 

Günlərin birində ovçu ova çıxdı. O. meşədə gəzib dolaş-

dı. Birdən ovçu kolun altında yatmış bir dovşan gördü. Ovçu 

dov şanı  nişan  aldı,  özü  isə  fikirləşdi:  ”Eh  bu  dovşanı  indi 

vuraram”, onun dərisini çıxararam. Dərini bazarda sataram, 

çoxlu pul əldə edərəm. Həmin pula buzov alaram. Buzov da 

böyüyüb öküz olar. Öküzü arabaya qoşaram, qırmacı oğlu-

ma verib onu burada otuzduraram. Oğlum elə sevinər ki! O, 

“tsob!” qışqırıb öküzü sürər. 

Xəyala dalan ovçu ”tsob!” deyərək elə qışqırdı ki, dovşan 

oyandı, kolun altından çıxıb ox kimi gözəgörünməz oldu və 

onu bir daha görmədilər.

Ovçu özünə gələndə, artıq gec idi. 




67

PəHləvan oğlan

(Noqay xalq nağılı)

Bir şəxsin uzun müddət uşağı olmurdu. Nəhayət arvadı 

ona bir oğlan doğdu. Bu elə uşaq idi ki, böyük oğlana oxşa-

yırdı. Oğlanın olmasına sevinən ata böyük məclis düzəltdi. 

Şadyanalıqdan sonra, oğlan birdən dil açıb dedi:

- Ata mən artıq böyümüşəm. İcazə ver ata minib sənin 

sürülərini otarım. 

- Sən nə danışırsan? – deyə ata etiraz etdi. Sən hələ ça-

ğasan! 

Lakin oğlan əl çəkmədi, öz dediyində israrlı oldu. Onda 



ata dedi:

- Yaxşı get. Axşam ilxını toplamaq istəsən, təpəyə qalx və 

qışqır. Baş verənləri mənə danışarsan. 

Oğlan  atasının  dediyinə əməl  etdi. O, təpəyə qalxdı və 

qışqırdı. Bu vaxt yerdən bir cırtdan çıxıb dedi:

-  Sənin  necə  gücə  malik  olduğunu  bilmək  istəyirəm. 

Məni ağacınla üç dəfə vur. Əgər mən bu zərbələrdən torpağa 

girsəm, onda sən güclüsən. 

Oğlan birinci zərbəni endirdi, cırtdan qurşağa kimi yerə 

girdi, ikinci və üçüncü zərbələri endirən kimi cırtdan tam ye-

rin altına girdi. Oğlan evə qayıtdı və hər şeyi atasına danışdı. 

O, oğlunu təriflədi. 

- Afərin oğlum! Bir vaxtlar mən də cırtdana rast gəlmiş-

dim. Lakin mən onun öhdəsindən gələ bilmədim. 

Həmin gün oğlanın atasının yanına qonaqlar gəldi. On-

lardan biri maraqlı əhvalat danışdı. 

- Mən bir nəfəri tanıyırdım. Bu yaxınlarda o, öldü. Onun 

arvadını xarici ölkənin xanı oğurlayıb apardı. 

Bunu eşidən oğlan özünü öyərək dedi: 

- Mən həmin qadını geri qaytaracağam. 

Və oğlan dənizin o tayına keçərək, elə bir şəhərə gəldi ki, 



68

xan həmin qadını qaçırıb ora aparmışdı. 

Şəhərin meydanında oğlan bir qadına rast gəldi. O, bu 

hadisə ilə bağlı bunları dedi:

- Bizim xanımız, - deyə qadın danışmağa başladı. – gözəl 

qadına evlənmək fikrindədir. Qadın isə ona ərə getmək istə-

mir.  O,  eləsinə  getmək  arzusundadır  ki,  xana  qalib  gəlsin. 

Mən görürəm ki, sən çox güclüsən. Mən fit çalan kimi qadını 

qəflətən götür və apar. Yaxşı, - deyə oğlan cavab verdi və bu-

radan saraya yollandı. O gördü ki, xan və onun yanında yeddi 

yüz igid atlı gəlir. 

Onların heç biri bu qadına sahib ola bilmir. Birdən kimsə 

fit çaldı. Oğlan cəsarətlənərək qadını tez ələ keçirib, qaçırtdı. 

Bütün dəstə onun dalınca düşdü. Oğlan qadınla sahilə gəldi 

və onlar atdan düşüb dənizdə üzməyə başladılar. Nahaq yerə 

xan qışqıraraq onları geriyə qaytarmaq istəyirdi. Bütün bun-

lar əbəs idi. Oğlan onlara qulaq asmadan qadınla birgə xeyli 

üzdülər və kəndlərinə gəlib çıxdılar. Beləliklə o qadını özünə 

gəlin gətirdi. 



69

əKİnçİ və şİr

(Tat xalq nağılı)

Keçmiş zamanlarda bir kəndli yaşayırdı. O, çox kasıb idi, 

nə qədər çalışsa da, var gücü ilə işləsə də heç nə qazana bil-

mirdi. Bir gün o, öz tarlasını şumlayarkən bura haradansa şir 

peyda oldu.

Kəndli qorxdu, şir isə dedi:

- Qorxma! Mən çoxdan sənə göz qoyuram və sən mənim 

ürəyimə yatmısan. Sən zəhməti sevirsən və böyük həvəslə 

işləyirsən. Gəl dost olaq. Sən öz işini gör, mən isə öz işimi. Nə 

əldə edərik, yarıya bölərik.

- Sən şirsən, mən isə insan, – deyə əkinçi cavab verdi. 

– Bizim aramızda olan dostluq necə ola bilər? Mən səndən 

qorxuram.

-  Qorxma!  Qorxunu  unut!  Axı  sənin  yanına  ilk  gələn 

mənəm. 



70

-  Hə,  nə  etməli...  –  deyə  əkinçi  fikrə  daldı.  –  Yoxlayaq 

görək nə çıxır! Mən torpağı şumlayacağam, dən səpəcəyəm, 

məhsul yoplayacağam. Bəs sən?

- Yayda sənin əkin sahən istidən sola bilər. Sən isə bulağa 

su gətirməyə getməkdən qorxursan. Bulağın yanında həmişə 

vəhşi heyvanlar gizlənir. Mən heç kəsə imkan vermərəm ki, 

suya yaxın gəlsin. Sən də kiçik tarlanı suvararsan və bol məh-

sul götürərsən. Həm də mən sənin taxılını qabanların tap-

dağından qoruyaram. Adamlara imkan vermərəm ki, sənin 

bir dənini belə oğurlasınlar. Gecələr rahat yat, gündüzlər isə 

ürəklə işlə! Məgər bu, pisdir?

Kəndli  razılaşdı.onlar  dost  oldular  və  birgə  çalışmağa 

başladılar. Şirlə olan dostluğu kəndliyə boyük gəlir gətirdi. O, 

var-dövlət içində və sakit yaşadı.

Bir gün şir bu dostluğu sınağa çəkmək istədi. O, əkinçi-

nin yanına tarlaya yox, onun evinə gəldi və dedi:

- Hə, insan, məgər pis yaşayırsan? Sən nahaq yerə o vaxt 

məndən qorxdun. Görürsən, dostluq nəyə qadirdir?

- Düz deyirsən! – deyə kəndli razılaşdı. – Sən mənim əsl 

dostumsan.  Lakin,  buna  baxmayaraq,  mən  səndən  qorxu-

ram. Görkəmin çox vahiməlidir! Sənin başın pırtlaşıq köpək 

başına oxşayır.

Şir incidi, lakin buna o qədər də əhəmiyyət vermədi. An-

caq bunu dedi:

- Götür xəncəri və məni yarala!

- Sən nə danışırsan! – deyə kəndli dəhşətə gəldi. – Mən 

bunu necə edə bilərəm?

Lakin şir təkid etdi, əkinçi istər-istəməz şirin boynunu 

yaraladı.

Qanı yerə tökülə-tökülə şir heç bir söz demədən çıxıb 

getdi.


Öz mağarasına gələn şir ciddi-cəhdlə yaranı yaladı və o, 

tezliklə sağaldı.

Yara sağalandan sonra şir yenə də əkinçinin evinə gəldi 



71

və ona buyurdu:

- Bax, xəncərlə yaraladığın yeri axtar tap.

Əkinçi çox axtardı. Nə yara, nə də onun yeri vardı, yara 

bitişmişdi.

- Yara sağalıb, - deyə əkinçi təəccübləndi. – Özü də belə 

tez!

- Xəncər yarası tez sağalır, - deyə şir cavab verdi.- Sağal-



mayan isə söz yarasıdır. Məni, heyvanlar şahını sən pırtlaşıq 

köpəklə müqayisə etdin. Bizim dostluğumuzun sonu çatdı. 

Bundan belə biz düşmənik. Ehtiyatlı ol!

 



72

tərcüməçİ natİq səFİyev  

HaqqınDa qısa məlumat

Natiq  Yusif  oğlu  Səfiyev 

1939-cu  il  mart  ayınm  21-də 

Bakı  şəhərində  həkim  ailəsin-

də anadan olmuşdur.

1957-ci  ildə  Quba  rayo-

nu Alpan kənd orta məktəbini 

qurtarmışdır.

1962-ci  ildə  Azərbaycan 

Pedaqoji  Universitetini,  1974-

cü ildə Azərbaycan Rus dili və 

Ədəbiyyatı  İnstitutunu,  indiki 

Slavyan  Universitetini  müvəf-

fəqiyyətlə bitirmişdir.

1965-ci  ildən  2008-ci  ilin 

sonlarına kimi Abşeron rayonu, Xırdalan qəsəbə (indi şəhər) 

orta məktəbində müəllim işləmişdir.

1963-cü ildən respublikanın dövri mətbuatında jurna-

listlik fəaliyyətinə başlamışdır. O, “Qızıl qələm” media müka-

fatına layiq görülmüşdür.

Natiq Səfiyev məktəbdə işlədiyi müddətdə 6 ümumitti-

faq və 14 respublika pedaqoji mühazirələrində və elmi-prak-

tik  konfranslarında  məruzələr  etmiş,  IV  və  V  ümumittifaq 

mühazirələrindən II və I dərəcəli mükafatlarla vətənə qayıt-

mışdır. 1981-ci ildə müəllim mühazirələri müsabiqəsində II 

yeri tutmuş və SSRİ Pedaqoji Elmlər Akademiyasının fəxri 

diplomuna layiq görülmüşdür.

Natiq Səfiyevin indiyədək iki metodiki, iki tərcümə (“Qə-

ribə tütək”, “Köhnə dəyirman”), üç memuar (“Məni yaşadan 

xatirələr”, “Yadda qalan günlərim”, “Ömür salnaməsi”), didak-




73

tik hekayələr toplusu (“Babam mənim”), fotoalbom (“İşıqlı 

dünyam” və “Nicat” (hekayələr)) kitabları çapdan çıxmışdır.

Onun haqqında yüzdən çox məqalə, oçerk, üç kitab ya-

zılmışdır (Akif Şahverdiyev “Ömrə sığmayan həyat”, Güntə-

kin İlyasova “Natiq Səfiyev - “Biblioqrafik göstərici”, Hikmət 

Məlikzadə “40 il mətbuatda”).

O, məktəbdə çalışdığı müddətdə 1 yaradıcı diplom, 46 

fəxri fərman, 5 təşəkkür məktubu və 5 nişan almışdır. 1989-

cu ildə ona “Əmək veteranı” medalı verilmişdir.

Natiq Səfiyev 1996-cı ildən Azərbaycan Jurnalistlər Bir-

liyinin, 2006-cı ildən isə Azərbaycan Yazıçılar Birliyinin üz-

vüdür.

Onun 3 qızı və 6 nəvəsi var.



Hal-hazırda təqaüddədir.


74

münDərİcat:

DƏYİRMANÇININ OğULLARI  ............................................................ 3

(Avar xalq nağılı)  

HAZIRCAVAB DƏYİRMANÇI ................................................................ 6

(Avar xalq nağılı) 

ƏSA  ............................................................................................................... 7

(Avar xalq nağılı) 

CANAVAR, AYI VƏ TÜLKÜ ..................................................................11

(Avar xalq nağılı)

ƏKİNÇİ BƏBİRƏ NECƏ DƏRS VERDİ.............................................12

(Ləzgi xalq nağılı)

ÜÇ BACI .....................................................................................................15

(Ləzgi xalq nağılı)

GÖY ÇAQQAL ...........................................................................................19

(Ləzgi xalq nağılı)

XƏSİS QAZI ...............................................................................................22

(Ləzgi xalq nağılı)

DOSTLUğUN SINAğI ............................................................................24

(Ləzgi xalq nağılı)

TƏNBƏL QIZ ............................................................................................27

(Ləzgi xalq nağılı)

FALFARAŞ-AXUN ...................................................................................31

(Ləzgi xalq nağılı)

ŞAMAMA ...................................................................................................33

(Ləzgi xalq nağılı)



75

ÜÇ MÜDRİK MƏSLƏHƏT ....................................................................36

(Darqi xalq nağılı)

XALA AVA VƏ XORUZCUğAZ .............................................................38

(Darqi xalq nağılı)

QIZIL BAŞMAQ .......................................................................................40

(Lak xalq nağılı)

İLAN VƏ TÜLKÜ .....................................................................................44

(Lak xalq nağılı)

AYI BALASI ...............................................................................................45

(Lak nağılı) 

SÜLEYMAN XAN   ..................................................................................49

(Lak xalq nağılı)

Ağ İNƏK ZAZA ........................................................................................52

(Lak xalq nağılı)

ÇOBANIN DOSTLARI  ..........................................................................55

(Kumık xalq nağılı)

QURD HAQQINDA .................................................................................60

(Kumık xalq nağılı)

KAMIR-BATIR .........................................................................................62

(Noqay xalq nağılı) 

OVÇU VƏ DOVŞAN .................................................................................66

(Noqay xalq nağılı)

PƏHLƏVAN OğLAN ..............................................................................67

(Noqay xalq nağılı)

ƏKİNÇİ VƏ ŞİR ........................................................................................69

(Tat xalq nağılı)



Bu kitabda «Дагестанские народные сказки»

(Москва «Детская литература» 1991) toplusunun 

rəssamı Yuri Nikolayevin bəzi rəsmlərindən istifadə 

edilmişdir.

  

 



Dizayner:

   Fariz Məhərrəmov

 

operator: 

Afaq Vəliyeva

~~~~~~~~~~~~~~~~~~~~~~~

Чапа имзаланмышдыр: 28.08.2013.

Форматы: 60х84 1/16.  Щяъми: 4,75 ч.в.

Сифариш 17. Тираж 150.

«Тякнур» ММЪ-нин мятбяясиндя

щазыр електрон вариантдан ofset цsulu ilя чап олунмушдур.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Мятбяя китабын мязмунуна, йазы цслубуна, орфограfийа 

вя грамматикасына эюря щеч бир ъавабдещлик дашымыр.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~



Мятбяянин директору: Ялякбяр Мяммядов

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Цнван: Бакы ш., Ганлы Эюлцн Гярб сащили, 125

Телефон: 408-18-30.



Document Outline

  • _GoBack
  • Dəyirmançının oğulları 
    • (Avar xalq nağılı)  
  • Hazırcavab dəyirmançı
    • (Avar xalq nağılı) 
  • Əsa 
    • (Avar xalq nağılı) 
  • Canavar, ayı və tülkü
    • (Avar xalq nağılı)
  • Əkinçi bəbirə necə dərs verdi
    • (Ləzgi xalq nağılı)
  • Üç bacı
    • (Ləzgi xalq nağılı)
  • Göy çaqqal
    • (Ləzgi xalq nağılı)
  • Xəsis qazı
    • (Ləzgi xalq nağılı)
  • Dostluğun sınağı
    • (Ləzgi xalq nağılı)
  • Tənbəl qız
    • (Ləzgi xalq nağılı)
  • Falfaraş-Axun
    • (Ləzgi xalq nağılı)
  • Şamama
    • (Ləzgi xalq nağılı)
  • Üç müdrik məsləhət
    • (Darqi xalq nağılı)
  • Xala Ava və Xoruzcuğaz
    • (Darqi xalq nağılı)
  • Qızıl başmaq
    • (Lak xalq nağılı)
  • İlan və Tülkü
    • (Lak xalq nağılı)
  • Ayı balası
    • (Lak nağılı) 
  • Süleyman Xan  
    • (Lak xalq nağılı)
  • Ağ inək Zaza
    • (Lak xalq nağılı)
  • Çobanın dostları 
    • (Kumık xalq nağılı)
  • Qurd haqqında
    • (Kumık xalq nağılı)
  • Kamır-Batır
    • (Noqay xalq nağılı) 
  • Ovçu və dovşan
    • (Noqay xalq nağılı)
  • Pəhləvan oğlan
    • (Noqay xalq nağılı)
  • Əkinçi və şir
    • (Tat xalq nağılı)

Yüklə 382,26 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə