Transmilli şirkətlər anlayışı və onların dünya iqtisadiyyatında rolu



Yüklə 244,17 Kb.
səhifə30/69
tarix02.09.2023
ölçüsü244,17 Kb.
#121219
1   ...   26   27   28   29   30   31   32   33   ...   69
muhazirə toplusu Beynəlxalq menecment

Ana şirkətin əsas funksiyaları:

  • Beynəlxalq şirkətin əsas strategiyasının işlənib hazırlanması;

  • Şirkətin texniki, investisiya, maliyyə, istehsal, satış və kadr siyasətinə rəhbərliyi;

  • Bütün bölmələrin fəaliyyətinin koordinasiyası;

  • Şirkətin fəaliyyətini plana uyğun aparılmasına nəzarət;

  • Birləşmə, udulma, alyansları yaranması siyasətinə rəhbərlik.

Müasir ana şirkətlər 2 formada mövcuddur:
-Operativ-istehsal
-holdinq
Operativ-istehsal şirkətin idarəolunması mərkəzləşdirməyə əsaslanır. İdarəetmə vasitəsi- maliyyə nəzarətidir. (məs. General Motors, İBM, Sİemens)
Holdinq tipli ana şirkətlərin qarşısında duram məsələlərə istehsal funksiyaları daxil deyil.
Qız müəssisəsi- hüquqi statuslu müstəqil şirkətdir. Bütün sənədləşmə və razılaşma əsasında görülən işlər ana şirkətdən ayrı aparılır. Müstəqil təsərrüfat fəaliyyət aparmaq üçün onların kifayət qədər maliyyə bazası və əmlakı var. Ana şirkət qız cəmiyyətlərin yerinə yetirilən sifarişlərin məsuliyyətinə görə heç bir cavabdehlik, məsuliyət daşımır. Səhmlərə nəzarət paketinin hesabına onların fəaliyyətinə ciddi nəzarət edir. Bu nəzarət tək təsərrüfat fəaliyyətinə müşahidə və nəzarətdən ibarət deyil. Həm də idarə heyyətinin tərkibini müəyyənləşdirmək, direktorları təyin etməkdən də ibarətdir. Qız şirkətini yaradarkən ana şirkət onun istehsal ixtisaslaşmasını, satış, xarici bazarların öyrənilməsi, reklamları təşkili və aparılması üzrə öhdəliklərini əvvəlcədən müəyyənləşdirir.
Qız şirkətləri isə öz növbələrində nəvə cəmiyyətlərin səhmlərinin sahibi ola bilərlər.
Filialların isə hüquqi müstəqilliyi olmur və onlar öz adından fəaliyyət apara bilmirlər: məsələn müqavilələr bağlamaq, auditorlar qarşısında hesab vermək. Filialın adı adətən ana şirkətin adı ilə eynidir.Onların öz nizamnaməsi və balansı olmur. İşgüzar məsələlərin həlli də ana şirkətdən asılıdır. Səhm kapitalın hamısı, yaxud əksər hissəsi ana şirkətə məxsusdur. Filialların əsas vəzifələri adətən: ana şirkəti maraqlandıran məhsulların istehsalı və ana şirkət seçdiyi bazarda onların satışından ibarətdir?
Filial ana cəmiyyətin göstərişi ilə fəaliyyət göstərir və xarici bazarlarda azad hərəkət edə bilmir. Ana şirkət tərəfindən onlara hansısa müqavilə, razılaşma bağlamaq səlahiyyəti veriləndə filiallar adətən agent rolunda çıxış edirlər.
Əsas öhdəlikləri isə: satış üzrə yerli agentlərə nəzarət, onlara texniki köməyin göstərilməsi və ana şirkətlə yazışmaların aparılmasından ibarətdir.

Yüklə 244,17 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə