Turizm naziRLİYİ



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü0,74 Mb.
#77215


AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ 

 

                      

TURİZM NAZİRLİYİ       

 

 



ABŞERON RAYON MƏRKƏZİ KİTABXANA SİSTEMİ

 

 

Abşeron rayon MKS

-

nin Metodika və Biblioqrafiya  

 

                              

şöbəsi

 

           



 

                

Əlfi Qasımov -90 

                    

  

(Metodiki vəsait)

 

 

 

 

 

 

 

 

                              

Xırdalan

-2017

 

 



 

Tərtib edənlər:

 


1.Rzayeva Rəşidə Rəşid q.

- MKS-nin direktor müavini. 

2.Əliyeva Almaz Yusif q.



Metodika və biblioqrafiya şöbəsinin müdiri

 

3.Məmmədova Qəmən 

Bayram q.- 

İnformasiya və resurs şöbəsinin müdiri

  

 

 

 

 

 

 

 

 

 

 

 

 


  

    


         

Azərbaycan  ədəbiyyatının  görkəmli  nümayəndələri  sırasında  80-ci  illərin  məşhur 

imzalarından  biri  yazıçı,  publisist  Əlfi  Qasımov  da  yer  alır

.

 

Əlfi  Səhlik  oğlu  Qasımov  5 



yanvar  1927-ci  ildə  Ağdam  rayonunun  Poladlı  kəndində  anadan  olmuşdur. 

Yeddiillik təhsilini kənddə alan, Ağdam pedaqoji texnikumunda təhsilini davam 

etdirən  Əlfi  Qasımov  Ağcabədi  rayonunun  Xocavənd  və  Boyad  kəndlərində 

müəllimlik etmişdir. 

Ə.Qasımov 1944-46-cı illərdə Ağdamdakı 2 illik müəllimlər institutunda, 1946-

51-ci  illərdə  isə  Azərbaycan  Dövlət  Universiteti  filologiya  fakültəsinin  jurnalistika 

şöbəsində təhsilini davam etdirmişdir. 

Müxtəlif illərdə Əlfi Qasımov “Azərbaycan müəllimi” qəzetində şöbə müdiri və 

redaktor  müavini,  “Ədəbiyyat  və  incəsənət”  qəzetində  isə  məsul  katib  vəzifələrində 

çalışmışdır. 

1966-cı ildən isə Ə.Qasımov Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət mətbuat 

komitəsində nəşriyyat idarəsinin rəisi olmuşdur. 

Ədəbi  yaradıcılığa  ilk  dəfə  1945-ci  ildə  Ağdamda  müəllimlər  institutunda 

oxuyarkən  başlayan  Əlfi  Qasımovun  roman  və  povestləri  60-80-ci  illərin  ən  çox 

oxunan, müzakirə edilən və bəyənilən əsərlərindən olmuşdur. 

Onun  “Xalq  arzusu”  adlı  ilk  şeiri  Ağdamda  çıxan  “Lenin  yolu”  qəzetində  çap 

olunmuş,  universitetdə  oxuduğu  illərdə  isə  Ə.Qasımovun  şeirləri  respublikanın 

müxtəlif qəzet və jurnallarında dərc edilmişdir. 

Ə.Qasımovun ilk kitabı 1954-cü ildə çıxmışdır. Bu “Ərimizin ətəklərində” adlı ilk 

oçerklər kitabıdır. Bundan sonra da yazıçının bir neçə oçerklər kitabı çap olunmuşdur. 

Ə.Qasımov  eyni  zamanda  “Məni  qınamadın”  adlı  povest  və  hekayələr  kitabının, 

“Qızburunda tək məzar” adlı sənədli povestin də müəllifidir. 

Əlfi  Qasımovun  bir  çox  kitabları  -  “Könülsevər”,  “Qağayı  fəryadı”,  “İnsan 

qaranquş deyil”, “Toy gecəsi” və başqaları eyni zamanda rus, qırğız, tacik, türkmən 

dillərində işıq üzü görmüşdü. 

 

Rəhilə xanımın xatirələrindən... 



 

 

Əlfi Qasımovun ömür-gün yoldaşı Rəhilə xanımın xatirələrindən: “Əlfi yaxşılıq 



etmək üçün dünyaya gəlmişdi. Dostunu, tanışını, qonşusunu canından artıq istəyərdi. 

Qələm məhsullarına laqeyd, biganə olmazdı. Yaratdığı obrazların ovqatı, amalları ilə 

yaşayardı.  Onun  ”Adilənin  taleyi"  povesti  ötən  əsrin  60-70-ci  illərində  populyarlıq 

qazanmışdı.  Görkəmli  yazıçı,  unudulmaz  pedaqoq  Mir  Cəlal  Paşayev  həmin  əsəri 

dövrün “Leyli və Məcnun”u adlandırmışdı... Onunla ilk tanışlığım tələbəlik illərində 

oldu. O zaman mən də universitetdə - filologiya fakültəsində oxuyurdum. Taleyimiz 

bizi  qovuşdurdu.  Ondan  eşitdiyim  xoş,  şirin,  səmimi  sözləri  hələ  də  unutmamışam. 

Bəzən özüm-özümə düşünürəm: “İnsan nə qədər xoş niyyətli, məramlı olar?” Sualıma 

cavabı Əlfidən qalan xatirələrdə tapıram...". 

Əlfi  Qasımov  müxtəlif  mövzularda  maraqlı  hekayələr,  “Məni  qınamayın”, 

“Qızburunda tək məzar”, “Adilənin taleyi”, “Könül sevən”, “Toy gecəsi” kimi roman 

və povestlərini 40 yaşlarında nəşr etdirmişdir və həmin dövrün tanınmış yazıçılarından, 

jurnalistlərindən biri idi. 

60-70-ci illərdə Azərbaycan ədəbiyyatında sənədli bədii janrın da inkişafında Əlfi 

Qasımovun xüsusi xidmətləri vardır. Yazıçı təsvir etdiyi obrazları gündəlik həyatdan 

və  onu  əhatə  edən  insanların  arasından  seçir,  öz  istedadı  ilə  onu  daha  da 

zənginləşdirirdi. 

Əlfi Qasımov eyni zamanda sənədli nəsrin uğurlu yaradıcılarından biri kimi də 

tanınırdı. Onun əsərlərində yazıçılıqla jurnalistlik bir arada öz təbii ifadəsini tapırdı. 

Görkəmli  yazıçı  Hüseyn  Abbaszadə  də  Əlfi  Qasımov  yaradıcılığının  bu 

istiqamətini təqdir edərək yazırdı ki, Əlfi sənədli nəsr sahəsində ədəbiyyatımızda dərin 

izlər  qoyub  getmişdir  və  “ondan  sonra  bizdə  sənədli  nəsr,  demək  olar  ki,  yox 

dərəcəsindədir”. 

Akademik  Bəkir  Nəbiyev  yazırdı:  “Belə  bir  fakta  da diqqəti  cəlb  etməyi  vacib 

sayıram  ki,  Əlfi  Qasımovun  15  nəfər  igid,  qeyrətli  Azərbaycan  qızının  Şimali 

Qafqazdan  Berlinə  qədər  davam  etmiş  müzəffər  döyüş  yolunu  əks  etdirən  ”Vətən 

çağıranda" kitabı bu qəhrəman qızların sayı qədər müstəqil miniatür sənədli hekayədən 

ibarətdir.  Hesab  edirəm  ki,  real  qəhrəmanlar  haqqında  konkret  tarixi,  həyati  faktlar 

əsasında, gələcəyə çağırış ruhunda yazılıb təcavüzkarlara nifrət və qəzəb püskürən bu 

kitab yaşadığımız günlərdə də öz aktuallığını qoruyub saxlayır. Onu tam halda, yaxud 

hər bir hekayəsini ayrıca nazik kitabça kimi nəşr edib əsgərlərimizə paylamaq Qarabağ 

uğrunda mübarizənin mücahidləri olan qızlarımıza da, elə oğlanlarımıza da çox fayda 

verə bilər". 

 

 



Bəkir Nəbiyevin yazdıqları... 

 

 



Bəkir Nəbiyev Əlfi Qasımovla universitetdə bir vaxtda təhsil almışdı və çox yaxın 

dost olmuşdular. Görkəmli akademik həmin günləri belə xatırlayırdı: “1950-ci illərin 

əvvəllərində  biz  Azərbaycanın  yeganə  universitetinin  filologiya  fakültəsində  təhsil 



alırdıq.  Jurnalistika  ixtisası  da  o  zaman  Azərbaycan  dili,  ədəbiyyat,  kitabxanaçılıq, 

məntiq və psixologiya kimi elə filologiya fakültəsində öyrədilirdi. 

Xəlil  Rza,  Qulu  Xəlilov,  İslam  Ələsgərov,  Əliağa  Kürçaylı,  Tofiq  Mahmud, 

Səyyarə Mollazadə, Şəhla Qaryağdı, Rəhilə xanım və mən birinci kursda oxuyanda Əlfi 

Qasımov  və  İslam  Səfərli  jurnalistika  qrupunun  IV  kursunda  idilər.  Onlar  möhkəm 

dostluq  edirdilər.  İslam  Səfərli  Böyük  Vətən  Müharibəsinin  alovlarından  keçən 

tanınmış şair, Əlfi də bir Pedaqoji texnikum və bir də Müəllimlər institutu diplomu ilə 

universitetə gəlmiş gənc müəllim idi. Hər ikisi ünsiyyət sevən, qayğıkeş cavanlar idi. 

Bizdən  uca  kursun  tələbələri  olduqlarına  baxmayaraq  heç  vaxt  bizə  yuxarıdan  aşağı 

baxmazdılar. Bir müddət professor Cəfər Xəndanın, az sonra isə o vaxt hələ aspirant 

olan  B.Vahabzadənin  apardıqları  universitet  ədəbiyyat  dərnəyində,  daha  sonra 

Yazıçılar  İttifaqında  onlar  R.Rza,  M.Rahim,  Ə.Cəmil  kimi  şairlərin  rəhbərliyi  ilə 

keçirilən  gənclər  günlərində  öz  əsərlərini  oxuyar,  bu  zaman  bizim  kimi  təzələrin  də 

çıxışlarını  dinləyər,  az-çox  tənqidi  qeydlərimizə  də  hörmətlə  yanaşardılar.  “Əlfi” 

sözünü  araşdıranda  bir  mənası ülfətə  aparıb  çıxarır.  Görünür,  ad  qoyan  rəhmətliklər 

yanılmayıblarmış.  Əlfi  Qasımov  başqaları  ilə  ülfət-ünsiyyət  yaratmaq  sahəsində 

dostlarım və həmkarlarım arasında ancaq nadir simalarla müqayisə oluna bilərdi. Qısa 

bir  müddətdə o qədər  yaxınlaşıb  bir-birimizə  məhrəm  olmuşduq  ki, növbəti  seçkilər 

zamanı yekdilliklə onu komsomol özəyinin katibi seçdik". 

Yenə  də  Rəhilə  xanımın  xatirələrindən:  “Bir  dəfə  də  olsun  ondan  incimədim, 

küsmədim.  İşə  gedəndə,  evə  qayıdanda  üzümdən  öpər,  saçımı  sığallardı.  O,  əvvəl 

”Azərbaycan müəllimi", sonra “Ədəbiyyat” qəzetlərində məsul katib vəzifəsində işlədi. 

Həmkarları ilə son dərəcə səmimi,  mehriban idi. Onun necə ailəcanlı olması indi də 

dillər  əzbəridi.  Mənə  “Qara  qız”  deyə  müraciət  edərdi.  Adımı  çəkəndə  bilirdim  ki, 

nədənsə inciyib, kimdənsə küsüb. Qayğısını heç kimdən əsirgəməzdi. Dost-tanışları çox 

idi.  Ancaq  şair  İslam  Səfərli  ilə  daha  artıq  həmsirr  idilər.  Ömrünün  ahıl  çağlarında 

Dövlət Poliqrafiya İdarəsinin rəisi, “Azərnəşr”də şöbə müdiri işlədi. İdeal insanın bütün 

yaxşı cəhətləri, müsbət keyfiyyətləri Əlfidə var idi. Xainlik, paxıllıq, mərdiməzarlıq, 

düşkünlük onun xarakterində, təbiətində heç zaman olmayıb. Necə deyərlər, aydan arı, 

sudan duru kimi tanınmışdı. Heyif, zalım əcəl bizi tez ayırdı...". 

Əlfi Qasımov 12 mart 1985-ci ildə dünyadan köçüb. 

 

 



 

 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə