Dünya xalqlarının nağılları Dağıstan xalqlarının nağılları Bakı «təknur» -2013



Yüklə 382,26 Kb.
Pdf görüntüsü
səhifə13/16
tarix02.01.2018
ölçüsü382,26 Kb.
#19441
1   ...   8   9   10   11   12   13   14   15   16

49

süleyman xan  

(Lak xalq nağılı)

Bir kənddə, qonşuluqda iki kasıb yaşayırdı. Birinin iti, o 

birinin isə pişiyi vardı. Kasıblar özlərini güclə dolandırırdı-

lar. Bir gün it pişiyə dedi: 

-Burada yaşayışımız çox ağırdır. Gəl meşəyə gedək. 

Pişik cavabında: 

-Qonşu, yəqin ki ,orada günümüz pis keçməz. 

-Sən olarsan Süleyman xan, mən isə olaram sənin nökə-

rin, - deyə it təklif etdi. 

Və onlar yola düzəldilər. 

İt və pişik bir gün, iki gün yol getdilər, çaylar keçdilər, 

dağlar aşdılar , çox getdilər və nəhayət onlar meşəyə gəlib 

çatdılar. Lakin burada da yeməyə heç nə yox idi. Meşədə də 

acqarına  veyilləndilər.  Elə  təzəcə  istirahər  etməyə  hazırla-

şırdılar ki, birdən bunların yanında ac qurd peyda oldu və 

qəzəblə soruşdu: 

-Siz kimsiniz və haradan gəlmisiniz? 

İt gördü ki, işlər yaxşı deyil, ona görə hiyləyə əl atdı. 

-Sənin qarşında Süleyman xandır, - deyə it cavab verdi və 

pişiyə işarə vurdu. O bütün bu meşənin və dünyanın sahibi-

dir, mən də onun nökəriyəm. Xan öz mülklərinə baxmağa ge-

dir. O, çox qəzəblidir və bütün heyvanları öz torpaqlarından 

qovmaq istəyir. 

Qurd qorxdu, Süleyman xanın qarşısında əyilərək təzim 

etdi, ona  yaxşı yol arzuladı və söz verdi ki, onlara hədiyyələr 

verəcəkdir. Gedərkən qurd xanın nökərinə pıçıltı ilə dedi:  

-Məni o ağacların yanında gözləyin. Mən gedib heyvanla-

ra deyim ki,onlar da hədiyyələr gətirsinlər. 

Qurd hövlnak meşə boyu qaçdı və ayıya rast gəldi: 

-Boz qurd hara qaçırsan? – deyə ayı souşdu. 

-Oh bəlamız, dərdimiz artıb. Süleyman xan gəlib və o bizi 



50

bu meşədən qovmaq istəyir. - O elə qəzəblidir ki, mənə onun 

nökəri dedi ki, kim onun xoşuna gəlmirsə, o saat onu yeyir. 

Onu nəyəsə qonaq etmək lazımdır. 

-Onu neçə qonaq edək? 

Məni indidən qorxu bürüyüb, -deyə ayı zarımağa başladı. 

-Gedək, o biri heyvanları axataraq! 

Onlar meşədə qabanı, tülkünü tapdılar və məsələhətləş-

dilər ki, Süleyman xana nə  aparsınlar. 

Tülkü dedi: 

- Mən fikirləşib, tapdım. Sən, qurd, yağlı qoyun ələ ke-

çirərsən, sən, ayı, ağacları yaxşı aşırırsan, iki quru ağacla bura 

gəl. Mən çobanlardan bir tiyan və kibrit oğurlayaram, tiyanı 

qabana verərəm, onu su ilə doldurar. Sonra biz bir yerdə Sü-

leyman xanın yanına gedib, ona qonaqlıq verərik. Heyvanlar 

çox sevindilər və tülkiyə öz minnətdarlıqlarını bildirdilər. 

-Sən ayrı aləmsən, tülkiciyəz. Sən çox ağıllısan. Bızı bu 

bəladan xilas etdin. Əsrlər keçsə də, bunu unutmarıq. 

Neçə demişdilər, elə də, etdilər. Qurd yağlı qoyun gətirdi, 

ayı üç ağacla gəldi, qaban isə iri qazan su gətirdi, tülkü isə 

kibritlə gəldi. 

-Yemək az deyil ki, - deyə ayı qurddan soruşdu. 

-Deyəsən,  yox.  Süleymanxan  görünüşçə  heç  də  böyük 

deyil, -deyə qurd cavab verdi. 

Onlar xan və nökərin olduqları yerə gəldilər.

Yüksüz  tülkü  irəlidə  yeriyirdi.  O  xanın  qarşısında  söy-

ləyəcəyi nitqi  beynində götür-qoy edirdi. 

Heyvanlar  pişiyə  və  itə  yaxınlaşıb  təzim  etdilər.  Tülkü 

bütün gələnlərin adından xanı salamladı. 

Onlar yemək-içmək hazırlamaqla məşqul oldular. 

Tezliklə hər şey hazır oldu. Süleyman xanın neçə yemək 

yeyəcəyinə tamaşa etmək üçün heyvanlar ağaca dırmaşdılar, 

qaban isə kötüklərin arasında gizləndi. Pişik və it ac olduqla-

rından qaynar ətin üzərinə atıldılar. 

Pişik bərk yandı, fınxırdı, quyruğunu qaldırıb, myau-m-



51

yau qışqıraraq ağaca dırmaşdı. Burada ayı oturmuşdu. Ayı 

qorxdu və qurdun üstünə qışqırdı:

-Sənə  dedim  axı,  yemək  azdır!  –o  ağacdan  yıxılaraq 

ölümcül hala düşdü. 

Pişik də qorxdu və o biri ağaca keçdi. Burada qurd otur-

muşdu. Qurd uluyaraq ağacdan yerə dəydi və onun alnı əzil-

di. O tez buradan əkildi və qorxudan yolda öldü. 

Tülkü ağacdan yıxılsa da, o heç bir şey olmamış kimi öz 

yuvasında gizləndi. Pişik gördü ki, kötüklərin arxasında nə 

isə tərpənir. O elə bildi ki, bu siçandır, tez ora atıldı və qaba-

nın qulağını gəmirməyə başladı. Qaban qaçdı, o bərk kədər-

lənib sıx qamışlığa üz tutdu, yaralı qulağını palçığa bulaşdır-

və şikayətedici halda, inildədi. 

-Oy xan! Oy Süleyman! Bundan belə sən bizim başımıza 

nə oyun açacaqsan? 

Pişik isə itlə birgə üç gün qoyun əti yedilər, yemək onla-

rın xoşuna gəldi, sonra bu cütlük öz keçmiş sahiblərinin ya-

nına qayıtdı. Onlar “Meşədə yaşamaq o qədər də asan deyil!” 

dedilər. 




52

ağ İnəK zaza

(Lak xalq nağılı)

Bir vaxtlar bir dul kişi yaşayırdı. Onun yeganə qızı vardı. 

Qız qonşuda yaşayan dul qadının yanına ya od almağa, ya da 

duz istəməyə gedərdi. Dul qadın nəinki imtina edərdi, hətta 

ona bəzən çörək, bəzən piroq, bəzən də ət və alma verərdi. O, 

dəfələrlə qıza demişdi;

- Atanı yola gətir ki, məni alsın.

Qız da həmişə atasına deyərdi;

- Ata, qonşudakı qadınla evlən.

- Qızım, gözlə. Qoy inəyimiz doğsun, sonra evlənərəm – 

deyə ata cavab vermişdi.

Budur, qız yenə də atasından xahiş etdi:

-Ata, qonşu qadınla evlən!

- Gözlə qızım qoy taxıl yetişsin.

Budur, taxıl da yetişdi.

- Qonşu qadınla evlən, ata! - Qonşu qadınla evlən, ata! – 

deyə qız təkid etdi.

Nə etməli, ata nəfayət, qonşu dul qadınla evləndi.

Budur,  ögəy  ana  piroq  hazırlayır.  Özünə  pendir  və  ya 

kəklik otu ilə, ögəy qızına isə kül və qumla. Özünə yumşaq 

samandan kisə toxuyur, qızın yatağını isə tikanlı edirdi.

- Ata, mən heç nə yeyə bilmirəm! Ata mən yata bilmirəm, 

- deyə qız şikayətlənirdi.

Ögəy ana isə şər yıxırdı və çox istəyirdi ki, ögəy qızı ev-

dən qovulsun.

Günlərin birində ata meşəyə odun dalınca getdi. O, özü 

ilə qızını da götürdü. Burada qız atasının çuxasının üstündə 

yuxuya getdi. Ata qızı burada qoyub, özü sakitcə meşədən 

getdi. 

Qız yuxudan ayıldı və gördü ki, atası yanında yoxdur. O, 



bir tənəyə qalxdı və qışqırdı.


Yüklə 382,26 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə