Ai tərəfindən maliyyələşdirilir tviNNİnq azərbaycan



Yüklə 33,27 Kb.
tarix11.04.2018
ölçüsü33,27 Kb.


TVİNNİNQ AZƏRBAYCAN

Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi layihəsi (AZ-ad-EHEA)



3.3 saylı Fəaliyyətin missiya hesabatına əlavə. (AT kvalifikasiyalarının və Kurikulumların uyğunlaşdırılması – Doktorantura təhsil proqramlarının inkişaf etdirilməsi) 1 iyul 2016-cı il

Qısamüddətli ekspertlər Karl-Erik Michelsen və Mati Heidmets




Qısamüddətli ekspertlərin Təhsil Nazirliyinə və gələcək missiyalara tövsiyələri
Qısamüddətli ekspertlərin Təhsil Nazirliyinə və gələcək missiyalara tövsiyələri


Missiyanın məqsədi və vəzifələri
Bu missiyanın məqsədi Azərbaycanın doktorantura təhsilinin strukturunu eləcə də fəaliyyət mexanizmini təhlil etmək idi. Təhlillər əsasında sistemin təkmilləşdirilməsi üçün praktiki tövsiyələr verilir. Məqsəd Azərbaycanın doktorantura təhsilini Avropa ali təhsil sisteminə uyğunlaşdırılması üzrə ortaq hədəfə əsaslanır.

Azərbaycanın doktorantura təhsili üzrə digər hədəf yüksək keyfiyyətli elmi və texnoloji biliyin yaradılmasını artırmaq və peşəkar alimlərin və mühəndislərin yeni nəslini yetişdirməkdir.


Müvafiq məlumat/Hazırki vəziyyət
Azərbaycanın doktorantura təhsili qədim tarixə malikdir. İlk doktorantura dərəcələri 1920-ci ildə təltif edilib. Hazırda, doktorantura təhsili universitetlərdə və çoxsaylı tədqiqat institutlarına malik müstəqil elmi təşkilat olan Elmlər Akademiyasında aparılır. Azərbaycanın ali təhsili üç pilləlidir: bakalavriat, magistratura və doktorantura. Bu struktur Azərbaycanın 2005-ci ildə qoşulduğu Bolonya protokoluna uyğundur.

Doktorantura təhsili Azərbaycanın gələcək daxili siyasətinin önəmli hissəsi kimi müəyyənləşdirilib. Azərbaycan Respublikasının prezidenti 2009-cu ildə Azərbaycan ali təhsilində islahatların aparılması üzrə proqramı təsdiqləyib və proqram 2009-2013-cü illərdə həyata keçirilib. Hədəf təhsilin məzmunu və tədris texnologiyalarını təkmilləşdirərək Azərbaycanın Avropa ali təhsil sisteminə uyğunluğunu təmin etmək idi. Yeni akademik proqramlar və elmi və metodoloji təlimatlar hazırlanıb və universitetin və ali təhsil müəssisələrinin idarəçiliyində islahatlar aparılıb.

Statistika nöqteyi-nəzərdən Azərbaycan elmi tədqiqatın aparılması üçün böyük resurslara malikdir. 2014-cü ildə ölkədə 145 institut və 33000 alim tədqiqatla məşğul olub. Onlardan 2500-dən çoxu ən yüksək elmi dərəcə olan Elmlər Doktoru dərəcəsi ilə təltif olunublar. Eyni ildə elmi institutlarda tədqiqatla məşğul olan fəlsəfə doktorlarının sayı 12000-dən çox olub. Universitetlərin sayı (53) əhalinin sayına nisbətdə çoxdur.

Doktorantura təhsilinin strukturu Sovet vaxtından qalmadır. Sistem ikisəviyyəlidir: birinci səviyyə (fəlsəfə doktoru təhsili) universitetlərdə təşkil olunur. Tələbələr əyani, qiyabi və ya dissertantlıq yolu ilə təhsil ala bilərlər. Fəlsəfə doktoru təhsili 3 ildən 6 ilədək davam edir. Fəlsəfə doktoru dissertasiyası universitetdə müdafiə edilir, lakin diplomlar dissertasiyanın qəbul və ya rədd edilməsi üzrə qərarvermə səlahiyyətinə malik Ali Attestasiya Komissiyası tərəfindən təltif edilir.

Doktorantura təhsilinin ikinci səviyyəsi Elmlər Doktoru dərəcəsidir. Bu səviyyənin tamamlanmasına rəsmi olaraq 4-5 il tələb olunur, lakin reallıqda doktorantura təhsilinin bu səviyyəsinin tamamlanması üçün 6-10 il vaxt sərf olunur. Dissertasiyanın müdafiəsi Ali Attestasiya Komissiyası tərəfindən tənzimlənir və prosesin ləng, ağır və bürokratik olduğu bildirilir.

Doktorantura təhsilini (ya fəlsəfə doktoru, ya da elmlər doktoru) başa vuran tələbələr karyeralarını akademiyada və ya özəl sektorda və ya idarəetmədə davam etdirə bilərlər. Tələbələrin ali təhsil dərəcələrinin əldə etmələri üçün bir sıra səbəbləri vardır. Fəlsəfə doktoru dərəcəsi onlara peşəkar karyeralarında irəliləmək imkanı yaradır və maaşlarında artımı təmin edir. Elmlər doktoru dərəcəsi isə tədqiqat və tədris istəklərinin reallaşa biləcəyi akademiyada karyera imkanları yaradır.

Yuxarıda qeyd edildiyi kimi 2000-ci ildən bəri ali təhsil sistemində islahatlar keçirmək üçün bir sıra təşəbbüslər və layihələr həyata keçirilmişdir. Ola bilsin ki, Azərbaycan və Avropa arasında olan fərq azalmışdır, bununla belə, əsaslı fərqlər qalmaqdadır və Azərbaycanın ali təhsil sistemi Avropa ali təhsil məkanına uyğun deyildir. Bu fakt artıq müəyyənləşdirilmişdir və Nizami layihəsi çərçivəsində hazırlanan hesabatın (yanvar 2016-cı il) nəticələrinə əsasən sistem köhnədir və dərhal yenilənməli, təkmilləşdirilməli və dəyişdirilməlidir.

Nəticələr və Ümumi Qeydlər

Dəyişiklik tempini saxlamaq vacibdir. Ali təhsil sistemləri ləngdir və müəssisələr əksər hallarda köklü, eləcə də konservativ dəyişikliklərə müqavimət göstərirlər. Aparılacaq islahatlara həssas olan bir sıra gizli qruplar vardır. Bu səbəbdən, qısa, orta və uzunmüddətli islahatlar paralel olaraq aparılmalıdır. Akademik cəmiyyətə stimul verəcək müsbət nəticələrin əldə edilməsi məqsədi ilə qısamüddətli dəyişikliklər dərhal həyata keçirilməlidir. Ortamüddətli islahatlar daha köklüdür və onların irəliləyişi ciddi monitorinq edilməlidir. Uzunmüddətli dəyişikliklər uğurlu qısa və ortamüddətli dəyişikliklərə əsaslanır.



Tövsiyə edirik ki, beynəlxalq ekspertlər qrupu bu önəmli prosesin peşəkarcasına aparılmasında Azərbaycan qurumlarına yardım etsin. Yaxın gələcəkdə keyfiyyət təminatı, doktorantura proqramlarının məzmununun qiymətləndirilməsi və elmin beynəlmiləlləşməsi üzrə missiyaların keçirilməsi zəruridir.
Ümumi nəticə belədir: Azərbaycanın ali təhsil sistemi bütün zəruri elementlərə malikdir. Kifayət sayda müəssisələr, savadlı və təlimlənmiş alimlər və sistemin idarə edilməsi üçün kifayət qədər hökümət qurumları vardır. Sistemin maliyyələşdirilməsi barədə kifayət qədər məlumatlı olmasaq da, güman edirik ki, sistemin inkişaf etdirilməsi üçün maliyyə resusrları vardır. Bütün müsahibələrdə alimlərdə və inzibati heyətdə sistemin əsaslı dəyişdirilməsi üçün iradənin olduğu müşahidə olundu. Bu səbəbdən, islahatları başlayacaq güclü siyasi tədbirlərə ehtiyac vardır. Vurğulamaq istərdik ki, heç bir xarici model Azərbaycanda birbaşa tətbiq oluna bilməz, lakin sistemdə köklü dəyişikliklər aparıldıqda xarici modellər faydalı alətlər ola bilər.
Eləcə də Estoniya və Finlandiyada oxşar islahatların necə keçirildiyi və prosesin necə tənzimləndiyi üzrə spesifik nümunələrə müsbət reaksiya aldıq. Yekun olaraq, vurğulamaq istərdik ki, zaman itkisinə yol vermək olmaz, çünki cəmiyyətdə, iqtisadiyyatda və mühitdə baş verən köklü dəyişikliklər bu günün elmi mühitinin qarşısında çağırışlar qoyur. Beləliklə, yeni bilik ərsəyə gətirmək potensialı olduqca önəmlidir və önəmli olaraq qalacaqdır və bu, bilik transferi və ya hər hansı digər vasitələrlə əvəz oluna bilməz.
Bır sıra ölkənin təcrübəsi göstərir ki, Sovet təhsil sisteminə oxşar ali təhsil proqramlarında islahatların aparılması mümkündür. 1993-1996-cı illərdə Estoniyada aparılan islahatlar nəticəsində Elmlər Akademiyası formal bir quruma çevrilib, Akademiyanın bütün tədqiqat institutları universitetlərə birləşdirilib. Bu islahat universitetlərin tədqiqat potensialını artırıb və doktorantura proqramlarının keyfiyyətini təkmilləşdirmək imkanı verib. Eləcə də maliyyə resurslarından istifadəni səmərələşdirib və tədqiqatçıların maaşının artırılması ilə nəticələnib. İslahatlar zamanı ali təhsil müəssisələri (30-dan çox) 4 dövlət universiteti və 2 akademiya (incəsənət və musiqi) şəklində birləşdirilib və hal-hazırda bu təhsil müəssisələri Estoniyada doktorant tələbələrin tədris və təlimini həyata keçirir. Onlar akademik dərəcə təltif etmək səlahiyyətinə malik müstəqil elmi müəssisələrdir.
Tövsiyələr


  1. Hal-hazırda yüksək səviyyəli tədqiqatçıların hazırlanması olduqca çox sayda müəssisələrdə aparılır. Bu səbəbdən, güman edirik ki, doktorantura proqramları böyük və yaxşı təchiz edilmiş, eləcə də keyfiyyət təminatından keçmiş universitetlərdə həyata keçirilsin.

  2. İkisəviyyəli doktorantura proqramı ləğv edilməli və Avropa ali təhsil məkanının fəlsəfə doktoru proqramlarına uyğun olan bir səviyyəli fəlsəfə doktoru dərəcəsi ilə əvəz olunmalıdır.

  3. Dissertasiyalar monoqrafiya şəklində deyil, məqalələrə əsaslanan dissertasiyalar şəklində yazılmalıdır. Doktoranturanı tamamlamaq üçün müstəqil qiymətləndirmədən (peer review) keçmiş ən azı dörd məqalə, eləcə də intellektual baxımdan maraqlı xülasə zəruridir. Məqalələrə əsaslanan dissertasiya doktorantura tələbələrini beynəlxalq elm şəbəkələri ilə əlaqələndirir. Bundan əlavə, obyektiv müstəqil qiymətləndirmə prosesi dissertasiyaya etimadı və elmi işə rəhbərliyin keyfiyyətini artırır.

  4. Universitetlərə elmi məsələlərdə tam müstəqillik verilməlidir. Gələcəkdə elmi tədqiqatın aparıldığı məkan universitetlər olacaq. Bu səbəbdən, universitetlərin elmi funksiyalarının qiymətləndirilməsi üçün keyfiyyət təminatı sistemi tələb olunur. Qiymətləndirmədən uğurla keçən təhsil müəssisələrinə bakalavriat, magistratura və doktorantura proqramlarının tərtib və tədris edilməsi hüquqları verilməlidir.

  5. Universitetlərə müstəqillik verildikdən sonra Ali Attestasiya Komissiyasına ehtiyac qalmır.

  6. Ali təhsil sisteminin idarəçiliyi dəyişməli və elmi tədqiqata yardım etməyi və ən yaxşı infrastruktur və mühit təmin etməyi hədəfləməlidir.

- Təhsil Nazirliyi universitetlərin fəaliyyətinə müdaxilə etməməli və elm üzrə siyasəti formalaşdıran qurum rolunu oynamalıdır.

- Təhsil Nazirliyi Avropa ali təhsil məkanı ilə şəbəkələrin və əlaqələrin qurulmasında fəal rol oynamalıdır.

- Təhsil Nazirliyi bütün ali təhsil müəssisələrinin yararlanacağı bahalı və geniş miqyaslı tədqiqat infrastrukturunu maliyyələşdirməlidir.

- Elmlər Akademiyasının rolu yenidən nəzərdən keçirilməlidir. Tədqiqat institutları və tədqiqatçılar gələcəkdə elmi tədqiqatın aparılacağı universitetlərə yerləşdirilməlidir.



- Elmlər Akademiyası tədqiqat proqramlarını və layihələrini hazırlamaq və universitetlərə tədqiqat üçün maliyyə ayırmaq səlahiyyətlərinə malik tədqiqatı maliyyələşdirən quruma çevrilməlidir.

  1. Doktorantura proqramlarının elmi məzmunu yenidən hazırlanmalı və doktorantura tələbələrinə yüksək keyfiyyətli tədqiqatın aparılmasına yardım etməlidir. Məsələn, hazırda icbari olan fəlsəfə fənni tədqiqatın hazırlanmasında, metodologiyasında və ingilis dilində müstəqil qiymətləndirmə (peer review) yazmaq bacarıqlarını artırmaq üçün zəruri olan fənlərlə əvəz edilməlidir.

  2. Tədqiqat infrastrukturu və mühiti təkmilləşdirilməli və bütün doktorantura tələbələri və peşəkar tədqiqatçılara elektron məlumat mərkəzlərinə və xarici nəşrlərə çıxış təmin olunmalıdır. Bundan əlavə, yeni laboratoriya və tədqiqat infrastrukturu yaradılmalı və milli və beynəlxalq tədqiqat infrastrukturuna (məsələn, CERN-ə) çıxış təmin etmək məqsədi ilə digər ölkələrlə müqavilələr imzalanmalıdır.

  3. Doktorantura tələbələri beynəlxalq mübadilə proqramlarına açıq çıxışa malik olmalıdırlar və bütün tələbələr ən azı altı ay müddətində xaricdə hazırlıqdan keçməlidirlər. Bundan əlavə, doktorantura təhsilinə rəhbərlik yerli, eləcə də beynəlxalq elmi ekspertlərə həvalə edilməlidir.

  4. Doktorantura proqramlarının beynəlmiləlləşməsini təşviq etmək məqsədi ilə tələbələrin və akademik heyətin ingilis dili biliklətinin təkmilləşdirilməsinə sərmayə qoymaq tələb olunur. Bundan əlavə, xarici ekspertlər üzv və oponent qismində müdafiə panellərinə dəvət olunmalıdırlar. Beynəlxalq doktorantura tələbələrinin mübadilə proqramları üçün imkanlar yaradılmalıdır.

: upload -> File -> documents -> 07-2016
documents -> Müəllim hazırlığı sahəsində tədris proqramlarının hazırlamasının məqsədi və bu sahədəki çətinlikləri anlamaq
documents -> Təhsil proqramı hazırlanarkən dünyada tədris olunan oxşar fənlərarası proqramlar təhlil edildi və fənlərin müvafiq matrisası hazırlandı, beləliklə, təhsil proqramı digər inteqrasiya olunmuş mühəndislik proqramlarına uyğunlaşdırılmış oldu
documents -> Lissabon Konvensiyası üzrə Akt (1998)
documents -> Tədqiqatın məsuliyyətlə aparılması
documents -> Cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı
documents -> Azərbaycan Ali Təhsilində Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatlar
07-2016 -> Komponent və Fəaliyyət


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə