1. Təsviri incəsənət kursunun məzmunu, məqsədi və vəzifələri


Protorenesans dövrü incəsənəti



Yüklə 301,97 Kb.
səhifə46/64
tarix15.05.2022
ölçüsü301,97 Kb.
#87106
1   ...   42   43   44   45   46   47   48   49   ...   64
tesviriince

38. Protorenesans dövrü incəsənəti.

İntibah incəsənətinin ilk inkişaf dövrü Protorenessans Florensiya məktəbinin adı ilə bağlıdır. Protenessans dövrü sənətkarlar orta əsrlər incəsənətinə xas bədii üslub xüsusiyyətlərindən uzaqlaşaraq antik mədəniyyət ənənələrini yenidən canlandırmağa meyl göstərmişlər. Bu cəhətdən intibahın atası –Florensiya məktəbinin görkəmli nümayəndəsi , boyakar Cotto Bondonenin yaradıcılığı sözün əsl mənasında yeni dövrün əsl mınasını təmsil edir. O , Qərbi Avropa incəsənətində ilk dəfə dini mövzulu (əsatir janrı) təsvirlərdə şərtilikdən uzaqlaşaraq hadisələri real təsvir etmişdir. Burada rəssam insan xarakterləri , onların hiss və həyəcanları ilə bağlı canlı təsəvvür yaratmaqla Avropa boyakarlığında dərin bir çevrilişə səbəb olmuşdur. 1304-1306-cı illərdə Cotto özünün ən məşhur əsərlərini Paduya şəhərindəki Del Arena kapellasının monumental divar rəsmlərində yaratmışdır. Burada üç cərgədə yerləşdirilmiş freskalarda rəssam İsa peyğəmbərin və müqəddəs Məryəmin həyatından bəhs edən əfsanələrin təsvirlərii vermişdir. Bunlardan “ İsanın meyidi üzərində ağlaşma” , “ İudanın öpüşü “ freskaları gərgin və dramatik bir anı insan xəyanətini əks etdirərək böyük bəşəri hisslər doğurur və rəmzi mına daşıyır. Cotto həmçinin Florensiyada Santa Kroçe kilsəsinin Perriutsi və Bardi kapellalarının freskalarını yaradır. Cottonun yaradıcılığı İtaliya boyakarlığının sonrakı əsrlərdəki inkişafına ciddi təsir göstərmişdi.Florensiyanın qonşuluğundakı Siyena şəhəri o dövrün böyük bir incəsənət mərkəzi olmuşdur. Onların müqayisəli tədqiqi Florensiya məktəbinin incəsənətdə etdiyi inqilabi çevrilişi daha qabarıq görməyə imkan verir. Iyena məktəbi çərçivəsində yaranmış əsərlərdə Qotika və Bizans sənətinin təsiri çox güclü olmuşdur. Məhz buna görədir ki, onların boyakarlıq əsərlərində fon əvvəlki kimi saya , çox vaxt qızılı rəngdə təsvirlər isə əsasən kişildilmiş ölçülərdədir. Siyena məktəbinin ın görkəmli nümayəndələri Duçço, Simone Martini və Lorensetti boyakarların yaradıcılığı məhz bu keyfiyyətləri ilə fərqlənir..




Yüklə 301,97 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə