Transmilli şirkətlər anlayışı və onların dünya iqtisadiyyatında rolu


Mədəni faktorun beynəlxalq menecmentdə rolu



Yüklə 244,17 Kb.
səhifə24/69
tarix02.09.2023
ölçüsü244,17 Kb.
#121219
1   ...   20   21   22   23   24   25   26   27   ...   69
muhazirə toplusu Beynəlxalq menecment

Mədəni faktorun beynəlxalq menecmentdə rolu
Mədəni faktorun qiymətləndirilməsinə dair 3 əsas yanaşma var:
Birinci yanaşmaya görə mədəni faktorun əhəmiyyəti bir qədər şişirdilib, çünki bütün insanlar demək olar ki eynidilər. Mədəni faktor onların idarəedilməsində əsas faktor kimi əhəmiyyətli rol oynamır.
İkinci yanaşma universalistlər tərəfindən irəli sürülür: onların fikrincə ölkələr və millətlər mədəni adətlərilə yox, əsasən iqtisadi inkişaf səviyyəsilə fərqlənirlər.
Üçüncü yanaşma isə mədəni-klaster yanaşmasıdı. Bu yanaşmaya görə beynəlxalq menecment səmərəli idarəetməyə dair suallara cavabları məhz baza ölkələrin və qəbuledən ölkələrin iqtisadi inkişafının müqayisəli təhlili kontekstində tapa bilər.
Xarici mədəni mühitin kommunikativ təhlili.
Digər ölkədə biznesin aparılması konstruktiv kommunikasiya yollarının seçilməsi və fəaliyyət proqramlarını hazırlanması üçün öncə ölkənin mədəni mühitini tədqiq etmək lazımdır. Bu tədqiq kross-mədəni təhlil adlanır. 3 elementdən ibarətdir - işgüzar ünsiyyət, mədəni ənənələr milli işgüzar etika.
Təcrübə göstərir ki çoxmilli şirkətlərdə çalışan menecerlər öz gündəlik iş fəaliyyəti zamanı növbəti problemlərlə rastlaşırlar:

  1. dil baryeri;

  2. neverbal ünsiyyət.(jestlər, salamlaşma formaları, müəyyən rituallar). Təhlil göstərir ki əsas informasiyanın 7% sözlərlə, 55% üz ifadəsi, jestlər, mimika ilə, 38%-i isə səs tembrları, səsin intonasiya və moduləsiyası ilə ötürülür.

  3. etnosentrizm.

  4. zaman məkan anlayışları.

  5. milli işgüzar stereotipləri

  6. etika və mənəviyyat məsəlləri.

  7. idarəetmə sistemlərində informasiya

davranış stereotipləri
İngiltərə
İngilis təşkilatları ilə danışıqlar apararkən yaxşı hazırlaşmaq lazımdır. Heç olmasa bu və ya digər məhsul üzrə bazarın strukturunu, qiymətlərin təqribi səviyyəsini, həmçinin danışıqlar aparılan şirkət və işçilərinin müəyyən xüsusiyyətlərinin öyrənilməsinə diqqət yetirilməlidir.
İngilislər çox punktualdılar. Danışıqlar zamanı öncə özlərni bir qədər formal aparırlar, ikinci görüşdən isə artıq daha səmimi olurlar, tez-tez yumordan istisfadə edirlər. Ümumiyyətlə yumor ingilis menecerlərin ən səmərəli vasitəsi hesab edilir. İngilis biznesmenlər diqqəti, gözəl psixoloq olurlar, yalanı sevmirlər. İngilislər demək olar ki heç vaxt ilk görüşdə qərar vermirlər. Onlarla danışıqlar apararkən kənar mövzulardan başlamaq lazımdır. (hava, idman, uşaqlar haqqında). İşgüzar görüşlərdə tanımadığınız şəxslərə müraciət etmək olmaz.. Öncə kimsə sizi təqdim etməlidir. Masa arxasında ayrı söhbətlər aparmaq olmaz, daha çox deyilənlərə qulaq asmaq lazımdır. Hədiyyələrin qəbulu məhduddur. İşgüzar dairələrdə məlum olsa ki, siz hədiyyə verib yaxud almısınız sizə etibarları azala bilər.

Yüklə 244,17 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə