Transmilli şirkətlər anlayışı və onların dünya iqtisadiyyatında rolu



Yüklə 244,17 Kb.
səhifə6/69
tarix02.09.2023
ölçüsü244,17 Kb.
#121219
1   2   3   4   5   6   7   8   9   ...   69
muhazirə toplusu Beynəlxalq menecment

Mütləq üstünlük konsepsiyasının müəllifi Adam Smitdir. Bu konsepsiya ona əsaslanır ki, bəzi ölkələr təbii üstünlükləri olduğuna görə digər ölkələrlə müqayisədə məhsulları daha effektiv istehsal edə bilir. (Misal üçün daha müasir texnologiyaları oldğuna görə, yaxud daha yüksək ixtisaslı kadrlarına görə). Bir qayda olaraq ölkələr o məhsulları ixrac edirlər ki, onların istehsalında mütləq üstünlükləri olsun. Və o məhsulları idxal edirlər ki, onların istehsalında mütləq üstünlük başqa ölkələrə məxsusdur.
Müqyisəli üstünlük konsepsiyasının müəllifi David Rikardodur. Onun fikrincə əgər hansısa ölkələr digər ölkələrlə müqayisədə daha az xərclə məhsul istehsalında ixtisaslaşırlarsa o halda bir ölkədə istehsalın digər tərəfdaş ölkə ilə müqayisədə daha səmərəli olmağına baxmayaraq beynəlxalq ticarət qarşılıqlı əlverişli olacaq. Düzdü bu zaman həmin məhsula tələb ölçüsünü və məhsulun bazar cooğrafiyasını müəyyən etmək lazımdır.
Menecer əsas diqqətini mütləq üstünlüyü olan məhsulların istehsal və ixracına yönəltməlidir, digər məhsul və xidmətlər isə daxili bazar üçün nəzərədə tututlmaldır.
Mütləq və müqayisəli üstünlüklərin kombinasiyası müxtəlif ölkələrin şirkətlərinin üstünlüklərinə və beləliklə də rəqabət qabiliyyətliliyinə və yüksək reputasiya qazanmasına şərait yaradır.
Məhsulun yaxud xidmətin müqayisəli üstünlük göstəricisini (MÜG) aşağıdakı düsturla hesablamaq olar:
MÜG= (İxy : İy): (İx : İ),
Burada İxy - Y ölkədə x məhsulun ixrac həcmi;
İy – Y ölkənin ixracının ümumi həcmi;
İx – x məhsulun dünya idxalının həcmi
İ – dünya idxalının ümumi həcmi
əgər MÜG 1 dən çoxdursa deməli bu ölkə üçün x məhsul üzrə ixtisaslaşma səviyyəsi yüksəkdir və onun bu məhsul (xidmət) üzrə ixrac həcmi, orta idxal həcmindən yuxarıdır. Beləliklə də Y Ölkə x məhsul üzrə ixtisaslaşmada müqayisəli üstünlük əldə edib. MÜG nə qədər aşağı olsa o qədər müqayisəli üstünlüyün səviyyəsi aşağı olur.
Tanınmış amerika marketoloqu P.Vernon tərəfindən yaradılmış , məhsulun beynəlxalq həyat silsiləsi (MBHS) konsepsiyası əsasında bazarda yerləşən hər bir əmtəə burada müəyyən müddət ərzində mövcud olur. Və həmin müddət əmtəənin həyat silsiləsi adlanır. Həyat silsilənin fazaları: əmtəənin bazara daxil olması, artımı, зрелость, azalmasıdır.
Birinci mərhələ- məhsulun bazarda mövcudluğu, yəni bazara daxil olması deməkdir.
Bu mərhələdə şirkətin marketinq menecmentinin səyləri potensial istehlakçıları məlumatlandırmaq və yeni məhsul barədə qeyri müəyyənliyiyi aradan qaldırmağa yönəlir. Əsas məsələ sürətlə ilkin tələbatı formalaşdırmaq və potensial alıcıları real alıcılara çevirməkdir. Bu məqsədlə reklam və tələbin stimullaşdırma vasitlərdən istifadə olunur.

Yüklə 244,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə