2 İqtisadçı kimi düşünmə tərzi



Yüklə 439 b.
tarix17.09.2017
ölçüsü439 b.
növüMücərrəd


2


İqtisadçı kimi düşünmə tərzi

  • Hər bir fənnin özünəməxsus terminologiyası var:

    • Riyaziyyat
      • inteqral  aksiom  vektor fəazları
    • Psixologiya
      • eqo  mənlik  fikir ayrılığı
    • Hüquq
      • məhkəmə yeri  mülki cinayət  haqsız davranış  məhrumetmə
    • İqtisad


İqtisadçı kimi düşünmə tərzi

  • İqtisad sizə bunları aşılayır. . . .

    • Alternativləri fikirləşmək.
    • Fərdi və sosial seçimlərin xərcini hesablamaq.
    • Konkret hadisə və nəticələr arasında necə əlaqə olduğunu anlamaq və şərh etmək.


İQTİSADÇI ELM ADAMI KİMİ

  • Düşünmənin iqtisadi yolu . . .

    • Analitik və obyektiv düşünməni özündə birləşdirir.
    • Elmi metoddan istifadəni tələb edir.


Elmi metod: Müşahidə, nəzəriyyə və daha çox müşahidə

  • Mücərrəd modellərdən istifadə qarışıq və həqiqi dünyanın fəaliyyətini şərh etməyə kömək edir.

  • Nəzəriyyələrin qiymətləndirilməsi üçün nəzəriyyələri, verilənlərin toplanmasını və onların təhlilini inkişaf etirir.



Fərziyyələrin rolu

  • İqtisadçılar dünyanı daha yaxşı anlamaq üçün fərziyyələr formalaşdırırlar.

  • Elmi düşünmə sənəti fərziyyələr formalaşdırma qərarları verməkdir.

  • İqtisadçılar müxtəlif sualları cavablandırmaq üçün müxtəlif fərziyyələrdən istifadə edirlər.



İqtisadi modellər

  • İqtisadçılar dünyanı daha yaxşı dərk etmək üçün reallığı sadələşdirən modellərdən istifadə edirlər.

  • Ən təməl iqtisadi modellərdən ikisi aşağıdakılardır:

    • Dövri-Axın Diaqramı (The Circular Flow Diagram)
    • İstehsal İmkanları Həddi və ya Əyrisi (The Production Possibilities Frontier)


Bizim ilk model: Dövri-Axın Diaqramı

  • Dövri-Axın Diaqramı (circular-flow diagram) ev təsərrüfatları və firmalar arasında bazar yolu ilə nə qədər pul axını olduğunu göstərən iqtisadiyyatın təsviri modelidir.



Diaqram 1: Dövri-Axın Diaqramı



Bizim ilk model: Dövri-Axın Diaqramı

  • Firmalar

  • Ev təsərrüfatları

    • Əmtəə və xidmətləri alır və istehlak edir
    • İstehsal amillərinə sahib olur və onları satır


Bizim ilk model: Dövri-Axın Diaqramı

  • Əmtəə və xidmət bazarları

    • Firmalar satır
    • Ev təsərrüfatları alır
  • İstehsal amilləri bazarları

    • Ev təsərrüfatları satır
    • Firmalar alır


Bizim ilk model: Dövri-Axın Diaqramı

  • İstehsal amilləri (Factors of Production)

    • İstehsal amilləri əmtəə və xidmətlərin istehsalında istifadə edilir.
    • Torpaq, əmək və kapital


Bizim ikinci model: İstehsal İmkanları Həddi və ya Əyrisi

  • İstehsal imkanları həddi və ya əyrisi (production possibilities frontier) iqtisadiyyatın mövcud istehsal amilləri və istehsal texnologiyası çərçivəsində həyata keçirə biləcəyi mümkün istehsal səviyyəsini göstərən məhsul buraxılışını ifadə edən qrafikdir.



Qrafik 1: İstehsal İmkanları Həddi və ya Əyrisi



Bizim ikinci model: İstehsal İmkanları Həddi və ya Əyrisi

  • Aşağıdakı anlayışlar İstehsal İmkanları Həddi və ya əyrisi vasitəsilə açıqlanır:

    • Səmərəlilik (Efficiency)
    • Seçimlər (Tradeoffs)
    • Alternativ dəyər (Opportunity Cost)
    • İqtisadi artım (Economic Growth)


Qrafik 2. İstehsal İmkanları Həddi və ya Əyrisində Sürüşmə



Mikro iqtisad və makro iqtisad

  • Mikro iqtisad (Microeconomics) iqtisadiyyatın fərdi hissələrinə fokuslanır.

    • Ev təsərrüfatları və firmaların necə qərar vermələri və xüsusi bazarlarda necə qarşlılıqlı əlaqədə olmaları.
  • Makro iqtisad (Macroeconomics) bütövlükdə iqtisadiyyata fokuslanır.



İQTİSADÇI SİYASİ MƏSLƏHƏTÇİ KİMİ

  • İqtisadçılar dünyanı izah etməyə çalışdıqları zaman elm adamı olurlar.

  • İqtisadçılar dünyanı dəyişməyə çalışdıqları zaman siyasi məsləhətçi olurlar.



NORMATİV VƏ POZİTİV TƏHLİL

  • Pozitiv fikirlər (Positive statements) necə olduğunu təsvir etməyə çalışan fikirlərdir.

    • Deskriptiv (izah edici) təhlil adlanır.
  • Normativ fikirlər (Normative statements) dünyanın necə olmalı olduğunu tövsiyə edən fikirlərdir.

    • Preskriptiv (buyruq göstərici) təhlil adlanır.


POZİTİV VƏ NORMATİV TƏHLİL

  • Pozitiv yoxsa normativ fikirlərdir?

    • Minimum əmək haqqının (minimum wage) artımı aşağı ixtisaslı (least-skilled) işçilər arasında məşğulluğu azaldacaqdır.
    • POZİTİV
    • Daha yüksək federal büdcə (budget deficit) kəsiri faiz dərəcələrini (interest rate) artıracaqdır.
    • POZİTİV


POZİTİV VƏ NORMATİV TƏHLİL

  • Pozitiv yoxsa normativ fikirlərdir?

    • Daha yüksək minimum əmək haqqlarından əldə olunan gəlirlər məşğulluqdakı cüzi azalmalardan doğan gəlir itkisindən daha dəyərlidir.
    • NORMATİV
    • Ştat hökumətləri yoxsullar arasında siqaret istifadəsi ilə bağlı yaranan xəstəliklərin xərclərini siqaret firmalarından yığmağa icazə verməlidirlər.
    • NORMATİV


Vaşinqtondakı iqtisadçılar

  • . . . hökumətin hər üç qanadında siyasi qərarvermə prosesində məsləhətçi kimi:

    • Qanunvericilik (Legislative)
    • İcra (Executive)
    • Məhkəmə (Judicial)


Vaşinqtondakı iqtisadçılar

  • İqtisadi verilənləri toplayan və iqtisadi siyasət həyata keçirən bəzi hökumət qurumları:

    • Ticarət Departamenti (Department of Commerce)
      • http://www.commerce.gov
    • Əmək Statistikası Bürosu (Bureau of Labor Statistics)
      • http://www.bls.gov
    • Konqress Büdcə Ofisi (Congressional Budget Office)
      • http://www.cbo.gov
    • Federal Rezerv Sistemi (Federal Reserve Board)
      • http://www.federalreserve.gov


İQTİSADÇILAR NƏ ÜÇÜN UZLAŞA BİLMİRLƏR

  • Onlar dünyanın necə işlədiyi ilə bağlı alternativ pozitiv nəzəriyyələrin tutarlılığı məsələsində uzlaşmaya bilərlər.

  • Onlar müxtəlif dəyərlərə sahib ola bilərlər və bu baxımdan da hansı siyasətin nələrə nail olmalı olduğu haqqında müxtəlif normativ fikirlər irəli sürə bilərlər.



Əksər İqtisadçıların Razılaşdığı On Təklif



Xülasə

  • İqtisadçılar çalışır ki, elm adamı obyektivliyi ilə öz mövzularını izah etsinlər.

    • Onlar müvafiq fərziyyələr formalaşdırır və dünyanı onların çərçivəsində anlamaq üçün sadələşdirilmiş modellər qururlar.
    • İki sadə iqtisadi model dövri-axın diaqramı və istehsal imkanları həddi və ya əyrisidir.


Xülasə

  • İqtisad iki alt sahəyə bölünür:

    • Mikro iqtisadçılar bazarlarda ev təsərrüfatları və firmaların qərar qəbulu prosesini öyrənirlər.
    • Makro iqtisadçılar bütövlükdə iqtisadiyyata təsir göstərən gücləri və meylləri öyrənirlər.


Xülasə

  • Pozitiv fikirlər dünyanın necə olduğu ilə bağlı baxışlardır.

  • Normativ fikirlər dünyanın necə olmalı olduğu ilə bağlı baxışlardır.

  • İqtisadçılar normativ fikirlər formalaşdırdıqları zaman elm adamından daha çox siyasi məsləhətçi kimi davranırlar.



Xülasə

  • Siyasi qərarvericilərə məsləhətçilik edən iqtisadçılar ya müxtəlif elmi müddəalar, ya da sahib olduqları müxtəlif dəyərlərdən irəli gələrək bir-birinə zidd təkliflər irəli sürürlər.

  • Başqa vaxtlarda iqtisadçılar irəli sürdükləri təkliflərlə bağlı uzlaşdıqları halda, siyasət qərarvericiləri buna fikir vermirlər.





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə