Dünya xalqlarının nağılları Dağıstan xalqlarının nağılları Bakı «təknur» -2013



Yüklə 382,26 Kb.
Pdf görüntüsü
səhifə5/16
tarix02.01.2018
ölçüsü382,26 Kb.
#19441
1   2   3   4   5   6   7   8   9   ...   16

18

Uşaqlar toya gedirlər. Evə qayıdanda onlar ət parçasını 

itə atırlar. Onların bu hərəkətini şahın oğlu görür. O, fikirləşir: 

“Hamı itə ancaq sümük atdı, bu uşaqlar isə ona ət verdilər”. 

O, əmr edir ki, həmin uşaqları sabah da toya dəvət etsinlər.

Ertəsi gün toyda rəqs etmək növbəsi uşaqlara çatır. Oy-

naya- oynaya qardaş öz bacısına deyir:

Hamının anası sağ-salamatdır, bizim anamız isə itin 



dərisindədir.

Bunu eşidən şahın oğlu soruşur:

Siz kimin uşaqlarısınız?



Biz filan qarının uşaqlarıyıq, – deyə onlar cavab ver-

dilər.

Şahın oğlu qarını çağırtdırıb, ondan soruşur:



De görüm, bu uşaqlar kimindir?

Qarı cavab verir:

Günlərin birində mən odun yığmağa meşəyə getmiş-



dim.  Orada  bir  sandıq  tapdım.  Sandıqda  olan  bu  uşaqları 

mən əziyyətlə böyütmüşəm.

Bu vaxt şah soruşur:

Həmin sandıq dururmu?



Qarı sandığı gətirib şaha verir. Şah öz sandığını tanıyır. 

O, qarıya çoxlu pul verib, onu yola salır. Oğlunu və qızını sa-

rayına gətirtdirir. Onların anasını hamının gözü qabağında 

öz halal arvadı və uşaqlarının anası elan edir. Onu zər-zibaya 

qərq edib könlünü alır. Arvadın bədxah bacılarını isə vilayət-

dən qovdurur.




19

Göy çaqqal

(Ləzgi xalq nağılı)

Bir həftədən çox idi ki, çaqqal şikarsız qalmışdı. Acından 

tamam arıqlamışdı. Bir gecə o, yaxınlıqdakı kəndə ova getdi. 

Toyuq- cücə tapmaq ümidi ilə burada dolandı, amma əlinə 

hec nə kecmədi. Çarəsiz qalıb bir evin damına çıxdı. Bacadan 

aşağı düşən çaqqal düz gedib boya ilə dolu çəlləyin icinə düş-

dü. Ev yiyəsinin yun sapları boyamaq üçün hazırladığı rəngə 

boyanan  çaqqal  “daha  mənim  axırımdır”,deyə  düşündü  və 

meşəyə tərəf götürüldü.

Bu vaxt onun qabağına bir tülkü çıxdı.

 - Bədənindəki göy ləkələr haradandır? - deyə tülkü gülə-

gülə ondan soruşdu.

 - Bilsəydim mən neçə bəladan qurtulmuşam, heç mənə 

gülməzdin, - çaqqal incidi.

Tülkünün çaqqala yazığı gəldi.

O, dedi: 

-  Əgər  dediklərimə  əməl  etsən,  səni  doyunca  yediz-

dirərəm.


-  Sən  nə  desən  ona  əməl  edəcəyəm,-  acından  taqətini 

itirən çaqqal razılaşdı. 

Onlar meşənin içindəki talanın ortasındakı palıd ağacı-

nın yanına gəldilər.

- Vəd etdiyin yemək hardadir? – deyə çaqqal soruşdu. 

- Tələsmə, - deyə tülkü ciddi halda cavab verdi. – Palı-

dın koğuşunu görürsənmi? Sən hələlik burada yaşayacaqsan. 

Yadında saxla,sən bu gündən bu meşənin hökmdarının vari-

sisən. Elə edəcəyəm ki, bütün heyvanlar sənə tabe olacaqlar.

Göy çaqqal heyrətə gəldi: 

- Sənin başına hava gəlib? 

-  Xeyr,  mənim  ağlım  başımdadır.  Yadında  saxla,  sən 

meşələr şahı şirin oğlusan. Atan səni buranın heyvanlarını 



20

idarə etməkdən ötrü göndərib. Mən isə sənin vəzirinəm. Mə-

nim məsləhətim olmadan bir addım da atma. Aydındır? 

- Aydın olmağına aydındır, amma bax gör, mən şaha  ox-

şayırammı? - deyə acından yerə sərilmiş çaqqal soruşdu. 

- Bunun sənə dəxli yoxdur. Mən nə desəm, onu edəcək-

sən. 

Çaqqal koğuşun içinə girib, qıvrılıb uzandı, tülkü isə hey-



vanları xəbərdar etməkdən ötrü meşəyə yollandı. O, heyvan-

ları şaha təzim etmək üçün talaya çağırdı və xəbərdar etdi: 

“Özünüzlə hədiyyə gətirməyi unutmayın ha!”

Tülkü hardansa bir kətil  tapıb talaya qayıtdı. 

Heyvanlar  şahın  qəzəbindən  qorxaraq  talaya  tərəf  üz 

tutdular.Kimi bir parça ət, başqası bal, digəri çöl siçovulu gə-

tirmişdi.

Ayılar, qabanlar, canavarlar, dovşanlar bir birinin dalınca 

düzülüb gəlmişdi. Tülkü hədiyyələri qəbul edib palıdın  ko-

ğuşuna  girdi və çaqqala dedi: 

-Gəl  dostum,  doyunca  yeyək,  sonra  çıxıb  bir  nitq  söy-

ləyərsən. 

Onlar  yeməklərin  üstünə  atıldılar.  Heyvanlar  isə  tala-

da səbirlə şahı gözləyirdilər. Nəhayət, tülkü koğuşdan çıxıb 

dedi: 

-Hörmətli hökmdarımız şirin varisini – bizim əziz şahı-



mızı qarşılayın! 

Heyvanlar kətildə oturmuş çaqqala təzim etdilər. Şahın 

çaqqala oxşamasi onları şaşırtsa da göy rəngli olması şüb-

hələrdən uzaqlaşdırdı. 

Tülkü çaqqalı çətin vəziyyətdən qurtarmaq üçün dilləndi: 

- Şahımız yol gəlib, yorulub, ona görə də onun sözlərini 

sizə mən  çatdiracağam. O, sizdən razılıq edir. Şahınızı sevin 

və onun sözündən çıxmayın! 

Sonra şahı bütün heyvanların adından ayı salamladı. Ayı-

nın nərəsini eşidən çaqqal qorxudan əssə də başını silkələ-

yib razılığını bildirdi: 



21

-İndi isə gedə bilərsiniz. Cümə günü şahın xanımı bura 

gələcək. Onu da hədiyyələrlə qarşılıyarsınız.

Heyvanlar çıxıb gedəndən sonra tülkü özündən razı hal-

da dedi: 

-Hə dostum, səni neçə şah etdiyimi gördünmü? Gedək 

yemeyimizi yeyib qurtaraq. 

Çaqqalla tülkü koğuşa girib qarınları şişənə kimi yedilər. 

Sonra isə dincəlmək üçün yerə uzandılar. 

Tülkü təzəcə mürgüləməyə başlamışdı kı, birdən çaqqa-

lın səsini eşitdi: 

-Vəzir, ay vəzir! 

-Nə olub, şah? Toxluqdan şitlik edirsən?- tülkü hirsləndi. 

-Sən  nə  cürətlə  şahla  belə  danışırsan?  –  deyə  çaqqal 

özündən çıxdı. -Susamışam,tez ol mənə su gətir. 

-Az yeyəydin, - tülkü deyindi. 

-Səsini kəs,- deyə çaqqal bağırdı. -Yadından çıxıb ki, mən 

şaham?  Görmədin  heyvanlar  mənə  neçə  təzim  edirdilər? 

Mənim atam da, babam da, şah olublar. 

Tülkü hiddətləndi: 

-Şaha bir bax, səni mən şah elədim. Səsini kəs, yoxsa göy 

dərini boğazından çıxararam.

 Tülkünün qəzəbləndiyini görən çaqqal qorxuya düşdü. 

O, mülayimçəsinə dedi: 

- Gedək, bir yerdə su axtaraq. 

Onlar  meşədə  bir  bulaq  tapıb  doyunca  su  içdilər.  Kefi 

kökələn çaqqal tülküyə verdiyi vədi unudub var gücü ilə ula-

mağa başladı. 

Yaxınlıqdakı kolda bir canavar yatmışdı. O, gözlərini açıb 

qarşısında göy çaqqalı görəndə hər şeyi başa düşdü. 

“ Biz necə də səfeh olmuşuq”, - deyib tullanıb çaqqalın 

boğazından yapışdı.




Yüklə 382,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə